Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Əmr və elanlar

 

Faydalı keçidlər

  

Lənkəran Dövlət Universiteti üzrə

ƏMR № 1/14

 

Lənkəran şəhəri                                                               09 fevral 2017-ci il

 “Azərbaycan müəllimi” qəzetinin 10 dekabr 2016-cı il tarixli

sayında elan olunmuş müsabiqənin nəticələrinə dair

   Lənkəran Dövlət Universitetində boş olan dekan və kafedra müdiri vəzifələrinin tutulması ilə bağlı “Azərbaycan müəllimi” qəzetinin 10 dekabr 2016-cı il tarixli sayında elan dərc olunmuşdur. İddiaçılar ərizə ilə müraciət etmişlər.  Bununla bağlı LDU üzrə 27.12.2016-cı il tarixli 4/74 saylı əmrlə “Müsabiqə komissiyası” yaradılmışdır. Komissiya tərəfindən Universitetin bütün kafedralarında iclaslar keçirilmiş, hər bir iddiaçı haqqında müvafiq kafedralarda çalışan professor-müəllim heyətinin rəyləri alınaraq protokollaşdırılmışdır. Daha sonra “Müsabiqə komissiyası” tərəfindən hər bir iddiaçı ilə ayrı-ayrılıqda fərdi söhbət aparılmış və müvafiq protokol yazılmışdır. Deyilənləri və “Müsabiqə komissiyası”  qərarını nəzərə alaraq

əmr edirəm

Adları aşağıda qeyd olunan şəxslər boş olan müvafiq vəzifələrə təyin olunsunlar:

1.1.  Şəmmədov Ramiz Zeynulla oğlu – biol.ü.f.d., dosent, “Təbiyyat” fakültəsinin dekan müavini, dekan vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, həmin fakültədə 1.0 ştat dekan vəzifəsinə təyin olunsun. 

1.2.  Şahbazov Balayar Xanqulu oğlu – k/t.ü.f.d., dosent, “Aqrar və mühəndislik” fakültəsinin dekan müavini, dekan vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, həmin fakültədə     1.0 ştat dekan vəzifəsinə təyin olunsun.

1.3. Paşayev Nahid Cəlil oğlu – riy.ü.f.d., dosent, “Riyaziyyat və informatika” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedradanın 1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

1.4. Hüseynov Məmmədhüseyn Babalı oğlu – biol.ü.f.d., dosent, “Kimya və biologiya” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın  1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

 1.5. Ağayev Ziyafət Bilal oğlu – coğ.ü.f.d., dosent, “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın  1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

1.6. Baxşiyev Əliağa Arif oğlu – tar.ü.f.d., dosent, “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın  1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

1.7. Səfərli Elşad Məhərrəm oğlu – fil.ü.f.d., dosent, “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın  1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

1.8. Əliyev Ayəddin Baldadaş oğlu – fil.ü.f.d., dosent, “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın 1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

1.9. Kazımov Kamran Şahverən oğlu – fil.ü.f.d., dosent, “Xarici dillər” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın  1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

1.10. Mirzəyev Natiq Sərhad oğlu – iqt.ü.f.d., dosent, “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə, 0.5 ştat dosent saxlanılmaqla həmin kafedranın  1.0 ştat müdiri vəzifəsinə təyin olunsun.

2. Seçki baş tutmayan dekanlıqlarda dekan vəzifəsinin icrası növbəti seçkilər keçirilənə qədər müvafiq olaraq aşağıda qeyd olunan şəxslərə həvalə edilsin.

2.1.  İqtisadiyyat və idarəetmə fakültəsi - dosent Məhərrəmov Mikayıl Əkbər oğlu, Rektorun müşaviri;

2.2.  Hümanitar fakültə - professor Ağazadə Yədulla Bəbir oğlu, Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən;

3. “İnsan resursları və kargüzarlıq şöbəsi”nin müdirinə tapşırılsın ki, boş olan vəzifələrə seçilmiş şəxslərlə  qanunvericiliyə uyğun  əmək müqaviləsi bağlasın.

4.  Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadəyə tapşırılsın ki, müvafiq vəzifələrə təyin olunan şəxslərin əmək haqları ştat cədvəlinə uyğun şəkildə ödənilsin. 

5.  Əmr imzalandığı gündən quvvəyə minir.

Əmrin icrasına nəzarət “Tədqiqat işləri və innovasiyalar üzrə prorektor” vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə  tapşırılsın.

Əsas: “Azərbaycan müəllimi” qəzetinin 10 dekabr  2016-cı il tarixli sayında  LDU-da boş olan dekan və kafedra müdiri vəzifələrinin tutulması ilə bağlı elan, iddiaçıların ərizələri,  LDU üzrə 27.12.2016-cı il tarixli 4/74 saylı əmrin surəti, kafedra iclasları və Seçim komissiyasının iclasının protokolları.

 

Rektor vəzifəsini icra edən:                               prof. Natiq İbrahimov

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

LDU-nun Maliyyə, mühasibat və audit kafedrasının müdiri i.ü.f.d. Natiq Mirzəyev Samarada (Rusiya Federasiyası) keçirilmiş  Beynəlxalq Elmi-Praktik Konfransda universitetimizi uğurla təmsil etmişdir...

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator