Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Qeydiyyat və qiymətləndirmə bölməsi

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

Universitetin qeydiyyat və qiymətləndirmə bölməsi aşağıdakı funksiyaları yerinə yetirir:

Ali təhsilin bakalavr pilləsinə tələbə qəbulu ilə bağlı təşkilati işləri yerinə yetirir. Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara uyğun olaraq Universitetə bakalavr pilləsinin I tədris ilinə qəbul olmuş tələbələrin qeydiyyatdan keçirməsini, onların şəxsi işlərinin tərtib olunmasını, Universitet üzrə qəbul əmrinin verilməsini və müvafiq struktur bölmələrinə çatdırılması üçün zəruri tədbirləri həyata keçirir. Tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış edir və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaradır. İxtisasın (ixtisaslaşmanın) təhsil proqramı, tədris planı və tədris qrafikinin hazırlanaraq aidiyyatı qrumlara çatdırır. Akademik məsləhətçi (tyutor) xidmətini və yay semestrini təşkil edir. Tələbə kontingenti, tədris işinin təşkili və nəticələrinə dair statistik və digər hesabatları hazırlayıb təqdim edir. Tələbə kontingentinin uşotu və hərəkəti, tələbə-məzun Dövlət elektron məlumat sisteminin və TİMS-in işlənilməsi üçün lazımı işlər görür. Bölmə imtahan sessiyalarının keçirilməsini təşkil edir və nəticələrinin təhlili ilə əlaqədar lazımı tədbirləri həyata keçirir. Tələbə kontingentinin hərəkəti, tələbələr sırasından xaric edilməsi, bərpası, köçürülməsi, əlavə ixtisas təhsili alması, ixtisasının və ya təhsil formasının dəyişməsi, akademik məzuniyyət alması və s. ilə bağlı işləri yerinə yetirir.

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

 © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator