Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xarici dillər kafedrası

 

Faydalı keçidlər

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı respublika elmi konfransı keçiriləcəkdir =>

 

 

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir =>

Filologiya elmləri namizədi,

dosent Kamran Şahverən oğlu Kazımov

kafedra müdiri

“Xarici dillər” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Bu kafedra 1992-ci ildən fəaliyyət göstərir. “Xarici dillər” kafedrasının işinin əsas məqsədi tələbələrə güclü dil və ünsiyyət vərdişləri öyrətmək, onları Britaniya və Amerikan ədəbiyyatı barədə məlumatlandırmaq, dilçilik və tərcümə də daxil olmaqla müvafiq sahələrdə möhkəm düşüncə yaratmaqdır. Kafedrada müxtəlif  illərdə ingilis dili və ədəbiyyatı, fransız dili və ədəbiyyatı, alman dili və ədəbiyyatı ixtisası üzrə kadrlar hazırlanmış, bu və digər ixtisaslarda ingilis, fransız, alman, rus, ərəb və fars dilləri tədris olunmuşdur. Kafedrada “Xarici ölkələr ədəbiyyatında Şərq problemi və humanizm” və “Dilçiliyin müqayisəli tipologiyası” mövzularında elmi-tədqiqat işləri aparılır. Kafedrada “İngilis dili müəllimliyi” və “Tərcümə” (İngilis dili) ixtisasları üzrə kadrlar hazırlanır və bu ixtisaslar üzrə ixtisaslaşmışdır.

Hazırda kafedrada 17 əməkdaş - onlardan 2 nəfəri elmlər namizədi, dosent, 6 nəfər baş müəllim, 11 nəfəri isə müəllim vəzifəsində çalışır. Kafedra əməkdaşlarından dosent Kamran Kazımov, baş müəllim Asudə Abdullayeva, Aynur Bunyadova, Haşım Əkbərov, Rəfail Heydərov, Hüseynəli Qasımov və b. universiteti müxtəlif grant layihələrində ABŞ, Böyük Britaniya, İtaliya, Polşa, Türkiyə, Avstriya, Almaniya, Yunanıstan, Rusiya, Fransa, Ruminiya kimi böyük dövlətlərdə keçirilən treninqlərdə, beynəlxalq elmi konfranslarda və tədbirlərdə təmsil etmişlər. Onlar JFDP, TEA, TEMPUS, ERASMUS MUNDUS və digər beynəlxalq layihələr çərçivəsində keçirilən beynəlxalq elmi konfranslarda, treninqlərdə və digər nüfuzlu tədbirlərdə fəal iştirak etmişlər.

Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Respublikanın və bir sıra xarici ölkələrin elmi sərgilərində çap olunmuşdur.

Kafedra Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Univetsitetinin və bir sıra xarici ölkələrin ali məktəblərinin müvafiq kafedraları ilə əməkdaşlıq edir.

 

“Xarici dillər” kafedrasında tədris olunan əsas fənlər:

1.        Praktik ingilis dili

2.        Praktik fransız dili

3.        Praktik rus dili

4.        Xarici dildə oxu və nitq

5.        Xarici dilin qrammatikası

6.        Xarici dilin fonetikası

7.        Xarici dilin tədrisi metodikası

8.        Xarici dilin leksikologiyası

9.        Xarici dilin üslubiyyatı

10.    İngilis ədəbiyyatı

11.    Ölkəşünaslıq

12.    Qərb sivilizasiyası

13.    Müqayisəli tipologiya

14.    Ümumtəhsil kurrikulumunun əsasları

15.    Nəzəri fonetika

16.    Nəzəri qrammatika

17.     Dil tarixi

18.    Tərcümə

19.    Eşidib anlama və nitq

20.    Oxuyub anlama və yazı

21.    Yazılı anlama və yazılı ifadə

22.    Şifahi anlama və şifahi ifadə

23.    Peşəkar tərcümənin əsasları

24.    Yazılı mətnin şifahi tərcüməsi

25.    Kompüter tərcümə proqramları

26.    Tərcümə nəzəriyyəsi

27.    Yazılı tərcümə

28.    Sənədləşmə və terminologiya

29.    Ardıcıl tərcümə və qeydgötürmə texnikası

30.    Şifahi tərcümə

31.    Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət

32.    Mətbuat mətnlərinin tərcüməsi

33.    Reklam mətnlərinin tərcüməsi

34.    Hüquq və inzibatı sənədlərin tərcüməsi

35.    Beynəlxalq qurumlar

36.    İctimai-siyasi mətnlərin tərcüməsi

37.    Arxeoloji-etnoqrafik mətnlərin tərcüməsi

38.    İqtisadi mətnlərin tərcüməsi

39.    Tibbi mətnlərin tərcüməsi

40.    Ekoloji mətnlərin tərcüməsi

41.    Bədii tərcümə

42.    Elmi mətnlərin tərcüməsi

 

Filologiya elmləri namizədi, dosent Kazımov Kamran Şahverən oğlu 1961-ci ildə anadan olub. 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. “N.S.Tixonov və Şərq” adlı doktorluq dissertasiyası işini bitirmişdir. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. 3 monoqrafiya, 8 proqram, 5 metodik vəsait, 60-dan çox elmi məqalənin müəllifidir. Xarici ölkələrdə keçirilən iyirmidən çox Beynəlxalq elmi konfranslarında iştirak etmiş, elmi əsərləri respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan kimi xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdur. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanin Kursk Dövlət Texniki Universitetində, Astarxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində və s. beynəlxalq elmi konfranslarında məruzələrlə çıxış etmiş, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmiş və sertifikata layiq görülmüşdür.

 “Xarici dillər” kafedrasında çalışan professor-müəllim heyəti haqqında

 

Soyadı, adı, atasının adı

Elmi dərəcəsi və vəzifəsi

Elektron ünvanları

1.

Kazımov Kamran Şahverən o

fil.e.n. dosent

kkamran@mail.ru

2.

Cavadova Yeganə Həmdulla q

fil.ü.f.d. baş müəllim

y.cavadova@gmail.ru

3.

Muradxanlı Bəxtiyar Malik o

baş müəllim

canbaba@mail.ru

4.

Abdullayeva Asuda Nəriman q

baş müəllim

asuda.lsu@gmail.com

5.

Bünyadova Aynur Siyavuş q

baş müəllim

aynour13@mail.ru

6.

Əkbərov Haşım Lələxan o

baş müəllim

hashim.akbar@mail.ru

7.

Heydərov Rəfail Kəlbi o

baş müəllim

heyderovrafael@gmail.ru

8.

Mehdiyeva Aysel Sehran q

müəllim

mysel@gmail.com

9.

Rzayeva Aynur Mirəli q

müəllim

mrs.rzayeva@list.ru

10.

Əliyeva Sevər Eynəli q

müəllim

sevarnurullayeva@mail.ru

11.

Fərəməzov Azər Surətulla o

müəllim

faramazovazer@mail.ru

12.

Ağayeva Zülfiyyə Xanoğlan q

müəllim

zulfiyye.agayeva1964@mail.ru

.13.

Qasımov Hüseynəli Əjdər o

baş müəllim

q.huseyneli@mail.ru

14.

Əliyev İntiqam Əlif  o

müəllim

intiqam.eliyev@mail.ru

15.

Kazımova Məlahət Şahverən q

müəllim

kazimovamelahet@gmail.ru

16.

Əliyev İlqar Tahir o

müəllim

ilqar_tahir@mail.ru

 

Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Abdullayev küç.19, II tədris korpusu

Telefonu: (+994) 025 254 28 11 iş,       111 daxili

                 (+994) 050 504 21 31 mobil.

 

 

Baş səhifə=>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator