E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

"İqtisadiyyat və innovativ idarəetmə” kafedrası haqqında məlumat

1.Kafedranın tam hüquqi adı –“ İqtisadiyyat və innovativ idarəetmə”

2.Qısa yaranma və inkişaf tarixi – 28.09.2018-ci il tarixli 1/83 saylı əmr əsasında “İqtisadiyyat və marketinq” və “Biznes və idarəetmə” kafedraları bazası əsasında “İqtisadiyyat və innnovativ idarəetmə” kafedrası yaranmışdır.

3.Kafedranın əsas elmi və pedoqoji fəaliyyət göstəriciləri-Kafedranın müəllimləri “İqtisadiyyat və idarəetmə” istiqaməti üzrə “Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının xarici iqtisadi aspektləri” və “Regionl iqtisadiyyatın innovasiyalı idarə edilməsi və ixtisaslaşmanın sosial-iqtisadi inkişaf istiqamətləri” mövzularında elmi iş aparırlar.

4.Kafedra üzrə ixtisaslaşmaların siyahısı –“İqtisadiyyat və innovativ idarəetmə ” kafedrası “İqtisadiyyat ”, “Biznesin idarəedilməsi” ixtisasları üzrə bakalavr və ”Aqrar sahənin iqtisadiyyatı”, “Turizm və otelçilik” ixtisası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.

5.Əsas dərslərin siyahısı

Bakalavriyat səviyyəsi üzrə

1. Azərbaycan iqtisadiyyatı

2. İqtisadiyyat

3. İqtisadiyyatın tənzimlənməsi.

4. İqtisadiyyata giriş

5. Dünya iqtisadiyyatı

6. Ekonometrika

7. Marketinq

8. Makroiqtisadiyyat

9. Mikroiqtisadiyyat

10. İqtisadi hüquq

11. Sosial sahələrin iqtisadiyyatı

12. Firmanın iqtisadiyyatı

13. İqtisadi fikir tarixi

14. Marketinqin əsasları

15. Marketinq tədqiqatları

16. Marketinq kommunikasiya sistemi.

17. Marketinqin idarə edilməsi

18. Beynəlxalq marketinq

19. Koorporativ idarəetmə.

20. İstehsal sahələrinin marketinqi.

21. S\f Beynəlxalq iqtisadiyyat

22. S\f Xidmət sahələrinin marketinqi

23. S\f Kommersiya fəaliyyətinin əsasları

24. S\f Reklam işinin təşkili və idarə edilməsi

25. S\f Turizmin iqtisadiyyatı və idarəedilməsi

26. S\f Marketinqdə satışın idarəedilməsi

27. S\f İnnovasiya menecmenti

28. S\f Biznesdə risklərin idarə olunması

29. S\f İqtisadiyyat və idarəetmənin təşkili

30. S\f Biznes infrastrukturu

31. S\f Regional iqtisadiyyatın idarəedilməsi.

32. S\f Biznesin əsasları

33. S\f Müştərək müəssisələrin təşkili və idarəedilməsi

34. S\f Turizm və regional iqtisadiyyat

35. Biznesin idarəedilməsi

36. Menecment

37. Biznesin etikası və sosial məsuliyyət

38. Beynəlxalq biznes

39. Biznes təhlükəsizliyi

40. Menecmentin əsasları

41. Turizmin əsasları

42. Turizm infrastrukturu

43. Turizmin iqtisadiyyatı

44. Turizmdə marketinq və marketinq araşdırmaları

45. Ətraf mühitin iqtisadiyyatı

46. Turizm fəaliyyətinin hüquqi əsasları

47. Aqrar iqtisadiyyat

48. İşgüzar yazışmalar

49. İnsan resurslarının idarəedilməsi

50. Bronlaşdırma sistemləri

51. Turizmdə nəqliyyat xidməti

52. Servis fəaliyyəti

53. Loqistika

54. Destinasiya menecmenti

55. Otel menecmenti

Magistratura səviyyəsi üzrə

1. S\f Davamlı inkişafın təmin edilməsinin dövlət mexanizmi

2. Makroiqtisadi tənzimlənmə

3. İqtisad elmini müasir problemləri

4. Ali makro iqtisadiyyat

5. Ali mikro iqtisadiyyat

6. İqtisadi inkişaf və iqtisadi artım

7. Tədqiqat metodları

8. Beynəlxalq turizm

9. Ətraf mühitin iqtisadiyyatı

10.Turizm və marketinq və onun əsas istiqamətləri

11.Turizmin, turizm sənayesinin müasir problemləri

12.Mehmanxana və restoranların personallarının menecmenti

13.AEMTEMOF (Ekskursiya fəaliyyətinin əsasları)

14.Regional turizmin inkişafı və idarə olunması

15.Turizmin təşkili və idarə olunması

16.Turizmdə agentlik-operator müəssisələri

17.Turizmdə menecmentin üsulları və idarəçilik qərarları

18.Turizmin, turizm sənayesinin tarixi və metodologiyası

19.Turizm və mədəni servis xidməti sahəsində reklam

20.S\f Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi

21.S\f Milli iqtisadiyyatın inkişaf problemləri.

6.Kafedra üzrə fənn sillabusların elektron variantı

7.Kafedra müdirinin elmi dərəcəsi, elmi adı, soyadı , adı, atasının adı

Əsgərov Hikmət Mirağa oğlu - 02.01.1953-cü il tarixində Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. 1975-сi ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Ümumi İqtisad ” fakultəsinin ”İqtisadi məlumatların mexaniki işlənməsinin təşkili” ixtisasına daxil olmuş, 1980- cı ildə həmin ixtisası bitirmişdir. 1986-cı ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı ÜİETH və Mİ –nun İqtisadi araşdırmalar şöbəsinə məqsədli aspirant qəbul olmuş, 1990 –cı ildə oranı bitirmiş, 1990-cı ildə iqtisad elmləri namizədi elmi adını almışdır. 2000-2017-ci illərdə AZDİU-da “Kommersiya” və “Beynəlxalq ticarət” kafedralarında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2017-ci ildən LDU “Biznes və idarəetmə” və “İqtisadiyyat və innovativ idarəetmə” kafedra müdüri vəzifəsində çalışır. “İşgüzar yazışmalar”, “Biznesin təhlükəsizliyi”, “Maliyyənin müasir problemləri” və s. kimi fənnləri tədris edir.

Xarici ölkələrdə keçirilən elmi –praktik konfransların iştirakçısıdır

Elektron ünvanı - askerov53@list.ru

8.Kafedra əməkdaşlarının elmi dərəcəsi, elmi adı, soyadı , adı, atasının adı, elektron ünvanları.

Abdullayev Kamil Xaliq oğlu – 03.01.1967 – cil ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1983 – cü ildə Bakı Dövlət Universitetinin “Riyaziyyat” ixtisasına daxil olmuş, 1990 – cı ildə həmin ixtisası bitirmişdir. 1997- ci ildə ”Bazar iqtisadiyyatına keçid şəraitində büdcə siyasəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən dosent kimi fəaliyyət göstərir. 20 məqalə, 20 tezis, 6 dərs vəsaiti, 2 monoqrafiyanın müəllifidir. 2013-cü ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında tam ştat dosent vəzifəsində çalışır.

Həsənov İsmayıl Cəfər oğlu – 1965-ci ildə -ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitunun “Tikintinin iqtisadiyyatı və təşkili” ixtisasına əyani şöbəyə daxil olmuşdur. 1989-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan İnşaat-Mühəndisləri İnstitunun “ Tikintinin iqtisadiyyatı və təşkili” kafedrasına gənc mütəxəssis kimi baş laborant vəzifəsinə göndərilmişdir. 1989-cu ildən həmin kafedrada saat hesabı ilə tədris yükü yerinə yetirməyə başlamış və 1992-ci ildən isə tam ştata assistent vəzifəsinə keçirilmişdir. 1995-ci ildə Almaniyanın Şlezviq-Holştain İqtisad Akademiyasında ixtisasartırma kursu keçərək “Bazar iqtisadiyyatı üzrə mühazirəçi” sertifikatını almışdır. 2000-ci ildə “Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan Respublikasında əsaslı tikintinin inkişafının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsi verilmişdir. 2006-ci ildə AAK-nın qərarı ilə dosent elmi adına layiq görülmüşdür. Elmi pedaqoji fəaliyyəti dövründə 1989-2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İqtisadiyyat”,”İnşaatın iqtisadiyyatı” , ”İnşaatın menecmenti və marketinqi” və “Xidmət sahələrinin iqtisadiyyatı menecment” kafedralarında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2011-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Yanacaq –enerji kompleksi sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında dosent vəzifəsində işləmişdir. 2015-ci il oktyabr-noyabr aylarında “İqtisadiyyat,beynəlxalq iqtisadi münasibətlər və menecment” fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 2016-cı ilin sentyabrından Bakı Biznes Universitetinin “Biznes və menecment” fakultəsinin dekanı və “ Maliyyə” kafedrasının dosenti vəzifəsində işləyir. 1996-cı ildən LDU-nun “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında dosent vəzifəsində işləyir.

Paşayev Tofiq Novruz oğlu - 1953-cü ildə Lənkəran rayonununda anadan olmuşdur. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun İnşaat fakultəsinin “Sənaye və mülki tikinti” ixtisasına daxil olmuş, 1975-ci ildə oranı bitirmişdir. 2003-cü ildə İqtisad elmləri namizədi alimlik dərəcəsini, 2010-cu ildə isə dosent elmi adını almışdır. Xarici ölkələrdə keçirilən elmi –praktik konfransların iştirakçısıdır. 12 elmi məqalənin, 15 tezisin, 5 fənn proqramı və 2 metodik vəsaitin müəllifidir. 1996-cı ildə Lənkəran Özəl Universitetində tam ştat müəllim, 1997-cı ildən Lənkəran Dövlət Universitetində tam ştat baş müəllim kimi pedaqoji fəaliyyətə başlamış, 2005-ci ildən 2017-ci ilin iyul ayına kimi “İqtisadiyyat və marketinq” kafedrasının müdir əvəzi işləmiş və hal hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında dosent vəzifəsində çalışır.

Zamanov Fizuli Mirzəmməd oğlu- 1971 – ci ildə Lənkəran rayonunun Marso kəndində ziyalı ailəsində anadan olmuşdur. 1992 – ci ildə Azərbaycan Kooperasiya Universitetinin “ASK sahələrin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə “Aqrar sahədə elmi texniki potensialdan istifadənin təkmilləşdirilməsi ” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik adına layiq görülmüşdür. 35 elmi məqalə və 1 tədris metodiki vəsaitin və tezislərin müəllifidir. 2018-ci ilin fevral ayında dosent vəzifəsinə layiq görülmüşdür. Hal –hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır.

Rzayev Vüsal Rza oğlu - 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2004-cü ildə Qafqaz Universitetinin “Dövlət və Bələdiyyə İdarəetməsi, Menecment” ixtisasını bitirmişdir. 2006-cı ildə Qafqaz Universitetinin “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisasından magistr olaraq məzun olmuşdur. İxtisası ilə bağlı bir neçə Avropa ölkəsində təlim və tədris kurslarında iştirak etmişdir. 2009-2014-cü illərdə müxtəlif müəssisələrdə insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər vermişdir. 2017-ci ildə “Ali təhsilli məzunların əmək bazarında tələb və təklifinin tənzimlənməsinə karyera mərkəzlərinin təsiri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Müxtəlif elmi jurnallarda 12 elmi məqalənin, müxtəlif ictimai və sosial mövzularla bağlı 40-dan çox qəzet və jurnallarda yazıları dərc olunmuşdur. Hal –hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır.

Məcidova Səadət Mirağa qızı 1970-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1977-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbə daxil olmuş və 1987-ci ildə bitirmişdir. 1987-ci ildə Baki Maliyyə İqtisad texnikumuna daxil olmuş və 1990-cu ildə bitirmişdir. 1988-ci ildən 2002-ci ilə kimi Lənkəran Qaz İstismar İdarəsində statistik, hesabdar, mühasib və kadrlar üzrə müfəttiş vəzifələrində işləmişdir. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qiyabi şöbəyə daxil olmuş və 2004 cü ildə həmin universitetin “Mühəndis iqtisadiyyatı və idarəetmə” “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası” üzrə bakalavr dərəcəsi almaqla bitirmişdir. 2004-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə Magistratura pilləsinə qiyabi şöbəyə daxil olmuş və 2007-ci ildə həmin universitetin “Mühəndis iqtisadiyyatı və idarəetmə” “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası” üzrə fərqlənmə diplomu ilə Magistr dərəcəsi almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır. Əmək fəaliyyətini 2004-cü ildən 2013 ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində lobarant, həmin ildən hal hazıra kimi müəllim vəzifəsində davam etdirir. 2018-ci il sentyabr ayınnan isə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat müəllim kimi çalışır.

Səlimov Hikmət Firdovsi oğlu –14.09. 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olmuş, 2004-cü ildə həmin ixtisası bitirmişdir. 2004- cü ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr təhsilini davam etdirmişdir.2006-cı ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.15 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və menecment”kafedrasında müəllim vəzifəsində işləməyə başlamışdır.Elmi işini davam etdirmək məqsədilə 2017-ci iln yanvar ayında Lənkəran Dövlət Universitetinin “Sahə iqtisadiyyatı”ixtisasıfəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə daxil olmuşdur və həmin ildən “Lənkəran iqtisadi regionunun aqrar-emal sferasında marketinq konsepsiyalarının formalaşdırılması”mövzusundaiqtisad elmləri üzrə fəlsəfə doktorluq dissertasiyası üzərində işləyir.Bir məqalənin və üç tezisin müəllifidir.2016-cı ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat müəllim vəzifəsində çalışır.

Rəşad Rzazadə İdrət oğlu - 20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. 2013-ci ildə Lənkəran Dövlət Universitetinin “Ekonometriya” ixtisası fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuşdur. Həmin ildən “Təhsil sistemində mühasibatlıqvə auditin avtomatlaşdırılmış rejimdə qurulması informasiya və təhlükəsizliyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi.” mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktorluq dissertasiyası üzərində işləyir. 2011-ci ildə Lənkəran Dövlət Universitetində Mühəndis iqtisadçı, 2012-ci ildə Mühasib, 2013-cü ildə Baş mühasib vəzifələrində işləmiş. Hal hazırda Maliyyə mühasib şöbəsinin müdiri vəzifəsində, eyni zamanda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.

Bağırova Şəfa Vaqif qızı 1987-ci ildə Neftçala rayonu Astanlı kəndində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” ixtisasına qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2011-ci ildə magistraturanı bitirib Lənkəran Dövlət Universitetinin “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. 2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və elmi işçi kimi çalışmışdır. 2013-2018 -ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat müəllim vəzifəsində çalışır.

Xankişiyev Fərid Xanbaba oğlu 2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Beynəlxalq İqtisadi Münasibətlər və Menecment” fakultəsinə daxil olmuş və 2011-ci ildə ali təhsilini əla qiymətlərlə bitirmiş elə həmin ili Azərbaycan Dövlət Neft Akademiyasının “İnnovasiya sistemin təşkili” fakultəsinə daxil olmuş, 2015-ci ildə isə qırmızı diplomla bitirmişdir. 2016-cı ildən 2018-ci ilədək Bakı Biznes Universitetində lobarant və müəllim vəzifəsində çalışıb. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının 1,0 ştat müəllim vəzifəsində çalışır.

Eminov Mirsahib Mirmöhsüm oğlu- 05.08.1989 ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1996-cı ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 26 saylı tam orta məktəbdə başlayıb, 2007-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, “İqtisadiyyatın Hüquqi Tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. 2012-2014-cü illərdə Türkiyə Cumhuriyyəti, Hacettepe Universitetində “İqtisadiyyat” ixtisası üzrə magistr təhsili almışdır. Hal-hazırda UNEC-in “Dünya İqtisadiyyatı” ixtisası üzrə dissertantıdır. 2014-cü ildə Azəriqaz İB, Xəzər rayon QİS-də, iqtisadçı vəzifəsində çalışmışıb. 2015-ci ildə Vision Fon Azercredit BOKT-da biznes kreditləri üzrə mütəxəssis vəzifəsində çalışmşdır. Eyni ildən etibarən UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasında, DGKA-da, LDU-də “İqtisadiyyat və İnnovativ İdarəetmə” kafedrasında 0,5 ştat, Magistratura.az və Prestij-S kurslarında müəllim vəzifəsində çalışır.

Rəhimli Həsən Hüseyn oğlu- 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə isə “Kommersiya fəaliyyəti” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ilin fevral ayında Lənkəran Dövlət Universitetində “Sahə iqtisadiyyatı” ixtisası üzrə dissertanturaya qəbul olmuşdur. 2017-2018-ci ildən Lənkəran Dövlət Universitetinin Mətbəəsində cildçi, daha sonra baş laborant vəzifələrində işləmiş, 17.09.2018 tarixdən etibarən isə “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 müəllim vəzifəsində çalışır.

Camalov Rövşən Elşən oğlu-1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Kooperasiya Universitetində “Marketinq” ixtisası üzrə bakalavr dərəcəsini bitirib. 2013 və 2015-ci illər ərzində müvafiq olaraq Litvanın Vitautas Maqnus və Finlandiyanın Vasa Universitetlərini “Maliyyə” ixtisası üzrə magistr dərəcəsini bitirib. Hazırda, 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad elmləri üzrə dissertantıdır. Əlavə olaraq qeyd edək ki, Rövşən Camalov 2018-ci ilin fevral və iyun ayları ərzində doktorantura təhsili ilə əlaqədar olaraq Türkiyənin Hacettepe Universitetində tədqiqat aparmışdır. Bakı Biznes və Kooperasiya Kolleci, 10/09/2015 – 06/06/2016 (saathesabı)

Tədris olunan fənlər – “Menecmentin əsasları”, “Dünya iqtisadiyyatı”

Azərbaycan Dövlət İqtisad Universiteti –UNEC (müəllim), 26/10/2015 – davam edir (tam ştat) “Beynəlxalq İqtisadiyyat” kafedrası. 2018-ci il sentyabr ayınnan Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat müəllim kimi çalışır. Rəcəbov Fəxrəddin Musa oğlu- 17.12.1950-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur . 1967-ci ildə il Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsinə qəbul olunmuş, 1972-ci ildə ali məktəbdə təhsilini tamalayıb “mühəndis-texnoloq” ixtisasını almışdır. Hal –hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat müəllim vəzifəsində çalışır.

Əsgərli Rəşad Əlihüseyn oğlu – 01.07.1979-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Şirvan şəhərində 10 saylı orta məktəbə daxil olmuş, 1996 – cı ildə həmin məktəbi müvəffəqiyətlə bitirmişdir. 1996 - 2000-ci illədə Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun “Biznesin təşkili və idarə edilməsi, Menecer,” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2000-2002 ci illərdə Azərbacan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə edilməsi,” ixtisası üzrə magıstr dərəcəsi almışdır.

Hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0.5 ştat müəllim vəzifəsində işləyir. Axundov Firdovsi Allahverdi oğlu – 01.10.1954-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olmuş, 1975-ci ildə həmin institutu bitirmişdir. Hal – hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında saathesabı müəllim vəzifəsində çalışır.

Adı,soyadı, atasının adı Elmi dərəcəsi Vəzifəsi Elektron ünvanları

Əsgərov Hikmət Mirağa oğlu İqt.e.n. dosent askerov53 @list.ru

Paşayev Tofiq Novruz oğlu İqt.e.n. dosent tofiq53 @ mail.ru

Həsənov İsmayıl Cəfər oğlu İqt.e.n. dosent i_hasanov_65@mail.ru

Abdullayev Kamil Xaliq oğlu İqt.e.n. dosent kamil.abdullayev.1965@mail.ru

Zamanov Fizuli Mirzəmməd oğlu İ.ü.f.d. dosent fizuliz @ list.ru

Rzayev Vüsal Rza oğlu İ.ü.f.d. baş müəllim vrzayev @qu.edu.az

Məcidova Səadət Mirağa qızı -- b\m seadet.5@mail.ru

Camalov Rövşən Elşən oğlu -- müəllim rovshancamalov@gmail.com

Eminov Mirsahib Mirmöhsüm oğlu -- müəllim mirsahib.emin@gmail.com

Səlimov Hikmət Firdovsi oğlu -- müəllim hikmat.salimov@bk.ru

Rzazadə Rəşad İdrət oğlu -- müəllim rashad.rzazada @ mail.ru

Bağırova Şəfa Vaqif qızı -- müəllim shefa.baqırova@mail.ru

Xankişiyev Fərid Xanbaba oğlu -- müəllim ferid_khan@mail.ru

Rəhimli Həsən Hüseyn oğlu -- müəllim rahimli.h@ hotmail.com

Rəcəbov Fəxrəddin Musa oğlu -- müəllim recebovfaxraddin@gmail com

Əsgərli Rəşad Əlihüseyn oğlu --- müəllim asgerli.rashad@gmail.com

Axundov Firdovsi Allahverdi oğlu -- müəlim a.fir.akf@mail.ruf

9. Kafedranın yerləşdiyi poçt ünvanı–Lənkəran şəhəri Füzuli küçəsi 170 a I tədris korpusu

Telefon: (+994) 025 255 31

Kafedra müdiri: dos.H.Əsgərov

Facebook Youtube