Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

BİZNES VƏ İDARƏETMƏ KAFEDRASI

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

 

FƏNN SİLLABUSLARI

 

Payız semestri üzrə

 

Yaz semestri üzrə

 

 “Biznes və idarəetmə” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 27 mart 2017-ci il tarixlil 4/29 saylı əmrə əsasən “İqtisadiyyat və  menecment” kafedrasının bazası əsasında yaradılmışdır. 2017/2018-ci tədris ilində “Biznes və idarəetmə” kafedrasında 6 əməkdaş çalışır. Onlardan 1 nəfəri dosent, 1 nəfəri elmlər namizədi, 1 nəfəri baş müəllim, 3 nəfəri isə müəllimdir. Kafedradanın müvafiq iş planına əsasən elmi seminarlar, açıq dərslər təşkil olunur. Kafedra beynəlxalq əlaqələrini yaradıb və inkişaf etdirməkdə çox maraqlıdır və bu istiqamətdə müvafiq işlər görməyi cari iş planının vacib işlərdən biri kimi daxil edib. Kafedraya LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimovun əmri əsasında 20 iyul 2017-ci il tarixindən i.e.n.dosent ƏsgərovHikmət Mirağa oğlu rəhbərlik edir.

Kafedranın müəllimləri “İqtisadi idarəetmə və biznes” istiqaməti üzrə “Regionl iqtisadiyyatın innovasiyalı idarə edilməsi və ixtisaslaşmanın sosial-iqtisadi inkişaf istiqamətləri” mövzusunda elmi iş aparırlar.

“Biznes və idarəetmə” kafedrası “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr, “Turizm və otelçilik” ixtisası üzrə bakalavr və magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.


 

Əsas fənnlərin siyahısı

 

Bakalavr pilləsi üzrə:

1. Biznesin əsasları

2.Biznesin idarə edilməsi

3.Menecment

4.S/f (Müştərək müəs.təşk.və idarə edilməsi)

5.Lahiyyə menecmenti

6. Beynəlxalq biznes

7. Biznes təhlükəsizliyi

8. Menecmentin əsasları

9. Turizmin əsasları

10. Ətraf mühitin iqtisadiyyatı

11. Turizm fəaliyyətinin hüquqi əsasları

12. Vergi inzibatçılığı

13. Aqrar iqtisadiyyat

14. İşgüzar yazışmalar

15. İqtisadiyyatın tənzimlənməsi

16. Vergi və vergitutma

17. Qiymət və qiymətləndirmə

18. İnsan resuslarının idarəedilməsi

19. S/f (Gömrük işinin təşkili)

20. İqtisadiyyatın tənzimlənməsi

21. Aqrar sahənin investisiya problemləri

22. İstehsalın iqtisadiyyatı və menecment

23. Marketinq

24. Beynəlxalq turizm

Magistratura pilləsi üzrə:

1. Aqrar sahənin investisiya problemləri

2. Uçot və hesabaatın beynəlxalq  və mili standartı

3.Aqrar sahənin ixrac potensialının artırılması

4. Turizmin, turizms ənayesinin müasir problemləri

5. Mehmanxana və restoranların personallarının menecmenti

6. AMTMOF (Ekskursiya fəaliyyətinin əsasları)

7. Regional turizmin inkişafı və idarə olunması

8. Turizmin təşkili və idarə olunması

9. Turizmdə yerləşmə sənayesinin strukturu

10. Turizmdə agentlik-operator müəssisələri

11. Turizmdə  menecmentin  üsulları və idarəçilik qərarları

12. Turizmin, turizm sənayesinin tarixi və metodologiyası

13. Vergiqoyma və gömrük əməliyyat uçot problemləri

14. Maliyyənin müasir problemləri

15. Vergi siyasətinin konseptual  əsasları və praktiki aspesktləri

16. Maliyyə hesabatlarının təhlili

 

 

Kafedra müdiri Əsgərov Hikmət Mirağa oğlu - 02.01.1953-cü il tarixində Astra  rayonunun Təngərüd kəndində anadan olmuşdur.

1975-сi ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Ümumi İqtisad” fakultəsinin ”İqtisadi məlumatların mexaniki işlənməsinin təşkili” ixtisasına daxil olmuş, 1980- cı ildə həmin ixtisası bitirmişdir. 1986-cı ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı UİETH və Mİ –nun İqtisadi araşdırma şöbəsinə aspirant qəbul olmuş, 1990 –cı ildə oranı bitirmişdir. 1990-cı ildə iqtisad elmləri namizədi elmi adını almışdır.

“İşgüzar yazışmalar”, “Biznesin təhlükəsizliyi”, “Maliyyənin müasir problemləri” və s. kimi fənnləri tədris edir. 30 elmi məqalənin, 10 tədris proqramının müəllifidir.

Xarici ölkələrdə keçirilən elmi –praktik konfransların iştirakçısıdır

Elektron ünvanı - askerov53@list.ru

 

Kafedra əməkdaşları haqqında məlumat

Zamanov Fizuli Mirzəmməd oğlu - 1971-ci ildə Lənkəran rayonunun Marso kəndində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “ASK sahələrin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2012-ci ildə “Aqrar sahədə elmi potensialdan istifadənin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik adına layiq götürülmüşdür.

30 elmi məqalənin və tezislərin müəllifidir.

Hal-hazırda “Biznes və idarəetmə” kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində çalışır.

E-mail:   fizuliz @ list.ru

Rzayev Vüsal  Rza oğlu - 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2004-cü ildə Qafqaz Universitetinin “Dövlət və Bələdiyyə İdarəetməsi, Menecment” ixtisasını bitirmişdir. 2006-cı ildə Qafqaz Universitetinin “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisasından magistr olaraq məzun olmuşdur. İxtisası ilə bağlı bir neçə Avropa ölkəsində təlim və tədris kurslarında iştirak etmişdir. 2009-2014-cü illərdə müxtəlif müəssisələrdə insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər vermişdir. 2017-ci ildə “Ali təhsilli məzunların əmək bazarında tələb və təklifinin tənzimlənməsinə karyera mərkəzlərinin təsiri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Müxtəlif elmi jurnallarda 12 elmi məqalənin, müxtəlif ictimai və sosial mövzularla bağlı 40-dan çox qəzet və jurnallarda yazıları dərc olunmuşdur.

Hal – hazırda “Biznes və idarəetmə” kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində çalışır.

E-mail ünvanı:   vrzayev@qu.edu.az 

 

Rəcəbov Fəxrəddin Musa oğlu - 17 dekabr 1950-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini “mühəndis-texnoloq” ixtisası üzrə bitirmişdir. 1972/1974-cü illərdə hərbi xidmətdə olmuş, 1974/1980-ci illərdə Lənkəran 34 saylı peşə məktəbində “tərbiyəçi-müəllim”, “baş usta”, 1980/1986-cı illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi tabeliyindəki fabrikin Lənkərandakı 21 saylı trikotaj atelyesində əvvəlcə “növbə ustası”, sonra isə “atelyenin müdiri” vəzifələrində çalışmışdır.1986/1996-cı illərdə Yerli Sənaye Nazirliyi Lənkəran istehsal kombinatında “baş mühəndis”, “direktor” işləmişdir.1996/2016-cı illərdə DGK-nin müxtəlif strukturlarında “ərazi terminalı üzrə şöbə rəisi”, “bəyanetmə üzrə mütəxəssis”, “böyük inspektor”, “baş inspektor” vəzifələrində xidmət etmişdir. 2016-cı ilin yanvar ayından yaş həddinə görə gömrük orqanlarından tərxis olunmuş, həmin ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin Biznes və idarəetmə kafedrası üzrə tam ştat müəllim vəzifəsində çalışır.

E-mail ünvanı:   recebovfaxraddin@gmail com

 

Əsgərli Rəşad Əlihüseyn oğlu - 01.07.1979-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Şirvan şəhərində 10 saylı orta məktəbdə birinci sinifə daxil olmuş, 1996-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutununBiznesin təşkili və idarə edilməsi, Menecer,” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2000-2002 ci illərdə Azərbacan Dövlət İqtisad UniversitetininBiznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magıstr dərəcəsi almışdır.

Hal-hazırda “Biznes və idarəetmə” kafedrasında 0.5 ştat müəllim vəzifəsində işləyir.

E-mail ünvanı:   asgerli.rashad@gmail.com

 

Axundov Firdovsi Allahverdi oğlu - 01.10.1954-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olmuş, 1975-ci ildə həmin institutu bitirmişdir. Hal-hazırda “Biznes və idarəetmə” kafedrasında saathesabı müəllim vəzifəsində çalışır.

E-mail ünvanı:   a.fir.akf@mail.ruf

 

Kafedranın yerləşdiyi poçt ünvanı  – Lənkəran şəhəri, Füzuli küçəsi - 170 a          

 

Baş səhifə =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator