Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

LDU BU GÜN!

 

Faydalı keçidlər

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

 

 

LDU - sabaha doğru inamla!

 

Müstəqillik dövrünün yeni Universitetini yaradırıq.


2017-ci ilin may ayında Lənkəran Dövlət Universitetindəelmi konfransda iştirak edən alimlərdən biri burada tədris, maddi-texniki baza sahəsində aparılan işlərdən heyrətini gizlədə bilməyərək:
- Natiq müəllim, mən əvvəllər də burda olmuşam, amma indi gördüklərim məni heyrətə gətirir. Siz təhsildə və təsərrüfat işlərində inqilab edirsiniz, - dedi.
Natiq müəllim:
- Bütün bunlar Qanunvericiliyin yaratdigı imkanlardır - deyə cavab verdi.
Əslində Natiq müəllim təvazökarlıq edirdi. İnsan öz işinin düzgünlüyünə, millətə, xalqa verəcəyi faydaya inananda, o, hər şeyə nail olur. Belə insan ruhən yaradıcı olanda isə o daha inadcıl, əzmkar və islahatçı olur. Natiq müəllim kimi.
Bugünkü ixtisaslar tədrisə yeni yanaşma tələb edir. Güclü maddi-texniki baza, laboratoriyalar, ixtisas kompleksləri və kadr potensialı olmadan müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq mümkün deyil. Regionun tələbləri nəzərə alınaraq, LDU-da yeni ixtisaslar və yeni Aqrar fakültəsi açılmışdır. Doğrudur, LDU-da əvvəllər də kənd təsərrüfatı ilə bağlı ixtisas olmuşdur. Təəccüblüsü budur ki, indiyədək universitetdə kənd təsərrüfatı ixtisasları üzrə təcrübə sahələri, kompleks laboratoriyalar yaradılmamış, işin praktik mahiyyətinə diqqət yetirilməmişdir. Tələbələr tərəvəzin və ümumiyyətlə kənd təsərrüfatı bitkilərinin necə becərildiyini, bu sahədə hansı aqro-texniki işlərin aparıldığını əyani görməmişlər. Təbii ki, belə bir yanaşma ilə keyfiyyətli mütəxəssis hazırlamaqdan söhbət belə gedə bilməz.
Təyin olunduğu ilk gündən Natiq müəllim bu məsələyə ciddi yanaşdı. Aqrar fakültə üçün torpaq sahəsi aldı. Təcrübə sahəsində fakültə tələbələrinin şəxsən iştirakı ilə tərəvəz-bostan bitkiləri əkdirdi, prosesin gedişatını tələbələrin öz ixtiyarına verdi. Təbii bir laboratoriya salındı. Açığını deyim ki, bir çoxları həmin sahədə məhsulun olacağına inanmırdı. “Bu, effekt verməyəcək" - deyən yerli mütəxəssislərə Natiq müəllim təkidlə belə cavab verdi:
- Lənkəranda ilin istənilən vaxtında məhsul əldə etmək olar. Qoy tələbə cəhd eləsin, özü əksin, özü qulluq eləsin, bitkinin böyümə, inkişafetmə prosesini özü izləsin və nəzarət etsin. Bitkinin xəstəliyini öz gözləri ilə görsün. Nəticə olacaq. Çox vaxt eksperimentin lazımi nəticə verməməsi də, elmə xidmət etmişdir. Tələbə məhsul niyə olmadı?, məhsul niyə az oldu? və s. sualların cavabını axtaracaq. Beləliklə, işin içinə girəcək. Kənd təsərrüfatı işçisi bu prosesləri izləməsə, bu prosesləri yaşamasa, ondan kənd təsərrüfatı işçisi olmaz.
Natiq müəllimin dedikləri düz çıxdı. Tələbələr coşqunluqla işə qoşuldular. Bitkilərə həvəslə qulluq etdilər. Müəllimlərinin rəhbərliyi altında nəzəriyyə ilə təcrübəni birləşdirdilər, alaqdan təmizləmə işindən tutmuş suvarma, kultivasiya və digər işlərə qədər özləri məşğul olaraq, hər bir körpə fidanın üstündə yarpaq kimi əsdilər, çəkdikləri əməyin bəhrəsini səbirsizliklə gözlədilər. Budur, nəhayət ki, onların zəhməti boşa çıxmadı. Eksperiment öz bəhrəsini verdi. Təcrübə sahəsi bol məhsul verdi. Bu isə yeni tədris ili üçün daha qlobal addımların atılacağından xəbər verir.
LDU-da yaradılan yeni ixtisaslardan biri də “Baytarlıq”dır. Natiq müəllimin həmin ixtisas üçün möhtəşəm planları vardır. Şəxsən Rusiyanın Ufa şəhərində ixtisasla bağlı Universitetdə olan rektor Elmi şurada professor-müəllim heyəti ilə təəssüratlarını bölüşəndə onun gözlərində gələcəkdə LDU-da həmin ixtisas üzrə yaradılacaq nəhəng kompleksin uğurlu anlarının sevincini görmək çətin deyildi.
LDU-da müasir tədris laboratoriyalarının, ixtisaslar üzrə fundamental komplekslərin yaradılması üçün real, qəti addımlar atılır.Bu təkcə aqrar və iqtisadi yönümlü ixtisaslara deyil, ümumən pedaqoji yönümlü ixtisaslara da aiddir.
Lənkəran Dövlət Universiteti bu möhtəşəm işdə ona kömək etmək istəyən professor-müəllim kadrları LDU-ya dəvət edir. Respublikada yeganə ali məktəbdir ki, dəvət olunuan professor müəllim heyəti üçün Avropa standartlarına uyğun müasir tipli 6 xidməti mənzil inşa etmişdir. Hər mənzilin 2 otağı, mətbəxi, hamamı və s. vardır.
Yaxşı şərait, yüksək əmək haqqı, sağlam kollektiv, humanizm, şəffaflıq və ədalətə köklənmiş rəhbərlik! Müəllim üçün bundan yaxşı nə ola bilər?!
Natiq müəllimin arzularını ürəkdən gerçəkləşdirmək istəyənlər, niyyəti pak və təmiz olanlar, Azərbaycanın hər qarışını özünə Vətən bilənlər, LDU-ya gəlin. Bu möhtəşəm işlərin hərəkətverici qüvvəsi olun!
Gəlin,dövrümüzün müasir Universitetini,
müasir Universitetin isə Lənkəran modelini yaradaq!

Bir sözlə, Universitetimiz böyük və möhtəşəm işlər astanasındadır. LDU-da bu gün aparılan quruculuq, humanistləşmə və digər tədbirlər bizi qəti inandırır ki, həmin böyük və möhtəşəm işlərin gerçəkləşdiyi gün uzaqda deyil. Natiq müəllim öz niyyətində inadlıdır, o, irəliyə baxır, onun üçün geriyə yol yoxdur.
Biz-cənublular Natiq müəllimə inanır və deyirik: Natiq müəllim, qısa müddətdə Lənkəran Dövlət Universitetində gördüyünüz və görəcəyiniz işlərə görə çox sağ olun!
 

Dosent Ayəddin Əliyev

 


 

 

 

 

 

LDU - ən düzgün seçimdir!


Demək olar ki, bütün qruplar üzrə ali məktəblərə qəbul imtahanları yekunlaşdı. Tələbə qəbulu ilə bağlı konkret,dəqiq statistik rəqəmlər açıqlanmasa da,ali məktəblərə qəbul imtahanlarında cənub bölgəsində kifayət qədər yüksək bal toplayanlar var.Eyni zamanda,ölkə miqyasında da yüksək bal toplayanların sayında ötən illərlə müqayisədə artım müşahidə olunur. Tələbə adı qazanan əziz gənclər!Biz sizi nəinki bölgənin,ölkəmizin ən nüfuzlu təhsil ocağı olan LDU-da görmək istəyirik.İmtahanlarda və tədris prosesində şəffaflığın tam təmin olunduğu,korrupsiyanın birdəfəlik tarixə çevrildiyi,tələbə-müəllim ünsiyyətinin yüksək səviyyədə qurulduğu bu ali məktəbə məhz imtahanlarda yüksək uğurlar əldə etmiş gənclər lazımdır.Çünki bilk bazası yüksək olan gənc tədris prosesində daha böyük elmi uğurlar əldə etməyə şanslıdır.Bizdə-LDU-da isə hər bir savadlı tələbənin bilik potensialının nümayişinə,hərtərəfli inkişafına hər cür şərait yaradılıb.Son bir il ərzində LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun düzgün təhsil strategiyası ,iş metodu ,əzmkarlığı və ən əsası-tələbkarlığı nəticəsində universitetimizin nüfuzu həm ölkə daxilində,həm də beynəlxalq arenada xeyli yüksəlmişdir.Bunu LDU-da keçirilən beynəlxalq elmi konfranslar,qarşılıqlı tədris-təcrübə mübadilələri,elmi səfərlər də subut edir. Gənc dost!Nəzərə al ki,bu il universitetimizdə daha bir neçə yeni ixtisasda mütəxəssis hazırlığına start veriləcək.O mütəxxəssis sən ola bilərsən,əziz dost!Bölgənin kənd təsərrüfatını yüksəldib ölkənin ərzaq bolluğuna töhfə vermək,ölkənin turizm potensialını dünya miqyasında tanıtmaq kimi ali missiya sənin üzərinə düşür.Elə isə seçimini indi et-LDU-nu seç!Universitetimizin son dərəcə müasir,dünya standartlarına uyğun maddi-texniki bazası,xaricdən alınmış tədris labaratoriyaları,təcrübə sahələri,yenilənmiş professor-müəllim heyəti sənin hərtərəfli kadr,mütəxəssis kimi yetişməyinə yetərlidir.Nəzərə al ki, LDU-nu seçməklə təkcə ailə büdcəsinə ,yol xərclərinə qənaət etmirsən,həm də şəffaflığın,düzlüyün hökm sürdüyü təhsil mühiti qazanırsan.Elə isə gecikmə LDU-nu seç! - Yolunu gözləyirik!
 


Esmira İsmayılova,
LDU Mətbuat xidməti
 

ELAN:

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator