Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

Tədrisin təşkili və təlim texnologiyaları mərkəzi

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

Mərkəzin fəaliyyətinin əsas məqsədi Universitetdə tədris-metodiki işlərin təşkili, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədris planları və proqramların yaradılması və təkmilləşdirilməsi, tədrisdə kredit sisteminin və müasir təlim texnologiyalarının tətbiqi, tədris prosesinin metodiki təminatı, məzunlarla iş və tələbələrin təcrübələrinin təşkili ilə əlaqədar işləri həyata keçirməkdir. Mərkəz Universitetdə tədrisin təşkilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun həyata keçirir. Dövlət təhsil standartlarına uyğun olaraq universitetin professor-müəllim heyətinin tədris və tədris-metodiki işlərinin koordinasiyası, dərs yüklərinin kafedralar üzrə bölgüsü və yerinə yetirilməsinə nəzarət edir. Dekanlıqlarla, kafedralarla və Universitetin digər struktur bölmələri ilə birgə tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili və onun gedişinə nəzarəti təşkil edir. Kredit sistemində tədrisin təşkili üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə bütün tədris sənədlərinin vaxtında hazırlanmasına nəzarət edir. Semestr üzrə dərs cədvəllərinin tərtibinə və dərslərin gedişatına gündəlik nəzarəti təşkil edir. Yekun Dövlət Attestasiyası üzrə sənədlərin və nümunəvi blankların hazırlanması və təsdiqinə nəzarət edir. Tələbələrin hərbi mükəlləfiyyətləri ilə bağlı tələbənin xaric olunması, bərpası, akademik məzuniyyət alması haqda əmrlərdən çıxarışları və digər məlumatları xüsüsi sənədlərlə iş şöbəsinə göndərir, şöbənin sorğularına cavablar hazırlayır və digər aidiyyatı məsələləri həll edir. Hər bir təhsilalanın-tələbənin fərdi tədris planlarının hazırlanması və onların bu planın tərtib edilməsində iştirakını təmin edir. Mərkəz bütün təhsil səviyyələri və formaları üçün metodiki işlərin akkreditasiya göstəricilərinin yerinə yetirilməsinin analizi və ona nəzarət işini təşkil edir. Universitetdə tədris prosesini təşkil edən və tənzimləyən əsasnamələrin, metodiki tövsiyələrin və digər normativ sənədlərin hazırlanmasında iştirak edir. Kafedraların fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatına nəzarət edir. Mərkəz yeni təlim texnologiyaları və kredit sisteminin tədris prosesinə tətbiqi ilə bağlı tədris-metodiki işlərin görülməsinə və təşkilinə nəzarət edir. Mərkəzin strukturuna “Tədrisin təşkili və əlavə təhsil”  bölməsi, “Qeydiyyat və qiymətləndirmə”  bölməsi, “Məzunlarla iş və təcrübələrin təşkili” bölməsi daxildir. Mərkəzə baş müəllim r.ü.f.d. Əsgərov İdrak Mirzəbaba oğlu rəhbərlik edir.

 

 

Tyutorlar

Əmək funksiyaları:

Tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;

Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir;

Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verir;

Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edir;

Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərir;

Yay semestrinin təşkilində iştirak edir.

 

 

Sevdimova Məlahət Miriş qızı – 1980-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1997-ci ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 1998-ci ildə Lənkəran Dövlət Universitetinin “Tarix ictimaiyyət” ixtisasına qəbul olmuş, 2004-cu ildə Universiteti bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2007-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildən təhsilini “Vətən tarixi” ixtisaslaşması üzrə doktoranturada davam etdirir. 3 elmi məqalənin müəllifidir.

2001-ci ildən Lənkəran Dövlət Universitetində “Tarix və fəlsəfə” kafedrasının laborantı kimi əmək fəaliyyətinə başlamışdır. 2005-ci ildən baş laborant vəzifəsində çalışmışdır. Universitetdə işlədiyi dövrdə Universitetin ictiami həyatında fəal iştirakına və səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərman və Universitetin nəzdində fəaliyyət göstərən ümumhazırlıq kompüter kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif olunmuşdur.

Hazırda Lənkəran Dövlət Universitetinin “Humanitar” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “İngilis dili müəllimliyi” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail:  malahat-80@mail.ru

 

Əliyeva Elviyyə Salam qızı –

1989-cu ildə Astara rayon Pensər kəndində anadan olmuşdur. 2007-ci il də Mirzə Fətəli Axundov adına 1 saylı orta məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Biologiya ixtisasına qəbul olmuş, 2011-ci ildə Universiteti bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Onurğasızlar zoologiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə Universiteti bitirmişdir. 3 elmi məqalənin müəllifidir.

2014-cü ildən Lənkəran Dövlət Universitetində “Kimya və biologiya” kafedrasının Baş laborantı kimi əmək fəaliyyətinə başlamışdır. Hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail: E.Aliyeva.89@mail.ru

 

Axundova Gülnar Firdovsi qızı - 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş, 2007-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.2014-cu ildə Lənkəran Dövlət Universitetində “Dilşünaslıq (İngilis dili)” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olmuş, 2016-cı ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 3 elmi məqalə və 3 tezisin müəllifidir.

2007-2016-cı illərdə Lənkəran şəhər 9 saylı tam orta məktəbində ingilis dili müəllimi işləmişdir. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı və Lənkəran şəhərlərində keçirilən xüsusi ixtisasartırma kurslarında iştirak etmiş və İngilis dili ixtisası üzrə yeni fənn kurikulumlarının tətbiqinə dair sertifikatlar almışdır.

 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsində “Qida məhsullarının mühəndisliyi”, “Baytarlıq” və “Müşəçilik” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail:  akhundova_gulnar@mail.ru

 

Hüseynli Nəzrin Elşən qızı -

1992-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 2 saylı tam orta məktəbi bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına daxil olmuş, 2013-cü ildə həmin ixtisası bitirmişdir. 2014-cu ildə Lənkəran Dövlət Universitetinin “Turizm və sosial mədəni servis xidməti” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə magistraturanı bitirmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsində “Kompüter mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya” və “Aqronomluq” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail:  nazrin.huseynli1992@gmail.com

 

Əsgərli Günel Bəylər qızı – 1990-cı ildə Xırdalan şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Müəllimlər İnistitutunun Quba filialına “İbtidai sinif müəllimliyi” ixtisasına daxil olmuş, 2013-cü ildə oranı bitirmişdir. 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində  “Menecment (təhsilin təşkili və idarə edilməsi)”ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə Universiteti bitirmişdir. “Təşkiletmə-təhsilin idarədedilməsinin əsas funksiyalarından biri kimi”, “Demokratik idarəetmənin əsas komponentləri”, “Təhsilin idarə edilməsində proqnozlaşdırmanın əhəmiyyəti”, İdarəetmədə planlaşdırmanın üstün cəhətləri” adlı  elmi məqalələrin müəllifidir.

Hazırda Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsində Riyaziyyat informatika müəllimliyi və Kompüter elmləri ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail:  asgerli_gunel@mail.ru

 

Salayeva Şəbnəm Ədalət qızı  2009-cu ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2013-cü ildə Universiteti bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə “Bəxtiyar Vahabzadənin poemalarının tədrisində vətənpərvərlik ideyalarının təbliği” mövzusunda dissertasiya işini müdafiə edərək Universiteti bitirmişdir. 2 elmi məqalənin müəllifidir.

Hazırda Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsində Tarix coğrafiya müəllimliyi və Kimya və biologiya müəllimliyi ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail:  sebnem.salayeva.2015@gmail.com

 

Əsgərli Elnur Əlihüseyn oğlu – 1989-cu ildə Əlibayramlı şəhərində  anadan olmuşdur. Şirvan şəhər 18 saylı orta məktəb-liseyi əla qiymətlərlə bitirmişdir.  Bakalvr təhsilini Azərbaycan Müəllimlər İnistitutunun Quba filialında 2009-2013, Magistr təhsilni isə 2013-2015-ci illərdə Qafqaz Universitetində almışdır. “Fərdi psixoloji xüsusiyyətlərin ibtidai sinif şagirdlərinin təlim fəaliyyətinə təsiri”  adlı elmi məqalənin və “Xarakter fərdi-psixoloji xüsusiyyət kimi”, “Fərdi-psixoloji xüsusiyyətlər və onların mahiyyəti”, “Temprament-ibtidai sinif şagirdlərində formalaşan fərdi-psixoloji xüsusiyyətdir” adlı tezislərin müəllifidir.

Bakalavr və magistr təhsili müddətində “Təhsildə və ictimai işlərdə fəal iştirakına görə” və “təhsildə fərqləndiyinə görə” rektorluq tərəfindən  diplom və fəxri fərmanla təltif olunub. «III İnternational Scientific Conference of Young Researchers» adlı beynəlxalq konfransın və «Fəal müəllim: Beynəlxalq təcrübənin müasir tətbiqləri» adlı beynəlxalq seminarın iştirakçısıdır.

Hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin idarə edilməsi” və “Turizm və Otelçilik” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail: eesgerli89@gmail.com

 

Qəhramanov Murad Akif oğlu – 1992-ci ildə Şəki rayonun Baltalı kəndində anadan olmuşdur. 1999-cu Şəki rayon Baltalı kənd tam orta məktəbinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Müəllimlər İnistitutunun Şəki filialına “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olmuş, 2014-cü ildə Universiteti bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin “İqtisadi və sosial coğrafiya” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-ci ildə Universiteti bitirmişdir. 3 tezisin müəllifidir.

Hazırda Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində tyutor kimi fəaliyyət göstərir.

E-mail: m.xanov4@gmail.com

 

Əbilov İsmayıl Vəfadar oğlu – 1992-ci ildə Masallı rayonunun Ninalov kəndində anadan olmuşdur. 1998-ci ildə Sığdaş kənd tam orta məktəbinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Sumqayıt Dövlət Universitetinin  “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuş, 2013-cü ildə Universiteti bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin “Maliyyə nəzarəti və audit” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2016-cı ildə Universiteti bitirmişdir.

Hazırda Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində tyutor kimi fəaliyyət göstərir.

E-mail:  ismayil.ebilov@mail.ru

 

Məmmədova Günel Elmir qızı – 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhər 286 saylı tam orta məktəbi bitirmişdir.  Həmin il Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisasına daxil olmuş, 2012-ci ildə oranı bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai sinifdə təhsilin metodika və metodologiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2015-ci ildə Universiteti bitirmişdir. “Ana dilinin fənninin tədrisində şüurluluq və fəallıq prinsipinin tətbiqi”, “Təlimin şüurluluq və fəallıq prinsipinin məzmunu haqqında” adlı  elmi məqalələrin müəllifidir.

2013-2015-ci illərdə Lənkəran şəhər ETTM-də ingilis dili müəllimi işləmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Humanitar” fakültəsində “Tərcümə (İngilis dili)”,  “İbtidai sinif müəllimliyi” “Məktəbəqədər təlim və tərbiyə” ixtisaslarının tyutoru kimi fəaliyyət göstərir.

E-mail: guncam91@box.az

 

Baş səhifə>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator