E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Maliyyə idarəetməsi və audit” kafedrası haqqında məlumat

“Maliyyə idarəetməsi və audit” kafedrası

“Maliyyə idarəetməsi və audit” kafedrası rektorun 1/83 nömrəli 28 sentyabr 2018-ci il tarixli əmrinə əsasən fəaliyyət göstərir. “Maliyyə idarəetməsi və audit” kafedrası Lənkəran Dövlət Universitetinin əsas tədris elm struktur bölməsi olub, bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir.“Maliyyə idarəetməsi və audit” kafedrası maliyyə və mühasibat istiqamətləri üzrə mütəxəssislərin hazırlığı və elmi işlərin yerinə yetirilməsi ilə məşğul olur. “Maliyyə idarəetməsi və audit” kafedrası maliyyə və mühasibat üzrə ixtisaslı kadrların hazırlanması ilə parallel “İqtisadiyyat” istiqaməti üzrə “Regional iqtisadiyyatın sosial-iqtisadi inkişaf problemləri” mövzusunda elmi tədqiqat işlərini davam etdirir. Kafedra “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə bakalavr və ”Maliyyə menecmenti”, “Xidmət sferasında mühasibat uçotu və audit” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.

2018/2019-cu tədris ilində “Maliyyə idarəetməsi və audit” kafedrasında 11 əməkdaş çalışır. Onlardan 3 nəfəri dosent, 1 nəfər i.ü.f.d., baş müəllim, 1 nəfər baş müəllim, 5 nəfəri müəllim və 1 nəfər laborantdır. Aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq kafedra əməkdaşlarının məqalə və tezisləri respublika və beynəlxalq səviyyəli müxtəlif elmi jurnallarda çap olunmuşdur.Əməkdaşlar mütəmadi olaraq elmi konfrans, simpozium və seminarlarda aktiv iştirak edirlər.Kafedranın geniş beynəlxalq əlaqələri vardır.Kafedraya iqtisad elmləri namizədi, dosent, Əlixan Mehman oğlu Bədəlov rəhbərlik edir.

“Maliyyə idarəetməsi və audit” kafedrasında tədris olunan əsas fənlər:

a) Bakalavriat üzrə

1. Maliyyə

2. Maliyyə və investisiyalar

3. Maliyə nəzarəti və audit

4.Maliyyə bazarları

5. Mühasibat uçotu

6. Maliyyə uçotu

7. İdarəetmə uçotu

8. Büdcə və xəzinə uçotu

9. Mühasibat və mühasibat məsələləri

10. Audit

11. Maliyyə hesabatlarının təhlili

12. Maliyyə hesabatlarının beynəlxalq standartları

13. Maliyyə təhlili

14. İdarəetmə təhlil

15. Bank işi

16. Pul və banklar

17. Vergi inzibatçılığı

18. Vergilər və vergitutma

19. Sığorta işi

20. Statistika

21. ASK-nın iqtisadiyyatı, sahibkarlıq və mühasibat uçotu

22. Layihə menecmenti

23. S/f (Qiymət və qiymətləndirmə)

24. S/f (Büdcə sistemi)

25. S/f (Dünya bazar qiymətləri)

26. S/f (Beynəlxalq valyuta kredit münasibətləri)

27. S/f (İnvestisiya fəaliyyəti və innovasiya siyasəti)

b) Magistratura üzrə

1. Maliyyənin müasir problemləri

2. Maliyyə nəzəriyyələri

3. Böhranlı müəssisələrin maliyyə sabitləşməsi problemləri

4. Maliyyə hesabatlarının təhlili

5. Maliyyə kredit sistemi təşkilatlarının vergiyə cəlb edilməsi

6. Auditdə iqtisadi təhlil

7. Müasir maliyyə kredit institutlarının fəaliyyət istiqamətləri

8. Bank riskləri və onların idarə olunması

9. Uçot və hesabatın beynəlxalq və milli standartı

10. Mühasibat uçotu və auditin müasir problemləri

11. Pul kredit tənzimlənməsinin nəzəri və praktiki aspektləri

12. Vergi və gömrük əməliyyatlarının uçotu

13. Vergiqoyma və gömrük əməliyyat uçotu problemləri

14. Ticarət və ictimai iaşədə mühasibat uçotu

15. Turizm və otelçilikdə mühasibat uçotu

16. Vergi siyasətini konseptual əsasları və praktiki aspektləri

17. Maliyyə menecmentinin informasiya və analitik təminatı

18. Xarici iqtisadi fəaliyyətin təhlili

Kafedra müdiri haqqında məlumat

Əlixan Mehman oğlu Bədəlov 1967-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində ziyalı ailəsidə anadan olmuşdur.

1984-cü ildə Lənkəran rayonunun Şağlakücə kənd orta məktəbini bitirmişdir.

1985-1987-ci illərdə Latviyada Baltik Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olmuşdur.

1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin “Təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul olmuşdur. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı ixtisası alaraq ali təhsilini müvəffəqiyyətlə bitirmişdir.

1992-1998-ci illərdə Lənkəran “Aqrokoop” Tədarük Ticarət Birliyində mühasib, böyük mühasib və baş mühasib vəzifələrində işləmişdir.

1998-2001- ci illərdə saat hesabı müəllim, 1,0 ştat müəllim və 2002-ci ildən Lənkəran Dövlət Universitetinin Elmi Şurasında müsabiqədən keçərək 1,0 ştat baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir.

1999-2001-ci illərdə “İqtisadiyyat və idarəetmə” kafedrasında kafedra müdürinin müavini vəzifəsində, 2001-2005-ci illərdə isə İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

08 iyun 2007-ci il tarixində 08.00.05- “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)” ixtisası üzrə “Regional nəqliyyat xidmətinin təşkilinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi istiqamətləri (Lənkəran regionu timsalında)” mövzusunda dissertasiya işini müdafiə etmiş və ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilməsi haqqında qərar qəbul edilmişdirdir.

2008-ci ildə ona Azərbaycan Respublikası Prezidenti Yanında AAK-nın qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

2014-cü idən Azərbaycan Respublikası Prezidenti Yanında AAK-nın qərarı ilə ona dosent adı verilmişdir.

2008-2012-ci illərdə isə İqtisdiyyat və idarəetmə fakültəsində dekan vəzifəsini icra etmişdir.

2012-ci ildə “İqtisadiyyat və aqrotexnologiya” kafedrasında dosent vəzifəsini tutmaqla bağlı müsabiqədə iştirak etmək üçün İqtisdiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsindən öz xahişi ilə çıxmış və Lənkəran Dövlət Universitetinin Elmi Şurasında müsabiqədən keçərək 1,0 ştat dosent vəzifəsini tutmuşdur.

2015-2016-cı illərdə “İqtisadiyyat və aqrotexnologiya” kafedrasında kafedra müdüri vəzifəsini icra etmişdir.

2016-cı ildən öz xahişi ilə “İqtisadiyyat və aqrotexnologiya” kafedra müdiri vəzifəsindən çıxmışdır.

2016-2018-ci illərdə “Maliyyə, mühasibat və audit” kafedrasında 1,0 ştat dosent vəzifəsində çalışmışdır.

2018-ci ildə “Maliyyə idarəetməsi və audit” kafedrasında 1,5 ştat dosent vəzifəsində işləmişdir.

26 noyabr 2018-ci il tarixindən “Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə 0,5 ştat dosent saxlanılmaqla “Maliyyə idarəetməsi və audit” kafedrasına müdir təyin olunmuşdur.

AMEA İqtisadiyyat İnstitutunun dokturantıdır.

Apardığı elmi tədqiqat işlərinin nəticələri respublikada və xaricdə nəşr olunmuş elmi əsərlərdə öz əksini tapmışdır. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 90-dan çox elmi əsərlərin, o cümlədən, 17 fənn proqramı, 3 metodik göstəriş və 2 dərs vəsaitinin müəllifidir.

Kafedra əməkdaşları haqqında məlumat

Əliyeva Gülbəniz Tofiq qızı - İqt.e.n.dosent. 26 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis iqtisad fakültəsinə daxil olmuş, 1989-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə 080005-“xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.Həmin ildən Azərbaycan Elmlər akademiyası İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və antiinhisar” şöbəsində baş elmi işci vəzifəsində çalışmışdır.01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimi, 01.09.2003-cü ildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərmişdir.2009-2014-cü illər ərzində “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin qiyabi şöbəsinin dekan müavini vəzifəsində işləmişdir.2016-cı ildən UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının dosenti kimi çalışmışdır.2017-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.2018-ci ildən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanıdır.İyun 2005-ci ildə təsdiq edilmiş “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. Hal-hazırki vaxta qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin, 1 metodik vəsait, monoqrafiya, 3 proqram və 1 kitabın (Dünya iqtisadiyyatı, tərcümə) müəllifidir. gulbeniz_aliyeva@mail.ru

Mirzəyev Natiq Sərhad oğlu- İ.ü.f.d., dosent. 25 avqust 1971-ci il tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 1988-ci ildə Girdəni kənd orta məktəbini bitirib K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirib, iqtisadçı-təşkilatçı ixtisasını almışdır. 1995-ci il 21 yanvar tarixində Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat, kənd təsərrüfatı və texnologiya” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdur. 1995/1996-cı tədris ilindən başlayaraq müəllim, baş müəllim, dekan müavini, kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2015-ci il aprel ayının 24-də “Taxılçılığın inkişafında sahibkarlıq subyektlərinin rolunun artırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2 monoqrafiya, 2 metodik vəsait, 7 fənn proqramı və 60-dan çox məqalə və tezislərin müəllifidir. Məqalələri Rusiya, Polşa, Türkiyə, Belorusiya, Ukraynanın elmi jurnallarında dərc olunmuşdur. “Maliyyə menecmenti” və “Biznes etikası və sosial məsuliyyət” adlı dərs vəsaitlərinin həmmüəllifidir.2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Samara şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və sertifikata layiq görülmüşdür. 9 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinin icra olunması ona tapşırılmışdır. LDU üzrə 27 dekabr 2016-cı il tarixli 4/178 saylı əmrə əsasən Universitetin Elmi Şurasında müsabiqədən keçdiyinə görə dossent vəzifəsinə seçilmişdir. 18 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı təsdiq olunmuşdur. Lənkəran Dövlət Universitetinin 09 fevral 2017-ci il tarixdən “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. Rektorun LDU üzrə 1/83 saylı 28 sentyabr 2018-ci il tarixli əmrinə əsasən İqtisadiyyat və idarəetmə fakültəsində fəaliyyət göstərən kafedralar yenidən formalaşmışdığından, “Maliyyə, mühasibat və audit” kafedrası ləğv edilmişdir. Hal-hazırda “Maliyyə idarəetməsi və audit” kafedrasının 1,0 ştat dosentidir. mirzoev.n@mail.ru

Ələkbərov Rövşən Elmidar oğlu- İ.ü.f.d., baş müəllim.03 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.1990-cı ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsinə daxil olmuş, 1994-cü ildə Azərbaycan Kooperasiya Universitetini bitirmişdir.1995-1997 ci illərdə Azərbaycan Respublikasının Ordu Sıralarında Hərbi xidmətdə olmuşdur.1997-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundu Xətai rayon şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Bakı şəhəri Hüquqi şəxslərlə iş departamentinə məsləhətçi vəzifəsinə keçirilmişdir. 2007-ci ildə DSMF Nəsimi rayon şübəsinə sektor müdiri vəzifəsinə təyin edilmişdir.2012-ci ildə Azərbaycan Kooperasiya Universitetinin doktorantura şöbəsinə daxil olmuşdur. 2018-ci ilin may ayında ona İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcə diplomu təqdim edilmişdir. 2016-cı ildən hal hazırki dövrə qədər Masallı Rayon Statistika İdarəsində baş mühasib vəzivəsində calışır.Hal-hazırda kafedrada 0.5 ştat baş müəllim vəzifəsində çalışır.14 elmi məqalənin müəllifidir. rovsen1234@bk.ru

Tağızadə Səriyyə Cəfər qızı - Baş müəllim.15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və təssərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirmişdir. 1998-ci ildən müəllim, baş müəllim kimi fəaliyyət göstərir.2016-cı ilin avqust ayından “İqtisadiyyat və idarəetmə fakültəsində” dekan müavini vəzifəsində çalışır.1 dərs vəsaiti, 1 metodik göstəriş, 9 fənn proqramı və 24 elmi məqalənin müəllifidir. tagizadesariyya@gmail.com

Bayramov Murad Barat oğlu - müəllim.1981-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisasının bakalavr pilləsini bitirmişdir.2004-cü ildə Qafqaz Universitetinin magistratura pilləsinin “Biznesin təşkili və idarəedilməsi” fakultəsinə daxil olub və 2009-cu ildə bitirmişdir.2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində Tədris Mərkəzinin “İqtisadiyyat” fakültəsinin doktoranturasına daxil olmuşdur.Hal-hazırda kafedranın tam ştat müəllimidir. bizimmurad@yahoo.com

Hüseynli Nuran Miraqil oğlu-müəllim.1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur.2010-cı ildə Koopersiya universitetinin“Maliyyə və kredit”ixtisasını bitirmişdir. 2015-ci ildə İqtisad Universitinin “MBA Marketinq” ixtisasını bitimişdir.2010-2017-ci illərdə Ş.İmaməliyev adına “Respublika Taun əleyhinə” stansiyasının Lənkəran şöbəsində computer- operator vəzifəsində işləmişdir. 2015- 2016 ci illərdə “Viza kredit BOKT MMC”nin Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışmışdır. 2018-ci ildən ADAU-nun “Ümumi iqtisadiyyat” ixtisası üzrə dissertantıdır.Hal-hazırda kafedranın tam ştat müəllimidir. nurangaga@yahoo.com

Mustafayev Vaqif Rəis oğlu – müəllim.1960-cı ildə Lənkəran şəhər Parakənd kəndində anadan olmuşdur.1977-ci ildə Xalq Təsərüfatı İnsitutuna daxil olmuşdur.1982-ci ildə Lənkəran rayon Məlumat Hesablama mərkəzində mühəndis işləmişdir. 1987-ci il Lənkəran rayon Statistika idarəsində büro müdiri işləmişdir. 1982-ci ildə həmin idarənin rəis müavini 2003-cü ildə isə rəisi təyin olunmuşdur.Hal-hazırda kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışır. vaqif.mustafayev.1960@mail.ru

Əskərov Rüfət Şadulla oğlu- müəllim. 1975- ci ildə Lənkəran rayonun Girdəni kəndində anadan olmuşdur. 1997-ci ildə H.Z.Tağıyev adına Bakı Maliyyə İqtisad Kollecini bitirmişdir. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyatın İdarə edilməsi” ixtisasını bitirmişdir.2005-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyatın idarə edilməsi” ixtiasi üzrə magistr pilləsini bitirmişdir.2012-ci ildən Lənkəran Dövlət Universitetinin dissertantıdır. 1990-1994-cü illərdə “Dreyba” kooperativində baş mühasib, 1994-1998-ci illərdə “Ülfət” səhmdar Kommersiya Bankının Lənkəran filialında aparıcı mühasib, 1998-2001-ci illər Lənkəran Kredit birliyində baş mühasib, 2002-2012-ci illərdə İqtisadi- Hüquqi Maarifçilik mərkəzinin Lənkəran nümayəndəliyi koordinator, 2004-cü ildən QSC”Bank standart” Lənkəran filialının direktoru vəzifələrində çalışmışdır. Hal-hazırda kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışır. rufat_ask@yahoo.com

İsayev Vasif İsmayıl oğlu-müəllim.1974-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998 ci-ildə Azərbaycan Dövlət İqtisad İnstitunun “Mühasibat uçotu,nəzarət və təsərrqfat fəaliyyətinin təhlili” fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1995-1996 –cı illər T.vəliyev adına Mədəniyyət evində elektrik, 1996-1997-ci illərdə Lənkəran şəhər Mədəniyyət şöbəsində mühasib, 1997-1998- ci illərdəTarix və Mədəniyyət abidələrinin baş mühafizakarı, 1998-2000-ci illərdə Lənkəran şəhər Mədəniyyət şöbəsində baş mühasib, 2006-2008-ci illərdə Lənkəran Dövlət Universitetində baş mühasibin səlahiyyətlərini icra edən müavin, 2008-2012-ci illərdə Lənkəran Dövlət Universitetində baş mühasib, 2013-2016-ci illərdə Aztol Telecom MMC-nin cənub üzrə nümayəndiliyinin rəhbəri vəzifələrində çalışmışdır. 2016-ci ildən hal- hazıra qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində baş məsləhətçi-mühasib vəzifəsində çalışır.Hal-hazırda kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışır. vasif.isayev74@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi-170 a, 1 saylı tədris korpusu.

Kafedra haqqında məlumatları dos.Əlixan Bədəlov təqdim etdi.

Facebook Youtube