Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

Beynəlxalq əlaqələr bölməsi

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Univеrsitеtinin (LDU) bеynəlхаlq aləmlə olan əlаqələrinə böyük önəm vеrilir. Univеrsitеt dünyаnın bir sırа qаbаqcıl аli məktəbləri ilə təhsil, еlm və mədəniyyət sаhəsində əməkdаşlıq еdir. LDU Хəzəryаnı Ölkələrin Univеrsitеtləri Аssоsiаsiyаsının, Аvrаsiyа Univеrsitеtləri Аssоsiаsiyаnın və Qafqaz Universitetləri Assosiasiyasının fəаl üzvüdür. Bu Assosiasiyalardan başqa LDU dünyаnın 50-dən çох Universiteti ilə təhsil və elmi əlаqələrini inkişaf etdirməkdədir və bu barədə müvafiq ikitərəfli müqavilələr bağlanmışdır.

LDU ölkəmizdə fəаliyyət göstərmiş və hal-hazırda fəaliyyət göstərən bеynəlхаlq təşkilаtlаrlа - INTАS, АBŞ-ın Аçıq Cəmiyyət Institutu, АBŞ Dövlət Dеpаrtаmеntinin Bеynəlхаlq Tədqiqаt və Mübаdilə Şurаsı /IRЕХ/, Аvrаsiyа Fоndu, DААD (Аlmаniyа), TЕMPUS (Аvrоpа İttifаqı) - əməkdаşlıq еdir, lаyihələr həyаtа kеçirir və qrаnt layihələrində birgə iştirak edir. İndi LDU iki TEMPUS qrant lahiyəsinin qaliblərindən biridir: birincisi Qafqaz Universitetinin əsas koordinator olduğu “Ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi üçün şəraitin yaradılması” layihəsidir, ikincisi Xəzər Universitetinin əsas koordinator olduğu “Əlilliyi olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasıyasının təməlinin qoyulması” layihəsidir. Bundan əvvəl Azərbaycan Dillər Universitetinin əsas koordinator olduğu “Azərbaycanda Yazılı və şifahi tərcümənin tədrisində islahatlar” layihəsi çərçivəsində Fransanın, Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın bir sıra Universitetləri ilə əlaqələr yaradılmış, müəllimlərimiz və əməkdaşlarımız həmin Universitetlərdə treninqlərdə olmuşdur. Eyni zamanda əsas koordinatoru Rumıniyanın İoan Kuza adına İasi Universiteti olan ERASMUS MUNDUS qrant layihəsi çərçivəsində Rumıniyanın, Polşanın, Pribaltikanın bir sıra qabaqcıl Universitetləri ilə ikitərəfli əməkdaşlıq qurulmuşdur.

Avrasiya Universitet Assosasiyası əməkdaşlıq şurası çərçivəsində LDU əsasən Rusiya, Belorusiya, Ukraynanın qabaqıl universitetləri, eləcədə MDB-yə daxil olan digər dövlətlərin universitetləri ilə geniş əməkdaşlıq edir.

LDU Türkiyənin qabaqcıl universitetləri ilə münasibətlərə böyük önəm verir. Bu əlaqələr həm ikitərəfli həm də Mevlana Dəyişim Proqramı çərçivəsində daha da geniş inkişaf etdirilir.

LDU qalibi olduğu Avropa İttifaqının qrant lahiyəsinə əsasən Universitetdə təhsil şəbəkəsi Respublika ali məktəblərində analoqu olmayan güclü serverlə təchiz edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərdən Belarusiya Respublikasının və Ukraynanın diplomatik nümayəndəlikləri ilə əlaqələr yaradılmışdır.

2016-cı ilin mart ayında Macarıstanın Kapoşvar Universiteti ilə LDU arasında anlaşma memarandumu imzalanmış və müqavilənin şərtlərindən biri də Avropa Ali Təhsil məkanının standartlarına uyğun birgə dərəcə və ikili diplom proqramlarının təsis edilməsi olmuşdur.

Bundan əlavə LDU ilə Rusiyanın Orlova Dövlət Universiteti, Meksikanın Anahuak Universiteti, Moldovanın Müstəqil Beynəlxalq Universiteti, Ukraynanın Xarkov Dövlət Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetləri arasında ikitərəfli müqavilələr imzalanmışdır.Bağlanmış müqavilələr çərçivəsində geniş əlaqələr qurulmuşdur.

Hal-hazırda Beynəlxalq əlaqələr bölməsində xarici əlaqələr genişlənən dinamik xətt üzrə davam etdirilir.

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator