Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Elmi şura

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

Tələbələrin nəzərinə:

15 sentyabr 2017-ci il tarixdə LDU-nin 2 saylı tədris korpusunda yeni tədris ilinin başlanmasına həsr olunmuş "Bilik günü" adlı tədbir keçiriləcəkdir. Tədbir saat 08:30-da başlanacaqdır.

 

 

 

Müdrikliyə gedən yol.


Müdrikliyə gedən yol kitabxanalardan keçir. Çünki, bütün bilklərin mənbəyi kitabdır. Aqillərin gəldiyi yekdil nəticə də budur ki, dünya yaranandan insanlar kitabdan yaxşı heç nə kəşf etməyiblər! Lənkəran Dövlət Universiteti tələbələrinin əldə etdikləri təhsil uğurlarında da LDU-da fəaliyyət göstərən elmi kitabxananın əhəmiyyətli rolu danılmazdır.

Məlumat üçün deyək ki, Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası universitet yarandığı vaxtdan ,1992-ci ildən fəaliyyət göstərir. Kitabxana təhsil və informasiya funksiyalarını yerinə yetirən müəssisə kimi tədris prosesini, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə ,universiitetin kadr hazırlığında yaxından iştirak edir. Hal hazırda Elmi kitabxanaya digər bir status da əlavə edilib. Belə ki, kitabxana İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin nəzdində fəaliyət göstərir.

Məlumat üçün deyək ki, Elmi kitabxananın fondu 81000 nüsxə təşkil edir. Bunlardan 53935 nüsxəsi kitab, digərləri isə notlar, albomlar, xəritələr, disklər, metodik vəsait və tövsiyyələr, proqramlar, avtoreferatlar, dissertasiyalar, müxtəlif mövzulu kataloqlar, elmi əsərlər, xarici ölkələrdə və ölkə universitetlərində nəşr olunan elmi xəbərlər və sair materiallardır. Kitablar azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdədir. Fond Universal Onluq Təsnifatına uyğun olaraq düzülüb.
Universitet geniş profilli olduğu üçün, kitabxanada oxuculara göstərilən xidmət də fərqlidir. Hər gün səhər saat 8.30-dan 17.30-a kimi oxuculara xidmət işi abonement və oxu zallarında həyata keçirilir. Xidmət işinin daha səmərəli təşkili üçün əlavə olaraq fakultələrdə də oxu zalları fəaliyyət göstərir.
Kitabxana bölməsinin rəhbəri Elazə Əhmədovanın bildirirdiyinə görə,kitabxanaya 2017-ci ilin ilk altı ayı ərzində 555 adda 1785 nüsxə yeni ədəbiyyat daxil olub.Eyni zamanda , kitabxanaya Ankara Dövlət Universitetində nəşr olunan dərgilər, Bakı Dövlət Universitetinin, AMEA -nın “Xəbərlər” toplusu, bundan başqa Azərbaycan Respublikası Prezident Aparatı, Təhsil Nazirliyi, Statistika Komitəsi, Nazirliklər və müəlliflər tərəfindən ölkəmizin təhsil, iqtisadi, siyasi və sosial sahələrdəki uğurlarını əks etdirən kitablar, foto-albomlar, digər sənədlər göndərilir.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007- ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olumuş ,habelə, Heydər Əliyev fondu tərəfindən nəşri həyata keçirilən bir çox ədəbiyyatlar, lüğətlər, ensiklopediyalar kitabxana fondunun zənginləşməsində böyük əhəmiyyət kəsb edir.
Amma bununla yanaşı,kitab fondunun yenilənməsinə,yeni dərslik və ədəbiyyatlarla zənginləşdirilməsinə daim ehtiyac duyulur.LDU-nun tələbələri Elmira İbrahimova,Aytac Həşimzadə,Tağı Tağızadə və başqaları bir çox dərsliklərin, dünya ədəbiyyatına,politologiyaya aid kitabların yoxluğundan,bəzi dərs vəsaitlərinin isə azlığından narahatlıqlarını dilə gətirdilər.Kitabxana rəhbərliyi tələbələrin haqlı olduğunu,universitet rəhbərliyinin bu istiqamətdə intensiv fəaliyyət göstərdiyini bildirdi.
Qeyd edək ki, kitabxananın xidmətindən təkcə LDU-nun professor-müəllim-tələbə heyəti deyil, həmçinin bölgədə yaşayan və elmi-tədqiqat işi ilə məşğul olanlar, habelə, digər universitetlərdə qiyabi təhsil alan tələbələr və kollec tələbələri də istifadə edirlər.
Oxu zalında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş daimi kitab sərgisi təşkil edilib. Universitetdə hər il ənənəvi olaraq keçirilən Ulu Öndərə həsr olunmuş konfranslarda, dövlət bayramlrında kitabxana geniş kitab sərgiləri ilə iştirak edir.

Kitabxana bölməsinə 20 ildən artıqdır ki, Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakultəsinin məzunu, təcrübəli mütəxəssis Elazə Əhmədova rəhbərlik edir. O, 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirtdiyi qrand müsbiqəsində iştirak edərək “Poliqrafiya və nəşriyyat işi”layihəsinin qalibi olub. Ayrı-ayrı illərdə universitet rəhbərliyi, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri-fərmanla təltif edilib.
 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator