Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Təbiyyat fakültəsi

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

“Təbiyyat” fakültəsi Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992-ci ildən fəaliyət göstərir. Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır. Fakültənin nəzdində dörd kafedra - “Riyaziyyat və informatika”, “Kimya və biologiya”, “Coğrafiya və ekologiya”, “Tarix və onun tədrisi metodikası” kafedraları fəaliyyət göstərir. Fakültədə riyaziyyat, kimya, biologiya, coğrafiya, ekologiya, vətən tarixi istiqamətində fundomental və regional əhəmiyyətli tədqiqatlar aparılır. Fakültədə “Riyaziyyat və informatika müəllimliyi”, “Kimya və biologiya müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Kompyuter elmləri” bakalavr, “Riyazi analiz”, “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “İnformatika”, “Ekoloji biologiya”, “Kimya fənninin tədrisi metodikası və metodologiyası”, “İqtisadi və sosial coğrafiya”, “Azərbaycanın fiziki coğrafiyası”, “Turizm və sosial-mədəni servis xidməti” ixtisasları üzrə magistr mütəxəsislər hazırlanır. Doktorantura pilləsi üzrə isə “Diferensial tənliklər” (riyaziyyat istiqamətində) “Ekologiya” (biologiya istiqamətində) ixtisasları üzrə mütəxəsislər hazırlanır. Fakültəyə Biologiya elmlər namizədi, dosent Şəmmədov Ramiz Zeynulla oğlu rəhbərlik edir.

Biologiya elmlər namizədi, dosent Şəmmədov Ramiz Zeynulla oğlu 1968-ci ildə Masallı rayonunun Ərəb kəndində  anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 2004ö-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İntitutunda) namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2010-cu ildən “Genetika” ixtisası üzrə dosentdir. 2010–cu ildən 2016-cı ilədək Lənkəran Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır. 2013-cü ildən 2016-cı ilədək “İqtisadi informatika və ekologiya” kafedrasının müdiri vəzifəsini icra etmişdir. Hazırda “Təbiyyat” fakültəsinin dekan vəzifəsini icra edir. 67 elmi işin, 1 monaqrafiya, 3 proqramın müəllifidir. Hazırda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir.

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 14 34,

E-mail:       tabiyyat @ lsu.edu.az ;  r _ shammedli @ rambler. ru

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator