Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Kimya və biologiya kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Lənkəran Dövlət Universitetinin “Kimya və biologiya” kafedrası 1993-cü ildə “Coğrafiya-biologiya” kafedrasının tərkibində, 1994-cü ildən isə müstəqil - “Kimya və biologiya” adı ilə fəaliyyət göstərir. Kafedra respublikanın orta ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. Kafedrada ali təhsilin bakalavriat pilləsi üzrə “kimya və biologiya müəllimliyi” ixtisası, magistrarura pilləsi üzrə “Ekoloji biologiya” və “Kimya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları, doktorantura pilləsi üzrə isə “Ekologiya” ixtisası üzrə mütəxəsislər ixtisaslaşır. Kafedranın nəzdində 2 tədris laboratoriyası - Kimya və Botanika laboratoriyaları fəaliyyət göstərir. 2016/2017-ci tədris ilində “Kimya və biologiya” kafedrasında 7 əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər namizədi dosent, 2 nəfər fəlsəfə doktoru baş müəllim, 1 nəfəri isə baş müəllimdir. Kafedrada Biologiya və Kimya istiqamətində elmi-tədqiqat işləri aparılır. Biologiya istiqamətində "Ekoloji monitorinq və genomun ətraf mühitin zərərli təsirindən qorunması", Kimya istiqamətində isə “Kimyanın tədrisində fəal təlim texnologiyalarından istifadə” mövzusunda elmi-tədqiqat işləri aparılır. Biologiya istiqamətinin əsas vəzifələri -Ətraf mühitin ekoloji monitorinqi, Ətraf mühitin mutagen və konsrogen təsirli maddələrinin müəyyən edilməsi və Subtropik bitkilərdən alınmış ekstraktiv maddələrlə mühitin zərərli amillərinin modifikasiyası tutur. Kimya istiqamətinin əsas vəzifələri isə kimyanın tədrisində fəal təlim texnologiyalarından istifadə etməklə Kimya fənni üzrə təhsil proqramından (kurikulumdan) irəli gələn vəzifələri yerinə yetirmək, şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılması, onların inkişafını ardıcıl olaraq izləməyə imkan verən məzmun və strategiyaları müəyyən etməkdən ibarətdir.

Kafedrada respublikanın digər Universetlərinin Biologiya fakültəsi və Tibb Universiteti tələbələri üçün "Ümumi sitologiya" dərsliyi, “Embriologiya” dərs vəsaiti, ali təhsilin bakalavriat pilləsi üzrə “Kimya və biologiya müəllimliyi” ixtisası üçün 6 proqram, 4 metodiki vəsait hazırlanmışdır. Son beş ildə kafedra əməkdaşları elmi-tədqiqat işlərinin nəticələrinə görə Respublika və xarici ölkələrin elmi jurnallarında 65 elmi məqalə nəşr etdirmişlər. Kafedraya biolgiya elmləri namizədi, dosent Hüseynov Məmmədhüseyn Babəli oğlu rəhbərlik edir.

 

“Kimya biologiya” kafedrasında tədris olunan əsas fənlər:

1.      Biologiyanın tədrisi metodikası

2.      Sitologiya

3.      Botanika

4.      Kənd təsərrüfatının əsasları və kimyalaşdırma

5.      Fiziki kolloid kimya

6.      Analitik kimya

7.      Bioüzvi kimya

8.      Kimyanın tədrisi metodikası

9.      Kompleks birləşmələr

10.  Həyat fəaliyətini kimyəvi əsasları

11.  Qeyri-üzvi kimya

12.  Üzvi kimya

13.  Kimya texnologiyası

14.  Zoologiya

15.  Molekulyar biologiya

16.  Bitki fizioologiyası

17.  Biokimya

18.  Həyat bilgisi

19.  İnsan və heyvan fiziologiyası

20.  İnsan anatomiyası

21.  Yüksək molekullu birləşmələr

22.  Histologiya

23.  Genetika və seleksiya

24.  Mikologiya

25.  Mülki müdafiə

26.  Tibbi biliklərin əsasları

27.  Ekoloji genetika

28.  Təkamül ekologiyası

29.  Bitki ekologiyası

30.  Böyük ixtisas təcrübəsi

31.  Heyvan ekologiysı

32.  Populyasiya ekologiyası

33.  Ekoloji fiziologiya

34.  Ekololoji biologiya elminin tarixi və metodologiyası

35.  Ekoloji biologiya elminin müasir problemləri

36.  Ekoloji morfologiya

37.  İnsan ekologiyası

38.  Sosial ekologiya

39.  Azərbaycan florası

40.  Şəhərlərin ekologiysı

41.  Torpağın ekologiyası

42.  Kimya fənnin tədrisi metodikası və metodologiyasının tarixi və metodologiyası

43.  Kimyanın tədrisində təbiyət elmləri arasında əlaqənin rolu

44.  Kimyanın tədrisinin müasir vəziyyəti və inkişaf perespektivləri

45.  Üzvi kimyanın tədrisi metodikası

46.  Kimya fənnin tədrisi metodikası və metodologiyasının müasir problemləri

47.  Kimyadan pedaqoji təcrübələrin təşkili və keçirilməsi

48.  Kimyanın öyrənilməsində Sinifdənkənar və müstəqil işlər

49.  Kimyadan çətin məsələlərin həlli

50.  Qeyri–üzvi kimyanın  tədrisi metodikası

51.  AMTMF (nano texnologiyanın əsasları)

52.  Kimya fənninin tədrisi metodikasının təşkili formaları

53.  Ümumi kimyanın tədrisi metodikası

54.  Kimya fənninin ali məktəbdə tədrisi metodikası

55.  Kimya və təcrübə işinin metodikası

56.   Neft kimyası

57.  Kimyadan biliklərin mənimsənilməsinə nəzarət

58.  Kimyanın tədrisində proqramlaşdırma metodları

59.  Kimyanın öyrənilməsində iqtisadi və ekoloji təhsil və tərbiyə

Biolgiya elmləri namizədi, dosent Hüseynov Məmmədhüseyn Babəli oğlu 1989-cu ildə Bakı Dövlət Univesitetinin Biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda "Feyxoa meyvələrindən alınmış ekstraktların antimutagen aktivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1994-cü ildə Lənkəran Dövlət Universitetinin “Kimya və biologiya” kafedrasının baş müəllimi, 1999-cu ildə isə müsabiqə yolu ilə “Kimya və biologiya” kafedrasına müdir vəzifəsinə seçilmişdir. Məmmədhüseyn Hüseynov müasir Genetika sahəsində mütəxəssisdir, 50-yə qədər elmi əsərin, o cümlədən, 1 dərslik, 2 dərs vəsaiti, 4 metodiki vəsait, 5 proqramın müəllifidir.

“Kimya biologiya” kafedrasında çalışan professor-müəllim heyəti haqqında

Adı,soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

      1.

Hüseynov Məmmədhüseyn Babəli oğlu

biol.e.n., dosent

mamed.h@mail.ru

      2.

Hüseynova Sevinc Ilyas qızı

kim.ü.f.d., dosent

sevinjhuseynova@yahoo.com

      3.

Suleymanov Suleyman Şakir oğlu

biol.e.n., dosent

suleyman.@mail.ru

     4.

Şəmmədov Ramiz Zeynulla oğlu

biol.e.n.,dosent

zooloq.60@mail.ru

     5.

Qədirova Gülbəniz Allahverdi  qızı

kim.ü.f.d.,baş müəllim

gadirova.@gmail.com

     6.

Məmmədov Firudin Musa oğlu

kim.ü.f.d.,baş müəllim

firudin.41@mail.ru

     7.

Əsgərov Vaqif Höccət oğlu

baş müəllim

vaqif.ə@mail.ru

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 14 34,

E-mail:       tabiyyat@lsu.edu.az;  mamed.h@mail.ru

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator