E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Baytarlıq və aqrar fənlər” kafedrası haqqında məlumat

“Baytarlıq və aqrar fənlər” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 30 iyun 2017-ci il tarixli 4/66 saylı əmri ilə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. “Baytarlılq və aqrar fənlər kafedrası 050702 – “Aqronomluq”, 050706 – “Meşəçilik”, 050701 – “Torpaqşünaslıq və aqrokimya”, 050704 – “Baytarlıq” ixtisasları üzrə bakalavr təhsil səviyyəsinə görə ixtisaslaşmışdır.

2018/2019-cu tədris ilində “Baytarlıq və aqrar fənlər” kafedrasında 13 əməkdaş çalışır. Onlardan 6 nəfəri fəlsəfə doktoru, dosent, 1 nəfər fəlsəfə doktoru baş müəllim, 1 nəfər fəlsəfə doktoru, müəllim, 4 nəfər müəllim, 1 nəfər laborantdır.

Kafedrada aqrar sahə üzrə nəzəri-metodiki və müasir innovativ üstünlüklərin tətbiqi istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılır.

Kafedra üzrə tədris olunan əsas fənlər aşağıdakılardır:

Bakalavriat:

1.Botanika

2.Meşə mühafizəsi

3.Meşə təsərrüfatının traktor və maşınları

4.Ovçuluğun əsasları ilə meşə heyvanlarının biologiyası

5.Latın dili və baytarlıq terminologiyası

6.Yerquruluşu və geodeziyanın əsasları ilə

7.Geodeziya və yer quruluşu

8.Arokimya

9.Aqrokimyanın əsasları

10.Torpaqşünaslıq və geologiyanın əsasları

11.Torpaqşünaslıq və əkinçilik

12.Bitki mühafizəsi

13.Meşə quruluşu

14.Meşə əkinləri

15.Torpaqlarınaqroekoloji qiymətləndirilməsi;keyfiyyət monitorinqi və ekoloji nəzarət

16.Genetika,seleksiya və toxumçuluq

17.Meşə seleksiyası və genetikası

18.Bitkiçilik

19.Əkinçilik və əkin sistemləri

20.Bitki fiziologiyası

21.Bitki fiziologiyası və biokimya

22.Ümumi torpaqşünaslıq

23.Aqrometeorologiya

24.Meliorasiya

25.Geologiya və mineorologiyanın əsasları

26.Dendrologiya

27.Klinik diaqnostika

28.Baytarlıq mikrobiologiyası, imminologiya və virusologiya

29.Toksikologiyanın əsasları

30.Baytarlıq formokologiyası və toksikologiyası

31.Parazitologiya və invazion xəstəlikləri

32.Baytarlıq cərrahiyyəsi

33.Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və xüsusi zootexnikanın əsasları

34.Mamalıq gigiyena və heyvanların çoxalma biotexnikası

35.Meyvə-tərəvəzçilik və üzümçülüyün əsasları

36.Bəzək bağçılığı

37.Meşə taksasiyası

38.Yaşıllaşdırma və park təsərrüfatı

39.Bostançılıq

40.Ümumi əkinçilik

41.Patanatomiya,yarma və baytarlıq məhkəmə ekspertizası

42.Torpaq kartoqrafiyası

43.Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi

44.Heyvanların fiziologiyası

45.Baytarlıq genetikası

46.Torpaq mikrobiologiyası və biotexnologiyası

47.Xəstəlik və zərərvericilərin əmələgəlmə proqnozu

48.Bitkilərin bioloji mühafizəsi

49.Baytarlıq genetikası və biotexnologiyanın əsasları

50.Heyvanların patoloji fiziologiyası

51.Tərəvəzçiliyin əsasları

52.Üzümçülüyün əsasları

53.Meyvəçiliyin əsasları

Kafedra müdiri: Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Məlahət Əli qızı Ağayeva.

Ağayeva Məlahət 1960-cı ildə Astara şəhərində anadan olmuşdur. 1967-ci ildə Astara 2 saylı orta məktəbin rus bölməsini, 1977- ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbatcan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1982-ci ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun mikrobiologiya və virusologiya şöbəsinin aspiranturasına daxil olmuşdur. 1985-ci ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun mikrobiologiya və virusologiya şöbəsində elmi işçi vəzifəsində işləmişdir.1990-cı ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində Elmi-Tədqiqat Bitki mühafizəsi institutunda “Azərbaycanın Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin göbələk xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1996-cı ildə Astara Pedaqoji Kollecində biologiya müəllimi işləmişdir.2001-ci ildə Lənkəran Dövlət Universitetinə dəvət olmuş, kimya və biologiya kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2011-ci ildə dosent elmi adını almışdır. 2014-cü ildə Təbiyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir.2016-cı ildə “Texnologiya və texniki fənlər” kafedrasında dosent, 2017-ci ildə “Baytarlıq və aqrar fənlər” kafedrasında dosent vəzifəsində işləmişdir. Məlahət Əli qızı Ağayeva 1 monoqrafiya, 2 metodik vəsait, 8 fənn proqramı, Azərbaycanda və xaricdə70-ə yaxın elmi məqalələrin müəllifidir.

E-mail ünvanı: zooloq.60@mail.ru

Şahbazov Balayar Xanqulu oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1958-ci ildə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. 1976-ildə C.Ağamalıoğlu adına “Şərəf nişanı ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə “Aqronomluq” ixtisasını “fərqlənmə” diplomu ilə bitirib, alim aqronom ixtisasına yiyələnmişdir.1981-ci ilin avqust ayından 1982-ci ilin iyun ayına kimi Lerik rayonunun “Üzümçülük və şərabçılıq” sənaye istehsalat birliyində böyük aqronom vəzifəsində işləmiş, iyun 1982-ci ildən Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə stansiyasında kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində işləmişdir.

1988-ci ildən 1998-ci ilə kimi stansiyada Həmkarlar Təşkilatının sədri kimi ictimai iş aparmışdır. 1998-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetində müəllim, 1999-cu ilin iyul ayından 2007-ci ilin may ayına kimi magistratura və aspirantura işləri üzrə məsul şəxs vəzifəsində işləmişdir. 2002-2007-ciillərdə “Coğrafiya və ekologiya” kafedrasının midiri vəzifəsində işləmişdir.1996-cı ildə disertasiya işini müdafiə etmişdir. 2002-ci ildə dosent elmi adını almışdır.

2005-2006-cı illərdə Lənkəran Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində, 2007-2009-cu illərdə Təbiyyat fakültəsinin dekanı, 2009-2016-cıillərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində, 2016-cı ilin sentyabr ayından “Aqrar və mühəndislik” fakültəsinin dekanı vəzifəsində çalışır.2002-ci ildə gənc tədqiqatçılar arasında keçirilən müsabiqədə “Beynəlxalq vektor”un qalibi olmuşdur.70- dən çox elmi məqaləsi, o cümlədən 4 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki iş, 6 fənn proqramının müəllifidir.

E-mail ünvanı: balayarshahbazov@mail.ru

Babayev Xalıqverdi Yusub oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1958-ci il iyun ayının 15-də Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur. 1976-1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsinin əyani şöbəsində təhsil alıb və “alim-aqronom” ixtisası üzrə tam kursu bitirmişdir.1981-82-ci illərdə Neftçala rayonunun N.Nərimanov adına kolxozda aqronom, 1982—1993-cü illərdə Lənkəran rayonunun N.Nərimanov adına sovxozda aqronom vəzifəsində çalışıb. 1986-1990-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının “Torpaqşünaslıq və aqrokimya” institutunun “Aqrokimya” ixtisası üzrə aspiranturasına daxil olub. 1990-cı ildə Kənd Təsərrüfatı elmlər namizədi alimlik elmi dərəcəsi almışdır.1990-cı ildən aqrar elmləri üzrə fəlsəfə doktorudur. 1993-cü ilin may ayından Azərbaycan Elmi-Tədqiqat “Bağçılıq və subtropik bitkilər” institutunun Lənkəran çay filialında aqrokimya şöbəsinin müdri və eyni zamanda elmi katibi olmuşdur. 2003-cü ilin fevral ayından 2008-ci ilin aprel ayına kimi Azərbaycan Elmi-Tədqiqat “Bağçılıq və subtropik bitkilər” institutunun Lənkəran çay filialının direktoru vəzifəsində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində “Kimya-biologiya” kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır. Hal-hazırda “Baytarlıq və aqrar fənlər” kafedrasının dosenti vəzifəsində çalışır. Azərbaycanda və xaricdə 70 elmi əsərin və 1 kitabçanın, 2 fənn proqramının müəllifidir, 3 “Çayçılıq və sitrus bitkiləri” üzrə layihə rəhbəri və əsas tədqiatçısıdır.

E-mail ünvanı: babayev.xaliqverdi@mail.ru

Hüseynov Həzər Ağahüseyn oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1955-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1982-ci ildə Mockva Kooperativ institutunu bitirmişdir. 2012-ci ildə dissertasiya işini müdafiə etmişdir. Prezidentin sərəncamı ilə 2012-ci ildən Genetik ehtiyatlar institutunda “dədə-baba sortlarının genetikasının qorunub saxlanılması” üzrə işçi qrupun üzvüdir. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramının Lənkəran şəhər İcra hakimiyyəti üzrə işçi qrupunun üzvüdir. 2006-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik elmi-tədqiqat institutunun Lənkəran bölgə təcrübə stansiyasının müdiri vəzifəsində çalışır.2013-cü ildə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Milli Elmlər Akademiyasının Regional Elm Mərkəzinin və Lənkəran Regional Aqrar Elm Mərkəzinin elmi şurasının üzvüdir.2018-ci ildə dosent eimi adını almışdır.Hal-hazırda LDU-nun “Baytarlıq və aqrar fənlər kafedrasının dosentidir.2 kitabın, 21 elmi əsərin və 1 “pomidor sortunun” müəllifidir.

E-mail ünvanı: hazarhüseynov@mail.ru

Dosent Cəfərov Əli Musa oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1959-cu ildə Ermənistanın Krasnoselo kəndində anadan olmuşdur. 19770-ci ildə C.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1982-ci ildə “fizika” ixtisası üzrə tam kursu bitirmişdir. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə dosent elmi adını almışdır. 71 elmi əsərin, o cümlədən monoqrafiya, kitab və tezisin müəllifidir.

E-mail ünvanı: alicafarov@mail.ru

Murtuzov Qadir Murtuz oğlu biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

1967-ci ildə Naxçıvan MR Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. 1984-cü ildə Gəncə şərərində Azərbaycan Kənd Təsərrüfatı institutunun “Baytarlıq” ixtisasına daxil olmuşdur. 1991-ci ildə həmən inistitutu bitirib “Baytar həkim” ixtisasını almışdır. 1991-ci ildə ВСГШ aspiranturasına daxil olmuş, 1995-ci ildə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə dosent elmi adı almışdır. “Baytarlıq və aqrar” fənlər kafedrasının dosentidir.Azərbaycanda və xaricdə 20-dən çox elmi məqalənin, bir kitabın, 3 tövsiyyənin , bir bukletin müəllifidir.

E-mail ünvanı: qadir_777@mail.ru

Tahirov Rəfayıl İltifat oğlu aqrar elmləri üzrə fəlsəfə doktoru, baş müəllim

1961-ci ildə Lənkəran rayonunun Diryan kəndində anadan olmuşdur. 1984-cü ildə S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini “fərqlənmə” diplomu ilə bitirmişdir. 1991-ci ildə Timiryazov adına MKTA-da “Əkinçilik” ixtisası üzrə dissertasiya müdafiə etmişdir. AETƏ İnstitutunda baş elmi işçi işləmişdir. Ekologiya və Təbii sərvətlər Nazirliyinin 1 saylı ərazi ETSŞ-nin rəisi vəzifəsində işləyir.Hal-hazırda “Baytarlıq və aqrar fənlər” kafedrasında baş müəllim vəzifəsində çalışır.15 elmi əsərin müəllifidir.

E-mail ünvanı: rafayil.tahirov1961@mail.ru

Hüseynov Tahir Talıb oğlu – müəllim

1967-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur. 1983-1986-cı illərdə Lənkəran rayon 113 saylı peşə məktəbinin “Baytarlıq” şöbəsini bitirmiş, “baytar-sanitarı” ixtisasına yiyələnmişdir. 1988-1994-cü illərdə Gəncə şəhəri S.Ağamalıoğlu adına “şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Baytarlıq təbabəti” fakültəsinin “Baytar həkim” ixtisasını bitirmişdir. 1994-96-cı illərdə Ləhkəran r-n Fizulu adına sovxozun baş baytar həkimi işləmiş, 1996—97-ci illərdə Kemerovski vilayətində UN-16/12/2 baş həkim işləmişdir. 1997-ci ildə Kemerovski vilayətindən köçürmə yolu ilə Stepnoy-2 Novo-İvanovka kaloniyasına köçürülmüş, 1997-ci ildə T.O.O.”Blaqoveşenski” qəsəbəsində baytar-həkim işləmişdir. 1999-cu ildə Lənkəran Baytarlıq idarəsinin Separadi baytarlıq sahəsinin baş baytar-həkimi vəzifəsində işləmişdir. 2003-cü ildə Dövlət Baytarlıq Təchizatı Birliyi Lənkəran rayonunda 66 saylı baytarlıq aptekində müdir vəzifəsində, 2005-ci ildə Lənkəran Baytarlıq İdarəsinin 9 saylı Gəgiran baytarlıq sahəsinə baytar-həkimi vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda “Baytarlıq və aqrar fənlər” kafedrasında müəllim vəzifəsində çalışır.

E-mail ünvanı:hüseynov.tahir67@mail.ru

Əkbərova Ülkər Zakir qızı aqrar elmləri üzrə fəlsəfə doktoru

1983-cü ildə Lənkəran rayonunda anadan olmuşdur. 1990-ci ildə Lənkəran Dövlət Universitetinin “coğrafiya” ixtisasına qəbul olunub. 2005-ci ildə “coğrafiya” ixtisası üzrə bakalavr pilləsini “fərqlənmə” diplomu ilə bitirib. Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin “Təbiətdən istifadə və təbiəti mühafizə” ixtisasına qəbul olunub. 2007-ci ildə magistarura pilləsini “fərqlənmə” diplomu ilə bitirmişdir.2008 –2011-ci illərdə Lənkəran Regional Aqrar Elm Mərkəzində böyük elmi işçi, 2011 – 2013-cü illərdə Lənkəran Regional Aqrar Elm Mərkəzində baş mütəxəssis, 2013-cü ildən hal-hazıra qədər Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində direktor müavini vəzifəsində çalışır.2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun dissertanturasına qəbul olunub. 2017-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.13 elmi əsərin müəllifidir.

E-mail ünvanı: ulkarcoqrafiya@mail.ru

Rəhimov Elşad Məmmədağa oğlu, müəllim

1971-ci ildə Lənkəran rayon Günəhir kəndində anadan olmuşdur. 1978-ci ildə Lənkəran rayon Günəhir kənd orta məktəbinə getmişdir. 1986-cı ildə natamam orta təhsil alaraq məktəbi bitirmişdir. Həmin ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü 5 saylı orta internat məktəbinə daxil olmuşdur. 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1988-ci ildə S.Ağamoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub, 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “zoomühəndislik” fakültəsini bitirmişdir. 1989-1992-ci illərdə Akademiyanın Hərbi Hazırlıq kafedrasında oxuyaraq “leytenant” rütbəsi almışdır. Ehtiyatda olan zabitdir. 1993-96-cı illərdə Lənkəran rayonu “28 aprel” savxozunda baş zootexnik işləyib. 2008-ci ildən 2016-cı ilə qədər Günəhir bələdiyyəsinin sədri işləyib. 2016-cı ilin sentyabr ayının 1-dən Lənkəran Dövlət Aqrar inkişaf Mərkəzinin Heyvandarlıq sektorunda baş məsləhətçi işləyir. 2017-ci il sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar fənlər” kafedrasında 0,5 ştat müəllimdir.

E-mail ünvanı: elsad rehimov@aqro.qov.az

Məmmədova Ülviyyə Malik qızı, müəllim

1979-cu il tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1996-cı ildə 9 saylı orta məktəbi bitirmişdir. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat fakültəsinin “Meyvə-tərəvəz və üzümçülük” ixtisasına daxil olmuşdur. 2003-cü ildə bakalavr təhsilini başa vurmuşdur. 2003-cü ildə LDU-nun “Aqronomiya-Tərəvəzçilik” ixtisası üzrə magistraturanı “fərqlənmə” diplomu ilə bitirmişdir. 2015-2016-cı ildə AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar institutunda baş mütəxəssis vəzifəsində işləyib. Hal-hazırda “Baytarlıq və aqrar fənlər” kafedrasında müəllim vəzifəsində çalışır.

E-mail ünvanı: ulviyyə_07@mail.ru

Əliyev Adıgözəl Rəsul oğlu, müəllim

1954-cü il Lerik rayonunun Lerik qəzəbəsində anadan olmuşdur. 1961-1971-ci illərdə Lerik rayonu Qosmalyan vəKəlvəz orta məktəblərini bitirmişdir. 1972-1974-cü illərdə Hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Leninqrad meşə-texniki akademiyasına daxil olmuşdur. 1979-cu ildə həmən akademiyanı bitirmişdir. 1980-1986-cı illərdə Lənkəran şəhər Abadlıq kombinatında mühəndis, 1986-cı ildən 2003-cü illərdə Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər komitəsində baş müfəttiş vəzifəsində işləmişdir. 2006-2008-ci illərdə şəhər yaşıllaşdırma idarəsində, 2008-ci ildə “Meşə mühafizəsi və bərpası müəssisəsində tinglik təsərrüfatı”-nın rəisi vəzifəsində işləmişdir. 2012-ci ildən hal-hazıra kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional, Relikt və endemik ağac və kol bitkiləri şöbəsinin rəisi vəzifəsində işləyir.Ekologiya sahəsində xidmətinə görə 1992-ci ilin iyun ayının 4-də Azərbaycan Respublikasının “Əməkdar təbiəti mühafizə işçisi” fəxri adına layiq görülmüşdür.

E-mail ünvanı: adığözel.aliyev 54 @bk.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri Fizulu küçəsi – 70, 1 saylı tədris korpusu.

Telefon: (+994) 025 255 04 25 daxili 108

Elektron ünvanı: baytarliq.ve.aqrar.fenler@mail.ru

Faks nömrəsi: (+994) 025 255 27 86

Kafedra haqqında məlumatları Dos.Məlahət Ağayeva təqdim etmişdir.

Facebook Youtube