Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

ELM VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİ

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

Bölmə öz fəaliyyətində Ali təhsil pilləsinin dövlət standartı və proqramını, Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalarını, Avropa Kredit Transfer Sistemini, Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları, habelə bu Əsasnasməni rəhbər tutur.
Bölmə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prossesində universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1. Bölmənin əsas məqsədi
Bölmənin əsas məqsədi magistr hazırlığı üçün tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi, onların tədrisində kredit sisteminin tətbiqi, tədris prossesinin metodiki təminatı ilə əlaqədar işləri həyata keçirməkdir.

2. Bölmənin funksiyaları
2.1. Magistr və dokrtorantların hazırlanmasına, onların qəbuluna, elmi rəhbərlərinin təyin olunmasına, müdafiə şuralarının fəaliyyətinə və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət;
2.2. Universitetdə magistr hazırlığı üçün tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi üzrə bütün işləri istiqamətləndirmək;
2.3. Universitetdə magistratura və doktoranturaya qəbul planının layihəsi üçün təkliflər hazırlamaq;
2.4. Ali təhsilin magistratura pilləsinə qəbul və tədrisin təşkili ilə bağlı təşkilati işlərin görülməsi
2.5. Magistratura pilləsinin ixtisaslar üzrə təhsil proqramlarının nəzarət
nüsxələrinin, tədris planlarının təsdiq olunmuş əslinin uçotu və aktualizasiyası;
- Dövlət İmtahan Mərkəzinin(DİM) müəyyən etdiyiqaydalara uyğun olaraq Universitetdə magistratura pilləsinə qəbul olunmuş tələbələrin qeydiyyatdan keçirilməsi, onların şəxsi işlərinin tərtibi, Universitet üzrə qəbul əmrinin verilməsi və müvafiq struktur bölmələrə çatdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi;
- Magistratura pilləsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etmək və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmaq;
- Magistratura səviyyəsində tədris prossesinin planlaşdırılması və koordinasiyası;
- Magistratura səviyyəsində tələbə kontingenti, tədris işinin təşkili və nəticələrinə dair statistic və digər hesabatların hazırlanması və təqdim olunması;
- Magistratura üzrə tələbə kontingentinin uçotu və hərəkəti, tələbə-məzun Dövlət electron məlumat sisteminin və TİMS-in işlənilməsi;
3.6 Ali məktəblərin magistratura pilləsində tədris prossesinin planlaşdırılmasına dair qabaqcıl təcrübənin öyrənilməsi və Universitetin magistrarura pilləsində tədris prossesinin təkmilləşdirilməsi;
3.7 Universitetin doktorantura və dissertantura səviyyələri üzrə təhsil alanların elmi fəaliyyətinin izlənilməsi və optimallaşdırılması;

2017/2018-ci tədris ilində Lənkəran Dövlət Universitetində Magistraturada 21 (iyirmi bir) istiqamət üzrə 84 (səksən dörd) magistr, dissertanturada 3 (üç) istiqamət üzrə 7 (yeddi) və doktoranturada 5 (beş) istiqamət üzrə 12 (on iki) doktorant təhsil alır.

Telefon: +994252552559
e-mail: science@lsu.edu.az
 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator