Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

İbtidai təhsil və məktəbəqədər təlim kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

“İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığının mükəmməlliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Kafedra İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə mütəxəssislərin hazırlanmasında yaxından iştirak edir. Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətlərinə İbtidai sinifdə tədrisin nəzəri-metodiki istiqamətləri və Məktəbəqədər təlimin elmi-metodiki istiqamətləri aiddir. “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə bakalavr və “İbtidai sinifdə təlimin metod və metodologiyası” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. 2016/2017-ci tədris ilində “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında 7 əməkdaş çalışır. Onlardan 1 nəfəri filologiya elmləri namizədi, baş müəllim, 1 nəfər baş müəllim, 5 nəfəri isə müəllimdir. Kafedraya filologiya elmləri namizədi, baş müəllim Əliyev Ayəddin Baldadaş oğlu rəhbərlik edir.

 “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında tədris olunan əsas fənlər:

1. Ana dili

2. Ana dilinin tədrisi metoodikası

3. Uşaq ədəbiyyatı

4. İnklüziv təhsil

5. Tibbi biliklərin əsasları

6. Fiziki tərbiyə və onun tədrisi metodikası

7. Musiqi və onun tədrisi metodikası

8. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları

9. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası

10.Təsviri sənət və onun tədrisi metodikası

11.Texnologiya və onun tədrisi metodikası

12. Pediatriya və gigiyenanın əsasları

13. Ana dilinin tədrisi metodikasının elmi-nəzəri əsasları

14. İbtidai təhsil pedaqogikasının müasir problemləri

15. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası

16. İbtidai təhsil pedaqogikası

 Filologiya elmləri namizədi, baş müəllim Əliyev Ayəddin Baldadaş oğlu 1959-cu ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Pedaqoji Universiteti) bitirmiş, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına yiyələnmişdir. təyinatı üzrə Lənkəranın müxtəlif orta məktəblərində dil-ədəbiyyat müəllimi işləmişdir. Ayəddin Əliyev eyni zamanda jurnalist kimi fəaliyyət göstərmiş, rayonda nəşr olunan "Elin səsi" qəzetinin redaktoru olmuşdur. Publisistik məqalələri "Lənkəran", “Azadlıq”, "Elin səsi", “Aşkarlıq” və "Prizma" qəzetlərində çap edilmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda elmi katib, tədris şöbəsinin müdiri və kafedra müdiri əvəzi vəzifələrində çalışmışdır. 2007-ci ildə "F.H.Naxçıvaninin "əs-Sihah əl-əcəmiyyə" əsərinin leksik və qrammatik xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1 monoqrafiya, 2 metodik vəsait, 8 proqramın, 50-yə yaxın publisistik, 20 elmi məqalənin müəllifidir.

 “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında çalışan professor-müəllim heyəti haqqında

Adı,soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

      1.

Əliyev Ayəddin Baldadaş oğlu

fil.e.n.,baş müəllim

a.ayeddin@mail.ru

      2.

Tahirov Əhmədağa Bahadır oğlu

baş müəllim

e.ehmedaqa@bk.ru

      3.

Qasımov Rəşid Ataxan oğlu

müəllim

r.qasimov@mail.ru

     4.

Qənbərov Ağamirzə Cabir oğlu

müəllim

qenberov1@.gmail.com

     5.

Mahmudova Məlahət Nəriman qızı

müəllim

melahet.mahmudova@mail.ru

     6.

Paşayev Vüqar Yaqub oğlu

müəllim

vuqar.pawa@mail.ru

     7.

Salayeva Nərmin Natiq qızı

müəllim

nermin-nermin@mail.ru

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 35 69.

E-mail:       a.ayeddin@mail.ru

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator