Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Humanitar fənnlər kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Kafera müdiri, pedaqoji elmlər namizədi, dosent Afiq Xanoğlan oğlu Əliyev.

Universitetdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar 2016-cı ildən yeni adla fəaliyyət göstərən “Humanitar fənnlər” kafedrası 1992-ci ildə əsası qoyulan “Pedaqogika və psixologiya” kafedrasının bazasında yaradılmışdır. Kafedraya 1997-ci ilədək ped.e.d., professor Rəfiqə Mustafayeva, 1997-2006-cı illərdə ped.e.d., professor Əjdər Ağayev rəhbərlik etmişlər. Kafedranın təşəkkülü və inkişafında, elmi potensialının formalaşmasında onların xidmətləri əvəzsizdir.

2006-cı ildən kafedraya pedaqoji elmlər namizədi, dosent Əliyev Afiq Xanoğlan oğlu rəhbərlik edir. Kafedra 2011-ci ildə “Fiziki tərbiyə və mülki müdafiə” kafedrası ilə birləşdirilərək 2014-cü ilədək “Pedaqogika-psixologiya və fiziki tərbiyə” kafedrası adı altında fəaliyyət göstərmişdir. 2014-cü ildə yenidən “Pedaqogika və psixologiya” kafedrası adlanan kafedra 2016-cı ildən “Humanitar fənnlər” kafedrası adı altında fəaliyyət göstərir.

2016/2017-ci tədris ilində “Humanitar fənnlər” kafedrasında 8 əməkdaş çalışır. Onlardan 1 nəfəri elmlər namizədi dosent, 1 nəfəri elmlər namizədi baş müəllim, 2 nəfəri fəlsəfə doktoru müəllim, 2 nəfəri baş müəllim, 2 nəfəri isə müəllimdir. Kafedranın əməkdaşları pedaqoji və elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edir. Kafedrada Pedaqogika, Psixologiya və Mədəniyyətşünaslıq istiqamətində “Şəxsiyyətin inkişafı və formalaşdırılması“, “Gənclərdə idrak proseslərinin inkişafı“, “Etnomədəni əlaqələrin inkişaf xüsusiyyətləri“ üzrə elmi tədqiqat işi aparılır. Aparılan elmi tədqiqatların mühüm nəticələri cəmiyyətin mədəni inkişafının yüksəlməsinə təsir göstərən əxlaqi-mənəvi dəyərlərin sistemi müəyyənləşdirilməsi və istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin səmərəli yolları müəyyənləşdirilmişdir.

Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən 14 monoqrafiya, 8 dərslik, 21 dərs vəsaiti, 11 metodik vəsait, çoxlu sayda proqram, elmi məqalə və tezislər çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə bütün proqramlar təhsilin məzmununa uyğun müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir. Cari ildən başlayaraq kafedra tərəfindən tədris olunan bütün fənlərin tədris proqramının kafedranın öz əməkdaşları tərəfindən tərtib olunması işinə başlanmışdır.

 

“Humanitar fənnlər” kafedrasında tədris olunan əsas fənnlər:

1.Pedaqogika

2. Məktəbəqədər pedaqogika

3. İbtidai təhsilin pedaqogikası

4. Sosial pedaqogika

5. Azərbaycan məktəb və pedaqoji fikir tarixi

6. Pedaqoji ustalığın əsasları

7. Psixologiya

8. Yaş və pedaqoji psixologiya

9. Ümumtəhsil kurikulumunun əsasları

10. Multikulturalizmə giriş

11. Mədəniyyətşünaslıq

12. Ali məktəb pedaqogikası

 Pedaqoji elmlər namizədi, dosent Əliyev Afiq Xanoğlan oğlu 1958-ci ildə Füzuli rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunun (indiki Bədən Tərbiyəsi və İdman Akademiyası) Pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1991–1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olmuşdur. 1996-cı ildə “Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsinə, 2006-cı ildə dosent elmi adına  layiq görülmüşdür. 1997-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında Pedaqogika üzrə baş müəllim və kafedra müdirinin köməkçisi kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə kafedra müdiri vəzifəsi ona həvalə edilmişdir. Həmin vaxtdan etibarən kafedraya rəhbərlik etmişdir. Hazırda “Humanitar fənnlər” kafedrasına rəhbərlik edir.

Müxtəlif illərdə Universitetin Elmi Şurasının üzvü, Elmi metodik şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Hazırda Universitetin Elmi Şurasının üzvüdur.

Kafedrada“Şəxsiyyətin inkişafı və formalaşdırılması” problemi üzrə elmi-tədqiqat işi aparır. 2 kitab, 5 metodik vəsait, 10 proqram, 50-dən çox elmi məqalənin müəllifi, 1 kitabın tərtibçisidir.

LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq miqyaslı konfranslarda məruzələrlə çıxış etmişdir.

2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və seminarlarda fəal iştirakına görə Sertifikatlarla təltif olunmuşdur.

  “Humanitar fənnlər” kafedrasında çalışan professor-müəllim heyəti haqqında:

Adı, soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

      1.

Əliyev Afiq Xanoğlan oğlu

ped.e.n., dosent

qi.afiq1958@gmail.com

      2.

Cahangirova Tükəzban Vəli qızı

ped.e.n., baş müəllim

tukazban_c@box.az

      3.

Cəfərov Sahil Nizam oğlu

ped.ü.f.d., müəllim

ceferovs998@gmail.com

     4.

Mahmudov Kamal Fətulla oğlu

tarix.ü.f.d., baş müəllim

kamal-1965@mail.ru

     5.

Cəfərova Nahidə İbrahim qızı

baş müəllim

nahide.ceferova@gmail.com

    6.

Əmənullayev Qabil Abış oğlu

baş müəllim

q.emenullayev@mail.ru

    7.

Bayramov Müşviq Cabir oğlu

müəllim

mushfiq76@mail.ru

    8.

Məmmədov Zaur İbrahimxəlil oğlu

müəllim

mammadovzaur@mail.ru

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 35 69.

E-mail:       qi.afiq1958@gmail.com

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator