Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

BEYNƏLXALQ ƏLAQƏLƏR

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

 

Zaur İbrahimxəlil oğlu Məmmədov
tarix üzrə fəlsəfə doktoru, baş müəllim
 

1982-ci il noybarın 9-da Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini 1988-1999-cu illərdə Lənkəran şəhər 7 saylı orta məktəbində almışdır. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin “Tarix və ictimaiyyət” ixtisası üzrə 1-ci kursuna daxil olmuş, 2004-cü ildə bakalavriat səviyyəsi üzrə təhsilini başa vurmuşdur. 2004/2005-ci illərədə Həqiqi hərbi xidmətdə olmuşdur. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisası üzrə ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş və 2008-ci ildə Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Universitet rəhbərliyinin qərarı ilə elə həmin il Vətən tarixi – “5503.02” ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2012-ci ildə təhsilini başa vurmuşdur. 26 sentyabr 2015-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən D 02.161. Müdafiə şurasında “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiya işini uğurla müdafiə etmişdir. Müəllifin indiyə qədər 30-a yaxın artıq elmi-metodik işi çap olunmuşdur. Universitetin qoşulduğu qrant lsyihələrində fəal iştirak edir. Əsasən Azərbaycanın beynəlxalq münasibətlər tarixinin problemlərini araşdırır. Rusiyada, Ukraynada, Türkiyədə, Orta Asiyada məqalələri çap olunub, Respublika və Beynəlxalq Səviyyəli konfranslarda məruzələr etmişdir.
2015-ci ildən Lənkəran Dövlət Universitetində çalışır, 26 noyabr 2015-cı il tarixindən Universitetin Elmi Katibi, 2016-cı il iyun ayından indiyədək LDU-da yeni yaradılmış Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiridir. Elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşqul olur və hal hazırda Universitetin Humanitar fənlər kafedrasının baş müəllimidir.
 

Telefon: (+994) 025 255 25 59; +99455 787 19 99
Faks: (+994) 025 255 27 86
E-mail: int-rel@lsu.edu.az; mammadovzaur@mail.ru

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator