Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  Əziz abituriyentlər! Lənkəran Dövlət Universitetinin qaynar tələbə həyatı sizi gözləyir! = >

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ:

2017/2018-ci tədris ilində Lənkəran Dövlət Universitetinə qəbul olunmuş abituriyentlər qeydiyyatdan keçərkən Qəbul Komissiyasına bu sənədləri təqdim etməlidirlər = >

 

 

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

 

2017/2018-ci tədris ilində Lənkəran Dövlət Universitetinin (LDU) bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlər aşağıda göstərilən sənədləri 2017-ci ilin 15 avqust tarixindən 25 avqust tarixinədək LDU-da yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 

1. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd (əsli də olmaq şərti ilə);
2. Təhsil haqqında sənədin əsli;
3. Yaşayış yerindən arayış;
4. Sağlamlıq haqqında arayış;
5. Fotoşəkil (3*4 ölçüdə) – 6 ədəd;
6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün) – 2 ədəd;
7. LDU-ya qəbul olunma haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) saytından götürülmüş bildiriş (DİM-in saytından çap edilir);
8. Təhsil haqqının ödənilməsi barədə qəbzin əsli və surəti (ödənişli əsaslarla qəbul olanlar üçün). Ödəniş LDU-nun Kapital Bankda olan müvafiq hesabına ödənilməlidir (LDU-nun rekvizitləri səhifənin sonunda göstərilmişdir).
 

“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”na əsasən

“Xüsusi güzəşt və imtiyazları olan tələbələr”dən tələb olunan sənədlər:


1. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd (əsli də olmaq şərti ilə);

2. Təhsil haqqında sənədin əsli;
3. Yaşayış yerindən arayış;
4. Sağlamlıq haqqında arayış;
5. Fotoşəkil (3*4 ölçüdə) – 6 ədəd;
6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün) – 2 ədəd;
7. LDU-ya qəbul olunma haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) saytından götürülmüş bildiriş (DİM-in saytından çap edilir);

Əlavə olaraq,
Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
2. Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Valideynlərinin şəxsiyyət vəsiqələrinin surəti;
4. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin surəti;
5. Valideynlərinin məcburi köçkün vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surəti.
 

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni isə I və ya II qrup əlil olan valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək şəxslər:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
2. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsi və digər valideynin şəxsiyyət vəsiqəsinin surəti, I və ya II qrup əlillik haqda kitabçanın (əgər olmazsa müvəqqəti olaraq əvəzinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) verdiyi əlillik haqqında arayış) notarial qaydada təsdiq edilmiş surətləri.
 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr barədə:
 

Əlil olmuş vətəndaşların övladları:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
2. Valideynlərinin şəxsiyyət vəsiqələrinin surəti;
3. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin surəti;
4. Notarial qaydada təsdiq edilmiş “Müharibə əlili” olması barədə kitabçanın (olmazsa müvəqqəti olaraq əvəzinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) verdiyi əlillik haqqında arayış) surəti.
 

Şəhid ailəsinin üzvü olan abituriyentlər:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
2. Ailə tərkibi haqqında arayış;
3. Şəhidlik haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti.

Hərbi əməliyyatlarda itkin düşən və məhkəmə tərəfindən ölmüş elan olunan vətəndaşların övladları:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
2. Valideynlərinin nigah haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti;
3. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” (DİN) tərəfindən valideyninin Azərbaycan Respublikasının müdafiəsi zamanı “hərbi əməliyyatlarda itkin düşməsi və məhkəmə tərəfindən ölmüş elan olunması” haqqında arayış və ya əmrdən çıxarış.
 

Lənkəran Dövlət Universitetinin müvafiq rekvizitləri: 

 

Valyuta:

AZN

Benefisiarın Bankı:

Kapital Bank ASC Lənkəran filialı

Filialın Kodu: 

200383

VÖEN:

9900003611

SWIFT kod:       

AIIBAZ2X

Müxbir hesab:  

AZ37NABZ01350100000000001944

Benefisiarın adı:

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

Hesab № 

AZ97AIIB33080019443870045138

VÖEN:

2600135481

 

Sənədlər hər gün (şənbə və bazar günlərindən başqa) saat 09:00-dan 17:00-dək aşağıdakı ünvanda qəbul olunur:

Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50,

LDU-nun İnzibati binası.

Telefonlar: (+994) 025 255 25 88,   025 255 24 17:           Faks:  (+994) 025 255 27 86.

 

ELAN:

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator