Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Azərbaycan dili, ədəbiyyatı

və onların tədrisi metodikası kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Kafedra “Azərbaycan dili və ədəbiyyatı” adı ilə 1993-cü ildən fəaliyyətə başlamışdır. 1994-cü ildə kafedranın bazasında "Dilçilik və xarici dillər" və “Azərbaycan və dünya ədəbiyyatı” kafedraları yaradılmışdır. "Dilçilik və xarici dillər" kafedrası sonralar "Azərbaycan dilçiliyi və türkologiya" adlandırılmışdır. “Dilçilik və xarici dillər” kafedrasına müxtəlif illərdə prof.M.Rəhimov, prof.Ə.Şükürlü, prof.R.Məhərrəmova və dos.M.Talışlı rəhbərlik etmişlər. “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasına müxtəlif illərdə AMEA-nın müxbir üzvü prof.Ə.Səfərli, prof.S.Əsədullayev, prof.N.Nazim və dos.Y.Ağazadə rəhbərlik etmişlər. 1999-cu ildə kafedraların adı dəyişilərək “Azərbaycan dilçiliyi və türkologiya” və “Ədəbiyyat” kafedraları adlandırılmışdır. 2007-ci ildə “Azərbaycan dilçiliyi və türkologiya” və “Ədəbiyyat” kafedraları “Dil və ədəbiyyat” adı altında birləşdirilmişdir. Həmin tarixdən kafedraya fil.e.n.dos.Y.B.Ağazadə rəhbərlik etmişdir. 2016-cı ildə kafedranın adı dəqiqləşdirilərək “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrası adlanmışdır. 2016/2017-ci tədris ilində “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında 13 əməkdaş çalışır. Onlardan 2 nəfəri elmlər doktoru professor, 1 nəfər elmlər doktoru dosent, 4 nəfər elmlər namizədi dosent, 4 nəfər fəlsəfə doktoru baş müəllim, 2 nəfəri isə fəlsəfə doktoru müəllimdir. Kafedra "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" və "İbtidai təhsilin pedaqogika və psixologiyası" və "İngilis dili müəllimliyi" ixtisasları üzrə mütəxəssislərin hazırlanmasında yaxından iştirak edir. Kafedrada 2 istiqamət üzrə Azərbaycan dili və ədəbiyyatının müxtəlif sahələri ilə bağlı 10-dan artıq elmi tədqiqat işi aparılır. Aparılan elmi tədqiqat işlərinin nəticələri elmi jurnallarda, monoqrafiyalarda dərc olunmuş respublika və beynəlxalq konfranslarda öz ifadəsini tapmışdır. 

“Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında tədris olunan əsas fənlər

1. Müasir Azərbaycan dili

2. Azərbaycan ədəbiyyatı tarixi

3. Əski yazı

4. Azərbaycan dialektologiyası

5. Azərbaycan ədəbiyyatının tədrisi metodikası

6. Qədim türk dili

7. Azərbaycan dilinin tədrisi metodikası

8. Azərbaycan dilinin semesiologiyası

9. Azərbaycan dilinin üslubiyyatı və ritorika

10. Müasir ədəbi proseslər

11 .Azərbaycan dilinin tarixi qrammatikası

12. Türk xalqları ədəbiyyatı

13. Azərbaycan ədəbi tənqid tarixi və nəzəriyyəsi

14. Müqayisəli qrammatika

15. Azərbaycan ədəbi dil tarixi

16. Azərbaycan siyasi mühacirət ədəbiyyatı

17. Ümumi dilçilik

18. Ədəbiyyat nəzəriyyəsi

19. Ana dilinin tədrisi

20. İfadəli oxu

21. Ədəbiyyatşünaslıq

22. Ən yeni Azərbaycan ədəbiyyatı

23. Türkdillərindən biri

24. Azərbaycan şifahi xalq ədəbiyyatı

25 .Azərbaycan dilinin müasir problemləri

26 .Azərbaycan dilinin tarixi və metodologiyası

27. Azərbaycan dilinin fonetikası

28. Müasir Azərbaycan dilinin dialektologiyası

29. Azərbaycan dilçiliyi

30. Azərbaycan dilçiliyinin tarixi nəzəriyyəsi

31. Azərbaycan ədəbi dilinin müasir problemləri

32. Azərbaycan ədəbiyyatının tarixi və metodologiyası

33. Ədəbiyyat nəzəriyyəsi

34. Orta əsrlər Azərbaycan ədəbiyyatı

35. Azərbaycan dilinin morfologiyası

36. Müasir Azərbaycan dilinin sintaksisi

37. Müqayisəli dilçilik

38. Azərbaycan onomastikası

39. Azərbaycanda ədəbi məktəb və cərəyanlar

40. Yeni Azərbaycan ədəbiyyatı

41. Ümumtürk ədəbiyyatı

42. Müasir Azərbaycan ədəbiyyatı

43. Tənqid tarixi

44. Mühacirət ədəbiyyatı

 

Filologiya elmləri doktoru, dosent Ağazadə Yədulla Bəbir oğlu 1 iyul 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər internat orta (hazırda gimnaziya), 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən pedaqoji fəaliyyətə başlamış, 1971-ci ildən orta ümumtəhsil məktəblərində baş müəllim, tədris işləri üzrə direktor müavini və orta məktəbin direktoru vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində qabaqcıl iş təcübəsi bəyənilmiş, rayonda yayılmışdır. 1998 və 2015-ci ildə “İlin Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998-ci ildə “Teymur Bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

            Y.B.Ağazadə 1 dərsliyin, 1 dərs vəsaitinin 7 metodik göstərişin, 5 fənn proqramının 100-dən artıq elmi, ədəbi-tənqidi, publisistik, 4 monoqrafiyanın müəllifidir. 1999-cü ildən “Dil və ədəbiyyat” 2016-cı ildən Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müdiridir.

 

Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında çalışan professor-müəllim heyəti haqqında

Adı,soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

 1.

Məmmədov Məsud Əliağa oğlu

fil.e.d., professor

mamedov.a.@ mail.ru

2.

Mehdiyeva Sevil Hacı qızı

fil.e.d., professor

S.Mehdiyeva@mail.ru

3.

Ağazadə Yədulla Bəbir oğlu

fil.e.d, dosent

agazade@mail.ru

4.

Abbas Mirhüseyn Surət oğlu

fil.e.n., dosent

abbas.a@ mail.ru

5.

Əliyev Əlirza Babakişi oğlu

fil.e.n.,dosent

alırza.a.@ mail.ru

6.

Qəribli İslam Eynəli oğlu

fil.e.d.,dosent

islamgaribli@mail.ru

7.

Səfərli Elşad Məhərrəm oğlu

fil.e.n., dosent

seferli.a.@ mail.ru

8.

Dənziyeva Könül Babaş qızı

fil.ü.f.d., baş müəllim

Denziyevak@mail.ru

9.

Feyziyeva Ruxsarə Mirzə qızı

fil.ü.f.d., baş müəllim

Feyziyeva@mail.ru

10.

Mirzəyev Elman Savad oğlu

fil.ü.f.d., baş müəllim

Mirzayevor@mail.ru

11.

Seyfullayeva İlahə Əvəz qızı

fil.ü.f.d., baş müəllim

seyfullayeva@mail.ru

12.

Əliyev Mehman Qaraxan oğlu

fil.ü.f.d., müəllim

Mehman57@box.az

13.

Rufullayev Qədim İgid oğlu

fil.ü.f.d., müəllim

QedimRufullayev1973@gmail.com

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 35 69.

E-mail:       agazade@mail.ru

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator