Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktoru

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktoru

riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İdrak Əsgərov

R.ü.f.d., dos. İdrak Əsgərov 22 mart 1985-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinin  "Riyaziyyat"  ixtisasına daxil olmuşdur. 2006-cı ildə bu ixtisas üzrə  bakalavr pilləsini bitirərək  Bakı Dövlət Universitetinin  "Cəbr və topologiya" ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2009-cü ildə magistratura pilləsini müvəffəqiyyətlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun  "Obrazların tanınması və informasiyaların işlənməsi" şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin ildən Bakı Dövlət Universitetinin "Cəbr və həndəsə" kafedrasında 0.5 ştat müəllim vəzifəsində də işləmişdir. 2011-2013-cü illərdə AMEA-nın Akademik Ə.İ. Hüseynov adına Kibernetika İnstitutunun dissertantı olmuşdur. 2013-cü ildə  "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə  "Qaz-lift prosesində optimal idarəetmə məsələlərinin asimptotik həll üsulları" mövzusunda dissertasiya işini Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının üzvu seçilmişdir. 2014-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutundan öz istəyi ilə işdən çıxaraq Lənkəran Dövlət Universitetinin  "Təbiyyat" fakültəsinin dekan müavini və  "Fizika, riyaziyyat və informatika" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə LDU üzrə əmrə əsasən “Riyaziyyat və informatika” kafedrasının 0.5 ştat dosenti vəzifəsinə təyin olunmuşdur. Beynəlxalq müəllim günü münasibəti ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 5 oktyabr 2016-cı il tarixli 174 nömrəli sərəncamı ilə təhsilin inkşafında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

Ailəlidir, iki övladı vardır.

Seçilmiş əsərləri:

1.      Aliev F.A., Mutallimov M.M., Askerov I.M., Raguimov I.S. Asymptotic Method of Solution for a Problem of Construction of Optimal Gas-Lift Process Modes. // Hindawi Publishing Corporation Mathematical Problems in Engineering Volume 2010, Article ID 191053, 10 pages doi:10.1155/2010/191053.

2.      Mutallimov M.M., Askerov I.M., Ismailov N.A., Rajabov M.F. An Asymptotical Method to Construction a Digital Optimal Regime for the Gas-Lift Process. // Appl. Comput. Math., V.9,  N.1,  2010,  p. 77-84.

3.      Askerov I.M., Ismailov N.A. Asymptotic method for solution of the optimization problem with periodic boundary conditions and control in gaslift process. // TWMS J. Pure and Appl. Math., V.4., N2, 2013, pp. 237-241.

4.      Алиев Ф.А., Муталлимов М.М., Аскеров И.М. Асимптотический метод решения задачи построения оптимальных режимов газлифтного процесса. // Доклады НАН Азербайджана, №1, 2010, с.26-33.

5.      Муталлимов М.М., Аскеров И.М., Исмайлов Н.А., Использование асимптотического метода для создания оптимального регулятора в газлифтных скважинах  // Известия Национальной Академии Наук Азербайджана, том XXXI, 2011, № 6, с. 14-19.

6.      Mütəllimov M.M.,Əsgərov İ.M. Neft quyularının qaz-lift üsulu ilə istismarı zamanı optimal idarəetmə məsələsinin asimptotik həll metodu. / Akademik F.Q. Maqsudovun 80-illik yubleyinə həsr olunmuş “Spektral nəzəriyyə və onun tətbiqləri” adlıBeynəlxalq konfransın tezisləri., Bakı, 2010, s. 280-282

7.      Askerov I.M., Ismailov N.A. An asymptotic method to the construction of the optimal regulator in gaslift wells./ The 4th Congress of the Turkic World Mathematical Society (TWMS) Baku, 2011, p.367

 

E-mail: idrak378@rambler.ru

İş telefonu: (025)-255-01-98

 

Baş səhifə>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator