Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

Aqrar və mühəndislik fakültəsi

 

Faydalı keçidlər

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

“Aqrar və mühəndislik” fakültəsi Lənkəran Dövlət Universiteti üzrə 04 iyul 2016-cı il tarixli, 1/58 saylı əmrə əsasən yaradılmışdır. Fakültənin yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq qida məhsullarının istehsalını və istehlakını daha da yaxşılaşdırmaq istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Bu məqsədlə Lənkəran Dövlət Universitetində 2016/2017-ci tədris ilində təhsilin bakalavr pilləsi üzrə “Qida məhsulları mühəndisliyi”, “Aqronomluq”, “Meşəçilik”, “Ekologiya mühəndisliyi”, “Baytarlıq”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarına tələbə qəbulu aparılmışdır.

Fakültənin nəzdində iki kafedra – “Texnologiya və aqrar elmlər” və “Texniki fənlər və İKT” kafedraları fəaliyyət göstərir.

Fakültədə “Komputer mühəndisliyi”, “Qida məhsulları mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Baytarlıq” və “Meşəçilik” ixtisasları üzrə bakalavr dərəcəli kadrlar hazırlanır. Fakültənin əsas elmi istiqaməti aqrar, kompüter mühəndisliyi, qida məhsulları mühəndisliyi və ekologiya mühəndisliyi ixtisaslarında peşəkar bakalavr, magistr və doktorantura pillələri üzrə kadr hazırlığından ibarətdir. Fakültəyə aqrar üzrə fəlsəfə doktoru, dosent Şahbazov Balayar Xanqulu oğlu rəhbərlik edir.

 Aqrar üzrə fəlsəfə doktoru, dosent Şahbazov Balayar Xanqulu oğlu 10 yanvar 1958-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunun Şors kəndində anadan olmuşdur. 1975-ci ildə Şingədulan kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının əyani aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, alim torpaqşünas aqranom ixtisasına yiyələnib. Həmin ildən ixtisası üzrə bir neçə vəzifələrdə çalışmış, 1998-ci ildən Lənkəran Dövlət Universitetində ayrı-ayrı illərdə müəllim, magistratura işləri üzrə məsul şəxs, elmi işlər üzrə prorektor, “Təbiyyat” fakültəsinin dekanı, “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifələrində çalışıb. 2002-ci ildən “Coğrafiya və ekologiya” kafedrasının dosentidir. 57 elmi məqalənin, 4 fənn proqramı və 4 dərs vəsaitinin müəllifidir.

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Füzuli küçəsi 170a, 1 saylı tədris korpusu.

Telefon:     (+994) 025 255 04 24.

E-mail:       balayarshahbazov@mail.ru

 

 

 
   
 

     

       

  Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50, Lənkəran Dövlət Universitetinin inzibati korpusu.

  E-mail:       office@lsu.edu.az;          Telefonlar:  (+994) 025 255 25 88,   (+994) 025 255 03 40;          Faks:   (+994) 025 255 27 86.

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator