Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Elm bölməsi

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Hal-hazırda Lənkəran Dövlət Universitetində elmi tədqiqatlar 4 fakültənin – “Təbiyyat”, “Humanitar”, “İqtisadiyyat və idarəetmə”,  “Aqrar elmlər və mühəndislik” fakültələrinin 12 kafedrasında  və 1 elm tədqiqat laboratoriyasında  aparılır.

1. Təbiyyat fakültəsində olan kafedralar:

1.1  Kimya  və biologiya kafedrası;

1.2  Riyaziyyat və informatika kafedrası;

1.3  Coğrafiya və ekologiya kafedrası;

1.4  Tarix və onun tədrisi metodikası kafedrası;

 

2.    Humanitar fakültəsində olan kafedralar:

 

2.1  İbtidai təhsil və məktəbəqədər təlim kafedrası;

2.2  Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası kafedrası;

2.3  Humanitar fənnlər kafedrası;

2.4  Xarici dillər kafedrası;

 

3.    İqtisadiyyat və idarəetmə fakültəsində olan kafedralar:

 

3.1. Maliyyə, mühasibat və audit kafedrası;

3.2. İqtisadiyyat və menecment kafedrası;

 

4.    Aqrar və mühəndislik kafedrası:

 

4.1. Texnologiya və aqrar fənnlər kafedrası;

4.2. Texniki fənnlər və İKT kafedrası;

Lənkəran Dövlət Universiteti yüksək ixtisaslı mütəxəssis hazırlığını da həyata keçirməklə yanaşı, mövcud elmi baza əsasında qlobal və regional əhəmiyyətə malik elmi tədqiqat işləri də aparır.

LDU-da elmi tədqiqat işləri Elmi Şura tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir. Hər il üçün təsdiq olunmuş planla bərbər, növbəti  5 illiyi əhatə edən elmi tədqiqat işlərinin planı tərtib olunmuş və Elmi Şurada müzakirə edilərək qəbul olunmuşdur.

Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən 12 kafedrada və bir elmi tədqiqat laboratoriyasında 17 istiqamət üzrə 18 mövzuda  elmi-tədqiqat işləri aparılır:

İstiqamətlər:

Riyaziyyat; Biologiya; Kimya; Ekologiya; Coğrafiya; Ədəbiyyat; Dilçilik; Multikultiralizm - mədəniyyətşünaslıq; Vətən tarixi; Xarici ölkə ədəbiyyatı;  Xarici dil; Pedaqogika; Psixologiya;  Kənd təsərrüfatı; İqtisadiyyat və idarəetmə; Maliyyə və mühasibat;

Yerinə yetirilən tədqiqatlar  18 mövzunu və  72 işi əhatə edir.

Aparilan tədqiqat işlərinin Azərbaycan Milli Elmlər Akademiyasının İnnovasiya mərkəzində qeydiyyatdan keçirilməsi üçün həmin mərkəzlə sıx əməkdaşlıq edilir. Universitetin bütün kafedraları və əməkdaşları elmi tədqiqat işlərinin aparılmasına cəlb edilmiş və elmin ən aktual sahələri üzrə işlər həyata keçirilir. Planlaşdırılan işlər AMEA İnstitutları və AMEA-nın Lənkəran Regional Elm Mərkəzi və digər elmi tədqiqat institutları ilə qarşılıqlı əməkdaşlıq müqavilələri çərçivəsində aparılır. Aparılan elmi tədqiqat işləri haqqında hesabatlar təqdim olunmuş, kafedranın ümumiləşmiş hesabatı fakultə elmi şurasına təqdim olunmuş və müzakirə olunaraq müsbət qərarla Elmi hissəyə təqdim olunmuşdur. Hesabatlar Elmi hissədə bir daha araşdırılmış və  məlum olmuşdur ki, bütün nəzərdə tutulmuş işlər üzrə tədqiqatlar həyata keçirilir.

Lənkəran Dövlət Universiteti elmi tədqiqat işlərini 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsi sistemində islahatlar üzrə Dövlət Proqramını və Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı və bu proqramların yerinə yetirilməsi haqqında Təhsil Nazirliyinin qərar və əmrlərini əsas götürməklə planlaşdırır və həyata keçirir. Həmin proqramların icrası istiqamətində aşağıdakı işlər həyata keçirilmişdir:

1.    Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi ilə  bağlı Lənkəran Dövlət Universitetində Universitetin  həm illik, həm də beş illik elmi fəaliyyət planı hazırlanaraq təsdiq edilmişdir. LDU-da əməkdaşların yerinə yetirdiyi elmi tədqiqat işlərinin istqamətləri yığcamlaşdırılmış, fundamental tədqiqatlarla yanaşı, respublikanın və bölgənin ehtiyaclarını daha çox nəzərə almaq məqsədi ilə aparılan elmi-tədqiqat işlərinin aparılmasına diqqət artırılmış və onların nəticələrinin tədris prosesində və regionların sosial iqtisadi inkişafında tətbiqi üçün tədbirlər görülmüşdür.

2. 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsi sistemində islahatlar üzrə Dövlət Proqramının yerinə yetirilməsi məqsədi ilə Universitetin fəaliyyət planı təsdiq edilmişdir. İxtisaslar Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət təhsil standartlarına uyğun hazırlanmış yeni tədris planları tərtib və tətbiq olunmuşdur. Tədris planlarına uyğun dərs vəsaitləri, proqramlar, metodik vəsaitlər və digər zəruri vəsaitlər hazırlanmış və bu iş bu gün də davam etdirilir.

3. Lənkəran Dövlət Universitetində ildə 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyi il razılaşdırılmış Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının ildönümlərinə və Müasir elmin aktual problemlərinə həsr olunmuş beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslar keçirilir. Hər il iki seriya üzrə (Humanitar və Təbiət elmləri) “Lənkəran Dövlət Universitetinin Elmi Xəbərləri” jurnalı nəşr olunur, nəşr olunan elmi jurnal Azərbaycan Respublikasının Prezidenti yanından Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilir.

4. Universitetdə Elmi mühiti inkişaf etdirmək üçün Magistratura və doktorantura hissəsi fəaliyyət göstərir. Hal hazırda Universitetin  dissertant və doktorantları elmin müxtəlif sahələri üzrə elmi tədqiqat işlərini davam etdirirlər. 2016-cı il hesabatı üzrə Universitetdə 17 doktorant və dissertant fəaliyyət göstərir ki, əsasən “Diferensial tənliklər” Ekonometrika” “Ekologiya”, “Vətən tarixi” istiqamətləri üzrə elmi tədqiqatlar aparlır, dissertasiyalar üzərində işlənilir. Bununla yanaşı universitetdə ali təhsilin magistratura səviyyəsi üzrə tələbə hazırlanır ki, onlar da yüksək mütəxəssisili kadr kimi yetişib Universitetin və bölgənin həyatında təmsil olunurlar. 2016-cı ildə LDU-da qurulmuş Tyutor xidmətinin kadrları universitetin magistrantları olmuşlar.

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator