Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Dissertantura

 

Faydalı keçidlər

 

"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatlarının doktorant və dissertant hazırlığı üzrə qəbul planı"na əsasən Lənkəran Dövlət Universiteti aşağıda adları qeyd olunan istiqamətlər üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir:

Sıra sayı İxtisasın şifrəsi İxtisasın adı Şöbə Təhsil forması Qəbul planı
1. 1211.01 Diferensial tənliklər Dissertantura Büdcə hesabına 1
2. 2426.01 Ekologiya Doktorantura Əyani, büdcə hesabına 1
3. 5312.01 Sahə iqtisadiyyatı Doktorantura Qiyabi, büdcə hesabına 1
4. 5312.01 Sahə iqtisadiyyatı Dissertantura Ödənişli əsaslarla 1
5. 5503.02 Vətən tarixi Doktorantura Qiyabi, büdcə hesabına 1
6. 5503.02 Vətən tarixi Dissertantura Büdcə hesabına 1

 

Ərizələrin qəbulu elan dərc edildikdən 10 (on) gün müddətindədir. Əsasnaməyə uyğun olaraq, sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərilməlidir.

Ünvan: Az 4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50

Lənkəran Dövlət Universitetinin inzibati binası.

www.lsu.edu.az;       Email:   science@lsu.edu.az

Telefon: (+994) 025 255 25 59

 

 

Lənkəran Dövlət Universiteti üzrə

ƏMR

4/66 

Lənkəran şəhəri                                                                                        09 dekabr 2016-cı il

2016/2017-ci tədris ilində doktorantura və dissertanturaya qəbul  haqqında

Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatların 2016-cı il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 18 noyabr tarixli 601 s nömrəli sərəncamını, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 24.11.2016-cı il 02-11-8623/11 nömrəli məktubunu əsas götürərək Lənkəran Dövlət Universitetində doktorantura və dissertanturaya qəbulu təmin etmək məqsədi ilə

əmr edirəm:

1.     Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 18 noyabr tarixli 601 s nömrəli sərəncamı ilə Lənkəran Dövlət Universiteti üçün təsdiq edilən plan üzrə qəbul aparılsın (plan əmrə əlavə olunur).

2.     Qəbulun aparılmasını təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Qəbul Komissiyası yaradılsın:

2.1. prof. Natiq İbrahimov, rektor vəzifəsini icra edən, sədr;

2.2. prof. Yədulla Ağazadə - elmi işlər üzrə prorektor vəzifəsini icra edən, sədr müavini;

2.3. dos. Mikayıl Məhərrəmov – rektorun müşaviri, üzv;

2.4. dos. İdrak Əsgərov – TTTM-nin direktoru, üzv;

2.5.  b/m. Zaur Məmmədov – EBƏŞ-nin müdiri, üzv;

2.6. Elvin Əliyev – Elmi katib, üzv;

2.7. Nurlanə İsmayılzadə - magistratura və doktorantura üzrə mütəxəssis, üzv.

3. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 02 dekabr - 12 dekabr 2016-cı il tarixlərində imtahanlar isə 20 dekabr, 26 dekabr, 29 dekabr 2016-cı il  tarixlərində  keçirilsin.

4.    Bu əmrin 2-ci bəndi ilə yaradılmış Komissiyaya tapşırılsın:

4.1. Doktoranturaya və dissertanturaya sənəd qəbulunu təsdiq olunmuş əsasnaməyə uyğun aparsın;

4.2. Ödənişli əsaslarla daxil olacaq doktorant və dissertantlar üçün təhsil haqqına dair təklif hazırlayaraq Universitet Elmi Şurasının təsdiqinə versin.

5. Əmrin icrasına nəzarət elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə tapşırılsın. 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 24.11.2016-cı il 02-11-8623/11 nömrəli məktubu, Elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadənin 09.12.2016-cı il tarixli təqdimatı.

       

   Rektor vəzifəsini icra edən:                                        prof. Natiq ibrahimov


 

Lənkəran Dövlət Universiteti

ƏMR

4/67

Lənkəran şəhəri                                                                                        13 dekabr 2016-cı il

2016/2017-ci tədris ilində doktorantura və dissertanturaya qəbul imtahanları  haqqında

Lənkəran Dövlət Universitetində doktorantura və dissertanturaya sənəd qəbulu ilə əlaqədar Respublika qəzetidə verilmiş 02.12.2016-cı il tarixli elana əsasən “2016/2017-ci tədris ilində doktorantura və dissertanturaya qəbul haqqında” əmr verilmiş və bunun əsasında Qəbul Komissiyası yaradılmışdır. Qəbul komissiyası təqdim olunan sənədləri araşdırmış, Əsasnaməyə uyğun olduğunu yoxlamış və sənəd təqdim edənlərin imtahana buraxılması haqqında müvafiq qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq

əmr edirəm:

1.    Lənkəran Dövlət Universitetində doktorantura və disertanturaya qəbul ilə əlaqədar aşağıdakı tərkibdə İmtahan Komissiyası yaradılsın:

1.1 prof. Natiq İbrahimov – sədr;

1.2 prof. Yədulla Ağazadə - sədr müavini;

1.3  b/m. Zaur Məmmədov – katib;

Diferensial tənliklər ixtisası üzrə:

1.4. dos. Nahid Paşayev – sədr;

1.5. dos. Ruslan Həmidov –üzv;

1.6. riy.ü.f.d. Məmməd Muradov – üzv;

Ekologiya ixtisası üzrə:

1.7. akademik Məmməd Salmanov – sədr;

1.8. dos. Rəşad Əliyev – üzv;

1.9. dos. Sənan Əzizov –üzv;

Vətən Tarixi ixtisası üzrə:

1.10. dos. Əliağa Baxşıyev – sədr;

1.11. dos. Fəxrəddin Hüseyn – üzv;

1.12. tart.ü.f.d. Kamal Mahmudov – üzv;

Sahə İqtisadiyyatı ixtisası üzrə:

1.13. dos. Kamil Xaliqov –sədr;

1.14. dos. Tofiq Paşayev – üzv;

1.15. iq.ü.f.d. Natiq Mirzəyev – üzv;

Xarici dil (İngilis dili) üzrə:

1.16. dos. Kamran Kazımov – sədr;

1.17. b/m. Haşım Əkbərov - üzv;

1.18. b/m. Rafael Heydərov – üzv;

Fəlsəfə üzrə:

1.19. fəl.ü.f.d. Bilal Əlizadə. Bakı Dövlət Universitetinin dosenti - sədr;

1.20. b/m. Qabil əmənullayev – üzv;

1.21. İxtisaslar üzrə bütün komissiya sədrləri.

2.    İmtahan Komissiyasına tapşırılsın:

2.1. İmtahanlarda iştirak edənlərin bilik səviyyəsinin düzgün qiymətləndirilməsinə ciddi nəzаrət еdib, rеktоrluğа müvаfiq təkliflər vеrsinlər;

2.2. İmtаhаnlаrın gеdişi ardıcıl surətdə yохlаnılsın, оnların nəticələri Univеrsitеt Elmi Şurаlаrındа müzаkirə еdilsin.

3. Qəbulun nəticələri və qəbul olunan şəxslər barədə hesabat 3 (üç) iş günü müddətində Təhsil Nazirliyinə təqdim edilsin.

4. Əmrin icrasına nəzarət elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə tapşırılsın. 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 24.11.2016-cı il 02-11-8623/11 nömrəli məktubu, Elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadənin 13.12.2016-cı il tarixli təqdimatı.

       

    Rektor vəzifəsini icra edən:                                        prof. Natiq ibrahimov

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator