Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Maliyyə, mühasibat və audit kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

 Universitetin “Maliyyə, mühasibat və audit” kafedrası 2016-cı ilin avqust ayında “İqtisadiyyat və aqrotexnologiya” kafedrasının bazası əsasında yaradılmışdır. “Maliyyə, mühasibat və audit” kafedrası iqtisadiyyat, müasir iqtisadi şəraitdə regionun sosial-iqtisadi inkişafının qarşısında duran vəzifələr, onun milli və regional istiqamətdə maliyyə və uçot problemlərinin həlli yolları, onun inkişaf etdirilməsi istiqamətləri üzrə mütəxəssislərin hazırlığı və elmi işlərin yerinə yetirilməsi ilə məşğul olur. Maliyyə, mühasibat və audit” kafedrası 2016-cı ildə “İqtisadiyyat” istiqaməti üzrə “Regional iqtisadiyyatın sosial-iqtisadi inkişaf problemləri” mövzusunda elmi tədqiqat işlərini davam etdirir. Kafedra Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə bakalavr və ” Maliyyə nəzarəti və audit”, “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.

2016/2017-ci tədris ilində “Maliyyə, mühasibat və audit” kafedrasında 8 əməkdaş çalışır. Onlardan 2 nəfəri dosent, 1 nəfəri fəlsəfə doktoru baş müəllim, 2 nəfər baş müəllim, 3 nəfəri isə müəllimdir. Aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq kafedra əməkdaşlarının məqalə və tezisləri respublika və beynəlxalq səviyyəli müxtəlif elmi sərgilərdə çap olunmuşdur. Əməkdaşlar mütəmadi olaraq elmi konfrans, simpozium və seminarlarda aktiv iştirak edirlər. Kafedranın geniş beynəlxalq əlaqələri vardır. Kafedraya iqtisadiyyat üzrə fəlsəfə doktoru, baş müəllim Mirzəyev Natiq Sərhad oğlu rəhbərlik edir.

 

“Maliyyə, mühasibat və audit” kafedrasında tədris olunan əsas fənlər

1. Auditin əsasları

2. Audit xidmətində iqtisadi təhlil

3. Bank işi

4. Beynəlxalq maliyyə

5. Büdcə və xəzinə uçotu

6. İdarəetmə uçotu

7. Kredit fəaliyyətinin əsasları

8. Maliyyə

9. Maliyyə nəzarəti və audit

10. Maliyyə uçotu

11. Maliyyə hesabatı təhlili

12. Maliyyə (iqtisadi) təhlili

13. Maliyyə (mühasibat) uçotu

14. Maliyyə hesabatının beynəlxalq standartı

15. Maliyyə menecmenti

16. Muhasibat uçotu

17. Muhasibat uçotunun nəzəriyyəsi

18. Praktiki audit

19. Pul və banklar

20. Qiymətli kağızlar

21. Qiymət və qiymətləndirmə

22. Vergi sistemi

23. S/f (Büdcə sistemi)

24. S/f (Pərakəndə bank xidməti)

İqtisadiyyat üzrə fəlsəfə doktoru, baş müəllim  Mirzəyev Natiq Sərhad oğlu 1971-ci ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 1988-ci ildə Girdəni kənd orta məktəbini bitirib, K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirib, iqtisadçı-təşkilatçı ixtisasını almışdır. 1995-ci ildən Lənkəran Dövlət Universitetində ayrı-ayrı illərdə baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır.

2015-ci ildə “Taxılçılığın inkişafında sahibkarlıq subyektlərinin rolunun artırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1 monoqrafiya, 1 metodik vəsait, fənn proqramları və 50-yə yaxın məqalə və tezislərin müəllifidir. Məqalələri Rusiya, Türkiyə, Belorusiya, Ukraynanın elmi jurnallarında dərc olunmuşdur.

 

 

“Maliyyə, mühasibat və audit” kafedrasında çalışan professor-müəllim heyəti haqqında

Adı,soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

      1.

Bədəlov Əlixan Mehman oğlu

iqt.e.n., dosent

alixan.badalov@mail.ru

      2.

Kazımov Rahib Nadir oğlu

iqt.e.n.,dosent

kazimovr.n.@mail.ru

3.

Mirzəyev Natiq Sərhad oğlu

i.ü.f.d., baş müəllim

mirzoev.n@mail.ru

4.

Quliyev Müqəddəs Hacıbaba oğlu

baş müəllim

m-quliyev@mail.ru

5.

Tağızadə Səriyyə Cəfər qızı

baş müəllim

Taqizade-62@mail.ru

6.

Ağazadə İqbal Azər oğlu

müəllim

iqbal_agazade@mail.ru

7.

Bayramov Murad Barat oğlu

müəllim

bizimmurad@yahoo.com

8.

Qasımov Namik Cəbi oğlu

müəllim

ulker.huseynova08@gmail.com

 

Ünvan:       Az 4200, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi-18, 2 saylı tədris korpusu; 

Telefon:     (+994) 025 254 14 34,

E-mail:       tabiyyat@lsu.edu.az;  mamed.h@mail.ru

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator