Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

Heydər Əliyev muzeyi və idarəçilik məktəbi

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Universitetində Heydər Əliyev ideoloji mərkəzi 2005/2006-cı tədris ilində müntəzəm fəaliyyət göstərmiş, bu mərkəzdə ayda bir dəfədən az olmayaraq Universitet kollektivinin ideoloji işlə əlaqədar toplantı və yığıncaqları keçirilmiş, ümumilikdə respublikamız və xalqımız üçün əziz olan günlər və hadisələrlə bağlı yüksək səviyyədə təşkil olunmuş konfrans və seminarlar keçirilmişdir. Universitet kollektivi Heydər Əliyev ideologiyasına, onun siyasi xəttinə sadiqliyinin dəfələrlə bəyan etmiş, bu siyasi kursu böyük uğur və qətiyyətlə davam etdirən İlham Əliyev cənablarının fəaliyyətini ürəkdən dəstəklədiyini bildirmişdir.

Bu məqsədlə və universitet kollektivinin arzusu ilə Lənkəran Dövlət Universitetində ”Heydər Əliyev muzeyi və idarəçilik məktəbi” təşkil etmək qərara alınmışdır. Bunun üçün əvvəlki kiçik otaq kifayət etmədiyindən Universitetin ən yaxşı hissəsində böyük bir salon mükəmməl təmir olunmuş, bu salon üçün zəruri olan müasir dizayna malik müvafiq mebel, stent, vitrin alınmış, Ulu öndərlə bağlı eksponatlar toplanmağa başlanmışdır.

Ulu öndər Heydər Əliyevin adını daşıyan bu muzey hər bir azərbaycanlı üçün olduğu kimi Lənkəran Dövlət Universitetinin müəllim və tələbələri üçün də çox əzizdir. Ulu öndər Lənkərana və bu bölgəyə dəfələrlə səfər etmiş, bu bölgənin inkişafına xüsusi diqqət yetirmiş, "Lənkəran Dövlət Universiteti təkcə elm və təhsil ocağı deyil, həm də bölgənin böyük mədəniyyət mərkəzidir" deyərək qarşımızda müqəddəs və məsuliyyətli vəzifələr qoymuşdur. Onun siyasətini böyük uğur və yaradıcılıqla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev cənabları inkişaf edən ölkəsini dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevirmişdir. Onun səyi ilə ölkəmizin hər yerində, xüsusilə bu bölgədə çoxlu müəssisələr, idman kompleksləri, müalicə mərkəzləri açılmış və yeni məktəblər tikilmiş miqyası əvvəllər görünməmiş işlər görülmüşdür.

Muzey məhz bu dediklərimizi, Ulu öndərin həyatını, mübarizə və fəaliyyət yolunu, bu gün bu yolun uğurla və qətiyyətlə davam etdirilməsini qısaca nümayiş etdirir.

Bu gün Universitetdə fəaliyyət göstərən və Heydər Əliyevin adını daşıyan bu muzey, həm də müəllim və tələbələrimizin Ulu öndərin əziz xatirəsinə minnətdarlıq əlamətidir. Muzeyin Heydər Əliyev idarəçilik məktəbi ilə birlikdə fəaliyyət göstərməsi onun vəzifələrini və məsuliyyətini artırır, Universitetin ölkəmizin ictimai-siyasi həyatında tələb olunan yüksək rol oynamağa yeni imkanlar açır.

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator