Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Həmkarlar İttifaqı Komitəsi

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Lənkəran Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi 1991-ci ildən fəaliyyət göstərir. Universitetin Həmkarlar İttifaqı Komitəsinə dos.Kamran Kazımov, dos.Zakir Daşdəmirov, dos.Rəşad Əliyev, tar.ü.fəl.dok. K.Mahmudov, baş müəllim Namiq Qasımov, baş müəllim Rəşid Qasımov rəhbərlik etmişlər. 2016-cı ildən LDU Həmkarlar Komitəsinə Müşfiq Bayramov sədrlik edir. Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin Təşkilatında hazırda 581 nəfər həmkarlar üzvü var.

Universitet Həmkarlar İttifaqının müasir dövrdə, fəaliyyəti əsasən 3 istiqamət üzrə həyata keçirilir:

·         Tədris və əmək intizamının gücləndirilməsi. Bu sahə üzrə Həmkarlar İttifaqı təhsilin səviyyəsinin gələcək inkişafı, keyfiyyət və səmərəliliyinin yüksəldilməsi məqsədilə tədris və əmək intizamının möhkəmləndirilməsinə, müəllimlərin və digər əməkdaşların əmək intizamına düzgün riayət etməsinə daim nəzarət edir.

·         Mədəni-kütləvi işlərin təşkili. Bu istiqamətdə də Həmkarlar İttifaqı bir çox bayram günlərinin, əməkdaşların yubileylərinin təntənəli qeyd olunmasında böyük rol oynayır.

·         Universitet əməkdaşlarının sağlamlığının qorunması istirahətinin təşkili. Universitet əməkdaşlarının istirahətinin səmərəli təşkili üçün Həmkarlar İttifaqı Komitəsi tərəfindən hər il respublika əhəmiyyətli sanatoriyalara, istirahət evlərinə göndərişlər ayırır.

Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir:

• İttifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;

• İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;

• İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi;

• Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi;

• Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması;

• Həmkarlar ittifaqı üzvlərinə və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi  və digər yardım növlərinin göstərilməsi və s.

Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin nəzdində aşağıdakı komissiyalar fəaliyyət göstərir:

 

1.       Təşkilati-kütləvi iş komissiyası

2.       Mədəni-kütləvi və idman işləri komissiyası

3.       Əməyin təşkili komissiyası

4.       Əmək və sosial müdafiə komissiyası

 

LDU Həmkarlar İttifaqı öz işini yüksək səviyyədə qurmaq məqsədi ilə öz işini Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin göstəriş və tövsiyyələri əsasında qurur. Həmkarlar təşkilatının işini yüksəltmək məqsədi ilə Universitet rəhbərliyi ilə həmkarlar ittifaqi komitəsi arasında kollektiv müqavilə bağlanmışdır. Müqaviləyə aşağıdakı müddəalar daxil edilmişdir:


1. Tərəflərin qarşılıqlı öhdəlikləri
2. Əməyin ödənilməsi qaydaları
3. Məşğulluq, kadr hazırlığı və ixtisasartırma
4. Əməyin mühafizəsi
5. Sosial inkişaf
6. İşçilərin sağlamlığının qorunması haqqında
7. Konpensasiyalar, güzəştlər
8. Həmkarlar İttifaqı komitəsinin fəaliyyətinə şəraitin yaradılması

 

2014 ildə keçirilmiş ilk təşkilat seçkilərində Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin üzvləri aşağıda göstərilən tərkibdə seçilmişdir:

1. Bayramov Müşfiq Cabir oğlu-Humanitar fakültə, Humanitar fənlər kafedrası, müəllim, Həmkarlar İttifaqı Komitəsinin sədri, məclis üzvü

2.  Niftullayeva Şəbinə Ağadin qızı - İnsan resursları və karküzarlıq şöbəsinin dəftərxana üzrə mütəxəssisi, HİK-də sədr müavini, məclis üzvü

3. Kazımov Kamran Şahverən oğlu- Humanitar fakültə, “Xarici dillər” kafedrası, dosent, məclis üzvü

4. Əliyev Rəşad Fəxrəddin oğlu- Təbiyyat fakültəsi, “Coğrafiya və ekologiya” kafedrası, dosent, məclis üzvü

5. Paşayev Nahid Cəlil  oğlu- Təbiyyat fakültəsi, “Riyaziyyat və informatika” kafedrası, riy.ü.f.dok, b/m. məclis üzvü

6. Mirzəyev Natiq Sərhad oğlu- İqtisadiyyat və idarəetmə fakültəsi, “Maliyyə, mühasibat və audit kafedrası”, iqt.ü.f.d., b/m., məclis üzvü 

7. Mirzəyeva Səlimə Mirzə qızı- Təbiyyat fakültəsi,  “Riyaziyyat və informatika” kafedrası, riy.ü.f.dok, müllim, məclis üzvü

8. Şahqubadbəyli Ənvər Xandadaş oğlu- İnformasiya-kommunikasiya və kitabxana Mərkəzinin direktoru, məclis üzvü

9. Həbibov Vahab Mehdi oğlu- Təbiyyat fakültəsi,  “Riyaziyyat və informatika” kafedrası, b/m.,  məclis üzvü

10. Qasımov Namik Cəlil oğlu- İqtisadiyyat və idarəetmə fakültəsi,“Maliyyə, mühasibat və audit” kafedrası, müəllim., məclis üzvü 

11. Qasımov Rəşid Ataxan oğlu-Humanitar fakültə, “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası, müəllim., məclis üzvü 

12. Əmənov Qali Alışirin oğlu-Təbiyyat fakültəsi, “Coğrafiya-ekologiya” kafedrası, müəllim, HİK-də mühasib, məclis üzvü

13. Əhmədova Elaza Məmməd qızı- İnformasiya-kommunikasiya və kitabxana Mərkəzinin kitabxana bölməsinin rəhbəri, , məclis üzvü

14. Şükürova İradə Atəş qızı- İnsan resursları və karküzarlıq şöbəsinin kadrlar üzrə mütəxəssisi, məclis üzvü

15. Hüseynova Şahnaz Hüseyn qızı- Xüsusi sənədlərlə iş şöbəsinin diplomlrlar üzrə mütəxəssisi, məclis üzvü

16. Əliyev İlqar Tahir oğlu- Elm və Beynəlxalq əlaqələr şöbəsinin Magistratura və doktrantura üzrə mütəxəssisi, məclis üzvü, 

17.Əliyeva Aybəniz Əliş qızı – Maliyyə və mühasibat şöbəsi, mahasib,  məclis üzvü

18.İbrahimova Cəmilə Məzahir qızı İngilis dili(Tərcümə) Laboratoriyasında laborant, HİK-də katib, məclis üzvü.

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator