Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya

Az

Ru

Yeniliklər

Fakьltələr, kafedralar

Magistratura və doktorantura

Beynəlxalq əlaqələr

Elmi kitabxana

Elmi konfranslar

Tələbə həyatı

Tələbə Elmi Cəmiyyəti

Mətbuat xidməti

İdman klubu

Təhsildə kredit sistemi

Karyera mərkəzi

Arxiv
 

 

Lənkəran Dövlət Universiteti - 20

 

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

 

 

 

 

Elmi hissə

 

1. Lənkəran Dövlət Universitetinin elmi-təşkilati strukturu:

Elmi hisssəyə Elmi-Metodik Şura, Magistratura və doktorantura şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi, İnformasiya Texnologiyaları Mərkəzi, Elmi kitabxana, Fakültə Elmi Şuraları, Riyazi iqtisadi təhlil və iqtisadi inkişafın problemləri Elmi Tədqiqat Laboratoriyası, Elekton məlumat və Distant Təhsil Mərkəzi aiddir.

Hal-hazırda Lənkəran Dövlət Universitetində elmi tədqiqatlar 4 fakültənin - Təbiyyat, Humanitar və pedaqoji elmlər, İqtisadiyyat və idarəetmə və Əlavə təhsil fakültələrinin 10 kafedrasında  və 1 elm tədqiqat laboratoriyasında  aparılır.

1. Təbiyyat fakültəsində olan kafedralar:

1.1. Fizika, riyaziyyat-informatika;

1.2. Kimya,bilogoya, tibbi biliklər və Mülki Müdafiə;

1.3. Coğrafiya və ekologiya;

2. Humanitar və pedaqoji elmlər fakültəsində olan kafedralar:

2.1. Dil və ədəbiyyat;

2.2. Tarix və fəlsəfə;

2.3. Pedaqogika, psixologiya və fiziki tərbiyə;

2.4. Xarici dillər;

3. İqtisadiyyat və idarəetmə fakültəsində olan kafedralar:

3.1. İqtisadiyyat və aqrotexnologiya;

3.2. İqtisadi təhlil və idarəetmə;

3.3. İqtisadi informatika və ekologiya;

4. Riyazi iqtisadi təhlil və iqtisadi inkişafın problemləri Elmi Tədqiqat Laboratoriyası

2. Lənkəran Dövlət Universitetinin

elmi-tədqiqat  və innovasiya fəaliyyəti:

Lənkəran Dövlət Universiteti yüksək ixtisaslı mütəxəssis hazırlığını da həyata keçirməklə yanaşı, mövcud elmi baza əsasında qlobal və regional əhəmiyyətə malik elmi tədqiqat işləri də aparır.

LDU-da elmi tədqiqat işləri Elmi Şura tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir. Hər il üçün təsdiq olunmuş planla bərbər, həmçinin 2011-2015-ci illəri əhatə edən elmi tədqiqat işlərinin planı tərtib olunmuş və Elmi Şurada müzakirə edilərək qəbul olunmuşdur.

Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən 10 kafedrada və bir elmi tədqiqat laboratoriyasında 17 istiqamət üzrə 18 mövzuda  elmi-tədqiqat işləri aparılır:

Aparilan tədqiqat işlərinin Azərbaycan Milli Elmlər Akademiyasının İnnovasiya mərkəzində qeydiyyatdan keçirilməsi üçün həmin mərkəzlə sıx əməkdaşlıq edilir.

İstiqamətlər:

Riyaziyyat; Biologiya; Kimya; Ekologiya; Coğrafiya; Ədəbiyyat; Dilçilik; Fəlsəfə - məntiq; Vətən tarixi; Xarici ölkə ədəbiyyatı;  Xarici dil; Pedaqogika; Psixologiya;  Kənd təsərrüfatı; İqtisadiyyat; İqtisadiyyat və idarəetmə; İqtisadi və ekoloji idarəetmə;

Respublikamızın aparıcı ali məktəblərindən olan Lənkəran Dövlət Universitetidə elmin müxtəlif səhələrində qlobal və regional əhəmiyyətli 17 müxtəlif istiqamət və 16 problem çərçivəsində elmi tədqat işləri aparılır. Yerinə yetirilən tədqiqatlar  18 mövzunu və  72 işi əhatə edir. 

Lənkəran Dövlət Universiteti elmi tədqiqat işlərini 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramını, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsi sistemində islahatlar üzrə Dövlət Proqramını və Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramını və bu proqramların yerinə yetirilməsi haqqında Təhsil Nazirliyinin qərar və əmrlərini əsas götürməklə planlaşdırır və həyata keçirir. Həmin proqramların icrası istiqamətində aşağıdakı işlər həyata keçirilmişdir:

1.    Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi ilə  bağlı Lənkəran Dövlət Universitetində Universitetin  həm illik, həm də beş illik (2011-2015) elmi fəaliyyət planı hazırlanaraq təsdiq edilmişdir. LDU-da əməkdaşların yerinə yetirdiyi elmi tədqiqat işlərinin istqamətləri yığcamlaşdırılmış, fundamental tədqiqatlarla yanaşı, respublikanın və bölgənin ehtiyaclarını daha çox nəzərə almaq məqsədi ilə aparılan elmi-tədqiqat işlərinin aparılmasına diqqət artırılmış və onların nəticələrinin tədris prosesində və regionların sosial iqtisadi inkişafında tətbiqi üçün tədbirlər görülmüşdür.

2. 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsi sistemində islahatlar üzrə Dövlət Proqramının yerinə yetirilməsi məqsədi ilə Universitetin fəaliyyət planı təsdiq edilmişdir. İxtisaslar Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət təhsil standartlarına uyğun hazırlanmış yeni tədris planları tərtib və tətbiq olunmuşdur. Tədris planlarına uyğun dərs vəsaitləri, proqramlar, metodik vəsaitlər və digər zəruri vəsaitlər hazırlanmış və bu iş bu gündə davam etdirilir.

3.Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar Universitetdə kitabxana fondu xeyli yenilənmişdir. Təhsil Məlumat Mərkəzi və Elekton Kitabxana yaradılmışdır. Son 5 ildə xeyli miqdarda kitab, o cümlədən elmi ədəbiyyatlar və jurnallar alınmaqla kitabxana fondu 3 dəfə artırılmış və 85000 nüsxəyə çatdırılmışdır.  Universitetdə Elekton kitabxanaların yaradılması və onların müasir kitabxana informasiya resus mərkəzinə çevrilməsi, internetdən dünya informasiya mərkəzlərinə, elmi jurnalların saytlarına sərbəst girişi təmin edilmişdir.

Universitetin bütün kafedraları və əməkdaşları elmi tədqiqat işlərinin aparılmasına cəlb edilmiş və elmin ən aktual sahələri üzrə işlər həyata keçirilir. Planlaşdırılan işlər AMEA İnstitutları və AMEA-nın Lənkəran Regional Elm Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq müqavilələri çərçivəsində aparılır.

ƏLAVƏ (Məlumat üçün)

2011-ci ilin birinci yarım ilində Universitetin kafedralarında və problem elmi tədqiqat laboratoriyasında yerinə yetirilən elmi tədqiqat işlərinin 1-ci yarım ilində yerinə yetirilmiş elmi tədqiqat işlərinin hesabatları Elmi hissəyə təqdim olunmuşdur.

Təbiyyat Fakültəsi üzrə Fizika,riyaziyyat və informatika, Kimya,biologiya, tibbi biliklər və Mülki Müdafiə və Goğrafiya-ekologiya kafedralarında,  Humanitar və pedoqoji elmlər fakültəsində Xarici dil, Dil və ədəbiyyat, Tarix və fəlsəfə, Pedaqogika, psixologiya və fiziki tərbiyə kafedralarında, İqtisadiyyat və idarəetmə fakültəsində İqtidsadi informatika və ekologiya, İqtisadiyyat və aqrotexnologiya, iqtisadi-təhlil və idarəetmə kafedralarında, həmçinin Riyazi-iqtisadi təhlil və iqtisadi inkişafın problemləri elmi-tədqiqat laboratoriyasında aparılan elmi tədqiqat işləri haqqında hesabatlar təqdim olunmuş, kafedranın ümumiləşmiş hesabatı fakultə elmi şurasına təqdim olunmuş və müzakirə olunaraq müsbət qərarla Elmi hissəyə təqdim olunmuşdur. Hesabatlar Elmi hissədə bir daha araşdırılmış və  məlum olmuşdur ki, bütün nəzərdə tutulmuş işlər üzrə tədqiqatlar həyata keçirilir.

 

 
     

 

  Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

  E-mail:  office@lsu.edu.az      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 03 40;      Faks:   (+994) 025 255 27 86

       
Lənkəran Dövlət Universiteti

Bütün hüquqlar qorunur

Veb administrator

Faydalı keçidlər