Doktorant və dissertantların attestasiyası

1. Doktorant və dissertantlar ildə bir dəfədən az olmamaq şərtilə, hər ilin sonunda-dekabr ayında müvafiq qaydalara uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilməsində məqsəd doktorant və dissertantların fərdi iş planında cari (ötən) il üçün nəzərdə tutulmuş fəaliyyətinin qiymətləndirilməsidir.

2. Doktorantın (dissertantın) növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

2.3. Doktorantın (dissertantın) fərdi iş planının yerinə yetrilməsinə kafedra, fakültə və Universitet Elm şöbəsi tərəfindən müntəzəm olaraq nəzarət edilir. Attestasiyanın keçirilmə qrafiki kafedra rəhbərliyi və dekanlığ ilə razılaşdırılaraq Elm şöbəsi tərəfindən hazırlanır, doktorant və dissertantlara qabaqcadan bildirilir.

4. Attestasiyanın keçirilməsi üçün doktorant (dissertant) Elm şöbəsindən Fərdi iş planını götürür, attestasiya olunan iş üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və müvafiq kafedraya təqdim edir.

5. İllik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attetasiyaya buraxılmır.

6. Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir.

7. Elmi rəhbər hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir.

8. Kafedrada attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə müvafiq Fakültə Elmi Şurasına təqdim olunur. Kafedra tərəfindən attestasiya aşağıdakı kimi qəbul olunur:

• Attestasiya olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur)

• Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir)

• Attestasiya olunmasın (üzrsüz səbəbdən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir)

9. Müvafiq Fakültənin Elmi Şurasında Attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və Fakültə Elmi Şurasının müzakirə protokolundan çıxarışla birlikdə Elm şöbəsinə təqdim edilir.

10. Üzrsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur.

11. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.

Qeyd: Əyani doktorant hər iş günü, qiyabi doktorant (dissertant) isə ən azı ayda bir iş günü kafedrada fəaliyyət göstərməlidir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd