Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

ABİTURİYENTLƏR ÜÇÜN

 

Faydalı keçidlər

 

Ali məktəbə hazırlaşan, seçim qarşısında qalan gənc dost!

Əziz abituriyent!

 

foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 1 foto 3 foto 7 foto 8 foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 1 foto 3 foto 4 foto 5 foto 7 foto 8 foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8

Həyatının ən məsuliyyətli bir dövründə məsləhətçi olaraq, səni ali təhsil almaq üçün Lənkəran Dövlət Universitetinə dəvət edirəm. Təbii ki, mənə belə bir sualla müraciət edəcəksən: Niyə bəs məhz Lənkəran Dövlət Universitetinə? Çox ağıllı və məntiqi sualdır. Odur ki, birbaşa mətləbə keçib sualını cavablandırmağa çalışacağam.

Sirr deyildir ki, bu gün hər hansı bir ali təhsil müəssisəsinin qarşısında hərtərəfli inkişaf etmiş, milli dəyərləri qorumaqla dünyanın sivil dəyərlərini əxz etmiş, həyatın bugünkü sərt tələblərini yerinə yetirə bilən mütəxəssis hazırlamaqdır. Bu, Lənkəran Dövlət Universitetində də önə çəkilən və onun bütün fəaliyyət trayektoriyasını təşkil edən mühüm vəzifədir. Həm şərəfli, həm

də çətin olan belə bir vəzifəni həyata keçirmək üçün düşünülmüş, sistemli, müəyyən illər və zaman tələb edən, məqsədyönlü fəaliyyətə əsaslanan tədbirlərin görülməsi tələb olunur. Xüsusilə elm, təhsil, maddi-texniki bazanın inkişafı bu tədbirlərin əsasını təşkil edir. Və etiraf etməliyik ki, Universitetimizdə bu istiqamətdə aparılmış işlər artıq bəhrəsini verməkdədir.

Nizam-intizam uğurun əsasıdır. Cəsarətlə qeyd etməliyik ki, Lənkəran Dövlət Universiteti həm əməkdaşların əmək intizamı, həm də tələbələrin dərsə davamiyyəti sahəsində başqa ali məktəblərə nümunə ola biləcək bir səviyyədədir. Bu gün Universitetdə üzürsüz səbəbdən əmək intizamını pozan müəllim və ya əməkdaş, dərs buraxan tələbə yox dərəcəsindədir. 

Artıq respublikanın bütün ali məktəbləri kredit sisteminə keçmişlər. Böyük hazırlıq tələb edən bu sistemə birdən-birə, hazırlıqsız, kor-koranə keçmək olmazdı. Cəsarərlə deyə bilərəm ki, LDU-da kredit sistemi kağız üzərində deyil, əməllə, işlə həyata keçirilir. 2016/2017-ci tədris ilinin qış imtahan sessiyası bunu bir daha sübut etdi. İmtahanlar tam şəffaf, obyektiv və

humanist keçirildi. Nəticələr əvvəlki illərdən müsbət mənada dəfələrlə fərqli oldu. Əlbəttə, bunun əsası tədris ilinin əvvəlində qoyulmuşdu. Əvvəla, xüsusi yaradılmış komissiya tez-tez müəllimlərin mühazirə və seminar dərslərində iştirak edirdi. Bu, müəllimlərdə öz işlərinə daha məsuliyyətlə yanaşmalarına səbəb oldu. Müəllimlər bu gün mühazirələrini daha fərqli demək

üçün yollar axtarır, Universitetdə informasiya texnologiyaları laboratoriyası vasitəsilə internet resurslarından istifadə edilir. Müşahidələr göstərir ki, bu tədbir dərslərin canlı və müasir dərsin tələblərinə uyğun olaraq, qarşılıqlı dialoq əsasında aparılması üçün şərait yaradır. Bu gün LDU tələbəsi artıq sabah dinləyəcək mühazirənin mətni ilə tam tanış olmaq imkanına malikdir. Məhz

elə buna görədir ki, ənənəvi mühazirələrdən fərqli olaraq LDU-da mühazirələr müzakirə və diskussiya xarakteri daşıyır. Bu isə yaxşı mənada müəllim-tələbə qarşıdurması yaratmaqla dərslərin canlı və maraqlı keşməsinə, problemin daha ətraflı çözülməsinə və dərindən dərk edilməsinə səbəb olur. 

Tələbələrdə dərsə münasibət kəskin dəyişmişdir. Bu gün LDU tələbəsi bilir ki, onun yeganə pənahı, yeganə arxası biliyidir. Biliyini nümayiş etdirmək üçün isə ona tam şərait yaradılır. Dərslərə mütəmadi davam edən, seminar məşğələlərinə ciddi hazırlaşan tələbə müsbət qiymət alır. İmtahan zamanı subyektivliyi aradan qaldırmaq, şəffaflıq və obyektivliyi təmin etmək üçün

bir sıra tədbirlər həyata keçirilib. Bu gün elə bir imtahankeçirmə sistemi yaradılıb ki, istənilsə belə, rüşvət alına bilməz. Problemi olan tələbə üçün ən kiçik belə işıqucu varsa, onun xeyrinə həll olunur. Bu, birmənalı olaraq belədir. Natiq müəllim humanızmlə obyektivlik və şəffaflığı elə birləşdirib ki, hamının vicdanı, ruhu rahatdır. Bütün imtahanlar bir neçə müəllim tərəfindən

yoxlanılır. Bu zaman qarşıya çıxan ciddi uyğunsuzluqlar müzakirə edilərək müvafiq qərar qəbul edilir. Qiymətindən narazı qalan tələbələrə imkan verilir ki, valideyn və kütləvi informasiya nümayəndələrinin də iştirak etdiyi münaqişə komissiyası qarşısında fikirlərini əsaslandırsınlar.

Bütün bu tədbirlər istər müəllimlərdə, istərsə də tələbələrdə məsuliyyət hissini artırır. Xüsusilə tələbələrdə özlərinə inamı, öyrənmək meylini gücləndirir. Tələbələrə müəllim və fənn seçimində də müəyyən azadlıqlar verilmişdir. Təkcə LDU əməkdaşlarına deyil, istənilən alim-pedaqoqa tələbələrlə görüşüb özlərini və fənlərini təbliğ etmək imkanı verilir. Müəllimlərin seçimində tələbələrin anonim rəyləri də müəyyən rol oynayır.

Universitetdə aparılan mühüm işlərdən biri də elmi işlərdir. Bu gün Lənkəran Dövlət Universitetində elmi işlə məşğul olmayan əməkdaş yoxdur - desək səhv etmərik. Son 5-6 ayda aparılan kadr siyasəti başqa sahələrdə olduğu kimi, elmi işlərə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Artıq “LDU- nun Elmi Xəbərləri” mütəmadi nəşr olunmağa

başlamışdır. Ən əsas odur ki, orada təkcə professor-müəllim heyətinin deyil, tələbələrin də məqalələri çap olunur. Mütəmadi keçirilən elmi konfranslarda tələbələrin çıxışı, ən yaxşılarının çap edilməsi və mükafatlandırılması onların elmi səviyyələrinin yüksəlməsində mühüm rol oynamaları ilə yanaşı xüsusi stimul yaradır. 

Lənkəran Dövlət Universiteti gündən-günə öz simasını dəyişir. Son aylar Universitetdə aparılan quruculuq, yenidənqurma işləri isə xüsusi fərəh doğurur. Yəqin ki, bunu 1 il öncə Universitetlə əlaqəsi olanlar daha gözəl bilirlər. Mübaliğəli də olsa, etiraf etməliyik ki, bu, yerlə göy arasında olan fərqlə müqayisə oluna bilər. Müasir tələblərə cavab verən, göz oxşayan yenidən qurulmuş

tədris korpusları, müəllim və tələbə yeməkxanası, yenidən qurulmuş, əməkdaş və tələbələrin istifadəsinə verilmiş və ən müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, mini futbol meydançası göz oxşayır. Qızlar üşün yataqxana haqqında isə xüsusi danışmağa dəyər. Tədris korpusunun 1-2 kilometrliyində yerləşən qızlar yataqxanasına iki göz istəyir ki, baxsın. Müasir

standartlara uyğun otaqlar, istilik sistemi, yeməkxana, qızları analarından da şox istəyən xidmət personalı. Yataqxana geniş zolaqlı internet xətti ilə təmin edilmişdir. Orada həm oxu zalı, həm də tələbələrin asudə vaxtının təşkili üçün uyğunlaşdırılmış otaqlar fəaliyyət göstərir. Bir sözlə, yataqxanaya baş çəkən özünü çoxulduzlu mehmanxanada hiss edər.

 

Elmi xitabxana müasir elektron versiyasına uyğunlaşdırılmaq üçün yenidən qurulur. Tədris aparılan hər korpusda oxu zalları tələbələrin istifadısindədir. Maddi-texniki bazanın gücləndirilməsi sahəsində işlər davam etdirilir. 

Deyirlər, tələbəlik illəri insanın həyatında ən unudulmaz illərdən biridir. Bu, həqiqətən də, belədir. LDU-da qaynar bir tələbə həyatı var. Şeir müsabiqələri, qruplararası və fakültələrarası futbol yarışları, şahmat turniri, bədii-özfəaliyyət qrupları, müxtəlif idman növləri üzrə fakültətiv məşğələlər tələbə həyatına xüsusi rəng qatır. Şən və hazırcavablar klubu, intellektual oyunlar məhz səni gözləyir, əziz abituriyent!

LDU-nun Novruz bayramının keçirilməsi ilə bağlı xüsusi ənənələri vardır. Su çərşənbəsində korpusun yaxınlığında yerləşən Lənkəran çayının, Xəzər dənizinin sahilində unudulmaz anlar yaşamaq istəyirsənsə, LDU-nu seç! Hər dərs ilinin sonunda incəsənətin bütün sahələri üzrə keçirilən müsabiqələr isə ən yaddaqalan anlara çevrilir. Tələs! Qaynar tələbə həyatına Sən də

qoşul. Bilirəm, ürəyin arzularla doludur. Çəkinmə, arzularının reallaşdırılmasının yeganə bir məkanı varsa, o da Lənkəran Dövlət Universitetidir. İstədiyin bir ixtisası seç, tələbə ol və arzularını reallaşdır. Bəlkə daha yaxşı ideyan, fikrin, niyyətin var? Çəkinmə, gəl həyata keçir. Həm özünü, həm də doğma LDU-nu ucalt. 

Peşman olmazsan. Bilirsən niyə? Səni daha möhtəşəm sürprizlər gözləyir. Ən böyük sürpriz odur ki, Sizi doğma övladı qədər istəyən Natiq İbrahimov kimi bir rektorunuz var. LDU-nun son aylarda qazandığı uğurlar məhz onun adı ilə bağlıdır. Mən dərs dediyim qruplarda ilk dərsimdə tələbələrə belə bir söz dedim: Siz xoşbəxtsininz ki, sizin Natiq müəllim kim rektorunuz var. Bu,

gəlişi xoş sözlər deyil, əsl həqiqətdir. Açığını deyim ki, Natiq müəllimin necə deyərlər sözünün əvvəli də, axırı da tələbə ilə bağlıdır. Niyyəti, məqsədi tələbələrə humanistcəsinə, ədalətlə yanaşmaqdan, onların problemləri ilə maraqlanmaqdan və bütün imkanlardan istifadə etməklə gənclərə kömək etməkdən ibarətdir. Son Elmi Şurada bir qrup müəllimin tələbəyə, onun

taleyinə biganəliyindən bəhs edən rektor danışanda qeyd etdi ki, bəzən tələbəyə təsadüfən yazılan bir qayib onun taleyini alt-üst edə bilər, zəif oxuyan, dərsə münasibəti pis olan tələbəni atmaq, onu taleyin axarına buraxmaq olmaz, onunla fərdi məşğul olmaq, ona bir pedaqoq olaraq yardım etmək, doğma övlad kimi onu səbrlə, təmkinlə düz yola gətirmək lazımdır. Düzü,

Natiq müəllimin bu münasibətini belə asanlıqla həzm etmək olmur. Belə yanaşma çoxlarına qəribə görünsə də, pozitiv adamları riqqətə gətirir. Buna əsas da var. Çünki 1 il öncə LDU-da rəhbərliyinin tələbəyə qarşı münasibəti çox sərt idi. Bəzən tələbənin qarşısına elə “kötüklər” atılırdı ki, o yıxılsın. Süni yaradılmış baryerlər, çətinliklər sayəsində həmin il ali məktəbi bitirməli

olan tələbənin 7-8 kəsiri olurdu. Gah davamiyyət problemi, gah süründürməçilik, gah tələbənin özünün səhlənkarlığı, gah da digər səbəblər ucbatından tələbələrdə inamsızlıq, hüququnu tələb etməmək kimi fəaliyytətsizlik yaranmışdı. Maraqlıdır ki, Natiq müəllim gələn kimi, işə fəal qoşuldu. Elə təsəvvür yaranırdı ki, o, burada çoxdan işləyir. Onlarla problem bir aydaca həll

olundu. İntensiv kurslar təşkil etməklə, ötən illərdən qalmış akademik borcların ləğvi üçün şərait yaratdı. Əsasnamənin verdiyi bütün hüquq və imtiyazların qapısını tələbənin üzünə açdı. 

Əziz abituriyent! Bu gün mən Natiq İbrahimov sənin üçün kimdir?- sualına belə cavab verərdim:
Azərbaycan mühtini xeyli qabaqlamış, yeni dünyanın yeni dünyagörüşlü təhsil rəhbəri.

Mübaliğəsiz demək olar ki, bu şəxs ruhən başqa baxışın, başqa düşüncənin adamıdır. Bu düşüncə, bu baxış ümumbəşəri ideyalara - düzlüyə, mərdliyə, inama, etimada, humanizmə, mərhəmət və ən nəhayət, insan ləyaqətinə hörmətə söykənir. 

Mən yanılmamışam. O, sözübütöv, verdiyi sözü yerinə yetirməyə gücü, təmkini, iradəsi çatan bir şəxsdir. Bilirsiniz Natiq müəllimi daha çox harada görmək olur. Tələbələrin yanında. Bir də görürsən ki, Natiq müəllim tələbə yeməkxanasında oturub tələbələrlə çay içir. Ya da məktəbin həyətində böyük bir qrup onunla şəkil çəkdirir. Bax bizim rektorumuz belədir. 

Yəqin ki, belə bir şəxsiyyətlə sən də tanış olmaq istəyirsən. Biz səni gözləyirik. Aşağıda verilmiş ixtisaslardan birini seç və Lənkəran Dövlət Universitetinin tələbəsi ol! 

Əlbəttə, inkişafa köklənmiş hər bir fəaliyyət öz nəticəsini tez göstərmir. Xüsusilə təhsildə. Sadəcə olaraq, burada iradəli və təşəbbüskar olmaq, görülən işin düzgünlüyünə inanmaq lazımdır. Natiq müəllim kimi. Bu gün əminliklə deyə bilərik ki, Lənkəran Dövlət Universiteti respublikanın ümumi inkişaf tempinə uyğun düzgün istiqamət almış və bu istiqamətdə də irəliləməkdədir.

Mən LDU-nun işıqlı gələcəyinə inanıram. İnanıram ki, Natiq müəllim bu gün elə bir təməl qoyub ki, gələcəkdə rektorun kim olacağından asılı olmayaraq inkişaf, təhsil bu yolla gedəcək və SƏN buranı bitirəndə böyük qürur və fəxarətlə deyəcəksən: “Mən Lənkəran Dövlət Universitetinin yetirməsiyəm!”

LDU-da 4 fakültə - “Təbiyyat”, “Humanitar”, “İqtisadiyyat və idarəetmə” və “Aqrar və mühəndislik” fakültələri fəaliyyət göstərir. Həmin fakültələrdə aşağıda göstərilən ixtisaslar üzrə bakalavr dərəcəli mütəxəssislər hazırlanır:

I ixtisas qrupu üzrə:
1.1. Riyaziyyat və informatika müəllimliyi
1.2. Kompüter mühəndisliyi
1.3. Qida məhsulları mühəndisliyi
1.4. Meşəçilik
1.5. Aqronomluq
1.6. Torpaqşünaslıq və aqrokimya
 

II ixtisas qrupu üzrə:
2.1. Tarix və coğrafiya müəllimliyi
2.2. Mühasibat uçotu və audit
2.3. Maliyyə
2.4. İqtisadiyyat
2.5. Biznesin idarə edilməsi
2.6. Turizm və otelçilik.
2.7. Ekologiya
 

III qrup üzrə:
3.1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
3.2. Xarici dil müəllimliyi (ingilis dili üzrə)
3.3. İbtidai sinif müəllimliyi
3.4. Məktəbəqədər təlim və tərbiyə
3.5. Tərcümə (ingilis dili üzrə)
3.6. Təhsildə sosial-psixoloji xidmət 
3.7. Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması 


IV qrup üzrə:
4.1. Kimya və biologiya müəllimliyi
4.2. Baytarlıq

V qrup üzrə:
5.1. Aktyor sənəti

 

Tələbə yataqxanası

Ayəddin Əliyev,
Filologiya elmləri namizədi, dosent

İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiri

 

Daha geniş məlumat almaq üçün video roliki izləyin => VIDEO =>

 

 

 

 

=> VİDEO =>

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator