Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.12.2018 tarixli 03-11-15/15 nömrəli məktubuna əsasən, 2018-ci ildən etibarən fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertanlar üçün “Xarici dil (İngilis dili)” fənni üzrə minimum imtahanı keçirilir.

Doktorant və dissertantların “Xarici dil (ingilis dili)”fənnindən minimum imtahanının keçirilmə qaydası

1. İxtisas üzrə son 10-15 il ərzində xaricdə nəşr olunmuş elmi ədəbiyyatdan(LDU, Elm şöbəsi ilə razılaşdırılmış ədəbiyyatdan) verilmiş 2000-2500 işarəlik orijinal mətnin lüğətin köməyi ilə ana dilinə yazılı tərcüməsi və oxusu. (İcra müddəti 45 dəqiqə)

   Qeyd 1: Bu mərhələdə verilən orijinal mətnin ana dilinə adekvat tərcüməsi və oxuma keyfiyyəti yoxlanılır.

2. İxtisas üzrə seçilmiş orijinal elmi mətndən 1200 işarəyə qədər parçanın oxunması, xarici dildə və ya ana dilində nəql edilməsi.

   Qeyd 2: Bu mərhələdə mənanın verilməsi və şifahi nitqin keyfiyyəti yoxlanılır.

3. Doktorant və dissertantların elmi işi və ixtisası üzrə müvafiq məsələ ətrafında xarici dildə söhbət.

4. İctimai-siyasi mövzuda qəzet mətninin məzmununu xarici dildə nəql etmək və mətn ətrafında söhbət.

   Qeyd 3: 3-cü və 4-cü mərhələlərdə nitqin normativliyi, dil vasitələrindən istifadə edilmə və sorğulara adekvat reaksiya yoxlanılır.

   Qeyd 4: İmtahanda iştirak edən namizədlərə lüğətdən istifadə etməyə icazə verilir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd