E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Texnologiya və texniki fənlər” kafedrası haqqında məlumat

“Texnologiya və tekniki fənlər” kafedrası 30 iyun 2017-cı ildə 4/66 № li əmrə uyğun olaraq yaradılmışdır. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq qida məhsullarının istehsalını və istehlakını daha da yaxşılaşdırmaq, informasiya texnologiyaları istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Kafedra 050642-“Qida məhsulları mühəndisliyi” və 050631-“Kompüter mühəndisliyi” ixtisaslarında bakalavr və magistr pillələlərində kadr hazırlığı ilə məşğul olur. 2017-ci ildən başlayaraq kafedrada “Lənkəran-Astara bölgəsində çay bitkisi və subtropik meyvələrin becərilməsində və emalında müasir texnoloji yeniliklərin tətbiqi istiqamətləri” və “Tədris sistemində multimediya və interaktiv texnologiyalarının tətbiqi” mövzusunda elmi-tədqiqat işlərinin aparılması planlaşdırılmışdır. 2018/2019-ci tədris ilində “Texnologiya və texniki fənlər” kafedrasında 14 əməkdaş çalışır. Onlardan 2 nəfəri elmlər doktoru, professor, 4 nəfər fəlsəfə doktoru, dosent, 2 nəfər baş müəllim, 6 nəfəri isə müəllimdir. Kafedrada müntəzəm olaraq elmi seminarlar, açıq dərslər təşkil olunur.Kafedraya texniki fənlər üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu rəhbərlik edir.

Kafedrada əsasən aşağıdakı fənlər tədris olunur:

1. Qida məhsulları texnologiyasının prosses və aparatlar

2. Xammal və qida məhsullarının təhlükəsizliyi

3. Qida sənayesi müəssisələrində istehsalın təşkili

4. Qida istehsalı texnologiyasının əsasları

5. Sahə müəssisələrinin avadanlıqları

6. Qida fiziologiyası

7. Ərzaq məhsullarının əmtəəşünaslığı və ekspertizası

8. Qida məhsullarının soyudulması texnologiyası

9. Mikrobiologiya,sanitariya və gigiyena

10. Çörək məhsullarının istehsalı texnologiyası

11. Qidaların kimyası

12. Yeni formalı qida məhsullarının texnologiyası

13. S/f Alkoqolsuz içkilərin istehsal texnologiyası

14. Qida məhsullarının texnologiyası nəzəri əsasları

15. Qida məhsullarının soyudulması texnologiyası

16. S/f Çay və onun emalı

17. Kompüter arxitekturası

18. Əməliyyatlar sistemi və computer arxitekturası

19. Formal dillər və avtomatlar nəzəriyyəsi

20. Veb proqramlaşması və layihələndirilməsi

21. Əməliyyatların tədqiqi

22.

Magistratura üzrə :

1.Qida məhsulları texnologiyasının elmi əsasları

2.Qida mikrobiologiyası

3.Qida məhsulları mühəndisliyinin muasir problemləri

4.Qida biokimyası

5.Meyvə tərəvəzlərin ilkin emalı və mütərəqqi texnologiyaları

Kafedranın müdiri:

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu

1953-ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1969–ildə şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1972–ildə Bakı Yeyinti Sənayesi texnikumunun əyani şöbə üzrə “Şərabçılığın texnologiyası” ixtisasını, 1979–ildə isə Krasnodar Politexnik İnstitutunun əyani şöbəsinin “Texnologiya” fakültəsini bitirərək Qida məhsulları istiqamətində mühəndis texnoloq ixtisasına yiyələnmişdir. 1989- cu ildə Moskva Yeyinti Sənayesi İnstitutunun Qida məhsulları istiqamətində təkmilləşdirmə kursunu bitirmişdir. Şahmat üzrə SSRİ idman ustalığına namizəd və şahmat təlimatçısı kursunu bitirmişdir. 1994-cü ildən Lənkəran Dövlət Universitetində ayrı-ayrı vaxtlarda müəllim, baş müəllim, kafedra müdirinin müavini, dekan müavini, dekan vəzifələrində çalışmışdır. 2004-cü ildə texniki elmlər üzrə fəlsəfə doktoru, 2013-cu ildə dosent elmi adını almışdır. 1 dərs vəsaitinin, 6 fənn proqramının, 1 metodiki vəsaitin müəllifdir. 50 -dən çox elmi məqalələri Universitetin, Respublika və Beynəlxalq konfransların elmi əsərlər məcmüələrində çap olunmuşdur. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının müdiridir.

E–mail: asad.nuriyevlankaran@mail.ru

Kafedra əməkdaşları haqqında:

Dos. Məhərrəmov Mikayıl Əkbər oğlu. 1950 – ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1967 – ci ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1990-cı ildə texnika elmlər üzrə namizədlik, 1996-cı ildə dosent elmi adı almışdır. 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, həmçinin texnologiya və texniki fənlər kafedrasının dosentidir . 2018 – ci ildən “ Texnologiya və texniki fənlər “ kafedrasının professorudur.150-dən çox elmi məqalənin o cümlədən 3 monoqrafiya, 2 dərsliyin müəllifidir. Əsərləri xarici ölkələrdə nəşr olunmuşdur.

E-mail: mikayilbyst@mail.ru

Prof.Salmanov Məmməd Əhəd oğlu. 1932 – ci ildə anadan olmuşdur, 1947 – ci ildə orta məktəbi, 1950 – ci ildə isə Yerəvan Kənd təsərrüfatı texnikomunu qırmızı diplomla bitirmişdir. 1955-ci ildə Az.Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirmişdir. 1960-cı ildə biologiya elmlər namizədi, 1983-cü ildə isə biologiya elmləri doktoruq elmi adı müdafiə etmişdir. 1996-cı ildə professor elmi adına layiq görülmüşdü, AMEA-nın həqiqi üzvüdür. 2001 – ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2002 – ci ildə Azərbaycan Millli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif olunmuşdur. 2002 – ci ildən hal – hazıradək AMEA Mikrobiologiya İnsitutunun direktoru işləyir. 2005 – ci ildə Azərbacan respublikası prezidentinin sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilmişdir. 2007 – ci ildə AMEA həqiqi üzvü seçilmişdir. 350 elmi əsərin, o cümlədən 3 dərslik, 8 monoqrafiyanın müəllifidir.

E-mail:msalmanov@mail.ru

Mürsəliyev Oktay Qulu oğlu 1947-ci ildə anadan olmuşdur. “Azərbaycan Neft və Kimya İnstitutu”nun “İstehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis elektromexanik” ixtisası üzrə təhsil almışdır. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 60 elmi-metodik əsərin (bunlardan doqquzu elmi ixtira, on beşi dərs vəsaitidir) müəllifidir.Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının tam ştatlı dosentidir.

Əliyev Rəşad Fəxrəddin oğlu. 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində ziyalı ailəsində anadan olmuşdur. Dosent, coğr.üzrə fəl. doktorudur. 2006-cı ildə “Təbiyyat” fakültəsinin dekan müavini, 2007-2008-ci illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri, 2008-2012-ci illərdə “Təbiyyat” fakültəsinin dekanı, 2012-2016-cı illərə qədər isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan və dekan əvəzi vəzifələrində çalışmışdır. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının tam ştat, dossentidir.

Aqr.f.d.Nəzərova Nigar Hacıkişi qızı 1997 – ci ildə LDU– nun “Qida məhsulları mühəndisliyi “ üzrə bakalavr pilləsini, 2000-ci ildə həmin ixtisasın magistratura pilləsini bitirmişdir. 2012-ci ildə elmi dissertasiya işini müdafiə etmiş və aqrar elmlər üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2017 – ci ildən Texnologiya və texniki fənlər kafedrasının dosentidir. 33 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir.

E-mail: Nnigar00@mail.ru

Ələsgərov Nadir Hüseynoğlu 1960-cı ildə anadan olmuşdur. Sankt-Peterburq şəhərində Elektrotexnika institutun “Elektron hesablayıcı maşınları” fakultəsinin “Kompüter mühəndisi’ ixtisasını bitirmişdir. “Lənkəran regionunda sosial-iqtisadi və demoqrafik inkişafın modelləşdirilməsi” mövzusunda dissertasiya işi üzərində elmi tədqiqat işi aparır. Ailəlidir, 2 (iki) övladı var.

Müəllim Quliyev Vaqif Şahverən oğlu 1982-ci ildə Prişiv texniki peşə məktəbində müəllim kimi çalışıb. 1985 – ci ildə 113 nömrəli Texniki peşə məktəbində müəllim, 1986 – cı ildə Lənkəran Aqrar Sənaye Birliyində mühəndis texnoloq vəzifələrində işləyib. 1987 – ci ildən 1992 – ci ilə kimi Lənkəran şəhər gənclər təşkilatında şöbə müdiri vəzifəsində çalışıb. 1992 – ci ildən 1997 – ci ilə kimi Lənkəran Aqrar Sənaye və Çay Birliklərində mühəndis vəzifəsində çalışmışdır. 1999 – cu ildən 2016 – cı ilə kimi biznes fəaliyyət ilə məşqul olmuşdur. 2016 – cı ildən Lənkəran Dövlət Universitetində əsaslı tikinti üzrə mühəndis vəzifəsində çalışıb. Hal – hazırda Lənkəran Dövlət Universitetinin “ Aqrar və mühəndislik“ fakültəsində müəllim kimi fəaliyyət göstərir

E-mail: VaqifQuliyev-0808@ mail.ru

Gənciyev Yadigar Fərmail oğlu 1959-cu ildə Astara rayonunun Miki kəndində anadan olmuşdur. 1980 –ci ildə “V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu”nun “Hərbi hazırlıq və “Bədən tərbiyəsi” müəllimliyi ixtisasını daxil olmuş, 1985 – ci ildə həmin İnstitutu bitirmişdir.1985 – 1998 – ci ilə qədər Astara rayonu Təngərüd kənd orta məktəbində “Gənclərin çağırışa qədərki hazırlıq“ fənnini tədris etmişdir . 1998 –ci ildən 2016 – cı ilə qədər Astara Pedaqoji Kollecində “ Mülki müdafiə, Vətənin müdafiəsinə hazıram, Ordu sıralarında fiziki hərəkətlərin nəzəriyyəsi və GÇQH” fənlərini tədris etmişdir. 2016 – cı ildən “ Texnologiya və texniki fənlər “kafedrasının müəllimidir ,Mülki müdafiə fənini tədris edir.

Calalov Azər Aydın oğlu 1978-ci ildə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuşdur. 1995–ci ildə Haftoni qəsəbə orta məktəbini bitirmişdir. 1999–ci ildə Lənkəran Dövlət Universitetinin “Subtropik bitkilərin texnologiyası” ixtisasını bakalavr pilləsi üzrə, 2016– cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida təhlükəsizliyi”ixtisasını magistr pilləsi üzrə bitirmişdir.2004-2018- ci illərdə “Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun” Lənkəran Zona Təcrübə Stansiyasında böyük elmi işçi vəzifəsində çalışmışdır.Hal hazırda Lənkəran Dövlət Universitetində lobaratoriya müdiri və müəllim vəzifələrində çalışır. TETİ – nin doktorantıdır. 3 elmi məqalənin müəllifidir.

Ələskərzadə Tale Təvəkkül oğlu. 05 iyun 1994-cü ildə Lənkəran rayonunun Viyən kəndində anadan olmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını, 2018-ci ildə isə Azərbaycan Texniki Universitetinin magistratura piləsi üzrə “Kompüter elmləri” ixtisasının “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ilin sentyabr ayından kafedrada 0.5 ştat müəllim olaraq çalışır. Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədridir. 2 tezisin müəllifidir.

Əmənullayev Mahir Qabil oğlu 1970-ci ildə ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsini bitirmişdir. 1995-2000 ci illərdə Rusiya Federasiyası Nijniy Tagil və Ekaterinburq şəhərlərində Nikom Elektronik müəssisəsində Proqramçı- mühəndis və riyazi tərtibatçı işləmişdir. Lənkəran Tibb kollecində pedoqoji sahədə çalışmışdır. 2017 -ci ildən LDU da müəllim işləyir. 2 elmi məqalənin, 1 elektron dərsliyin müəllifidir.

Mirzəyev Ruslan Zahidoğlu 1992 -ci ildə Ukraniyada anadan olmuşdur. 2009 – cu ildə Lənkəran rayon Kərgəlan kənd orta məktəbini bitirmişdir. 2009 – cu ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə“ fakültəsində “Ekologiya“ ixtisası üzrə bakalavr səviyyəsinə qəbul olunmuş, 2013 cü ildə həmin ixtisası bitirmişdir. 2014 – cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akedemiyasının “İnzibati İdarəetmə”fakültəsinə “Ekoloji təhlükəsizliyin informasiya sistemləri“ ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016 -cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

2016 cı ildən LDU da müəllim “Tədrisin təşkili və əlavə təhsil” bölməsinin rəhbəri, hal – hazırda “Aqrar və mühəndislik“ fakültəsində dekan müavini işləyir. Lənkəran Dövlət Universitetinin doktorantıdır. 10 məqalə, 7 tezisin müəllifidir.

Kafedranın ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi - 178.

Telefon: (+994) 025 255 04 25 daxili 110.

Faks nömrəsi: (+994) 025 255 27 86

Elektron ünvanı:

Kafedra haqqında məlumatları dos. Əsəd Nuriyev təqdim etmişdir.

Facebook Youtube