Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

 

 

 
 

Səmədzadə Elnur Şükür oğlu

 

Tələbə Gənclər Təşkilatının sədri

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi

Əlaqə tel: +994 50 240 68 14; 

+994 50 769 37 07

E-mail: elnur.samedov.1996@mail.ru 

 

 

Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır.

Təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədilə təsis edilmişdir. Təhsil müəssisələrində müxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin  operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Universitetdə 4 fakültə olduğu üçün, təşkilatda 4 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Lənkəran Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. LDU TGT seçki-hesabat konfransından sonra təşkilatın fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bir sıra struktur dəyişiklikləri həyata keçirdi. Beləki, əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olundu: 1)Elm və təhsil departamenti; 2)Layihələr departamenti; 3)Beynəlxalq əlaqələr departamenti; 4)İnsan resursları departamenti; 5)İctimaiyyətlə əlaqələr departamenti; 6)Mədəniyyət departamenti; 7)İdman departamenti; 8)Ümumi şöbə departamenti. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurmuşdur:

1)Elm və təhsil departamenti: Elm-təhsil departamenti tələbələrin intellektual səviyyələrinin inkişafına kömək göstərir. Departament, əsasən, təhsil mövzusunda layihələr təlimlər həyata keçirmək, intellektual potensiala malik olan tələbələri aşkar etmək və onlara asudə vaxtlarının maraqlı və səmərəli keçməsini təmin etməkdir. Bundan əlavə, qurum bir çox təlim və elmi konfranslar təşkil edir.

2)Layihələr departamenti: Layihələr departamenti tələbələrin ən yaxşı ideyalarını seçərək müxtəlif layihələri həyata keçirir. Departament universitetdə və universitetdən kənarda yeni layihələrin keçirilməsini təmin edir. Bundan əlavə, qurum ideyaların reallaşmasını görmək, yaratmaq, dəyişmək, fəal olmaq və öz layihələrinə dəstək görmək istəyən tələbələri özündə birləşdirir.

3)Beynəlxalq əlaqələr departamenti: Beynəlxalq əlaqələr departamenti yerli tələbələrlə xarici universitetlərin tələbələri arasında əlaqələr qurmağa şərait yaradır. Bundan əlavə, departament tələbələrin xarici təlimlərdə və buradakı konsulluqların layihələrində iştirakını təşkil edir.

4)İnsan resursları departamenti: İnsan resursları departamentinin səlahiyyətlərinə aiddir: TGT üzvlərinin siyahısının və üzvlük blanklarının, fakültə sədrlərinin, qrup nümayəndələrinin, İdarəetmə Şurasının, Nəzarət-Təftiş Komissiyasının üzvlərinin siyahısının və onların şəxsi işlərinin, ehtiyat blankların təminatı.

5)İctimaiyyətlə əlaqələr departamenti: İctimaiyyətlə əlaqələr departamenti TGT-nin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrini qurur, divar qəzetlərinin çıxarılmasını təşkil edir, Təşkilatı sosial şəbəkələrdə və ümumiyyətlə, virtual şəbəkədə təmsil edir.

6)Mədəniyyət departamenti: Mədəniyyət klubu musiqi, rəqs, rəsm, yazıçılıq və digər incəsənət növləri ilə məşğul olan tələbələrin bir yerə yığışması və onların özlərini inkişaf etdirmək üçün müxtəlif cür dərslərin təşkil olunması ilə məşğul olur. Klub Layihələr departamentinin daxilində fəaliyyət göstərir.

7)İdman departamenti: Departament, əsasən, universitetdə keçirilən idman yarışlarını təşkil edir  və universitetdən kənarda keçirilən idman yarışlarında tələbələrin iştirakını təmin edir.

8)Ümumi şöbə departamenti: Ümumi şöbənin səlahiyyətlərinə aiddir: keçirilmiş tədbirlərin statistikasının və sənədlərinin, təqdimatların, əmrlərin, ərizələrin, aktların, daxil olan və göndərilən sənədlərin, iş planlarının, Hesabat-seçki konfranslarının protokollarının, keçirilmiş tədbirlərin protokollarının, hər ay İdarəetmə Şurasının iclasının keçirilməsi və həmin iclasların protokollarının hazırlanması.

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator