E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Kimya və fizika” kafedrası haqqında məlumat

“KİMYA VƏ FİZİKA” KAFEDRASI

YARANMA XRONOLOGİYASI. 1993-cü ildə “Coğrafiya-biologiya” kafedrasının tərkibində “Kimya və biologiya” kafedrası yaradılmış və 1994-cü ildən müstəqil- “Kimya və biologiya” kafedrası kimi fəaliyyətini davam etdirmişdir.

LDU-nun rektor vəzifəsinin icrasını həyata keçirən prof. Natiq İbrahimovun 09.04.2018-ci il tarixli 06 saylı əmrinə əsasən yeni müstəqil “Kimya və fizika” kafedrası fəaliyyətə başlamışdır. Kafedra respublikanın orta ümumtəhsil məktəbləri üçün kimya və biologiya müəllimliyi ixtisası üzrə pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır.

Kafedrada 1 kimya tədris laboratoriyası və 8 əməkdaş fəaliyyət göstərir. Onlardan 3 nəfəri kimya üzrə fəlsəfə doktoru- dosent, bir nəfəri isə fizika üzrə fəlsəfə doktoru- baş müəllimdir. Kafedrada, həmçinin bir laboratoriya rəhbəri, 3 müəllim və 1 laborant çalışır.

Kafedrada kimya və fizika istiqamətində elmi-tdqiqat işləri aparılır. Kimyanın tədrisi metodikası istiqamətində “Kimyanın tədrisində fəal təlim texnologiyalarından istifadə” və fizika istiqamətində “Nəzəri fizikanın kvant mexanikası” üzrə elmi-tədqiqat işləri aparılır.

KİMYA İSTİQAMƏTİNİN ƏSAS VƏZİFƏLƏRİ:

Kimyanın tədrisində fəal təlim texnologiyalarından istifadə etməklə kimya fənni üzrə təhsil proqramından (kurrikulumdan) irəli gələn vəzifələrin yerinə yetirilməsi, şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılması, onların inkişafının ardıcıl olaraq izlənməsinə imkan verən məzmun və strategiyaların müəyyən edilməsindən ibarətdir.

Kafedranın tədris fəaliyyətinin əsas istiqamətlərindən biri ali təhsilin bakalavriat pilləsi üzrə “Kimya və biologiya müəllimliyi” ixtisası üçün proqram, metodiki vəsaitlər, dərs vəsaitləri və dərsliklərin hazırlanması üçün səmərəli fəaliyyət göstərilməsindən ibarətdir planlaşdırılmışdır.

Son beş ildə kafedra əməkdaşları elmi-tədqiqat işlərinin nəticələrinə görə Respublika və xarici ölkələrin elmi jurnallarında 70-dən çox elmi məqalə nəşr etdirmişlər.

Kafedrada ali təhsilin bakalavriat pilləsi üzrə kimya və biologiya müəllimliyi ixtisasi, magistrarura səviyyəsində isə “Kimya fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması istiqamətində mütəxəsislər təhsil alır.

Bakalavr pilləsi:

˗ “Kimya və biologiya müəllimliyi”

Magistr pilləsi:

˗ “Kimyanın fənninin tədrisi metodikası və metodologiyası”.

BAKALAVR PİLLƏSINDƏ “KİMYA VƏ BİLOGIYA” MÜƏLLİMLİYİ İXTİSASI ÜZRƏ TƏDRİS OLUNAN FƏNLƏR:

I. KİMYA İSTIQAMƏTLİ FƏNLƏRİN SİYAHISI:

1. Qeyri-üzvi kimya-1

2. Qeyri-üzvi kimya-2

3. Analitik kimya-1

4. Üzvi kimya-1

5. Analitik kimya-2

6. Fiziki kolloid kimya-1

7. Fizika

8. Üzvi kimya-2

9. Fiziki kolloid kimya-2

10. Kimyanın tədrisi metodikası

11. Həyat fəaliyyətinin kimyəvi əsasları

12. Yüksək molekullu birləşmələr kimyası

13. S/f. Kimyanın tədrisinin metodologiyası

14. s/f. Qeyri-üzvi kimyanın tədrisinin məktəb kursu

15. Kimya texnologiyası

16. S/f.Üzvi kimyanın tədrisinin məktəb kursu

II. FİZİKA İSTİQAMƏTLİ FƏNLƏRİN SİYAHISI:

1. Fizika

2. Fizika-1

3. Fizika-2

4. Ümumi fizika

5. Ümumi fizika-1

6. Ümumi fizika-2

7. Tətbiqi mexanika

8. Elektrotexnika

MAGİSTRATURA PİLLƏSİNDƏ “KİMYA VƏ BİLOGİYA” İXTİSASI ÜZRƏ TƏDRİS OLUNAN FƏNLƏR:

“KİMYA FƏNNİNİN TƏDRİSİ METODİKASI VƏ METODOLOGİYASI” İXTİSASLAŞMASI:

2. Üzvi kimyanın tədrisi metodikası

3. S\f. Qeyri-üzvi kimyanın tədrisi metodikası

4. S\f . Kimyadan biliklərin mənimsənilməsinə nəzarət

5. S\f. Ümumi kimyanın tədrisinin metodologiyası

6. Kimya və təcrübə işinin metodikası

7. Ümumi kimyanın tədrisi metodikası

8. AMTMOF (Kimyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi)

9. Kimya fənninin ali məktəblərdə tədrisi metodikası

10. Məktəb kimyasında İKT-dən istifadə

11. Kimya və təcrübi işin metodikası

12. Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası

13. Kimyanın tədrisi metodikasının müasir problemləri v14. Kimya dərslərində interaktiv təlim

15. Kimyadan cətinləşdirilmiş məsələlərin həlli

Kafedraya k.ü.f.d., dosent İsa Şahrüddin oğlu Hüseynov rəhbərlik edir.

İsa Şahruddin oğlu Hüseynov - kimya üzrə fəlsəfə doktoru, dosent.

17.12.1957-ci ildə Balakən rayonunun Qazma kəndində qulluqçu ailəsində anadan olmuş, 1968-75-ci illərdə orta məktəbdə təhsil almışdır.

1977-82-ci illərdə Ukrayna Respublikasının Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin kimyəvi texnologiyası” fakültəsində “Aktiv-bioloji birləşmələrin kimyəvi texnologiysı” ixtisası üzrə təhsil almış və mühəndis-kimyaçı-texnoloq kvalifikasiyasına yiyələnmişdir.

1982-89-cü illərdə Azərb.SSR EA Aşqarlar Kimyası və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarında mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır.

1986-90-cı illərdə Azərb.SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun aspiranturasının qiyabi şöbəsində təhsil almışdır.

1993-cü ildə yuxarıda adı çəkilən institutun xüsusi elmi şurasında namizədlik dissertasiyası işi müdafiə edərək 02.00.15-“Kimyəvi kinetika və kataliz” və 02.00.13-“Neft kimyası” ixtisasları üzrə kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

1991-2002-ci illərdə Bakı şəhərində müxtəlif kimya-əczaçılıq müəssisələrində– Bakı kimya-əczaçılıq zavodunda müxtəlif vəzifələrdə, 1saylı Əcza-Depoda bioloq, AR Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibb Sənayesi Birliyində kimyaçı-texnoloq, Suraxanı r. 411 saylı aptekdə kimyaçı-analitik vəzifələrində çalışmışdır.

2005-15-ci illərdə AMEA-nın akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.

2011-16-cı illərdə AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kimya elmləri doktorluğu üzrə doktoranturasının qiyabi şöbəsində təhsil almış, “Funksional əvəzlənmiş (-CH,-NH2,-OH,-SH,-SR,-S) sulfamidlərin heterotsiklləşməsi üçün sintonların alınması və xassələrinin tədqiqi mövzusunda” doktorluq dissertasiya işi üzərində çalışmışdır.

2015-17-ci illərdə AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsasları” və “Mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar” laboratoriyalarında aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 mart 2017-ci il tarixli (pr. № 06-k) qərarı ilə neft kimyası ixtisası üzrə dosent elmi adını almışdır.

2017-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsinin “Kimya və biologiya” müəllimliyi kafedrasının dosenti vəsifəsinə işə qəbul olunmuşdur. 70-ə yaxın elmi əsərin, o cümlədən, 60-dan çox məqalə və məruzələrin, 1 müəlliflik şəhadətnaməsi, 2 milli patent və 1 Avrasiya patentinin müəllifidir. Elmi əsərləri ölkəmizin və bir sıra xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

Hazırda LDU-nun “Kimya və fizika” kafedrasının müdri vəzifəsini daşıyır.

E-mail ünvanı: isabey57@gmail.com

Gülbəniz Allahverdi qızı Qədirova - kimya üzrə fəlsəfə doktoru, dosent

25.06.1971-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-89 cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə və 1989-94 ci illərdə Bakı Dövlət Universitetinin “Kimya” fakültəsində əyani təhsil almışdır. 1994-cü ildən Lənkəran şəhər 10 saylı orta məktəbində kimya müəllimi kimi fəaliyyətə başlamışdır.

2001-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, 2004-cü ildən isə “Kimya və biologiya” kafedrasında, kimya laboratoriyasında müdir vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan MEAının akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutunun dissertantı kimi təsdiq olunmuş, 2011-ci ildə “Ağır neftin emalından alınan mazut fraksiyasının yanma külündən vanadium 5-oksidin alınması” mövzusunda dissertasiya işi müdafiə etmiş, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2008-11-ci illərdə BP-BRITISH COUNCİL interaktiv elm layihəsi üzrə proqramda iştirak etmiş və sertifikat almışdır. O, Lənkəran Şəhər İcra hakimiyyəti tərəfindən təhsildə əldə etdiyi uğurlarla bağlı dəfələrlə fəxri fərmanla təltif olunmuşdur.

2014-16-cı illərdə “Kimya və biologiya” kafedrasının elmi dərəcəli baş müəllimi, “Əlavə təhsil” fakültəsinin rəhbəri olmuş, 2016-cı ildə “Kimya və biologiya” kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

O, 30-dan çox elmi əsər, 1 dərs vəsaiti və 2 proqramın müəllifidir. Əsərləri ölkəmizin və bir sıra xarici ölkələrin- Almanya, Rusiya, Ukrayna elmi nəşrlərində dərc olunmuşdur.

2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə bağlı layihəsi əsasında Yardımlı və Astara rayonlarında “Master" dərslər aparır.

E-mail ünvanı: gadirova@gmail.com

Mehman Təyyar oğlu Abbasov- kimya üzrə fəlsəfə doktoru, dosent

12.04.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-92-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsində təhsil almış və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildən AMEA-nın akad. M.Nağıyev adına “Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda” aparıcı elmi işçi vəzifəsində çalışır.

2000-ci ildə “Elektrokimyəvi yolla sulfat-tartrat elektrolitindən Cd-Te ərintilərinin alınması” mövzusunda dissertasiya işi müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2009-cu ildə isə dosent elmi adını alımışdır. 41 elmi əsərin müəllifidir.

E-mail ünvanı: mehman20@mai

Elnur Əhmədağa oğlu Dadaşov – fizika üzrə fəlsəfə doktoru, b/m.

15.05.1982-ci ildə Astara r-nun Siyakü kəndində anadan olmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinə daxil olmuşdur. 2003-cü ildə bakalavr pilləsini bitirmiş, 2005-ci ildə isə magistraturanı bitirərək magistr dərəcəsi almışdır.

2012-ci ildə “Proton_proton və foton_foton toqquşmalarının ekskluziv və inklyuziv parçalanma kanalları” mövzusunda dissertasiya işi müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

O, 15-dən çox elmi əsərin və 2 dərs vəsaitinin müəllifidir. Əsərləri ölkəmizin və xarici ölkələrin elmi nəşrlərində dərc edilmişdir.

2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə bağlı layihəsi əsasında Yardımlı və Astara rayonlarında “Master" dərslər aparır.

2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında işləyir.

E-mail ünvanı: elnurdadashov82@mail.ru

Tərlan Təyyar oğlu Ağazadə - müəllim

16.10.1994-cü ildə Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olmuşdur. 2012-ci ildə Bakı Dövlət Univetsitetinin kimya fakültəsi, kimya müəllimliyi ixtisasına qəbul olmuşdur.

2016-cı ildə BDU-nun “Yüksəkmolekullu Birləşmələr kimyası” kafedrasında “Kompozisiya meterialları kimyası” ixtisaslaşması üzrə magistraturaya qəbul olmuş və 2018-ci ildə “Üzüm tənəyi tullantıları əsasında alınmış sorbentlə metilen yaşıl boyaq maddəsinin sorbsiyası” mövzusu üzrə dissertasiya işi müdafiə edərək magistr dərəcəsi almışdır.

2 tezisin müəllifidir.

2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında tam ştat müəllim kimi fəaliyyətə başlamışdır.

E-ünvanı: terlan.ağazade94@mail.ru

Yasəmən Mövlan qızı Rəsulova - müəllim

30.01.1980-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur.

2000-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olmuş, 2004-cü ildə bakalavriaturanı başa vurmuşdur. 2014-cü ildə Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının magistratura pilləsini bitirmişdir.

2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında 0,5 ştat müəllim kimi fəaliyyətə başlamışdır.

E-mail ünvanı: yasemen-resulova@mail.ru

Sevda Aydın qızı Bağırova - laboratoriya müdiri

7.09.1966-cı il Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1973-cü ildə N.Tusi adına 173 saylı orta məktəbə daxil olmuş, 1983-cü ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya-Texnologiya” fakultəsinə daxil olmuş və 1988-ci ildə ali təhsilini başa vurmuşdur.

Təhsil aldığı illərdə “AZKOMMUNLAYİHƏ” institutunda, Azərbaycan Dövlət Təbiəti Mühafizə Komitəsində böyük laborant, kimyaçı-mühəndis vəzifələrində çalışmışdır. Lənkəran uşaq incəsənt-rəssamlıq məktəbində müəllim, Lənkəran Dövlət universitetinin tədris şöbəsində müfəttiş, ADMSN-in MAA-nın kimyəvi analizlər şöbəsində kiçik elmi işçi, elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışmışdır.

2007-ci ildə Milli Aerokosmik Agentliyinin doktoranturasına daxil olmuş və 2010-cu ildə bitirmişdir. 1 aprel 2017-ci ildən Lənkəran Dövlət Universitetində kimya müəllimi və kimya laboratoriyasının müdri kimi çalışır.

10-dan çox elim əsərin müəllifidir. Hal-hazırda kimyadan dərs vəsaitinin hazırlanması və dissertasiya işinin tamamlanması üzərində çalışır.

E- mail ünvanı: sevabaqirova@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Abdullayev küçəsi, 19, 2 saylı korpus

1. Telefon: (+994) 025 254-35-69

2. Elektron ünvanı: lsu.edu.az

3. Faks nömrəsi: (+994) 025 255-25-88

Kafedra müdri: k.ü.f.d., dosent İsa Hüseynov

Facebook Youtube