Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Kitabxana bölməsi

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası Universitet yarandığı ildən, 1992-ci ildən fəaliyyət göstərir. Kitabxana təhsil və informasiya funksiyalarını yerinə yetirən müəssisə kimi tədris prosesini, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə universitetin kadr hazırlığında yaxından iştirak edir.

Hazırda Elmi kitabxananın fondu 79000 nüsxə təşkil edir. Bunlardan 52000 nüsxəsi kitab digərləri isə notlar, albomlar, xəritələr, disklər, metodik vəsait və tövsiyyələr, proqramlar, avtoreferatlar, dissertasiyalar, müxtəlif mövzulu kataloqlar, elmi əsərlər, xarici ölkələrdə və ölkə universitetlərində nəşr olunan elmi xəbərlər və sair materiallardır. Kitablar azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdədir. Fond Universal Onluq Təsnifatına uyğun olaraq düzülüb.

Universitet geniş profilli olduğu üçün kitabxanada oxuculara göstərilən xidmət də fərqlidir. Oxuculara xidmət işi abonement və oxu zallarında həyata keçirilir. Xidmət işinin daha səmərəli təşkili üçün əlavə olaraq fakultələrdə oxu zalları fəaliyyət göstərir.

Kitbxanaya vaxtaşırı Ankara Dövlət Universitetinin dərgiləri, Bakı Dövlət Universitetinin “Xəbərlər” toplusu, bundan başqa Azərbaycan Respublikası Prezident Aparatı, Təhsil Nazirliyi, Statistika Komitəsi, Nazirliklər, digər universitetlər və müəlliflər tərəfindən ölkəmizin təhsil, iqtisadi, siyasi və sosial sahələrdəki uğurlarını əks etdirən kitablar, foto-albomlar, digər sənədlər göndərilir.

Vahid oxucu biletinə əsasən kitabxananın 2013 nəfər oxucusu vardır. Bunlar tələbə, magistr, professor-müəllim, inzibati idarə heyətindən ibarətdir. Kitabxananın xidmətindən həmçinin bölgədə yaşayan və elmi-tədqiqat işi ilə məşğul olanlar habelə digər ali və orta ixtisas tələbələri də istifadə edirlər.

Kitabxananın oxu zalında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş daimi kitab sərgisi təşkil edilmişdir. Bu sərginin yaratmaqda məqsədimiz gənclərimizə Ulu Öndərin həyat yolu haqqında daha dolğun məlumat verməkdir.

Bundan başqa kitabxana universitetdə ənənəvi olaraq keçirilən konfranslarda, dövlət bayramlarında geniş kitab sərgiləri ilə iştirak edir.

2016-cı ildən Elmi kitabxana İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi ilə birləşdirilmiş və İKT və Kitabxana mərkəzinin bölməsi kimi fəaliyət göstərir.

Kitabxana bölməsinin rəhbəri Bakı Dövlət Universiteti Kitabxanaçılıq-İnformasiya fakultəsinin məzunu, təcrübəli mütəxəssis Elazə Məmməd qızı Əhmədovadır. O, 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirtdiyi qrant müsbiqəsində iştirak edərək “Poliqrafiya və nəşriyyat işi” layihəsinin qalibi olmuşdur. Ayrı-ayrı illərdə universitet rəhbərliyi, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri-fərmanla təltif edilmişdir.

E-mail: library@lsu.edu.az

Telefon: (+994) 025 255 10 37

Faks: (+994) 025 255 27 86

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator