Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

Humanitar fakültə

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

“Humanitar” fakültəsi Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992–ci ildən fəaliyət göstərir. Əvvəllər “Humanitar elmlər”, sonradan 2005-ci ildə “Pedaqoji elmlər” fakültəsi “Humanitar elmlər” fakültəsinə birləşərək “Humanitar və pedaqoji elmlər” fakültəsi adı altında fəaliyyət göstərmişdir. Hal-hazırda “Humanitar” adı altında fəaliyyət göstərir.  Fəaliyyət göstərdiyi müddətdə Lənkəran Dövlət Universitetinin əsas mütəxəssis hazırlayan fakültəsi olmuşdur. Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır. Hal-hazırda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İngilis dili müəllimliyi”, “Tərcümə”, “İbtidai təhsilin pedaqogika və psixologiyası” “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Fakültənin nəzdində dörd kafedra – “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası”, “Xarici dillər”, “İbtidai təhsil və məktəbəqədər təlim” və “Humanitar fənlər” kafedraları fəaliyyət göstərir. Fakültədə bakalavr pilləsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil (İngilis dili) müəllimliyi”, “Tərcümə”, “İbtidai sinif müəllimliyi” “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə mütəxəsislər hazırlanır. Magistr pilləsi üzrə isə “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası”, “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası”, ixtisasları üzrə mütəxəsislər hazırlanır. Fakültəyə tarix üzrə fəlsəfə doktoru, baş müəllim Mahmudov Kamal Fətulla oğlu rəhbərlik edir.

Tarix üzrə fəlsəfə doktoru, baş müəllim Mahmudov Kamal Fətulla oğlu 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-1982-ci illərdə Lənkəran şəhər 3 saylı orta məktəbində təhsil almışdır. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. 1992-1998-ci illərdə Lənkəran şəhər 4 saylı orta məktəbində tarix müəllimi işləyib. 1998-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, dekan müavini, baş müəllim vəzifələrində işləyib. Hazırda “Humanitar” fakültənin dekanı vəzifəsini icra edir. 2014-cü ildə “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi proseslər” adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Lənkəran şəhər Gənclər, İdman və turizm idarəsi tərəfindən 2002-ci il ərzində Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində göstərdiyi fəallığa görə Diplomla, Azərbaycan Respublikası, Lənkəran şəhər icra hakimiyyəti tərəfindən 2011-ci ildə Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə və Beynəlxalq müəllim günü münasibətilə Fəxri fərmanla təltif olunub. Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən “Heydər Əliyev və Azərbaycan tarixi” Respublika bilik yarışmasında III yeri tutan Universitet komandasının hazırlığı və rəhbərliyində fəal iştirakına görə Fəxri fərmanla təltif olunub.

20-dən çox elmi məqalə və tezisləri Universitetin, Respublika və Beynəlxalq konfransların elmi əsərlər məcmüələrində çap olunmuşdur.

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 35 69.

E-mail:       kamal-1965@mail.ru

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator