Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Xəbərlər...

 

Ali təhsildə keyfiyyətin təminatı

Respublika Elmi Konfransı

 

Faydalı keçidlər

 

23-24 dekabr 2016-cı il:

     23-24 dekabrda Lənkəran Dövlət Universitetində “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.
     Açılışdan əvvəl konfrans iştirakçıları Lənkəran şəhərinin Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək , önünə gül-çiçək dəstələri qoymuşlar.

 

 


Konfransın açılışı Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində olmuşdur.
Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlamış, konfransın məqsəd və vəzifələrini açıqlamışdır.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

 

 


     Plenar iclasda “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda əsas məruzə dinlənilmişdir. Bununla yanaşı Bakı Dövlət Universitetinin professoru Yusif Qasımov “Ali təhsildə Keyfiyyətin təminatında elmi tədqiqatların rolu” mövzusunda geniş məruzə ilə çıxış etmiş, ali təhsildə keyfiyyətin təminatı ilə əlaqədar ali və dünya təhsilində həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.

     Məruzələr ətrafında Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov, Lənkəran Dövlət Universitetinin elmi işlər üzrə prorektor əvəzi Yədulla Ağazadə çıxış edərək təhsildə keyfiyyət təminatının elmi-metodik əsasları, yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparmışlar .
     Lənkəran Şəhər İcra Hakimiyyəti ərazi idarəetmə şöbəsinin müdiri Əlimərdan Əliyev Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun salamlarını çatdırmış, elmin, təhsilin inkişafında yeni uğurlar arzulamışdır.

     Konfrans “Dilçilik və ədəbiyyatşünaslıq”, “Xarici dillər”, “Riyaziyyat”, “Təbiət elmləri”, “Tarix, fəlsəfə  və beynəlxalq münasibətlər”, “Pedaqogika, psixologiya və multikulturalizm”, “İqtisadiyyat və aqrar”, “Texnika və İKT” üzrə 8 bölmədə davam etdirilmişdir. Ümumilikdə müxtəlif mövzularda 280-dən çox məruzə dinlənilmişdir .

     Konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilmiş, İştirakçılara sertifikatlar verilmiş, tezis və məruzələrin nəşri qərara alınmışdır.

     İki gün davam edən konfransda respublikanın müxtəlif ali məktəblərinin, bölgənin elm, təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə şəkillər üçün facebook hesabımıza baş vura bilərsiniz:    https://www.facebook.com/lsu.edu.az/

 

 

 

 

 

 

 

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator