Geri

29/04/21

Yaponiya Dövlət Təqaüdü proqramları


Azərbaycanın Yaponiyadakı Səfirliyi Yaponiya Dövlət Təqaüdü proqramları ilə əlaqədar 3 təhsil proqramı üzrə sənəd qəbulunu açıq elan etmişdir. Xarici tələbələr üçün təqdim edilən bu proqramlar tam təqaüd proqarmları olaraq, təhsil haqqından azad olma, Yaponiyaya gediş və dönüş biletləri və aylıq təqaüdü nəzərdə tutur.

1. 2022-cil il Elmi-tədqiqat (elmi-tədqiqatçı tələbə, magistratura, doktorantura) üzrə Yaponiya Dövlət Təqaüd Proqramı - İlk öncə 2 illik tədqiqatçı tələbə kimi qeyri-dərəcə proqramından başlayaraq, daha sonra magistratura və ya doktorantura pilləsinədək irəliləyən minimum 2 illik təhsil proqramı olub, universitetin bakalavr pilləsini bu il bitirəcək şəxslərdən başlayaraq 35 yaşadək şəxslərin müraciəti üçün açıqdır.

2. 2022-ci il Bakalavr üzrə Yaponiya Dövlət Təqaüd Proqramı - Bakalavr proqramı 1 illik hazırlıq və 4 illik bakalavr pilləsi təhsili olmaqla cəmi 5 illik proqram olaraq, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərin müraciəti üçün nəzərdə tutulmuşdur.

3. 2022-ci il Texnologiya kolleci üzrə Yaponiya Dövlət Təqaüd Proqramı - Texnologiya kollecində təhsil proqramı 1 illik hazırlıq və 3 illik ixtisas təhsili daxil toplam 4 illik təhsil proqramını əhatə edərək, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərə şamil olunan təhsil proqramıdır.

Yaponiya Səfirliyi tərəfindən qeyd olunan proqramlar üzrə BRİFİNQ keçiriləckdir. Brifinqdə iştirak etmək istəyən şəxslər aşağıdakı məlumatları səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərə bilərlər:

1. Müraciət etmək istədiyiniz proqramın adı

2. Ad və familyanız

3. Əlaqə nömrəniz

4. E-mail ünvanınız

5. Hər hansısa sualınız varsa, öncədən qeyd edə bilərsiniz.

Elmi-tədqiqat proqramı üzrə brifinq:

3 may 2021-ci il saat 14:30 – 16:00 - Səfirlik tərəfindən izahat

saat 15:30 – 16:00 - sual-cavab

Bakalavr proqramı və Texnologiya kolleci proqramı üzrə brifinq:

4 may 2021-ci il saat 14:30 – 16:00 - Səfirlik tərəfindən izahat

saat 15:30 – 16:00 - sual-cavab

Yaponiya Dövlət Təqaüdü proqramları


Mənbə:
Paylaş: