E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

"Riyaziyyat və informatika” kafedrası haqqında məlumat

“Riyaziyyat və informatika” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Kafedra 1992-ci ildən fəaliyyət göstərir. “Riyaziyyat və informatika” kafedrasının işinin əsas məqsədi tələbələrə riyaziyyatın müxtəlif bölmələrini tədris etmək, bu bölmələrin tətbiq sahələrini və bu istiqamətdə tədqiqat aparmaq üsullarını öyrətməkdir. Bu günə kimi azərbaycanın ən görkəmli alimlərindən 15-ə yaxın elmlər doktoru professor və 30-a yaxın elmlər namizədi dosent kafedrada fəaliyyət göstərmişdir. Əməkdar elm xadimi prof.Asəf İsgəndərov, AMEA-nın müxbir üzvi Rauf Hüseynov, AMEA-nın müxbir üzvi Kamil Aydazadə, AMEA-nın müxbir üzvi Orxan Məmmədyarov, prof.Qabil Yaqubov, prof.Məlik-Baxış, prof. Şövkət Baxışov, prof.Ələkbər Əliyev, prof.Tarverdi Əzizov, prof.Ədalət Axundov, prof.Həmdulla Aslanov, prof. Vaqif Quliyev, prof.Əbulfət Pələngov, dos.Nəcəf Əliyev, dos.Zakir Məhərrəmov, dos.Kamandar Cəfərov, dos.Feyruz Həsənov, dos.Murğuzali Əliyev,dos.Aydın Şahbazov, dos.Mirnamiq Bəşirov və b. fəaliyyət göstərmişdir. Kafedraya əvvəlcə dos.Səbziyev Nəriman, dos.Mədətov Əminağa və dos.Heydərov Arif rəhbərlik etmişdir. Hazırda kafedra müdiri vəzifəsini riy.ü.f.d.,dos.Paşayev Nahid Cəlil oğlu icra edir. Paşayev Nahid Cəlil oğlu, riy.ü.f.d., dossent Riyaziyyatçı, “Diferensial tənliklər” ixtisası, iş stajı 19 il, 2015- ci ildən kafedra müdiri vəzifəsində çalışır.

Hazırda kafedrada 20 əməkdaş çalışır. Bunlardan 3 nəfər elmlər dokturu professor, 3 nəfər elmlər namizədi dosent, 2 nəfər fəlsəfə doktoru baş müəllim, 4 nəfər baş müəllim 8 nəfər müəllim və 1 nəfər laborant çalışır.

”Riyaziyyat” istiqamətində “Riyazi fizikanın klassik və qeyri-klassik diferensial tənliklər üçün sərhəd və optimal idarəetmə məsələləri” və “Riyaziyyat və informatikanın tədrisi metodları və distant təhsilin problemləri” mövzusunda 2 istiqamətdə elmi-tədqiqat işləri aparılır. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Respublikanın və bir sıra xarici ölkələrin elmi jurnallarda çap olunmuşdur.

Kafedra əməkdaşları universiteti müxtəlif grant layihələrində, beynəlxalq elmi konfranslarda və digər nüfuzlu tədbirlərdə təmsil etmişlər.

2014-cü ildə kafedra Moskva Dövlət Universitetinin professoru A.Q.Yaqola və Kiyev Dövlət Universitetinin professoru Nakaneçni ilə birlikdə elmi-praktik konfrans keçirmişdir.

2014-cü tədris ilində iki dissertant Həmidov Ruslan Allahverən oğlu və Musayeva Mətanət Asəf qızı, 2015-ci ildə bir doktorant Paşayev Nahid Cəlil oğlu, 2016-ci ildə isə bir dissertant Mirzəyeva Səlimə Mirzə qızı dissertasiya işlərini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə dokturu elmi dərəcəsini almışdır. 2017-ci ildə Qasımov Rəşid Ataxan oğlu, 2018-ci ildə Həbibov Vahab Mehdi oğlu dissertasiya işlərini uğurla müdafiyə etmiş və işi AAK təqdim etmişlər.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

Bakalavriat üzrə:

1.”Riyaziyyat və informatika müəllimliyi” ixtisası, əyani şöbə

Magistratura üzrə:

1.”Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisası əyini şöbə

2.”İnformatikanını tədrisi metodikası və metodologiyası” ixtisası əyini şöbə

Doktorantura üzrə:

”Diferensial tənliklər” ixtisası əyani, qiyabi şöbələr

Kafedrada tədris olunan əsas dərslərin siyahısı:

a) Bakalavriat üzrə:

1.Ali riyaziyyat

2.Riyaziyyat

3.Riyazi analiz-1 (Ədədi ardıçıllıqlar,funksiyanın limiti və kəsilməzliyi)

4.Riyazi analiz-2 (Birdəyişənlifunksiyanındifferensialvəinteqralhesabı)

5.Riyazi analiz-3(Çoxdəyişənlifunksiyalarnəzəriyyəsi)

6.Riyazi analiz-4

7.Riyazi analiz-5

8.Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi

9.Adi diferensial tənliklər

10.Riyazi fizika tənliklər

11.Hesablamariyaziyyatı

12.Ehtimalnəzəriyyəsivəstatistikaelementləri

13.Ehtimalnəzəriyyəsivəriyazistatistika

14.Cəbr-1 (Cəbrin əsas elementləri)

15.Cəbr-2 (Xətti cəbr)

16.Cəbr-3 (Çoxhədlilər cəbri)

17.Həndəsə-1 (Analitik həndəsə)

18.Həndəsə-2 (Həndəsə əsasları və proyektiv həndəsə)

19. Həndəsə-3 (Diffrensial həndəsə)

20. Riyazi məntiq

21.Elementar riyaziyyat-2

22.Elementar riyaziyyat-1

23.Riyaziyyatın tədrisi metodikası

24.Məsələ həlli praktikumu-1 (Planemetriya məsələləri)

25.Məsələ həlli praktikumu-2 (Stereometriya məsələləri)

26.Məsələ həlli praktikumu-3 (Tənliklər və bərəbərsizliklər)

27.Məsələ həlli praktikumu-4 (Ədədlər nəzəriyyəsinin elementləri)

28.Seçmə fənn (Funksiyalar və qrafiklər)

29.Ümumtəhsil kurikulum islahatının əsasları

30.Xətti cəbr və riyazi analiz

31.Təhsildə İKT

32.İnformatika və təhsildə İKT

33.İnformatika-1

34.İnformatika-2

35.İnformatikanın tədrisi metodik

36.İnformatikanın tədrisi praktikumu

37.İqtisadi informatika

b) Magistratura mərhələsi üzrə:

1.AMTMOF (Riyaziyyatdan şagird naliyyətlərinin qiymətləndirilməsi

2.Kəmiyyətlərin öyrənilməsinin ümumi məsələləri

3.Məktəb həndəsə kursunun aksiomatik qurulması

4.Məktəb riyaziiyat kursunda tənlik və bərabərsizliklərin həlli

5.Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin öyrədilməsi

6.Məktəb riyaziyyat kursunda riyazi struktur ideyası

7.Riyazi məntiqin tədrisi

8.Riyaziyyat terminləri və anlayışlarının formalaşması

9.Riyaziyyat təlimində məsələ həlli metodlarının öyrənilməsi

10.Riyaziyyat təliminin psixoloji-pedaqoji əsasları

11.Riyaziyyatın tədrisi metodikasının muasir problemləri

12.Riyaziyyatın tədrisi metodikasının tarixi və metodologiyası

13.Riyaziyyatın tədrisində yaradıcı təfəkkürün inkişafı

14.Əməliyyat sistemləri və onların tədrisi metodikası

15.İnformatikanın tədrisinin muasir prinsipləri

16.AMTMOF (Muasir proqramlaşdırma dilləri C++,Jaba,Obyekt Paskal)

17.İnformatikanın tədrisi metodikasının elmi nəzəri əsasları

18.İnformatika dərslərinin və proqramlarının formalaşdırılması metodikası

19.Kompyuter riyaziyyatının tədrisi metodikası

20.eçmə fənn: Şəbəkə informasiya texnologiyaları.Orta məktəbdə informasiyanın tədrisi metodikasının strukturu və məzmunu

21.İnformatikanın tədrisinin muasir problemləri

22.İnformatikanın tədrisinin tarixi və metodologiyası

23.Orta məktəb informatika kursunun məzmun xətlərinə aid tətbiqi proqramları

24.Tədris tətbiqi və öyrədici proqram paketləri

25.İnformatikanın tədrisinin pedaqoji və psixoloji əsasları

26.Seçmə fənn İnformatikanın riyazi əsasları

27.Elm və təhsildə kompyüter texnologiyaları

Kafedra müdiri haqqında məlumat:

Paşayev Nahid Cəlil oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 1964-cu ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1982-ci ildə BDU-nun “Tətbiqi-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. 1989-cu ildə həmin universiteti bitirmişdir. 2000-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. İşlədiyi müddətdə Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifələrində çalışmışdır 2010-cı ildən LDU-nun “Diferensial tənliklər” ixtisasının doktorantı olmuşdur. 2015-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə riy.ü.f.d. elmi adı almışdır. 34 elmi məqalə - tezis ,1 metodik, 2 dərs vəsaitivə 3 fənn proqramının müəllifidir. Bir sıra qrant lahiələrində iştirak etmişdir. Umud-96@mail.ru Kafedra əməkdaşları haqqında

1.Mirzəyeva Səlimə Mirzə qızı - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 1972-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə ADNA-nın “İdarəetmə proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplumu ilə bitirmişdir. 2011-ci ildən LDU-nun “Ekonometriya” ixtisası üzrə dissertant olmuşdur. 2016-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışdır. Lənkəran Dövlət Universitetində 1997-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində baş laborant, elmi işçi, kafedra müdiri müavini, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 30 elmi məqalə və tezisin, 3 dərs vəsaiti, 1 metodik vəsait və 3 fənn proqramının müəllifidir. Mirzayeva_Salima@mail.ru

2.Muradov Məmməd Fərrux oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 1968-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1985-1992-ci illərdə ADPU-nun “Riyaziyyat-informatika müəllimliyi” ixtisasını bitirmişdir. 1993-cü ildən AMEA-nın “Riyaziyyat və mexanika” İnstitunun “Funksional analiz” kafedrasının dissertantı olmuşdur. 2007-ci ildə “Riyazi analiz” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adı almışdır. 1 dərs vəsaiti, 1 fənn proqrammı, 7 elmi məqalə və 8 tezisin müəllifidir. mammad_2011@mail.ru

3.Həbibov Şakir Əlif oğlu - baş müəllim 1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur.1979-cu ildə universiteti bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir.1992-ci ildən LDU-da müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1994-2000-ci illərdə Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. 1 dərslik, 3 metodik vəsait, 3 məqalə və 13 tezisin müəllifidir. SHakur.hebibov@mail.ru

4.Həbibov Vahab Mehdi oğlu - baş müəllim 20.11.1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1985-ildə BDU-nun “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuş və 1992-ci ildə isə təhsilini bitirmiş, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. 1996-cı ildən LDU-da müəllim kimi işləməyə başlamışdır. Hal-hazırda “Riyaziyyat və informatika” kafedrasının baş müəllimidir. 2018-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə dissertansiya işini uğurla müdafiyə etmişdir. 1 dərs vəsaitinin və 20-dən çox elmi məqalə və tezisin müəllifidir. vahab.hebibov@mail.ru

5.Qasımov Rəşid Ataxan oğlu, baş müəllim Qasımov Rəşid Ataxan oğlu 1957-ci ildə Lənkəran rayonun Haftoni qəsəbəsində anadan olmuşdur. 1974-ci ildə orta məktəbi, 1978-ci ildə isə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Lənkəran rayonunun Ləj kənd, şəhər 10 saylı orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, elmi katib, həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. 2017-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə dissertansiya işini uğurla müdafiyə etmişdir. 17 elmi məqalənin, 3 proqramın müəllifidir. r.qasimov@mail.ru

6. Fərzəliyeva Ülkər Mirsamid qızı - müəllim 27 iyul 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, 2009-cu ildə Şürük kənd orta məktəbini bitirmişdir. 2009-2013-cü illərdə LDU-nun “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavr. 2013-2015-ci illərdə isə “Riyazi-analiz” ixtisası üzrə magistr təhsili almışdır. 6 elmi məqalənin müəllifidir. 2014-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində metodist-müəllim vəzifəsində çalışmışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Kompyüter elmləri” ixtisası üzrə disertantıdır. Farzaliyevaulkar@mail.ru

7. Həbibova Arəstə Şariza qızı-müəllim. 28 yanvar 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2002-ci ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbini bitirmişdir. 2002-2006-cı illərdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə “Optimallaşdırma və optimal idarəetmə” ixtisası üzrə magistratura şöbəsinin “əla” qiymətlərlə bitirmişdir. 2008-2018-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində Riyaziyyat və İnformatika müəllimi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və İnformatika” kafedrasının müəllimi kimi fəaliyyətə başlamışdır. arasta.h@mail.ru

8.Axundov Ədalət Yavuz oğlu – riyaziyyat elmləri doktoru, professor 01 iyun 1949-cu ildə Ordubad rayonunda anadan olmuşdur. 1971-ci ildə ADU-nun Riyaziyyat fakültəsinə daxil olmuşdur. Axundov Ədalət 1980-cı ildən “Riyaziyyat” ixtisası üzrə Elmlər namizədi, 2009-cu ildə isə Riyaziyyat üzrə elmlər doktoru dərəcəsini almışdır, professordur. Hazırda AMEA aparıcı elmı işçi vəzifəsində çalışır. 2009-cu ildən LDU-da işləməyə başlamışdır. 62 elmi məqalənin müəllifidir. 24 məqaləsi respublikadan kənarda dərc edilmişdir. adalakhund@mail.ru

9. Əliyev Nihan Əlipənah oğlu - riyaziyyat elmləri doktoru, professor 22 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1963-cü ildə Riyazi-fizika tənlikləri kafedrasında aspiranturaya daxil olmuşdur. 1967-ci ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən 1993-cü ilədək “Riyazi-fizika tənlikləri” və “Tətbiqi riyaziyyat” kafedralarında işləmiş, 1993-cü ildən 2006-cı ilədək İran İslam Respublikasının Təbriz və Tehran universitetlərində çalışmışdır. 2006-cı ildən Bakı Dövlət Universitetinin Tətbiqi analizin üsulları kafedrasında işləyir. 250-dək elmi məqalənin, bir sıra konfrans və konqress materiallarının müəllifidir. 20 nəfərdən artıq elmlər namizədi hazırlamışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasında professor işləyir. Əsas tədqiqat sahəsi adi və xüsusi törəməli diferensial tənliklər üçün fundamental həllərin qurulmasından ibarətdir. nihan.jsoft.ws

10.Həmidov Ruslan Allahverən oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 8 yanvar 1971-ci ildə Astara rayonu Maşğan kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışır- müəllim, baş müəllim, dekan müavini, tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri, 2007-ci ildən 2014-cü ilədək isə inzibati-təsərrüfat işləri üzrə prorektor. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1211.01- “Diferensial tənliklər” ixtisası üzrə “Çoxölçülü oblastda xətti elliptik tip tənliklər üçün əmsalların optimal indentifikasiyası məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1 dərs vəsaiti, 1 fənn proqrammı və 20 dən çox elmi məqalənin müəllifidir. Polşa, Rusiya, Türkiyə, Gürcüsatan, Litva və s respublikalarında keçirilən elmi seminar və konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 2007-2008-ci illərdə Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının (İNTAS Project № 06-100017-8909), 2009 –cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”- nin maliyələşdirdiyi “NATO NIG-083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi “ qrantının layihə icraçısı olmuşdur. Ailəlidir, iki qızı və bir oğlu vardır. 2014-cü ildən Lənkəran Dövlət Humanitar Kollecinin direktoru vəzifəsində çalışır. rqamidov@mail.ru

11.Əsgərov İdrak Mirzəbaba oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 22.03.1985-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 2002/2006-cı illərdə BDU-nun “Riyaziyyat” ixtisasını bitirmişdir. AMEA-nın Kibernetika İnstitunun “Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertantı olmuş və 2014-cü ildə r.ü.f.d.elmi adı almışdır. 21.02.2017-ci il tarixdən LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edir. 6 elmi məqalə və 7 tezisin 1 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir. Prezident yanında Elmi İnkişafı fondunun elan etdiyi qrant lahiyəsinin iştirakçısıdır. İdrak378@ rambler.ru

12.Quliyev Allahşükür Əzizağa oğlu - müəllim 1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 2011-ci ildə “Riyaziyyat” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2012-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “Riyazi anliz” ixtisaslaşması üzrə magistrantı olmuşdur. Hal-hazırda LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsinin müdiri vəzifəsində çalışır. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə disertantıdır. 2 elmi məqalə və 3 tezisin müəllifidir. quliyev_allahsukur@mail.ru

13. Məmmədzadə Aygün Malik qızı - müəllim 10 may 1984-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1990/2001-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetini “Riyaziyyat və informatika” ixtisası üzrə bakalavr, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsini fərqlənmə ilə bitirmişdir. 2006-2017-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdən Lənkəran Dövlət Universitetində elmi işlər üzrə aparıcı mütəxəssis kimi fəaliyyətə başlamışdır. 15.09.2017-ci il tarixdən LDU-nun Riyaziyyat və informatika kafedrasının müəllimi, bununla yanaşı Lənkəran Dövlət Universitetinin rektor köməkçisi vəzifəsində çalışır. 5-dan çox elmi məqalə və tezisin müəllifidir. Mammadzada.aygun@mail.ru

14. Niftullayeva Şəbinə Ağadin qızı – müəllim 14 sentyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2011-ci il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 2013-ci ildə Sumqayıt Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2017-ci ildə LDU-da “Diferensial tənliklər” ixtisası, fəlsəfə doktoru üzrə doktorantura şöbəsini bitirmişdirr. 2013-cü ildən 2014-cü ilədək Lənkəran Dövlət Universitetinin “Fizika, riyaziyyat və informatika” kafedrasında “baş laborant” vəzifəsində, 2014-cü ildən 2015-ci ilədək LDU- da “Riyazi iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi-tədqiqat laboratoriyasında “kiçik elmi işçi” vəzifəsində, 25.02.2015-08.06.2016-ci illərdə LDU-da “dəftərxana müdiri” vəzifəsində, 08.06.2016-06.03.2017-ci illərdə LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsində “Dəftərxana işləri üzrə mütəxəssis” vəzifəsində çalışmışdır. 06.03.2017-ci il tarixindən LDU-nun Təbiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır. 10-dan çox elmi məqalə və tezisin müəllifidir. Sebineniftullayeva¬-90mail.ru

15.Əliyeva Könül Vəlihəddin qızı - müəllim 1984- cü il iyulun 19-da Lənkəranda anadan olub. 2002-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbdə 11-ci sinfi bitirib. 2003-cü ildə LDU-nun “Riyaziyyat və informatika” ixtisasına daxil olub. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Diferensial tənliklər” ixtisasına daxil olub. Təhsil aldığı müddətdə 2007-2009-cu illərdə LDU-nun “Riyaziyyat və informatika” kafedrasında laborant vəzifəsində işləyib. 2012-ci ildən etibarən Balıqçılar qəsəbə tam orta məktəbində riyaziyyat və informatika fənni üzrə müəllim işləyir. 3 tezisin müəllifidir. İdrak378@ rambler.ru

16.Fərzullazadə Ramin Qalib oğlu –müəllim 22.04.1992-ci il tarixində Lənkəran rayonunun Havzava kəndində doğulmuşdur. 1998-2009-cu illərdə Havzava kənd tam orta məktəbində təhsil almışdır. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuşdur. 2013-cü ildə LDU-nu həmin ixtisası əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə LDU-nun magistratura səviyyəsi üzrə “Riyaziyyat” ixtisasının “Riyazi analiz” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 2015-ci ildən LDU-da başlamışdır və hazırda Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində tyutor vəzifəsində çalışır. 3 tezisin müəllifidir framin1992@mail.ru

Ünvanımız: Lənkəran şəhəri, H.Abdullayeva küçəsi, ldu-nun 2-ci tədris korpusu otaq №209 , tel:

Kafedra haqqında məlumatlar

dos. Nahid Paşayev tərəfindən təqdim edilmişdir.

Facebook Youtube