Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

İnsan resursları və kargüzarlıq şöbəsi

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Allahşükür Quliyev

 

İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Quliyev Allahşükür Əzizağa oğludur. O, 27 iyun 1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 1997-ci ildə Lənkəran rayonu Türkəncil kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə Günəhir kənd orta məktəbini bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 2011-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək Riyaziyyat ixtisası üzrə bakalavr ali-peşə diplomunu almışdır. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına qəbul olmuş və hərbi xidmətə yollanmışdır. 2011/2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ordu sıralarında xidmət etmişdir. 2015-ci ildə “Şredinger tənliyinin ümümiləşmiş fünksiyalar fəzasında həlli”  mövzüsunda dissertasiya işini müdafiə edərək  “Riyazi analiz”  ixtisaslaşması üzrə magistr diplomu almışdır. 2012/2013-cü illərdə Lənkəran Dövlət Universitetində mühəndis-iqtisadçı, kiçik elmi işçi, kadrlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013/2016-cı illərdə “Bank of Baku” ASC-də biznes kreditləri üzrə ekspert vəzifəsində çalışmışdır. 06 iyun 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetində Məzunlarla iş və təcrübələrin təşkili bölməsinin müdiri vəzifəsində çalışmış, 01 oktyabr 2016-cı il tarixindən “İnsan resursları və kargüzarlıq şöbəsi”nin müdiri vəzifəsində çalışır. Həmçinin Riyaziyyat və informatika kafedrasının 0.5 ştat müəllimidir.

 

E-mail: quliyev_allahsukur@mail.ru

Əlaqə telefonları:   iş: (+994) 025 25 5 01 53

Mobil :(+994) 050 362 82 52

 

 

İnsan resursları və kargüzarlıq şöbəsi Lənkəran Dövlət Universitetinin struktur bölməsidir və  Universitetin rektoruna tabedir.  Universitetin fəaliyyətə başladığı dövrdən şöbə “Kadrlar şöbəsi”  kimi yaradılmış, Universitet Elmi Şurasının 08 iyun 2016- cı il tarixli qərarına əsasən “İnsan resursları və kargüzarlıq” şöbəsi kimi  yenidən təşkil olunmuşdur.

   Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını,  Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur.

Şöbənin strukturu və işçilərinin sayı Rektor tərəfindən müəyyən və təsdiq edilir. Rektor tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, digər şəxslərin şöbənin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Şöbənin fəaliyyətinə şöbə müdiri rəhbərlik edir.

Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin  rəhbərliyinə təqdim edir, şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir .

Şöbənin fəaliyyətinin əsas məqsədi universiteti vaxtında, vəzifəyə uyğun,   layiqli və peşəkar kadrlarla təmin etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının  artırılmasına, universitetə bağlılığına nail olmaq, kargüzarlıq və arxiv işlərini mövcud qayda və təlimatlara uyğun düzgün və normal təşkil etmək və Universitetin fəaliyyətinin hüquqi təminatını həyata keçirməkdir.

 

 

 

Kadrlar üzrə mütəxəssis

Şükürova İradə Atəş qızı

15.07.1963-cü ildə Lerik rayonu Göydərə kəndində anadan olmuşdur.  1970-1980-ci illərdə Lerik 1 saylı qəsəbə orta məktəbində oxumuşdur. 1980-86-cı illərdə Bakı Dövlət Universitetində Kitabxanaçılıq üzrə qiyabi təhsil almışdır. Qiyabi təhsil aldığı zaman Lerik Partiya Komitəsində siyasi maarif kabinetində çalışıb. 1987-2000-ci illərdə Lənkəran MKS-in 78 saylı filialında baş kitabxanaçı vəzifəsində işləmişdir. 2000-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə, kitabxanada şöbə müdiri, kadrlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 08.06.2016-cı il tarixindən İnsan resursları və kargüzarlıq şöbəsində kadrlar üzrə mütəxəssisi vəzifəsində çalışır.

 

Dəftərxana işləri üzrə mütəxəssis

Niftullayeva Şəbinə Ağadin qızı    

14 sentyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003/2006-cı illərdə Lənkəran şəhər “Rəssamlıq” məktəbində təhsil almışdır. 2007-ci ildə  lənkəran şəhər 2 saylı tam orta məktəbi bitirmiş, 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşdur. 2011-ci il də ADPU-nun “Riyaziyyat” ixtisasını bitirmişdir. 2011-ci ildə Sumqayıt Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsinə qəbul olmuş və 2013-cü ildə bitirmişdir. 2014-cü ildə LDU-da “Diferensial tənliklər” ixtisası, fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur.

26.09.2013-10.02.2014-cü illərdə Lənkəran Dövlət Universitetinin “Fizika, riyaziyyat və informatika ” kafedrasında “baş laborant” vəzifəsində;

10.02.2014-25.02.2015-ci illərdə “Riyazi iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi-tədqiqat laboratoriyasında “kiçik elmi işçi” vəzifəsində ;

25.02.2015-01.06.2015-ci illərdə “dəftərxana inspektoru” vəzifəsində;

01.06.2016-08.06.2016-ci illərdə “dəftərxana müdiri” vəzifəsində;

08.06.2016-ci il tarixindən hal-hazıra qədər “İnsan resursları və kargüzarlıq” şöbəsində “Dəftərxana işləri üzrə mütəxəssis” vəzifəsində çalışır.

 

Kargüzar

Məmmədova Bəsirə Məhərrəm qızı

06 iyul 1984-cü ildə Lənkəran rayonu Sutəmurdov kəndində anadan olmuşdur. 1990-cı ildə Sutəmurdov kənd orta məktəbinə daxil olmuş, 2001-ci ildə orta məktəbi bitirmişdir . 2002-2007-ci illərdə Lənkəran Dövlət Universitetində Tarix ixtisası üzrə qiyabi təhsil almışdır.  2001-ci ildən Lənkəran Dövlət Universitetində işləyir. Hal-hazırda İnsan resursları və kargüzarlıq şöbəsinin kargüzarıdır.

  

Kargüzar

Fərəcli Firuzə Musa qızı  

10 noyabr 1995-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.  2000-ci ildə  Bakı şəhər Yasamal rayon 286 saylı orta məkəbə daxil olmuş, 2010-2015-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində təhsil almışdır. 22.02.2016-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. Hal-hazırda İnsan resursları və kargüzarlıq şöbəsində kargüzar vəzifəsində çalışır.

e-mail: firuze.ferecli1995@mail.ru

 

Arxiv işi üzrə mütəxəssis

Əhmədova Sevda Ənvər qızı 

23.06.1977-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1984 cu ildə Lənkəran şəhər V.Əliyev adına  4 nömrəli orta məktəbinə daxil olmuş, 1994 cü ildə həmin məktəbi bitirib Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. 1998 ci ildə universiteti bitirmişdir. sentyabr 1998 ci ildən Lənkəran Dövlət Universitetinin Biologiya kafedrasında Labarant kimi işə qəbul olunmuşdur.  2003 cü ildə  AzTU –nin Magistratura şöbəsini  fərqlənmə diplomu ilə bitirmişdir. Hal hazırda universitetdə arxiv işi üzrə mütəxəssis vəzifəsində işləyir.  Ailəlidir. 3 övladı var. Iş fünksiyası Universitetdə arxiv işinin aparılmasına və təşkilinə başçılıq etmək, müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin etməkdən ibarətdir.

 

Baş səhifə>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator