Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Tarix və onun tədrisi metodikası kafedrası

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

“Tarix və onun tədrisi metodikası” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Bu kafedra 1991-ci ildən fəaliyyət göstərir. Kafedra yarandığı vaxtdan müxtəlif adlar altında 1991-ci ildə “Azərbaycan tarixi”, 2002-ci ildən “Tarix və fəlsəfə”, 2016-cı ildən isə “Tarix və onun tədrisi metodikası” adı altında fəaliyyət göstərir. Son beş ildə kafedrada 17 magistr dissertasiya işi müdafiə edilmişdir. Magistrantların elmi-tədqiqat işlərinə kafedranın yüksək ixtisaslı əməkdaşları ilə bərabər AMEA-nın elmi mütəxəssisləri rəhbərlik etmişlər. Son beş ildə kafedra əməkdaşları tərəfindən 1 metodik vəsait, 5 dərs vəsaiti, 80-dan çox elmi məqalə və tezislər çap olunmuşdur. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Respublikanın və bir sıra xarici ölkələrin elmi sərgilərində çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə bütün proqramlar təhsilin məzmununa uyğun müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir. Cari ildən başlayaraq kafedra tərəfindən tədris olunan bütün fənlərin tədris proqramının kafedranın öz əməkdaşları tərəfindən tərtib olunması işinə başlanmışdır. 2016/2017-ci tədris ilində “Tarix və onun tədrisi metodikası” kafedrasında 8 əməkdaş çalışır. Onlardan 2 nəfəri elmlər namizədi dosent, 1 nəfər elmlər namizədi, baş müəllim, 2 nəfəri fəlsəfə doktoru müəllim, 2 nəfəri baş müəllim, 1 nəfəri isə müəllimdir. Kafedra Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr, ”Azərbaycanın yeni və ən yeni tarixi” və “Orta əsrlərdə arxeologiya və etnoqrafiya” ixtisasları üzrə magistr və “Vətən tarixi” ixtisası üzrə doktorantura təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. Kafedraya tarix elmləri namizədi, dosent Baxşıyev Əliağa Arif oğlu rəhbərlik edir.

 “Tarix və onun tədrisi metodikası” kafedrasında tədris olunan əsas fənlər:

1. Azərbaycan tarixi

2.Müasir tarix

3. Şərqi Avropa xalqları tarixi

4. Asiya və Afrika ölkələri tarixi

5. Türk xalqları tarixi

6. Qafqaz xalqları tarixi

7. Yeni tarix

8.Arxeologiya

9. Qədim dünya tarixi

10. Orta əsrlər tarixi

11. Tarixin tədrisi metodikası

12. S/f. (Beynəlxalq əlaqələr tarixi və nəzəriyyəsi)

13. S/f. (Müasir mərhələdə Azərbaycanda siyasi proseslər)

14. XX əsrdə Ümumdünya tarixi proseslər

15. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

 

Tarix elmləri namizədi, dosent Baxşıyev Əliağa Arif oğlu 1941-cu ildə Astara rayonunda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirrmişdir. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi olmuşdur. 1974-cu ildən- 1997-ci ilə qədər Bakı Dövlət Universitetinin “Azərbaycan tarixi və tədrisi üsulu” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1998-ci ildən 2011-ci ilə qədər Lənkəran Dövlət Universitetinin “Azərbaycan tarixi” sonradan adı dəyişdirilərək “Tarix və fəlsəfə” kafedrasında kafedra müdiri vəzifəsində çalışmışdır. 2005-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin fəxri fərmani ilə təltif edilmişdir. 3 dərs vəsaiti, 1 proqram və çoxlu elmi məqalələrin müəllifidir.

 

 

   “Tarix və onun tədrisi metodikası” kafedrasında çalışan professor-müəllim heyəti haqqında

Soyadı, adı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

1.

Baxşıyev Əliağa Arif oğlu

tar.e.n., dosent

aliaqa.baxşıyev@mail.ru

2.

İbadov Rakif Hüseyn oğlu

tar.e.n., dosent

rakif@mail.ru

3.

Fəxrəddin Şahbaz oğlu Hüseyn

tar.e.n., baş müəllim

siyavər@box.az

4.

Cəfərov Mais Vəliməmməd oğlu

tar.ü.f.d., müəllim

mayis1968@mail.ru

5.

Məcidova Leyla qadir qızı

tar.ü.f.d., müəllim

 

6.

Kəlbiyev Həşim Adil oğlu

baş müəllim

h.kelbiyev@mail.ru

7.

Məmmədov Eldar Əsəd oğlu

baş müəllim

e.memmedov@mail.ru

8.

İmanlı Asif Abdulağa oğlu

müəllim

asif.imanlı.1974@mail.ru

 

 Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Abdullayev küç.19, II tədris korpusu

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator