Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Texnologiya və aqrar fənlər kafedrası

 

Faydalı keçidlər

 

“Texnologiya və aqrar fənlər” kafedrası 2016-cı ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq qida məhsullarının istehsalını və istehlakını daha da yaxşılaşdırmaq istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Bu məqsədlə 2016/2017–ci tədris ilində təhsilin bakalavr pilləsi üzrə “Qida məhsulları mühəndisliyi”, “Aqronomluq”, “Meşəçilik”, “Ekologiya mühəndisliyi”, “Baytarlıq”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarına tələbə qəbulu aparılmışdır. 2016/2017-ci tədris ilində “Aqrotexnologiya və aqrar fənlər” kafedrasında 11 əməkdaş çalışır. Onlardan 2 nəfəri  elmlər doktoru professor, 5 nəfər elmlər namizədi dosent, 1 nəfər elmlər namizədi baş müəllim, 1 nəfər fəlsəfə doktoru müəllim, 2 nəfəri isə müəllimdir. Kafedrada müntəzəm olaraq elmi seminarlar, açıq dərslər təşkil olunur. Kafedraya texnika üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu rəhbərlik edir.

Texnika üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu 1953-ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olub. 1979-cu ildə Krasnodar Politexnik İnstitutunun “Texnologiya” fakültəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 1994-cü ildən Lənkəran Dövlət Universitetində ayrı-ayrı vaxtlarda müəllim, baş müəllim, kafedra müdirinin müavini, dekan müavini, dekan vəzifələrində çalışıb. 2004-cü ildə texniki elmlər üzrə fəlsəfə doktoru, 2013-cu ildə dosent elmi adını almışdır. 1 dərs vəsaitinin, 5 fənn proqramının, 1 metodiki vəsaitin müəllifdir. 40-dan çox elmi məqalələri Universitetin, Respublika və Beynəlxalq konfransların elmi əsərlər məcmüələrində çap olunmuşdur. Hazırda “Texnologiya və aqrar fənnlər” kafedrasında müdür vəzifəsini icra edir.

   

Texnologiya və aqrar fənlər”  kafedrasında tədris olunan əsas fənlər

1. Konserv məhsulları istehsalının nəzəri əsasları

2. Aqronomluq

3. Ekologiyanın əsasları

4. Meşəçilk

5. Heyvanların anatomiyası və fiziologiyası

6. Torpağın mikroflorası

    

Texnologiya və aqrar fənlər” kafedrasında çalışan professor-müəllim heyəti haqqında

Adı,soyadı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

1.

Salmanov Məmməd Əhəd oğlu

b.e.d., professor

msalmanov@mail.ru

2.

Ağayeva Məlahət Əli qızı

b.e.n., dosent

Zoloq.60@mail.ru

3.

Cəfərov Əli Musa oğlu

k/t.e.n., dosent

əlicəfər@mail.ru

4.

Məhərrəmov Mikayıl Əkbər oğlu

tex.e.n., dosent

mikayilbyst@mail.ru

5.

Nuriyev Əsəd Nuri oğlu

tex.ü.f.d., dosent

asad.nuriyevlankaran@mail.ru

6.

Şahbazov Balayar Xanquli oğlu

k/t.e.n., dosent

balayarshahbazov@mail.ru

7.

Babayev Xalıqverdi Yusub oğlu

k/t.e.n., baş müəllim

Xalıqverdi.babayev58@mail.ru

8.

Nəzərova Nigar Hacıkişi qızı

aq.e.ü.f.d., müəllim

nnigaroo@mail.ru

9.

Abdinov Kamal Rza oğlu

müəllim

Abdinov-ilkin@mail.ru

10.

Quliyev Vaqif Şahverən oğlu

müəllim

VaqifQuliyev-0808@ mail.ru

 

Ünvan:       Az 4200,  Lənkəran şəhəri, Füzuli küçəsi 170a, I tədris korpusu

Telefon:     (+994) 025 255 31 91

E-mail:      

 

 

 

 

 

 

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator