Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Doktorantura

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Lənkəran Dövlət Universiteti

2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru

proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

 

İxtisaslar

Doktorantura

Dissertantura

Kompyuter elmləri

1 yer (əyani), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

Diferensial tənliklər

1 yer (əyani), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

Analitik kimya

1 yer (əyani), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

Ekologiya

1 yer (qiyabi), (büdcə hesabına)

---

Sahə iqtisadiyyatı

1 yer (qiyabi), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası

 1 yer (əyani), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

Azərbaycan dili

1 yer (əyani), (büdcə hesabına)

---

Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik

1 yer (əyani), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

Azərbaycan ədəbiyyatı

1 yer (qiyabi), (büdcə hesabına)

1 yer, (büdcə hesabına)

 

Doktorantura və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli 870 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların 2017-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” na uyğun olaraq aparılır.

Aşağıda qeyd olunan sənədlər 2017-ci ilin dekabrın 27-dən 2018-ci il yanvarın 15-dək təsdiq edilmiş qaydalara uyğun olaraq şəxsən və ya elektron formada qeyd olunan ünvana təqdim edilir:

  

        1. LDU rektorunun adına ərizə

        2. Kadrların şəxsi-qeydiyyat vərəqi

        3. Tərcümeyi hal

        4. 2 ədəd fotoşəkil

        5. İş yerindən xasiyyətnamə

        6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış

        7. Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat

      8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların (bakalavriat və magistratura) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)

        9. Şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Ünvan: Lənkəran şəh. H.Aslanov xiyabanı-50     

Daha ətraflı məlumat almaq üçün:

Tel: (02525) 5 25 59

e-mail: science@lsu.edu.az

www.lsu.edu.az

Elmi hissə

 

 

 

Lənkəran Dövlət Universitetində Doktoranturaya və

Dissertanturaya keçiriləcək qəbul imtahanlarının vaxtı:

 

Doktoranturaya imtahanların keçirilmə tarixi aşağıdakı kimi müəyyən edilmişdir:

1.    İxtisas fənni üzrə:                 18 yanvar 2018-ci il

2.    Xarici dil üzrə:                       22 yanvar 2018-ci il

3.    Fəlsəfə fənni üzrə:                 26 yanvar 2018-ci il

İmtahanların keçirilmə yeri və vaxtı:  2 saylı tədris korpusu, saat 14:00

 

 

Dissertanturaya qəbul üzrə müsabiqənin keçirilmə vaxtı və yeri

aşağıdakı kimi müəyyən edilmişdir:

18 yanvar 2018-ci il, 2 saylı tədris korpusu, otaq 207, saat 16:00

 

 

 

 

Doktorantura və dissertantura ixtisasları üzrə imtahan sualları:

 

 

 

LDU-nun doktoranturasına qəbulla əlaqədar
“Azərbaycan dili” fənni üzrə imtahan sualları

1. Orfoepiya. Saitlərin və samitlərin tələffüzü
2. Orfoqrafiya. Onun əsas prinsipləri
3. Fonem. Onun əsas əlamətləri. Səsin təsnifi
4. Əlavə və xüsusiləşmələr
5. Ədəbi dil və onun üslubları
6. Sifət. Onun quruluşca növləri
7. Azərbaycan dilinin sait və samitlər sistemi
8. Ədat və nida
9. Frazeologiya. Frazeologi vahidlərin növləri
10. Modal sözlər, onun mənaca növləri
11. Söz yaradıcılığı
12. Çoxmənalı sözlər və omonimlər
13. Say və mənaca növləri
14. Heca. Onun növ və tipləri
15. Fonetik hadisə və qanunlar
16. Leksik və qrammatik şəkilçilər
17. Söz birləşmələri
18. Felin təsriflənən növləri
19. Leksikoqrafiya
20. Cümlə üzvləri
21. İsmin hal, mənsubiyyət və xəbərlik kateqoriyaları
22. İstifadə dairəsinə görə söz qrupları
23. Tabesiz mürəkkəb cümlələr
24. Əvəzlik. Onun mənaca növləri
25. Mürəkkəb isimlər
26. Felin zaman kateqoriyası
27. Əsl Azərbaycan sözləri və onların əsas xüsusiyyətləri
28. Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri
29. Xitab və ara sözlər
30. Sadə cümlənin növləri
 

 

LDU-nun doktoranturasına qəbulla əlaqədar
“Azərbaycan ədəbiyyatı” fənni üzrə imtahan sualları

1. Nizami Gəncəvinin lirikası
2. Xaqani Şirvaninin qəsidə yaradıcılığı
3. Şah İsmayıl Xətainin məhəbbət lirikası
4. İ.Nəsiminin lirikasında hürufi ideyalarının tərənnümü
5. Məhəmməd Füzuli qəzəllərinin ideya-bədii xüsusiyyətləri
6. M.P.Vaqif yaradıcılığında nikbinlik və xəlqilik
7. M.F.Axundzadənin “Aldanmış kəvakib” povestində maarifçilik ideyalarının ifadəsi
8. C.Məmmədquluzadə kiçik hekayələr ustası kimi
9. Qasım bəy Zakirin ictimai satiraları
10. N.Vəzirovun dramaturgiyası
11. M.Ş.Vazehin tənqidi- satirik və lirik şeirləri
12. Mikayıl Müşfiq lirikasının sənətkarlıq xüsusiyyətləri
13. C.Cabbarlının “Almaz” pyesində yeniliklə köhnəliyin mübarizəsi
14. H.Cavidin “Azər” poeması
15. S.Rüstəmin Cənub mövzulu lirikası
16. M.Ə.Sabirin satiraları
17. İ.Nəsiminin məhəbbət lirikası
18. M.V.Vidadi lirikasında ictimai kədərin inikası
19. M.Ə.Sabirin satiralarının sənətkarlıq xüsusiyyətləri
20. M.İbrahimovun Cənub mövzulu nəsr əsərləri
21. M.F.Axundzadənin ədəbi-tənqidi və estetik görüşləri
22. S.Vurğunun lirikası
23. S.Ə.Nəbatinin ictimai- fəlsəfi şeirləri
24. Rəsul Rza novator şair kimi
25. S.Ə.Şirvaninin satiralarında din xadimlərinin ifşası
26. B.Vahabzadənin lirikası
27. N.Xəzrinin lirikası
28. H.Cavidin dramaturgiyası
29. M.İbrahimovun “Böyük dayaq” romanının mövzusu və ideyası
30. Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının ideya- mövzu və bədii xüsusiyyətləri

Kafedra müdiri: dos.E.M.Səfərli

“Diferensial tənliklər” ixtisası üçün doktoranturaya qəbul
imtahanının sualları

1. Koşi məsələsinin həllinin varlığı və yeganəliyi haqqında teorem (ardıcıl yaxınlaşma üsulu).
2. Xətti bircins diferensial tənliklər sisteminin fundamental həllər sisteminin varlığı.
3. Sabit əmsallı xətti qeyri-bircins diferensial tənlik üçün sabitlərin variasiya metodu.
4. İkinci tərtib diferensial tənliklərin sıfırları. Şturm teoremi.
5. Lyapunov mənada dayanıqlıq, Lyapunov teoremi.
6. Dalğa tənliyi üçün Koşi məsələsinin həllinin yeğanəliyi.
7. İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin həlli.
8. Simin rəqs tənliyi üçün Koşi məsələsi.
9. Laplas tənliyi üçün Neyman məsələsinin həllinin yeğanəliyi.
10. Hiperbolik tip tənliklərin kanonik şəklə gətirilməsi.
11. Parabolik tip tənliklərin kanonik şəklə gətirilməsi.
12. Birtərtibli xüsusi törəməli kvazixətti tənliklər.
13. Ümumiləşmiş törəmə və onun xassələri.
14. Sobolev fəzasında ekvivalent normalar.
15. Sıxılmış inikas prinsipi və onun tətbiqləri.
16. Hilbert fəzasında funksionalların ümumi şəkli.
17. Xətti cəbri tənliklər sistemi, Kramer düsturu.
18. Сəbrin əsas teoremi.
19. Kvadratik formanın kanonik şəklə gətirilməsi, inersiya qanunu.
20. Funksiyanın nöqtədə kəsilməzliyi.Kəsilmə nöqtələrinin təsnifatı.
21. Diferensial hesabının əsas teoremləri.Ferma , Roll və Laqranj teoremləri.
22.Müəyyən inteqralın hesablanması üsulları .
23. Çoxdəyişənli diferensiallanan funksiyalar, diferensiallanma üçün kafi şərt.
24. Ədədi sıraların yığılması haqqında Koşi və Dalamber əlamətləri.
25. I və II növ əyri xətli inteqrallar, onların hesablanması.
26. İkiqat inteqral, ikiqat inteqralda dəyişənin əvəz olunması.
27. Analitik funksiyalar üçün Koşi inteqralı.
28. Analitik funksiyanın sıfırları haqqında Ruşe teoremi.
29. İzolə edilmiş məxsusi nöqtələrin ətrafında funksiyaların Loran sırasına ayrılışı.
30. Çıxıq anlayışı. Çıxıqları hesablamaq üçün düstur.

Ekologiyadan suallar


1. Həyat (yaşayış) mühiti və ekoloji faktorlar.
2. Azərbaycan Respublikası çaylarının ekoloji problemləri.
3. Təbiətin mühafizənin forma və metodları.
4. Urbanizasiyanın ekoloji aspekti.
5. Sağlamlığın ekocoğrafi problemləri
6. Meşəsizləşdirmə - qlobal ekoloji problemdir.
7. Parnik (istilik) qazları və onların iqlim dəyişməsinə təsiri.
8. Ekoloji monitorinq anlayışı və əsasları.
9. Texnogen faktorların insana təsiri.
10. Canlı maddə və biosferdə həyatın paylanması.
11. Xəzər dənizinin ekoloji vəziyyəti.
12. İnsan və ekosistemlər.
13. Azərbaycanda səhralaşma problemləri.
14. Hidrosferin əsas ekoloji xüsusiyyətləri və ekoloji problemləri.
15. Səhralaşma – qlobal ekoloji problemdir.
16. Bioloji müxtəlifliyin və genetik ehtiyyatların ekologiyası.
17. Azərbaycanda atmosfer havasının vəziyyəti.
18. Azərbaycanda iqlim dəyişkənliyi.
19. Bitki örtüyünün ətraf mühitə təsiri və insan həyatında rolu.
20. Azərbaycanda göllərin ekoloji vəziyyəti.
21. Ətraf mühitin mühafizəsi işində beynəlxalq əməkdaşlıq
22. Ekologiya fanninin predmeti, tadqiqat obyekti va vəzifələri.
23. Ekoloji faktorlar va qanunauygunluqlar
24. Biosfer, ekosistemlar, onlarda maddalarin dövr etməsi və ekoloji təhliikəsizlik
25. Atmosferi çirkləndirən mənbələr, onların ətraf mühitə zərərli təsiri
26. Hidrosferi çirkləndirən mənbələr, onların ətraf mühitə zərərli təsiri
27. Litosferi çirkləndirən mənbələr, onların ətraf mühitə zərərli təsiri
28. Təbii ehtiyatlar, onlardan istifadənin ekoloji aspektləri
29. Ətraf miihitin monitorinqi va ekoloji nişa.
30. Azərbaycanın mövcud ekoloji problemləri va onların həlli istiqamətləri.


“Fiziki coğrafiya” və “Biocoğrafiya”, “Torpaq coğrafiyası”,
”Landşaftların geofizikası və geokimyası”
ixtisası üzrə doktoranturaya imtahan sualları

1. Azərbaycanın geoloji quruluşu və tektonik zonalar
2. Günəş sisteminin və Yerin məmələ gəlməsi haqqında fərziyyələr
3. Geoloji eralar və dövrlər. Əsas dağəmələgəlmə mərhələləri
4. Ekzogen və endogen proseslər, onların əmələ gətirdiyi relyef formaları
5. Litosfer tavaları nəzəriyyəsi və onun mahiyyəti
6. Havanın temperaturu və onun zonal paylanması. İstilik qurşaqları
7. Şərqi Avropa düzənliyində yağıntıların paylanması qanunauyğunluqları
8. Fiziki-coğrafi rayonlaşma və onun genetik prinsipləri
9. Təbii zonaların təyini və onların coğrafi qurşaqlardan fərqli xüsusiyyətləri
10. Azərbaycanın fizki-coğrafi rayonlaşdırılması. Fiziki-coğrafi vilayətlər və onların səciyyəsi
11.Landşaftların üfüqi və şaquli differensasiyası
12.Landşaftın tipoloji və taksonomik təsnifatı
13.Əsas landşaft tip və komplekslərinin xarakteristikası
14.Təbii və antropogen landşaftları, onların növləri
15.Geokimyəvi landşaft anlayışı və geokimyəvi miqrasiya
16.Landşaftın geofizikası anlayışı
17.Orqanizmlərin bioloji və coğrafi yayılma qabiliyyəti
18.Areal haqqında məlumat. Arealın tipləri.
19.Fauna və heyvanlar aləmi anlayışları
20.Örtülütoxumlular və çılpaqtoxumlular haqda məlumat
21.Təkhüceyrəli və çoxhüceyrəli orqanizmlər. Çoxhüceyrəli heyvanların tipləri.
22.İbtidai və ali bitkilər.
23.Bitki və heyvan növlərinin qorunmasında biocoğrafiyanın əhəmiyyəti
24.Humus əmələgəlmə prosesi
25.Torpaq əmələgətirən amillər
26.Torpağın turşuluq və qələvilik xassəsi (torpaq reaksiyası)
27.Azərbaycan Respublikasının torpaqlarının təsnifatı
28.Torpaq rekultivasiyası
29.Yer kürəsinin torpaqlarının coğrafi paylanması
30.Torpağın üfüqi və şaquli zonallıq qanunu

Kafedra müdiri: dos.Z.B.Ağayev


Kompyuter elmləri ixtisası üçün doktoranturaya
qəbul imtahanının sualları


Riyazi modelləşdirmə.

1. Riyazi modellərin tədqiqat üsulları.
2. Riyazi modellərin identifikasiyası.
3. Struktur və parametrik identifikasiya problemləri.
4. Tərs məsələlər. Tərs məsələlərin tipləri, qoyuluşları.
5. Tərs məsələlərin həll üsulları.
6. Tərs məsələlərin kvazi çevirmə üsulu ilə həlli.
7. Tərs məsələlərin variyasiya məsələlərinə gətirilməsi.
8. Xüsusi törəməli diferensial tənliklər üçün başlanğıc şərtin, sərhəd şərtinin, sağ tərəfin təyini tərs məsələləri və onların ədədi həll üsulları.
9. Sabit əmsallı xətti bircins diferensial tənliyin ümumi həllinin qurulması.
10. Törəməyə nəzərən həll olunmamış diferensial tənliyin həllinin varlığı və yeganəliyi
 

Ədədi üsullar
1. Xüsusi törəməli diferensial tənliklərin ədədi həll üsulları.
2. Sonlu-fərq üsulu. Sonlu- fərq sxemlərinin qurulması üsulları.
3. Çoxölçülü sərhəd məsələlərinin həll üsulları.
4. Dəyişən istiqamətlər üsulu.
5. Paylanmış parametrli sistemlərin optimal idarəedilməsi problemləri.
6. Optimal idarəetmə məsələlərinin ədədi həll üsulları.
7. Qərarqəbuletmə problemləri.
8. Ədədi inteqrallama üsulları: Düzbucaqlılar, Trapesiya və Simpson üsulu.
9. Adi diferensial tənliklərin təqribi həlli üçün Eyler və ardıcıl yaxınlaşma üsulları
 

İnformasiya sistemləri və proqram təminatı
1. İnformasiya sistemləri.
2. İnformasiya sistemləri və informasiya texnologiyaları.
3. İnformasiya sIistemlərinin təsnifatı.
4. İnformasiya idarəetmə sistemlərinin yaradılması problemləri.


5. Kompüterlərin proqram təminatı.
6. Riyazi və proqram təminatının yaradılması problemləri.
7. Proqram təminatının yaradılması mərhələləri.


8. İnformasiya təhlükəsizliyi problemi.
9. İnformasiyanın mühafizəsi üsulları.
10. İnformasiyanın Kriptografiya üsulu ilə mühafizəsi.
11. Müasir kriptoqrafiya üsulları.
 

 


Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə
Imtahan sualları


1. Dilə tarixi və müqayisəli baxışın yaranması
2. Müqayisəli-tarixi metodun yaranması və inkişafı.
3. Müqayisəli-tarixi dilçiliyin predmeti.
4. Dil tipləri
5. Kök dillər
6. Areal dilçilik
7. Polisintetik dillər
8. Aqültinasiya və fuziya
9. Analitik və sintetik dillər
10. V. Humboldt tipoloji dilçiliyin banisi kimi
11. Dildə sintaqmatik və paradiqmatik münasibətlər
12. A.Şleyxer tipoloji dilçiliyin nümayəndəsi kimi
13. Müqayisəli-tarixi metod
14. Müasir müqayisəli-tarixi dilçilikdə rekonstruksiya (bərpa) üsulları
15. Dilin öyrənilmə aspektləri (sinxroniya və diaxroniya)
16. Müqayisəli-tarixi dilçilikdə statistik metodlar.
17. Fonoloji sistemlərin tarixi tipologiyası problemi.
18. Etimologiyanın əsas prinsipləri.
19. Dil ailələri və makroailələr.
20. Əsas dil ailələri və makroailələrin qısa təsviri.
21. Dillərin ictimai funksiyaları; dünya dilləri, regional dillər, milli dillər.
22. Müqayisəli tarixi dilçilikdə kompüter texnologiyasından istifadə.
23. Kompüter texnologiyasının leksikostatistika, dilin genetik təsnifatı, məlumat bazalarının saxlanması və emalı məqsədləri üçün tətbiqi.
24. Müqayisəli tipologiyanın əsas anlayışları.
25. Dil tipi və dildə tip
26. Tipoloji tədqiqatların tarixi.
27. Dil səviyyələrinin tipologiyası
28. Qrammatik kateqoriyaların tipologiyası.
29. Sintaksik tipologiya. Söz sırası. Cümlənin tipologiyası. Növün tipologiyası.
30. Semantik tipologiya. Nominativ tipologiya. Metaforik tipologiya

Dos. Kamran Kazımov

 

Sahə İqtisadiyyatı ixtisası üzrə
Doktorantura/Dissertantura imtahan sualları


1. Bazar iqtisadi modelləri və onların xüsusiyyətləri.
2. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin qiymətləndirilməsi.
3. Bazar iqtisadiyyatında qiymətin əmələgəlməsi xüsusiyyətləri.
4. Sənayedə innovasiyanın tətbiqi imkanları.
5. İqtisadi artımın mahiyyəti və sosial-iqtisadi əhəmiyyəti
6. Aqrar bazarın seqmentlərinin təsviri və müəyyənləşdirilməsi
7. Real və xidmət sahələrinin inkişafının xarakterik cəhətləri və nisbətləri.
8. Ölkədən kapital axınının səbəbləri.
9. Marketinqdə qiymətqoyma strategiyası.
10. İxracyönümlü sahələrin inkişaf potensialı və prioritetləri.
11. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsas problemləri.
12. Marketinq kanallarının inkişaf tendensiyaları və dinamikaları.
13. Ölkə sənayesinin strukturu və müasir inkişaf istiqamətləri.
14. İnvestisiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üsulları.
15. Marketinq tədqiqatlarının aparılması qaydası və onun məqsədi.
16. Milli iqtisadiyyatın sahələri üzrə strateji yol xəritəsi yeni iqtisadi inkişaf modelinə keçidin bünövrə mexanizmi kimi.
17. Azərbaycanda iqtisadi təhlükəsizliyin müasir vəziyyəti
18. İnnovasiyalar və elektron biznes texnologiyasının tətbiqi. Pionerlər və praqmatiklər.
19. Onlayn marketinq tədqiqatı,onlayn sorğular və rəqiblərin onlayn tədqiqi
20. Aqrar sahədə sahibkarlıq fəaliyyətinə dövlət qayğısı
21. Sаhibkаrlıq fəаliyyətinin tənzimlənməsinin hüquqi əsаslаrı.
22. Aqrar sferada lizinq əməliyyatları
23. Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları.
24. İnvеstisiyа fəаliyyətinin tənzimlənməsinin hüquqi əsаslаrı.
25. Aqrar sektora dövlətin maliyyə dəstəyi
26. Müəssisənin rəqabət strategiyası.
27. Milli iqtisadiyyatın inkişaf səviyyəsinin əsas göstəriciləri.
28. Rеgiоnlаrın inkişаfının hüquqi tənzimlənməsi.
29. Qiymət və tаriflərin tənzimlənməsinin iqtisаdi-hüquqi əsаslаrı.
30. Kənd təsərrüfatı məhsullarının satış problemləri

 

ANALİTİK KİMYA

I. VƏSFİ ANALİZ BÖLMƏSİNİN İMTAHAN SUALLARI
1. Analitik kimyanın kimyəvi, fiziki-kimyəvi və fiziki metodları. Analitik siqnal.
2. Analitik kimyada təyinat reaksiyaları. Mane olan ionların pərdələnməsi.
3. Analitik reaksiyaların aparılması şərtləri. “Quru” və “Yaş” analiz üsulları. Priokimyəvi
analiz. “Yaş” analiz üsullarının aparılmasına təsir edən amillər.
4. İdeal və real sistemlər. Homogen sistemlər. Dönən-dönməyən reaksiyalar.
5. Sistemin sərbəst enerjisi. Gibbs enerjisi.
6. Kütlələrin təsir qanunundan kənara çıxmalar. Fəallıq, fəallıq əmsalı. Məhlulun ion
qüvvəsi, suyun ion hasili.
7. Turşu və əsas nəzəriyyəsi. Brensed, Lyuis nəzəriyyələri, onların fərqli xüsusiyyətləri.
8. Aktiv həlledicilər. Protogen, protofil və amfiproton həlledicilər. Turşu və əsasın gücünə
təsir edən faktorlar.
9. Kompleks birləşmələr. Davamlılıq və şərti davamlılıq sabiti.Vernerin koordinasiya
nəzəriyyəsi.
10. Liqandlar, mono, bi, polidentaliqantlar. Xelat komplekslər.
11. Heterogen sistemlər. Həllolma hasili. Məhlul-çöküntü”, “məhlul-məhlul”, “məhlul-
qaz”
sistemləri.
12. Müxtəlif növ çöküntülərin həll olunması. Həllolma hasilinin qiymətinin tapılması.
Həllolmaya təsir edən faktorlar.
13. Çökmə metodu. Tam çökmə. Çöküntülərin əmələ gəlməsi. Tam çökməyə müxtəlif
amillərin və çökdürücü maddə miqdarının təsiri. Fraksiyalı çökmə.
14. Kolloid sistemlərin təsnifatı. Kolloidəmələgəlmə.Kolloid məhlullar alınması,
təmizlənməsi və kimyəvi analizdə tətbiqi.
15. Kolloid hissəciyin quruluşunun mitsella nəzəriyyəsi. Koaqulyasiya.

II. MİQDARİ ANALİZ BÖLMƏSİNİN İMTAHAN SUALLARI
1.Miqdari analizin üsulları.Sistematik və metodiki səhvlər.
2. Çəki analizinin mahiyyəti, əsas əməliyyatlar.Çəki analizinə qoyulan tələblər. Çəki formaları və
onlara verilən tələblər.
3. Kristal və amorf çöküntülər.Çökmə formaları və onlara verilən tələblər
4. Qravimetrik analiz. Ayrılma metodu. Qovma metodu. Çökmə metodu.
5. Həcmi çökmə metodu.Çökdürmə forması. İndikatorlu və indikatorsuz çökmə metodları.
6. Həcmi çökmə metodunda Gey Lyüssak, Mor, Folqard və Fayans metodları.
7. Titrmetrik analiz, təsnifatı. Standart maddələrə verilən tələblər.
8.Titrmetrik analizdə turşu-əsas metodu. Turşu-əsas titrləmə əyrilərinin qurulması. Ekvivalent
nöqtəsinin tapılması.
9. Oksidləşmə - reduksiya metodu. Okidləşmə-reduksiya titrləmə əyrilərinin qurulması.
10. Qüvvətli turşuların qüvvətli əsaslarla titrlənməsi. Neytrallaşma üsulunda titrləmə əyriləri.
11. Kompleksonometrik titrləmə metodu. Uzvi reaktivlərin kompleksonometrik analizdə tətbiqi.
Poli – monodentat liqandlar.
12. Yodometrik analiz metodu. Permanqonometrik analiz metodu.
13. Titrmetrik analizdə indikatorların rolu. İndikatorlara görə müəyyən olunan səhvlər.Qeyri-sulu
mühitdə titrləmə.
14. Miqdari analizdə nəticələrin işlənilməsi.Mütləq və nisbi səhvlər. Sistematik və təsadüfi
səhvlər. Mütləq xətaların tapılması.
15. Homogen çökmə metodu. Üzvi və qeyri-üzvi çöküntülər. Üzvi və qeyri-üzvi çokdürüçülər.

 

 

 

 İngilis dilindən imtahan sualları

 

1.    My ideal personality type.

2.    Azerbaijan of today.

3.    The role of the English language in global society.

4.    The role of modern technology in our life.

5.    The place I live in.

6.    Modern means of transport.

7.    Education abroad.

8.    Internet in modern life.

9.    Advantages of knowing a foreign language.

10. The day I shall never forget.

11. Things I can’t live without.

12. Garabakh conflict.

13. Indefinite aspect of English tense forms.

14. Perfect aspect of English tense forms.

15. Continuos aspect of English tense forms.

16. Degrees of comparison of Adjectives and Adverbs.

17. Passive Voice in the English language.

18. The Noun as a part of speech.

19. The Adjective as a part of speech.

20. The Adverb as a part of speech.

21. The Pronoun as a part of speech.

22. Direct and Indirect speech in English.

23. Non-finite forms of the English verbs.

24. Word order in English.

25. Types of questions in English.

26. The Verb as a part of speech.

27. The Numeral as a part of speech.

28. Types of sentences in English.

29. The Conjunction as a part of speech.

30. Ixtisasa uyğun ingiliscə mətnin Azərbaycan dilinə tərcüməsi. ( Translation of the text from English into Azerbaijanian according to specialty).

 

 

 

Вопросы для вступительных экзаменов в докторантуры по русскому языку

 

 I. Темы для  сочинения:

 1.  Азербайджанская  Республика -  Первая  Демократическая  Республика на  Востоке.

 2.  Природное  богатство Азербайджана.

 3.  Азербайджан -  страна огней.

 4.  Моя семья

 5.  Мое  любимое  занятие.

 6.  Экономика  Азербайджана после восстановления  Государственной  независимости.

 7.  Наши национальные  праздники.

 8   Моя  любимая  профессия.

9.   Молодежная политика  нашего  Государства.

10. Любовь к Родине.

11. Дружба  народов.

12. Развитие  науки в Азербайджане.

  II. Вопросы по грамматике русского  языка.

  1.  Словообразование.  Словообразующие  суффиксы.

 2.  Фразеологизмы . Типы фразеологизмов

 3   Имя существительное. Категории  существительных.

 4   Склонение  имен  существительных.

 5.  Глагол. Виды  глагола.

 6.  Спряжение  глаголов

 7.  Времена  глагола.

 8.  Имя  прилагательное. Согласование  прилагательных с существительными

 9.  Склонение  имен прилагательных.

10.  Имя числительное.  Порядковые, количественные и дробные числительные.

11.  Правописание  числительных.

12.  Склонение числительных.

13.  Местоимение.  Разряды  местоимений.

14.  Склонение  местоимений.

15.  Наречие.  Разряды наречий.

16.  Предлоги.

17.  Союзы, Сочинительные и подчинительные союзы и  частицы.

  III.   Перевести  данный  текст  на  азербайджанский  язык:

 

 

 2018 –ci ildə Lənkəran Dövlət Universitetində Doktoranturaya

qəbul üçün fəlsəfə fənnindən imtahan sualları

1. Fəlsəfə, onun  predmeti və funksiyaları

2. Fəlsəfi dünyagörüşünün  mahiyyəti və səciyyəvi cəhətləri

3. Qədim  Şərq fəlsəfəsi

4. Antik  Yunan fəlsəfəsi

5. Orta əsrlərdə İslam Şərqində fəlsəfə

6. Bəhmənyarın fəlsəfəsi

7. N. Tusinin  fəlsəfəsi

8. Əxlaq fəlsəfəsi

9. Orta əsrlər Qərbi Avropa fəlsəfəsi

10. Empirizm və rasionalizm

11. Kantın fəlsəfəsi

12. Hegelin fəlsəfəsi

13. XIX əsrin sonu –  XX əsrin əvvəllərində Azərbaycan maarifçilik fəlsəfəsi

14. XX əsr Avropa fəlsəfəsinin əsas istiqamətləri

15. Materiyanın fəlsəfi  anlamı və materiya haqqında baxışların təkamülü

16. Varlıq və onun əsas formaları

17. Məkan və zaman

18. Materiya və substansiya anlayışları

19. Dialektika varlığın inkişafı haqqında təlimdir

20. Varlığın universal əlaqələri və onların təsnifatı

21. İnkarı inkar qanunu

22. İdrak nəzəriyyəsi və onun mahiyyəti

23. İdrakın ümumməntiqi metodları (analiz, sintez, deduksiya və induksiya)

24. Elmi idrakın mahiyyəti, funksiyaları və spesifik cəhətləri

25. Fəlsəfə tarixində insan probleminin qoyuluşu

26. Praktika – idrakın əsası və meyarıdır

27. Sosial fəlsəfənin predmeti və funksiyaları

28. İctimai şüurun formaları

29. Materializm və idealizm

30. Müasir dövrün qlobal problemləri.

 

Humanitar fənlər kafedrasının müdiri:                            dos.A.X.Əliyev

 

 

Dissertanturaya qəbul olunmaq istəyənlər üçün

informatikadan müsabiqə mövzuları

 

Mövzu 1. İnformatika elmi, onun tərkib hissələri və predmeti

Mövzu 2. Fərdi kompyuterlər

Mövzu 3. Alqoritm anlayışı

Mövzu 4. Proqram təminatı

Mövzu 5. Əməliyyat sistemləri. MS Windows əməliyyat sistemləri.

Mövzu 6. MS Office proqram paketinin komponentləri.

Mövzu 7. Kompyuter qrafikasının əsasları.

Mövzu 8.  Kompyuter şəbəkələri.

Ədəbiyyat siyahısı:

1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə: İnformatika, Bakı-2009

2. Ə.M.Rüstəmov: İnformatika , Bakı-2009

3. F.T.Fərziyev, İnformatika, Bakı-2011

Hazırladı: b.m.Ə.X.Şahqubadbəyli

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator