Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Əmr və elanlar

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Universiteti üzrə

ƏMR №1/26

 

Lənkəran şəhəri                                                              20 fevral 2017-ci il

 

Tədris işləri üzrə prorektor vəzifəsinin icrasının

dosent İ.M.Əsgərova həvalə edilməsi haqqında

 

      Dosent Əsgərov İdrak Mirzəbaba oğlu 25 iyun 2014-cü il tarixindən Lənkəran Dövlət Universitetində çalışır. 24 noyabr 2014-cü il tarixindən Tədris şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 08.06.2016-cı il tarixində Universitetdə struktur yenidən qurulduğundan o, yeni yaradılan Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda da həmin vəzifədə çalışır. İşlədiyi müddətdə öz vəzifə səlahiyyətlərinin öhdəsindən məharətlə gəlmişdir. 2016/2017-ci tədris ilinin payız imtahan sessiyasının təşkilində, boş olan kafedra müdiri və dekan vəzifəsi ilə bağlı keçirilən seçkilərdə obyektiv surətdə yüksək iradə nümayiş etdirmişdir. Hal-hazırda Tədris işləri üzrə prorektor vəzifəsi vakantdır. Tədrisin keyfiyyətinin artırılması, yeni təyin olunmuş kaferda müdiri və dekanlarla işləri yüksək səviyyədə qurmaq üçün Tədris işləri üzrə prorektora ehtiyac vardır.  Dosent İdrak Əsgərovun bu sahədə təcrübəsi var, tədrislə bağlı normativ sənədləri və əsasnamələri yüksək səviyyədə mənimsəmişdir.  Deyilənləri və mövcüd qanunvericiliyi nəzərə alaraq

əmr edirəm.

 

1.    Tədris işləri üzrə prorektor vəzifəsinin icrası, bu vəzifəyə prorektor təyin olunana qədər  Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktoru dosent Əsgərov İdrak Mirzəbaba  oğluna həvalə olunsun.

2.    Aylıq əmək haqqı fərqi nəzərə alınmaqla 1210 (bir min iki yüz on) manat ödənilsin.

3.    Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) və “İnsan resursları və    kargüzarlıq şöbəsi”nin müdiri  bu əmrdən irəli gələn vəzifələri yerinə yetirsinlər.

4.    Əmr imzalandığı gündən quvvəyə minsin.

5.    Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Əsas: Rektor vəzifəsini icra edən prof. Natiq İbrahimovun göstərişi 

 və dos. İ.Əsgərovun 20.02.2017-ci il tarixli ərizəsi.

 

Rektor vəzifəsini icra edən:                                    prof. Natiq İbrahimov

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator