Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

TƏBRİK EDİRİK!

 

Faydalı keçidlər

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban xanım Əliyevaya

 

Möhtərəm Birinci vitse-prezident Mehriban xanım!

Azərbaycan xalqının yetişdirdiyi, dünya siyasətinə bəxş etdiyi nadir fərdlər, ictimai-siyasi xadimlər sırasında öz nüfunuzla tanınır, çoxcəhətli elmi-siyasi-ictimai fəaliyyətinizlə seçilir və xalqımız tərəfindən sevilirsiniz.

Sizin Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin inkişafı naminə çoxcəhətli fəaliyyətiniz ölkəmizdə, eləcə də dünyada bəyənilir, təqdir olunur. Ümummilli liderimiz Heydər Əliyev məktəbinə, dövlətçilik kursuna sadiqliyiniz, Prezident İlham Əliyevə dəstəyiniz müstəqil Respublikamızın dünya miqyasında davamlı inkişafına hesablanmışdır. Odur ki, Sizin Birinci vitse-prezident təyin olunmağınız xalqımız tərəfindən böyük razılıqla qarşılanmışdır.

Biz, Lənkəran Dövlət Universitetinin çoxsaylı kollektivi adından Sizi - Ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısını, Heydər Əliyev Fondunun rəhbərini, UNESKO və İSESCO-nun xoşməramlı səfirini, görkəmli dövlət xadimini ölkəmizdə yüksək vəzifəyə, Respublikanın dövlətçilik siyasətinin şanlı səhifələrindən biri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə  təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbayca dövlətinin hərtərəfli inkişaf etdirilməsi, ölkədə sabitliyin qorunması naminə apardığınınz ardıcıl işlərdə Sizinlə həmrəy olduğumuzu bildiririk.

Hörmətli Birinci xanım!

Ölkəmizdə keçirilən və dünya ictimaiyyəti tərəfindən dəstəklənən mədəni-kütləvi tədbirlər, beynəlxalq idman yarışları, konfranslar, muğam müsabiqələrində əldə edilən uğurlar Sizin adınızla bağlıdır. Siz həm də messenatlıq fəaliyyətiniz və Azərbaycan həqiqətlərini dünyaya çatdırılması istiqamətində yorulmaz səylərinizlə xalqımıza həmişə uğur gətirmişsiniz.

Siz YUNESCO ilə yanaşı, həm də Müsəlman dünyasını özündə birləşdirən İslam Əməkdaşlığı Təşkilatının ən böyük qurumu olan İSESCO-nun da xoşməramlı səfiri kimi Müsəlman dünyasının layiqincə təmsil edirsiniz.

Cənab Prezidentin rəhbərliyi və Sizin diqqətinizlə Azərbaycanda təhsilin, elmin inkişafında görülən məqsədyönlü tədbirlər, uğurlu layihələr, qəbul edilən dövlət proqramları öz müsbət nəticəsini verməkdədir. Elmin, təhsilin, mədəniyyətin inkişafına yönəltdiyiniz hərtərəfli diqqət və qayğınızı yüksək qiymətləndirir Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Möhtərəm Birinci vitse-prezident!

Əmin edirik ki, Lənkəran Dövlət Universitetinin kollektivi inkişafın yeni mərhələsində Sizin tərəfinizdən qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsində bundan sonra da səyini əsirgəməyəcəkdir. Cənab Prezidentin bugünkü sərəncamı Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz tarixində yeni səhifə açmaqla Ümummilli liderimiz Heydər Əliyevin adına, şəxsiyyətinə və ölkəmizin inkişafına yönəlmiş mühüm addımdır.

Sizi möhtərəm Cənab Prezidentin imzaladağı 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Birinci vitse-prezident təyin edilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.

 

                                     Müraciət Lənkəran Dövlət Univeritetinin

                                     Elmi Şurasının 21 fevral 2017-ci il tarixli

                                     genişləndirilmiş iclasında qəbul edilmişdir.

 

 

            Dərin hörmət və böyük ehtiramla,

            Lənkəran Dövlət Universitetinin

            rektoru vəzifəsini icra edən:              prof. Natiq İbrahimov

 

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

 

 
   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator