Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Riyaziyyat və informatika kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Riyaziyyat və informatika kafedrasının müdiri r.ü.f.d. Nahid Paşayev

“Riyaziyyat və informatika” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Kafedra 1992-ci ildən fəaliyyət göstərir. “Riyaziyyat və informatika” kafedrasının işinin əsas məqsədi tələbələrə riyaziyyatın müxtəlif bölmələrini tədris etmək, bu bölmələrin tətbiq sahələrini və bu istiqamətdə tədqiqat aparmaq üsullarını öyrətməkdir. Bu günə kimi azərbaycanın ən görkəmli alimlərindən 15-ə yaxın elmlər doktoru professor və 30-a yaxın elmlər namizədi dosent kafedrada fəaliyyət göstərmişdir. Əməkdar elm xadimi prof.Asəf İsgəndərov, AMEA-nın müxbir üzvü Rauf Hüseynov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, AMEA-nın müxbir üzvü Orxan Məmmədyarov, prof.Qabil Yaqubov, prof.Məlik-Baxış, prof. Şövkət Baxışov, prof.Ələkbər Əliyev, prof.Ədalət Axundov, prof.Həmdulla Aslanov, prof.Əbulfət Pələngov, dos.Nəcəf Əliyev, dos.Kamandar Cəfərov, dos.Feyruz Həsənov, dos.Murğuzali Əliyev və b. fəaliyyət göstərmişdir. Kafedraya əvvəlcə dos.Səbziyev Nəriman, dos.Mədətov Əminağa və dos.Heydərov Arif rəhbərlik etmişdir. Hazırda kafedra müdiri vəzifəsini r.ü.f.d.Paşayev Nahid Cəlil oğlu icra edir. Paşayev Nahid Cəlil oğlu, r.ü.f.d., baş müəllim Riyaziyyatçı, “Diferensial tənliklər” ixtisası, iş stajı 17 il, 2015-ci ildən kafedra müdiri əvəzi vəzifəsində çalışır.
Hazırda kafedrada 21 əməkdaş çalışır. Bunlardan 3 nəfər elmlər dokturu professor, 5 nəfər elmlər namizədi-dosent, 6 nəfər fəlsəfə doktoru baş müəllim, 3 nəfər baş müəllim, 3 nəfər müəllim və 1nəfər laborant çalışır.
”Riyaziyyat” istiqamətində “Riyazi fizikanın klassik və qeyri-klassik diferensial tənliklər üçün sərhəd və optimal idarəetmə məsələləri” və “Fizika, riyaziyyat və informatikanın tədrisi metodları və distant təhsilin problemləri” mövzusunda 2 istiqamətdə elmi-tədqiqat işləri aparılır. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Respublikanın və bir sıra xarici ölkələrin elmi jurnallarda çap olunmuşdur.
Kafedra əməkdaşlarından prof.Ədalət Axundov, prof.Həmdulla Aslanov, prof.Əbulfət Pələngov, r.ü.f.d. b.m.Paşayev Nahid, r.ü.f.d. b.m.Həmidov Ruslan, r.ü.f.d.müəl.Mirzəyeva Səlimə, r.ü.f.d.baş müəl.Əsgərov İdrak, m.Rəşid Qasımov və b. universiteti müxtəlif grant layihələrində, Polşa, Türkiyə, Rusiya, Gürcüsatan, Litva, Ruminiya, Moskva, Sankt-Peterburq, Novosibirsk, Nalçik, Kiyev, Tiblisi, Səmərqənd, Tehran, Təbriz, İstanbul, Mersin, Varna, Dağıstan kimi böyük dövlətlər və şəhərlərdə keçirilən treninqlərdə, beynəlxalq elmi konfranslarda və digər nüfuzlu tədbirlərdə təmsil etmişlər. Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının (İNTAS Project № 06-100017-8909), 2009 –cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”- nin maliyələşdirdiyi “NATO NIG-083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi” qrantının layihə icraçısı olmuşdur və digər beynəlxalq layihələr çərçivəsində keçirilən beynəlxalq elmi konfranslarda, treninqlərdə və digər nüfuzlu tədbirlərdə fəal iştirak etmişlər.
2014-cü ildə kafedra Moskva Dövlət Universitetinin professoru A.Q.Yaqola və Kiyev Dövlət Universitetinin professoru Nakaneçni ilə birlikdə elmi-praktik konfrans keçirmişdir.
2014-cü tədris ilində iki dissertant Həmidov Ruslan Allahverən oğlu və Musayeva Mətanət Asəf qızı, 2015-ci ildə bir doktorant Paşayev Nahid Cəlil oğlu, 2016-ci ildə isə bir dissertant Mirzəyeva Səlimə Mirzə qızı dissertasiya işlərini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışlar.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:
Bakalavr üzrə:
1.”Riyaziyyat-informatika müəllimliyi” ixtisası, əyani, qiyabi şöbələr
2. “Kompüter elmləri” ixtisası, əyani şöbə
Magistr üzrə:
1.”Riyazi-analiz” ixtisası əyani və qiyabi şöbə
2.”İnformatika” ixtisası əyani şöbə
3.”Riyaziyyatın tədrisi metodikası” ixtisası əyini şöbə
Doktorantura üzrə:”Diferensial tənliklər” ixtisası əyani, qiyabi şöbələr

Kafedrada tədris olunan əsas dərslərin siyahısı:
Ali riyaziyyat, Riyazi analiz , Cəbr, Həndəsə, Diferensial tənliklər, Elementar riyaziyyat, Funksional analiz , Ehtimal nəzəriyyəsi və riyazi statistika, Optimallaşdırma üsulları, Riyaziyyatın və informatikanın tədrisi metodikası , İnformatika və başqa fənlər tədris olunur.
 

Kafedra əməkdaşları haqqında məlumat:
 

Paşayev Nahid Cəlil oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent əvəzi
1964-cu ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1982-ci ildə BDU-nun “Tətbiqi-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir.1989-cu ildə həmin universiteti bitirmişdir. 2010-cı ildən LDU-nun “Diferensial tənliklər” ixtisasının doktorantı olmuşdur.
2015-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə riy.ü.f.d. elmi adı almışdır. Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Hal-hazırda kafedra müdiri əvəzi vəzifəsində çalışır.
22 elmi məqalə, tezis və 2 metodik vəsaitin müəllifidir. Bir sıra qrant lahiələrində iştirak etmişdir.
Umud-96@mail.ru

Mirzəyeva Səlimə Mirzə qızı - riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
1972-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə ADNA-nın “İdarəetmə proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplumu ilə bitirmişdir. 2011-ci ildən LDU-nun “Ekonometriya” ixtisası üzrə dissertant olmuşdur. 2016-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışdır. Lənkəran Dövlət Universitetində baş laborant, elmi işçi, mafedra müridi müavini və baş müəllim vəzifələrində çalışmışdır.
27 elmi məqalə və tezisin, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir.
Mirzayeva_Salima@mail.ru


Muradov Məmməd Fərrux oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, müəllim
1968-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1985-1992-ci illərdə ADPU-nun “Riyaziyyat-informatika müəllimliyi” ixtisasını bitirmişdir. 1993-cü ildən AMEA-nın “Riyaziyyat və mexanika” İnstitunun “Funksional analiz” kafedrasının dissertantı olmuşdur. 2007-ci ildə “Riyazi analiz” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adı almışdır.
5 elmi məqalə və 2 tezisin müəllifidir.
mammad_2011@mail.ru

Həbibov Şakir Əlif oğlu - baş müəllim
1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 1979-cu ildə universiteti bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir.1992-ci ildən LDU-da müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1994-2000-ci illərdə universitetin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
1 dərslik, 3 metodik vəsait, 3 məqalə və 12 tezisin müəllifidir.

Həbibov Vahab Mehdi oğlu - baş müəllim
20.11.1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1985-ildə BDU-nun “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuş və 1992-ci ildə isə təhsilini bitirmiş, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. 1996-cı ildən LDU-da müəllim kimi işləməyə başlamışdır. Hal-hazırda “Riyaziyyat və informatika” kafedrasının baş müəllimidir. 2014-cü ildən LDU-nun “Diferensial tənliklər” ixtisası üzrə dissertantıdır. 13 məqalə və tezisin müəllifidir.
vahab.hebibov@mail.ru

Axundov Ədalət Yavuz oğlu – riyaziyyat elmləri doktoru, professor
01 iyun 1949-cu ildə Ordubad rayonunda anadan olmuşdur. 1971-ci ildə ADU-nun Riyaziyyat fakültəsinə daxil olmuşdur. Axundov Ədalət 1980-cı ildən “Riyaziyyat” ixtisası üzrə Elmlər namizədi , 2009-cu ildə isə Riyaziyyat üzrə elmlər doktoru dərəcəsini almışdır, professordur.
Hazırda AMEA aparıcı elmı işçi vəzifəsində çalışır.
50-dən çox elmi məqalə və tezisin müəllifidir.
2009-cu ildən LDU-da işləməyə başlamışdır.
adalakhund@mail.ru

Aslanov Həmidulla İsrafil oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, professor
1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur.1967-ci ildə BDU- nun “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuş, 1972-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976- cı ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasyası müdafiə etmişdir. 1997-ci ildə professor elmi adını almışdır. Diferensial operatorun spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir.150-dən artıq elmi əsərin müəllifidir. 15-dən artıq məqaləsi xaricdə çap edilmişdir. “Adi diferensial tənliklər və Riyazi fizika tənlikləri”, “Çoxdəyişənli funksiyalar, çoxqat, əyrixətli və səth inteqralları”, “Meydan nəzəriyyəsinin elementləri”, “İnteqral tənliklər, təqribi həll üsulları, EHM-də tətbiqləri”, “Riyazi fizika tənliklərinin şəbəkə həll üsulu ilə həlli” dərs vəsaitləri vardır. Moskva, Sankt-Peterburq, Novosibirsk, Nalçik, Kiyev, Tiblisi, Səmərqənd, Tehran, Təbriz, İstanbul, Mersin, Varna şəhərlərində keçirilmiş beynalxalq konfranslarda məruzələrə çıxışlar etmişdir. 1994-1995-ci illərdə İran İslam Respublikasının Təbriz Universitetinə dəvət olunmuş, mühazirələr oxumuşdur.
35 il müddətində respublikanın müxtəlif ali məktəblərində fəaliyyət göstərmişdir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisidir.
aslanov.50@mail.ru

Pələngov Əbülfət Qulam oğlu - Pedaqoqika elmlər doktoru, professor
17 iyun 1959-cu ildə Lerik rayonunda Züvüç kəndində anadan olmuşdur. 1977-81-ci illərdə ADPİ-də təhsil almışdır. 1989-cu ildən bu günə qədər ADPU-nin riyaziyyat fakültəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1996-cı ildə pedaqoji elmlər üzrə fəlsəfə doktoru, 2010-cu ildə isə pedaqoji elmlər üzrə elmlər doktoru adını almışdır, professordur.
1996-cı ildən Respublika Jurnalistlər birliyinin üzvi, 2002-ci ildə “Vektor Beynəlxalq Elmi Mərkəzin”-nin “Gənc alim” kimi laureatı olmuşdur. 2010-cu ildə ADPU-da dəqiq elmlər üzrə ilin alimi” olmuşv ə mükafata layiq görülmüşdür. 2011-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı və vəsiqəsi ilə təltif olunmuşdur.
100-ə yaxın elmi əsərin, o cümlədən 6 kitab bir monoqrafiyanın müəllifidir.
2010-cu ildən LDU–da işləməyə başlamışdır.
abulfat1@mail.com

Heydərov Arif Hüseyn oğlu – Fizika riyaziyyat elmləri namizədi, dosent
1951-ci ildə Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. 1973-cü ildə ADU-nun “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasını bitirmişdir. 1973-1976-ci illərdə AMEA-nın “Mexanika və Riyaziyyat” İnstitunun “Riyazi analiz” ixtisası üzrə dissertant olmuşdur. Hal-hazırda BDU-da Mexanika-riyaziyyat fakültəsində dosent vəzifəsində çalışır. 1997-ci ildən LDU-da fəaliyyət göstərir.
50-dən çox elmi məqalənin, 1 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir.
arif_heydarov@mail.ru

Əliyev Nəcəf Yaqub oğlu - Fizika riyaziyyat elmləri namizədi, dosent
1950-ci ildə Cəlilabad rayonunun Yaqublu kəndində anadan olmuşdur. 1967-1972-ci illərdə BDU-nun “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. 1975-ci ildə ADPU-nun “Həndəsə və topologiya” ixtisası üzrə aspirant olmuş. 1994 – idə fizika-riyaziyyat elmləri namizadə elmi dərəcəsi almışdır.
35 elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.
necef***@mail.ru

Cəfərov Kamandar Molla oğlu - Fizika riyaziyyat elmləri namizədi, dosent
3.12.1938 ci ildə Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olmuşdur. 1963-1968 illərdə BDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını bitirmişdir. 1978-ci ildə Kiyev Universitetində “Riyaziyyatın iqtisadiyyat tətbiqi” ixtisasından dissertant olmuşdur.
80-dən çox elmi məqalə və 5 dərsliyin müəllifidir.
kamandar@mail.ru

Məhərrəmov Zakir Tulu oğlu - texnika elmlər namizədi, dosent
14.02.1954-cü ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmüşdur.1971-1976-cı illərdə AzNKİ “Tətbiqi riyaziyyat” ixtisasını oxumuşdur.1984-cü ildə Moskva Kimya Maşınqayırma İnstitunda texnika elmləri üzrə namizədlik dissertasiyasını uğurla müdafiyə etmişdir.
32 elmi məqalənin 7 dərs vəsaiti və metodik vəsaitin müəllifidir. Müdafiə Nazirliyi tərəfindən Fəxri fərman təqdim olunmuşdur.
Zakirmaharramov@rambler.ru

Həmidov Ruslan Allahverən oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
8 yanvar 1971-ci ildə Astara rayonu Maşğan kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışır- müəllim, baş müəllim, dekan müavini, tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri, 2007-ci ildən 2014-cü ilədək isə inzibati-təsərrüfat işləri üzrə prorektor. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1211.01- “Diferensial tənliklər” ixtisası üzrə “Çoxölçülü oblastda xətti elliptik tip tənliklər üçün əmsalların optimal indentifikasiyası məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 15 elmi məqalənin müəllifidir, Polşa, Rusiya, Türkiyə, Gürcüsatan, Litva və s respublikalarında keçirilən elmi seminar və konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 2007-2008-ci illərdə Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının (İNTAS Project № 06-100017-8909), 2009 –cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”- nin maliyələşdirdiyi “NATO NIG-083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi “ qrantının layihə icraçısı olmuşdur. Ailəlidir, iki qızı və bir oğlu vardır. Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Mikayıl Cabbarovun 16 may 2014-cü il tarixli əmri ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru təyin olunmuşdur.
rqamidov@mail.ru


Əsgərov İdrak Mirzəbala oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
22.03.1985-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 2002-2006-cı illərdə BDU-nun “Riyaziyyat” ixtisasını bitirmişdir. AMEA –nın Kibernetika İnstitunun “Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertantı olmuş və 2014-cü ildə r.ü.f.d.elmi adı almışdır.
6 elmi məqalə və 5 tezisin müəllifidir. Prezident yanında Elmi İnkişafı fondunun elan etdiyi qrant lahiyəsinin iştirakçısıdır.
İsmayılov Arif İbrahim oğlu- Pedaqoqika elmlər namizədi, dosent
1951-ci il yanvar ayının 31-də müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir.
1988-ci ildə E.T.P.E.İ-nin dissertantı olmuşdur. 1996-cı ildə “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
Ümumitəhsil kurikulumunun əsasları üzrə treninq sertifikatları var. 40-dan çox elmi-metodik əsərin və yazının müəllifidir. Fəxri fərmanlar və mükafatlarla təltif olunmuşdur.
arifismayilov3151@gmail.ru

Mahmudov Polad Balağa oğlu - müəllim
1974-cu ildə Astara ratonu Siyaku kəndində anadan olmuşdur.1997-ci ildə LDU-nun “Riyaziyyat və informatika” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2004-ci illərdə LDU-nun “Diferensial tənliklər” ixtisasında aspiranturanı bitirmişdir.
3 elmi məqalənin müəllifidir.

Əhmədov Saleh Zeyni oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
10 iyun 1973-cü ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur.1990-cı ildə orta məktəbi bitirib.1994-cü ildə BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuşdur. Bakalavr təhsilini bitirdikdən sonra elə həmin il magistraturaya daxil olmuşdur. 2000-ci ildən BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin” dosentidir. 2008-ci ildə riyaziyyat üzrə fəlsəfə dokturluğunu müdafiyə etmişdir.

Əliyeva Könül Vəlihəddin qızı - müəllim
1984-cü il iyulun 19-da Lənkəranda anadan olub. 2002-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbi bitirdikdən sonra 2003-cü ildə LDU-nun “Riyaziyyat və informatika” ixtisasına daxil olub. 2007-ci ildə bakalavr, 2007-2009-cu illərdə LDU-nun “Riyaziyyat və informatika” kafedrasında laborant vəzifəsində işləməklə magistraturada təhsil alıb. 2012- ci ildən etibarən Balıqçılar qəsəbə tam orta məktəbində riyaziyyat və informatika müəllimi işləyir.

Zeynalov Ramin Mübariz oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim
1977-ci ildə 13 apreldə Bakı şəhərində anadan olmuşdur.1994-cü ildə Cəlilabad rayon Qarazəncir kənd orta məktəbinin XI-ci sinfini bitirdikdən sonra elə həmin il BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə daxil olub. 1998-ci ildə həmin fakültənin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını bitirmişdir.
2004-2007 ci illərdə Odlar Yurdu Universitetinin “İnformasiyanın emalı və idarə etmə sistemləri” ixtisasını bitirmişdir. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasında laborant vəzifəsində işləmişdir. 2007-ci ildə AMEA-nın “İdarəetmə sistemləri” institunda doktoranturaya qəbul olmuşdur. 2011-ci ildə AMEA-nın “İdarəetmə sistemləri” institunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2016-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş və “Diferensial tənliklər” ixtisası üzrə r.ü.f.d. elmi dərəcəsi almışdır. Hazırda AMEA-nın “İdarəetmə sistemləri” institunda elmi işçi vəzifəsində çalışır. 16 elmi əsərin müəllifidir.
Ailəlidir, bir oğlu var
raminz@gmail.com

Quliyev Allahşükür Əzizağa oğlu - müəllim
1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 2011-ci ildə “Riyaziyyat” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2012-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “Riyazi anliz” ixtisaslaşması üzrə magistrantı olmuşdur. Hal-hazırda LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsinin müdiri vəzifəsində çalışır.
quliyev_allahsukur@mail.ru
 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator