E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

"Biologiya və tibbi biliklər” kafedrası haqqında məlumat

“Biologiya və tibbi biliklər” kafedrası 2018-ci ildə “Kimya və biologiya” kafedrasının əsasında yaradılıb. Kafedra respublikanın orta ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. Kafedranın nəzdində 1 tədris laboratoriyası - Biologiyanın tədrisi laboratoriyası fəaliyyət göstərir və 5 biologiya üzrə fəlsəfə doktoru -dosent, 2 fəlsəfə doktoru, baş müəllim, 1 nəfər baş müəllim, 4 nəfər müəllim, 1 laboratoriya müdiri və 1 laborant çalışır. Kafedrada biologiya istiqamətində “Ekoloji monitorinq və genomun ətraf mühitin zərərli təsirindən qorunması mövzusunda elmi-tədqiqat işləri aparılır.

Biologiya istiqamətinin əsas vəzifələri:

1. Ətraf mühitin ekoloji monitorinqi

2. Ətraf mühitin mutagen və konsorogen təsirli maddələrinin müəyyən edilməsi.

3. Subtropik bitkilərdən alınmış ekstraktiv maddələrlə mühitin zərərli amillərinin modifikasiyası.

Bakalavr:

- Kimya və biologiya müəllimliyi

Magistr:

- Biologiya fənninin tədrisi metodikası və metodologiyası.

Bakalavr pilləsi üzrə tədris olunan fənlər:

1. Botanika-1

2. Zoologiya-2

3. Bitki fiziologiyası

4. Sitologiya.

5. Biokimya və molekulyar biologiya

6. Genetika və seleksiya

7. Mikologiya

8. Tibbi biliklərin əsasları

9. Anatomiyanın tədrisinin məktəb kursu

10. S/f Ümumtəhsil kurrikulum islahatının əsasları

11. Fərdi inkişafın tədrisinin məktəb kursu

12. Fiziologiyanın tədrisinin məktəb kursu

13. Uşaq anatomiyası və fiziologiyasının əsasları

14. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

15. Heyvanların anatomiyası-2

16. Biologiya (Canlı sistemlərdə enerji)

17. Pediatriya və gigiyenanın əsasları

18. Tibbi biliklərin əsasları

19. Heyvanlar aləmi

20. Zoologiya

21. Mikroorqanizmlərin ekologiyası

22. Bioloji kimya

23. İnsan biologiyası

24. İnsan anatomiyası

25. Biomüxtəliflik və onun qorunması

26. İnsan və heyvan fiziologiyası

27. Zoologiya-1

28. Sitologiya, histologiya, embriologiya

29. Həyat bilgisi və onun tədrisi metodikası

30. Botanika-2

31. S|f Botanikanın tədrisinin məktəb kursu

32. Histologiya

33. Biologiyanın tədrisi metodikası

34. S\f Zoologiyanın tədrisinin məktəb kursu

Magistratura pilləsi üzrə tədris olunan fənlər:

“Biologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə:

1. Biologiyanın tədrisi metodikasının müasir problemləri

2. S\f Biologiyanın müasir problemləri

3. S\f Botanikanın tədrisi metodikası

4. Botanikanın tədrisi metodikasının tarixi və metodologiyası

5. Biologiya dərslərində interaktiv təlim

6. Bioloji qanun və nəzəriyyələrin öyrədilməsi

7. Biolgiyanın tədrisinin təkmilləşdirilməsinin başlıca istiqamətləri

8. Ümumi biologiyanın tədrisi metodikası

9. Tədqiqat üsulları

10. Biologiyanın tədrisi metodikasının elmi əsasları

11. Məktəb biologiya kursunun elmi-nəzəri əsasları

12. Bioloji anlayışların tədrisi metodikası

13. AMTMOF (Biologiyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi)

14. S\f Zoologiyanın tədrisi metodikası

Kafedraya Ramiz Zeynulla oğlu Şəmmədov əvəzçiliklə rəhbərlik edir

O, 09.05. 1968 – ci ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. 1993 – cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 2004 – cü ildə AMEA – nın Genetika və Seleksiya institutunda (indiki Genetik Ehtiyatlar intitutunda) namizədlik dissertasiyası ilə müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2010 – cu ildən “Genetika” ixtisası üzrə dosentdir. 2010 – cu ildən 2016 cı ilədək LDU – nun elmi işlər üzrə prorektoru olmuşdur. 2013 – cü ildən 2016 – cı ilədək LDU – nun “İqtisadi informatika və ekologiya” kafedrasının müdir əvəzi olmuşdur. 9 sentyabr 2016 – cı ildən LDU –nun Təbiyyat fakültəsinin dekan vəzifəsini icra edir. 09 fevral 2017-ci ildən Təbiyyat fakültəsinin dekanıdır. 71 elmi işin müəllifidir. 1 monaqrafiya, 1 dərs vəsaiti, 7 proqram müəllifidir. Hal – hazırda AMEA – nın Genetik Ehtiyatlar institutunda elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir.

Məmmədhüseyn Babalı oğlu Hüseynov

biolgiya üzrə fəlsəfə doktoru, dosent

03 dekabr 1962-ci ildə Lerik rayonun Osnağakücə kəndində anadan olmuş, 1989-cu ildə Bakı Dövlət Univesitetinin Biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.O, 1993-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda "Feyxoa meyvələrindən alınmış ekstraktların antimutagen aktivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1994-cü ildə Lənkəran Dövlət Universitetinin “Kimya və biologiya” kafedrasının baş müəllimi, 1999-cu ildə isə müsabiqə yolu ilə “Kimya və biologiya” kafedrasına müdir vəzifəsinə seçilmişdir. Məmmədhüseyn Hüseynov genetika sahəsi üzrə mütəxəssisdir, 60-a qədər elmi əsərin, o cümlədən, 1 dərslik, 2 dərs vəsaiti, 5 metodiki vəsait, 8 proqramın müəllifidir. Hal-hazırda Məmmədhüseyn Babalı oğlu Hüseynov “Biologiya və tibbi biliklər” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır.

Sevinc İlyas qızı Hüseynova

biolgiya üzrə fəlsəfə doktoru, dosent.

1980-cı ildə ADU-nun biologiya fakultəsini fərglənmə diplomu ilə bitirmişdir.1980-1983-cü illərdə Lənkəran şəhər 3 nömrəli məktəbində kimya və biologiya müəllimi işləmişdir. 1983-cü ildə AMEA-nin A.İ.Qarayev adına Fiziologiya İnstitutunun aspiranturasına əyani şöbəyə daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1987-1992-ci ilədək baş laborant vəzifəsində çalışmışdir. 1992-ci ildə Sevinc Hüseynova “Biofizika” ixtisası üzrə “ Visseral orqanların toxuma və membranlarında lipidlərin perekisli oksidləşməsində hipotalamik nüvələrin iştirak xüsusiyyətləri” mövzusunda namizədlik disseryasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1992-1995-ci ilədək elmi işçi, 1996-cı ildən 2009-cu ilədək böyük elmi işçi, 2009-cu ildən aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-cu ildə biofizika ixtisası üzrə “dosent” elmi dərəcəsi almışdır. S.İ.Hüseynova 1991-ci ildən “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasıda işləyir. Hazırda “Azərbaycanin müxtəlif coğrafi zonalarında uzunömürlülərin adaptiv xüsusiyyətləri. Qocalmaya təsir edən faktorlar” adlı doktorluq mövzusu üzərində işləyir. 62 elmi əsərin müəllifidir. Hal- hazırda Lənkəran Dövlət Universitetində “Biologiya və tibbi biliklər” kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.

Elvin Ərkan oğlu Əliyev

biologiya üzrə fəlsəfə doktoru, dosent

Elvin Ərkan oğlu Əliyev 01 yanvar 1989 - cu il tarixində Astara rayonun Vaqo kəndində ziyalı ailəsində anadan olmuşdur. 2006 – cı ildə Astara rayonu Z.Əhmədzadə adına 2 saylı Pensər kənd tam orta məktəbini bitirdikdən sonra Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetinə daxil olmuş və 2010 - cu ildə Univesitetin Biologiya bölümündən fərqlənmə ilə məzun olmuşdur. Həmin il Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsinə daxil olmuş və 2012 - ci ildə Tibbi biokimya ixtisası üzrə “Tiroid xəstəliyi” mövzusunda magistratura işini müdafiə etmişdir. 2012 - ci ildə Atatürk Üniversiteti Tibb Fakultəsinin doktoranturasına daxil olmuş və 2015 - ci ildə Tibbi biokimya ixtisası üzrə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. Uzun müddət Türkiyə Respublikasının Universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərmiş, Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında teorik və pratik dərslər tədris etmişdir. O, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Genetika İnistitutunda İnsan genetikası bölməsinin rəhbəri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Üniversitetinin Elmi Katibi vəzifəsində çalışmışdır. Elvin Əliyev dünyanın aparıcı jurnallarında bir sıra elmi-metodik işlər dərc etmiş və əsərlərinə, Amerika, İtalya, İspanya, İngiltərə, Almanya, Fransa kimi ölkələrdən 100-ə yaxın istinad verilmişdir. Xərçəng xəstəliyi istiqamətində Elmlər Doktorluğu proqramı üzrə çalışan Əliyev, hal hazırda Lənkəran Dövlət Üniversitetinin Elm şöbəsinin müdiri və həmçinin “Biologiya və tibbi biliklər” kafedrasının dosentidir. Ailəlidir və 2 övladı var.

Məryəm Rzabala qızı Şəfiyeva

Biologiya üzrə fəlsəfə doktoru, dosent

29 dekabr 1949-cu il Lənkəran rayonunun Boladi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Biologiya üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin əməkdaşıdır. O, hazırda 40 elmi əsərin, bir neçə monoqrafiya, dərs vəsaiti və tədris proqramlarının müəllifidir. Elmi-tədqiqat sahəsi biologiya elmləri üzrə olub, mikrobiologiya, biokimya, genetika, sitologiya və s. bu kimi bioloji problemləri tədqiq və tədris edir. O, elmi-tədqiqala yanaşı, elmi-pedaqoji fəaliyyət göstərir. 40 elmi əsər (məqalə və tezislər), 1 monoqrafiya, 3 kitab, 4 tədris proqramı, 15 xaricdə çıxmış elmi əsərlərin müəllifidir.

Sevər Adil qızı Ağayeva

biolgiya üzrə fəlsəfə doktoru, baş müəllim.

1974-cü ildə Lənkəran rayonu Rvo kəndində anadan olub. 1991 ci ildə Rvo kənd orta məktəbini bitirib.1992-1998-ci illərdə Lənkəran Dovlət Universitetinin Biologiya ixtisasında təhsil alıb. 2000 ci ildə Lənkəran Dovlət Universitetində “Botanika və Zoologiya” laboratoriyasının müdiri vəzifəsinə təyin olunub. 2006 ci ildə Lənkəran Dovlət Universitetində müsabiqə yolu ilə müəllim seçilib.2010-cu il “Hirkan Milli Parkın meşələrində mikoriza əmələgətirən bazidial göbələklər” mövzusu üzrə dissertasiya işi mudafiə etmişdir. Biologiya elmləri üzrə fəlsəfə doktorudur 18 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Hal-hazırda Lənkəran Dovlət Universiteti Biologiya və tibbi biliklər kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışır.

Səlamət Nurağa oğlu Nadirov

Biologiya üzrə fəlsəfə doktoru, baş müəllim

1964-cü ildə Siyəzən şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə həmin fakültəni “Bioloq, biologiya və kimya müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda böyük laborant, kiçik elmi işçi vəzifələrində işləmişdir. 1989-1992-ci illərdə Rusiya Elmlər Akademiyasının İ.D.Papanin adına Daxili Suların Biologiyası İnstitutunun aspiranturasında təhsil alıb. 1992-ci ildə 2006-cı ilə kimi həmin İnstitutun “Balıqların ekologiyası” laboratoriyasında böyük laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 1997-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2007-2015-ci illərdə AzərETBTİ-in “Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması” laboratoriyasının müdiri və İnstitutun elmi katibi vəzifələrində çalışmışdır. 2015-2017-ci illərdə ADDA-nın “Dəniz daşımaları və naviqasiya” kafedrasında dosent vəzifəsində işləmişdir. 2017-ci ildən AzərETBTİ-də laboratoriya müdiri və eyni zamanda Lənkəran Dövlət Universitetində ixtisası üzrə 0.5 ştat baş müəllim vəzifəsində çalışır.

Əhmədağa Bahadır oğlu Tahirov

baş müəllim

Tahirov Əhmədağa Bahadır oğlu 1950-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi, 1974-cü ildə isə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1974-cü ildə Lerik rayonunun Vizəzəmin, 1983-cü ildən isə Lənkəran rayonunun Nərimanabad və Osakücə kənd xəstəxanalarında həkim və baş həkim vzifələrində işləmişdir. 1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. Hal-hazırda “Biologiya və tibbi biliklər” kafedrasının baş müəllimidir və “Tibbi biliklərin əsasları” fənninin tədris edir.

Nərmin Natiq qızı Salayeva

müəllim

1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini, 2010-cu ildə isə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirmiş, həkim-terapevt ixtisasına yiyələnmişdir. Lənkəran Sağlamlıq mərkəzsində həkim-terapevt vəzifəsində çalışır. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında, 2018-ci ildən isə “Biologiya və tibbi biliklər” kafderasında “Tibbi biliklərinə əsasları” fənnini tədris edir.

Murad Ağaddin oğlu Şahverdiyev

müəllim

17 yanvar 1991-ci il tarixində Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. 1997-ci ildə Ləj kənd tam orta məktəbinə daxil olmuş və 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Elə həmin ildə də Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasına daxil olmuşdur. 2012-ci ildə universitetin Biologiya ixtisası üzrə bakalavr pilləsini bitirmiş və magistratura üzrə təhsilini davam etdirmişdir. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Botanika ixtisasının magistratura pilləsini bitirmişdir. 02.09.2013-cü ildən 20.05.2014-cü ilə qədər Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində biologiya müəllimi vəzifəsində çalışmışdır. 20.05.2014-cü il tarixindən 12.09.2017-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 13.09.2017-ci il tarixindən Lənkəran Dövlət Universitetində Biologiya laboratoriyasının müdiri və eyni zamanda müəllim kimi fəaliyyət göstərir. “Ekologiya” ixtisası üzrə doktorantdır. 7 elmi əsərin müəllifidir.

Gülmayə Sahib qızı Əkbərova

müəllim

Əkbərova Gülmayə Sahib qızı 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1978-ci ildə 13 nömrəli Sumqayıt şəhər kimya təmayüllü orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə həmin institutun pediatriya fakültəsini bitirmiş Sumqayıt şəhər xəstəxanasına təyinat almışdır. Bir müddət Lənkəran uşaq evində həkim, Kərgəlan həkim məntəqəsində həkim, sonradan isə Aşağı Nüvədi həkim mntəqəsində həkim işləmişdir. 1997-ci ildən Lənkəran Tibb Kollecində saathesabı, 2000-ci ildən isaə ştat üzrə müəllim vəzifəsində çalışıb. 2018-ci ildə isə Lənkəran Dövlət Universitetində 0.5 ştat müəllim kimi çalışır.

Yaşar Nurəddin oğlu Kazımov

müəllim

31 yanvar 1978-ci ildə Lənkəran rayonu Marso kəndində anadan olmuşdur. 1983-1994-cü illərdə indiki T.Zamanov adına Marso (indiki Ürgə) kənd orta məktəbində ibtidai təhsilini almışdır. 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin “Biologiya” ixtisasında bakalavr təhsili almışdır. Elə həmin il Lənkəran Dövlət Universitetində “Ekologiya” (Biologiya istiqaməti üzrə) ixtisasının magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 1999-cu ildən T.Zamanov adına Ürgə (əvvəlki Marso) kənd orta məktəbində müəllim işləyir. Bu illər ərzində məktəb psixoloqu, tədris işləri üzrə direktor müavini vəzifələrində də çalışmışdır. Eyni zamanda 2018-ci ildən Lənkəran Dövlət Universitetində ixtisası üzrə saat hesabı kimi müəllim vəzifəsində çalışır.

1. Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Abdullayev küçəsi, 19, 2 saylı korpus

2. Telefon: 4-28-11 (114)

3. Elektron ünvanı: lsu.edu.az

4. Faks nömrəsi: 5-25-88

Kafedra müdiri əvəzi:

R.Z.Şəmmədov

Facebook Youtube