Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Maliyyə və mühasibat şöbəsi

 

Faydalı keçidlər

 

 

 

Maliyyə və mühasibat şöbəsi Lənkəran Dövlət Universitetinin sturuktur bölməsidir və səlahiyyət bölgüsünə görə Universitetin rektoruna tabe olub, cari məsələlərin həllini təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektorla koordinasiya edir. Universitetin fəaliyyətə başladığı dövrdən şöbə “Mühasibat şöbəsi” kimi yaradılmış, Universitet Elmi Şurasının 08 iyun 2016-cı il tarixli qərarına əsasən “Maliyyə və mühasibat” şöbəsi kimi yenidən təşkil olunmuşdur.

Maliyyə və mühasibat şöbəsi büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işləri aparılır. Universitetin mühasibatlığı xərclər smetalarının icrasına, müəssisələr arası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına, öhtəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir. Büdcə və xüsusi vəsaitlər üzrə xərclər smetalarının, elmi-tədqiqat labaratoriyasının xərclər smetasının və digər büdcədənkənar vəsaitlərin mühasibat uçotu “Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair məlumat”a uyğun olaraq vahid balansda aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin i-05 nömrəli 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Büdcə təşkilatları üçün 24 adda Milli Mühasibat uçotu standartları”na uyğun hesabatlar təqdim olunur.

Maliyyə və mühasibat şöbəsi professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə və tələbələrə əmək haqqı və təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq edir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlığını və dəqiqliyini yüksək səviyyədə aparır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi universitetdə səmərəli tətbiq olunur.

Maliyyə və mühasibat şöbəsinin strukturu və işçilərinin sayı Rektor tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin fəaliyyətinə şöbə müdiri (baş mühasib) rəhbərlik edir. Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir.

Maliyyə və mühasibat şöbəsinin fəaliyyətinin əsas məqsədi Universitet tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat üçotu hesabında (həmçinin mühasibat üçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat üçotu və hesabatının məlumatları üzrə Universitetin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirməkdir. Hazırda Maliyyə və mühasibat şöbəsində 7 əməkdaş fəaliyyət göstərir.

 

Maliyyə və mühasibat şöbəsinin ünvanı aşağıdakı kimidir:

 

Yerləşdiyi ünvan:Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı 50

Telefon nömrələri: (025) 255-10-32; (025) 255-07-10

Faks (025) 255-27-86

E-poçt: muhasibat@lsu.edu.az

 

 

 

Maliyyə və mühasibat şöbəsinin müdiri:

Rzazadə Rəşad İdrət oğlu

E-mail: rashad.rzazada@mail.ru  

 

 

Maliyyə və mühasibat şöbəsinə Rzazadə Rəşad İdrət oğlu rəhbərlik edir. O, 20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 1996-cı ildə Lerik rayonu Şinəband kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 2006-ci ildə Lerik rayonu 4 saylı orta məktəbi bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra magistratura təhsilini qiyabi davam etdirməklə Lənkəran Dövlət Universitetində “Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi tədqiqat laboratoriyasında mühəndis-iqtisadçı vəzifəsində işləyib, 2012-ci ildən Universitetin Mühasibat şöbəsində əvvəl mühasib və aparıcı mühasib vəzifələrində çalışmışdır. 02 sentyabr 2013-cü il tarixindən Universitetin baş mühasibidir.

12 dekabr 2013-cü il tarixində “Mühasibatlıq və auditin avtomatlaşdırılmasının əsasları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsunda dissertasiya işini müdafiə edərək magistr diplomu almışdır. 2014-cü ildə Ekonometrika ixtisası üzrə Lənkəran Dövlət Universitetinin Dissertanturasına qəbul olunmuşdur. Hal-hazırda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Təhsil sistemində mühasibatlıq və audit işinin avtomatlaşdırılmış rejimdə qurulmasının informasiya təminatının və təhlükəsizliyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsünda dissertasiya işi üzərində çalışır. Həmçinin 2013-cü ildən Universitetdə “İqtisadiyyat və menecment” kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyət göstərir.

 

Maliyyyə və mühasibatlıq

şöbəsinin mühasibi:

Əliyeva Aybəniz Əliş qızı

 

Əliyeva Aybəniz Əliş qızı 26 avqust 1957-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1964-cü ildə Lənkəran şəhər 1 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1974-cü ildə orta məktəbi bitirmişdir. 1975-ci ildə Bakı Maliyyə-kredit texnikumunun mühasibat uçotu ixtisasına daxil olmuş və 1977-ci ildə təhsilini başa vurmuşdur. 1977-ci ildən Lənkəran Aqrar-sənaye birliyində mühasib və iddiaçı mühasib işləmişdir. 1984-cü ildən Lənkəran Tara müəssisəsində 1997-ilin aprelinə kimi mühasib vəzifəsində işləmiş, 1997-ci ilin noyabr ayından Lənkəran Dövlət Universitetində işə qəbul edilmiş və hal-hazıra kimi mühasib işləyir. Təsdiq edilmiş iş bölgüsü və vəzifə funksiyalarına əsasən universitetdə ödənişli əsaslarla təhsil alan tələbələrlə bağlı əməliyyatların uçot və hesabatını təmin edir. Ödənişli əsaslarla təhsil alan tələbələrlə Universitet arasında bağlanmış müqavilə şərtlərinə uyğun müəyyən olunmuş təhsil haqlarından daxil olmalara nəzarəti təmin edir. Hər hesabat dövrünün sonuna ödənişli təhsil alan tələbələrin ixtisaslar, tədris illəri və təhsilin səviyyələri üzrə borc qalıqları barədə yekun məlumatlar hazırlayır və rəhbərliyə təqdim edir.

 

Maliyyə və mühasibatlıq

şöbəsinin mühasibi:

Əsgərova Humayə Əjdər qızı

 

Əsgərova Humayə Əjdər qızı 1952-ci ildə Lənkəran rayonun Şürük kəndində anadan olmuşdur. 1959-ci ildə Lənkəran rayonun Şürük kənd orta məktəbinə daxil olumuşdur. 1969-cu ildə orta məktəbi bitirmişdir. 1969-cu ildə Lənkəran şəhəri Lenin mükafatı lauriatı adına Peşə Liseyinin mühasib ixtisasına daxil olub.1970-ci ildə oranı fərqləmə diplomu ilə bitirib. 1971-ci ildən Peşə liseyində mühasib və baş mühasib vəzifəsində işləyib. 1998-ci ildən Lənkəran Dövlət Universitetində mal-material üzrə mühasib və Universitetin nəzdinində yaradılmış Elmi Mərkəzin baş mühsibi vəzifəsində çalışıb. Hal hazırda Lənkəran Dövlət Universitetində mal-material üzrə mühasib vəzifəsində işləyir. Mal-materialın mədaxil və məxaricin, inventar avadanlıqlarının maddi məsul şəxslərlə uçotunu aparır.

 

 

Maliyyə və mühasibatlıq

şöbəsinin statisti:

Kərimli Südabə İsa qızı

 

Kərimli Südabə İsa qızı 30 avqust 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1959-cu ildə Lənkəran şəhər 6 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 9-10-cu sinifi Bakı təmayüllü orta məktəbini 1969-cu ildə bitirmişdir. 1970-ci ildə Bakı Kooperativ texnikumunun Mühasibat uçotu ixtisasını bitirmişdir. 1972-ci ildə təyinat ilə Lənkəran şəhər Qarışıq mallar ticarəti idarəsinə mühasib vəzifəsinə təyin olunmuşdur. İşləməklə yanaşı qiyabi olaraq təhsilini davam etdirmişdir. 1974-cü ildə Azərbaycan Xalq Təsərrüfat İnstitunun mühasibat uçotu ixtisasına qəbul olunmuşdur. 1979-cu ildə institutu bitirdikdən sonra həmin idarədə böyük mühasib vəzifəsinə təyin olunmuşdur. 1982-ci ildə yenidən baş mühasib müavini işləmişdir. 2000-ci ildən Lənkəran Elm və Texnika mərkəzində  kassir sonra isə baş mühasib vəzifəsində işləmişdir. 2002-ci ildən Lənkəran Dövlət Universitetində pasportçu və tabelçi vəzifələrində işləmişdir. 8 iyun 2016-cı ildən “Maliyyə və mühasibatlıq şöbəsində” statist vəzifəsində işləyir. İş funksiyasına əmək haqqı statistikasını hazırlamaq, əmək haqqı cədvəllərin uçotunu aparmaq, statistik hesabatları işləmək, tələbə təqaüdləri, ezamiyyə xərcləri və əmək qabiliyyətinin olmaması vərəqələrinin uçotunu aparmaq və.s daxildir.

 

Maliyyə və mühasibat şöbəsinin kommunikasiya texnologiyaları 

üzrə mühasibi:

Şahbazova Lalə Əbdülrəhim qızı

   

Şahbazova Lalə  Əbdülrəhim qızı 11 avqust 1995-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2001-ci ildə  Lənkəran şəhər 6 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə Lənkəran şəhər 7 saylı orta məktəbi bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub, 2016-cı ildə həmin ixtisası bitirmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində kommunikasiya texnologiyaları üzrə mühasib vəzifəsində işləyir. İş funksiyalarına əmək haqqı, saat hesabı və mükafat hesablamaq və təsdiq üçün təqdim etmək, əmək haqqı və tələbə təqaüdü ilə əlaqədar vətəndaşlara arayışlar hazırlamaq və təsdiq etmək üçün təqdim etmək, əmək haqqının hesablanması üzrə müxabirləşməni aparmaq və s daxildir.

 

Maliyyə və mühasibat

şöbəsinin iqtisadçısı:

Nəcəfli Elvin Hüseynağa oğlu

 

Maliyyə və mühasibat şöbəsinin iqtisadçısı Nəcəfli Elvin Hüseynağa oğlu 19 noyabr 1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbə daxil olmuşdur. 2009-cu ildə Lənkəran şəhər XDT Gimnaziya məktəbində məzun olmuş, elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetini bitirdikdən sonra hərbi xidmətə çağrılmış və 2014-cü ildə həqiqi hərbi xidmətini tam başa vurmuşdur. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin Maliyyə və mühasibat şöbəsində iqtisadçı kimi fəaliyyət göstərir. İş funksiyalarına - iqtisad işlərini aparmaq, smeta və ştat cədvəli hazırlanmasını təmin etmək, tələbə təqaüdlərinin hesablanmasını təşkil etmək və tələbə təqaüdü üzrə müxabirləşməni aparmaq daxildir.

 

 

 

 

 

 

 

LDU Elektron Təhsil Şəbəkəsi

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator