E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

"Tarix və onun tədrisi metodikası” kafedrası haqqında məlumat

“Tarix və onun tədrisi metodikası” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Kafedra 1991-ci ildə “Azərbaycan tarixi”, 2002-ci ildən “Tarix və fəlsəfə” , 2016-cı ildən isə “Tarix və onun tədrisi metodikası” adı altında fəaliyyət göstərir. Son illərdə kafedrada 17 magistr dissertasiya işi müdafiə edilmişdir. Magistrantların elmi-tədqiqat işlərinə kafedranın yüksək ixtisaslı əməkdaşları ilə bərabər AMEA-nın elmi mütəxəssisləri rəhbərlik etmişlər. Son beş ildə kafedra əməkdaşları tərəfindən 1 metodik vəsait, 5 dərs vəsaiti, 90-dan çox elmi məqalə və tezislər çap olunmuşdur. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri respublikanın və bir sıra xarici ölkələrin elmi jurnallarında çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə bütün proqramlar təhsilin məzmununa uyğun, müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir. “Tarix və onun tədrisi metodikası” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır.“Tarix və onun tədrisi metodikası” kafedrası 050114-Tarix və coğrafiya müəllimliyi, 050113-Tarix müəllimliyi, 050301- Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə bakalavr və 060111-Tarixin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsil səviyyəsinə görə ixtisaslaşmışdır. 2018/2019-cu tədris ilində “Tarix və onun tədrisi metodikası” kafedrasında 11 əməkdaş çalışır. Onlardan 1 nəfəri tarix elmləri doktoru, professor, 3 nəfəri tarix elmləri namizədi, dosent, 1 nəfəri tarix üzrə fəlsəfə doktoru, baş müəllim, 2 nəfəri tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfəri baş müəllim, 2 nəfəri isə müəllimdir. Kafedraya yarandığı gündən bu günə kimi prof.H.Əzimov, prof.T.Mustafazadə, dos.Ə.Baxşıyev, prof.S.Talışlı, dos.R.İbadov müəyyən vaxtlarda rəhbərlik etmişlər. Hal hazırda kafedraya müvəqqəti olaraq tarix üzrə fəlsəfə doktoru, dosent Mahmudov Kamal Fətulla oğlu rəhbərlik edir.

Kafedra üzrə tədris olunan əsas fənlər aşağıdakılardır:

Bakalavriat:

1. Azərbaycan tarixi

2. Müasir tarix

3. Şərqi Avropa xalqları tarixi

4. Asiya və Afrika ölkələri tarixi

5. Türk xalqları tarixi

6. Qafqaz xalqları tarixi

7. Yeni tarix

8. Arxeologiya

9. Qədim dünya tarixi

10. Orta əsrlər tarixi

11. Tarixin tədrisi metodikası

12. Azərbaycan tar.təd.mək.kursu

13. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

14. Numizmatika

15. Etnoqrafiya

16. Arxivşünaslıq

17. Muzeyşünaslıq

18. Dünya muzeyləri

19. Muzey işinin təşkili və idarə olunması

20. Mədəniyyət və incəsənət sahələrinin marketinqi

21. Muzeydən kənar tarixi və mədəniyyət abidələrinin mühafizəsi və istismarı

Magistratura:

1. Məktəblərdə Azərbaycan tarixinin tədrisi metodikası

2. AMTMOF (Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması)

3. Tarixin tədrisinin təşkili

4. Qədim dövr tararixinin tədrisi metodikası

5. Orta əsrlər tararixinin tədrisi metodikası

6. Müasir tararixin tədrisi metodikası

7. Tarix fənninin tədrisi metodikasının müasir problemləri

8. Yeni tarixin tədrisi metodikası

9. Tarix fənninin tədrisi metodikasının tarixi və metodologiyası

10. Tarixin tədrisimetodikasının elmi-nəzəri əsasları

Kafedra müdiri haqqında məlumat:

Məmmədov Arif Məhəmməd oğlu,Tarix elmləri doktoru , professor.

Məmmədov Arif Məhəmməd oğlu25 fevral1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini arxeologiya istiqamətində davam etdirərək “Gəncəbasar IV – XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” adlı dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi adını almışdır. Bərdədə apardığı arxeoloji qazıntılar nəticəsində orada 3000 illik şəhər mədəniyyətinin olduğunu, Gəncədə Antik və İlk orta əsr şəhər yerini müəyyənləşdirmişdir. 2004-cü ildə “Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər)” adlı doktorluq dissertasiya işini müdafiə edərək Tarix elmləri doktoru elmi adını almışdır. Arif Məmmədov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “İlk Orta əsrlər arxeologiyası” şöbəsinin rəhbəridir.Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında pedaqoji fəaliyyət göstərmişdir.

Mahmudov Kamal Fətulla oğlu,tarix üzrə fəlsəfə doktoru, dosent.

Mahmudov Kamal 1965-ci ildə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Tarixçi və tarix müəllimi” ixtisasını bitirmişdir.

2014-cü ildə “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi proseslər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə müsabiqə yolu ilə dosent vəzifəsinə seçilmişdir. Kamal Mahmudov 1998-ci ildən Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasında müəllim, baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1999-2006-cı illərdə Lənkəran Dövlət Universitetindədekan müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən “Humanitar fənlər” kafedrasında fəaliyyətini davam etdirir. Eyni zamanda 2016-ci ildən Humanitar fakültənin dekanı vəzifəsini icra etmiş, 2018-ci ildə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir, bununla yanaşı müvəqqəti olaraq “Tarix və onun tədrisi metodikası” kafedrasında müdir vəzifəsini də icra edir.

3 proqram, 33 elmi məqalə və tezisin müəllifidir.

e-mail adresi:kamal-1965@mail.ru

Kafedra əməkdaşları haqqında məlumat:

Baxşıyev Əliağa Arif oğlu.Tarix elmləri namizədi,dosent

Baxşıyev Əliağa Arif oğlu10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olmuşdur. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil almışdır. 1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi işıəmişdir. 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasına rəhbərlik etmiş,2012- 2016-cı illərdə kafedrada dosent vəzifəsində çalışmış, 2016-2018-ci illərdəyenidən “Tarix və onun tədrisi metodikası”kafedrasının müdiri vəzifəsində işləmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan tarixinin tarixşünaslığı istiqamətində elmi – tədqiqat işini davam etdirir.Dos.Ə.A.Baxşıyev 3 dərs vəsaiti,1 proqram,19 elmi məqalənin müəllifidir.

e-mail adresi: aliaga_arif@ mail.ru

İbadov Rakif Hüseyn oğlu Tarix elmləri namizədi,dosent

İbadov Rakif Hüseynoğlu 1955-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix ixtisasında təhsil almışdır.Universiteti bitirdikdən sonra Lənkəran rayon Nərminabad qəsəbə və Boladı kənd məktəblərində müəllim və direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində elmi və pedaqoji fəaliyyəti davam etdirərək kafedra müdiri, dekan, elmi katib, tərbiyəvi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2005-ci ildə tarix elmləri üzrənamizədlik dissertasiyasını müdafiə etmişdir. Hazırda “H.Əliyev və Azərbaycan Respublikasının Cənub-Şərq bölgəsinin sosial iqtisadi inkişafı”(1969-2003-cü illər) mövzusunda doktorluq elmi işi üzərində işləyir.30-a yaxın elmi məqalənin, 1 dərs vəsaiti və 1 fənn proqramının müəllifidir.

e-mail adresi:rakif_ibadov@mail.ru

Hüseyn Fəxrəddin Şahbaz oğlu Tarix elmləri namizədi,dosent

Hüseyn Fəxrəddin Şahbaz oğlu 1955-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitutunun Şərqşünaslıq fakultəsinin fars dili şöbəsinə daxil olmuşdur.1976-cı ildə həmin fakültəni bitirmişdir. 1977-ci ildə Lənkəran rayonunun Sütəmordov kənd orta məktəbində fars dili müəllimi işləmişdir. 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 2006-cı ildə “İran-Azərbaycan siyasi münasibətləri (1991-1997)” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışır. “Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikasının rolu və yeri” mövzusunda elmi araşdırmalar aparır.1 dərs vəsaiti, 1 proqram və 30-a yaxın elmi məqalənin müəllifidir.

e-mail adresi:siyavar@box.az

Kəlbiyev Həşim Adil oğlu baş müəllim

Kəlbiyev Həşim Adil oğlu1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin məzunu olmuşdur. Bir müddət Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ilin fevralından Lənkəran Dövlət Universitetində çalışır. Dövrü mətbuatda, elmi jurnallarda 40-a yaxın məqalə, 1 kurator işinə dair metodik vəsait və6 kitabın müəllifidir.

e-mail adresi:h.kalbiyev@ box.az

Məcidova Leyla Qadir qızı tarix üzrə fəlsəfə doktoru, müəllim

Məcidova Leyla Qadir qızı 08.08.1976-cı ildə Lənkəran rayonunun Səpnakəran kəndində anadan olmuşdur. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir.1995-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuş, qiyabi şöbədə təhsil almaqla bərabər 1995-2002-ci illərdə universitetin müxtəlif kafedralarında laborant vəzifəsində çalışmışdır. 2002-ci ilədəLDU-nun Magistraturasını fərqlənmə diplomu ilə bitirmiş və LDU-nun Tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda “Tarix və onun tədrisi kafedrası”-nda müəllim işləyir. “XIX əsrin sonu XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial iqtisadi vəziyyəti” mövzusunda tarix ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 40-dan artıq tezis və məqalənin müəllifidir.

e-mail adresi: l.məcidova@mail.ru

MəmmədovEldar Əsəd oğlu baş müəllim

MəmmədovEldar Əsəd oğlu 1959-cu il iyulun 9-da Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.1976-cı ildə Lənkəran şəhər 4 saylı məktəbin rus bölməsini bitirərəkAzərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Lənkəran şəhər 7 və 4 saylı orta məktəblərdə müəllim işləmişdir.1999-cu ildən Lənkəran Dövlət Universitetində çalışır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası“ kafedrasınınbaş müəllimidir, 1 monoqrafiyanın, 6 elmi məqalənin müəllifidir.

e-mail adresi:e.məmmədov@mail.ru

Cəfərov Mayis Vəliməmməd oğlu tarix üzrə fəlsəfə doktoru, müəllim

Cəfərov Mayis Vəliməmməd oğlu 1968-ci ilin may ayının 22-də Lənkəran rayonun Velədi kəndində anadan olmuşdur. 1996-cı ildə M.F.Axundov adına APİ-nun əyani şöbəsinin “Rus dili və ədəbiyyatı”, 1998-ci ildə isə BDU-nun Tarix fakultəsinin qiyabi şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildən başlamış, 01.IX.1999-cu ildən Lənkəran Dövlət Universitetində çalışır. 2017-ci ildən “Tarix və onun tədrisi metodikası” kafedrasının 0,5 ştat müəllimidir. 2016-cı ildə Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Azərbaycan Respublikasının Cənub-Şərq regionunun numizmatik tapıntıları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi» mövzusunda dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda «Orta əsr zərbxana şəhərləri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 24 elmi məqalənin müəllifidir.

e-mail adresi:mayis1968@mail.ru

Bayramov Müşviq Cabir oğlu, tarix üzrə fəlsəfə doktoru, baş müəllim

Bayramov Müşviq Cabir oğlu 1976-cı ildə anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr səviyyəsini, 2006-cı ildə isə “Arxeologiya və etnoqrafiya” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə “Azərbaycanın orta əsr kənd tipli yaşayış yerləri (IX-XIII əsrin əvvəlləri)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildən Lənkəran Dövlət Universitetində baş laborant, tyutor, tədris hissəsinin inspektoru, rektor köməkçisi, elmi katib vəzifələrində çalışmışdır. Hal-hazırda Humanitar fakültənin dekan müavini, kafedranın 0,5 ştat müəllimidir.4 proqram, 34 elmi məqalə və tezisin müəllifidir.

e-mail adresi: mushfiq76@mail.ru

İmanlı Asif Abdulağa oğlu müəllim

İmanlı Asif Abdulağa oğlu 24 iyul 1974-cü il tarixində Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuşdur.1991-ci ildə Avrora qəsəbə orta məktəbini, 1997-ci ildə Lənkəran Dövlət Universitetini, 1999-cu ildə LDU-nin magistraturasını bitirmişdir. 1999-2013-cü illərdə Lənkəran rayonun müxtəlif kəndlərində müəllim, direktor müavini, vədirektor vəzifələrində çalışmışdır. 2013-2015-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində işləmişdir. 2016-cı il tarixindən Lənkəran Dovlət Universitetində çalışır. Hal-hazırda“Tarix və onun tədrisi metodikası” kafedrasında 0,5 ştat müəllim vəzifəsində işləyir. 28 iyun 2017-cı ildə "XVIII əsrin birinci 30 ilində Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti (C.Bel və İ.Q.Gerberin əsərləri əsasında)" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 9 elmi məqalənin müəllifidir.

e-mail adresi:asif.imanli1974@mail.ru

Məlikli Nurlanə Əlirza qızı müəllim

Məlikli Nurlanə Əlirza qızı 1992-ci il 10 avqust tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universietinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisasına qəbul olmuşdur. 2013-cu ildə bakalavr təhsilini bitirdikdən sonra Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər və Diplomatiya” ixtisası üzrə magistraturaya qəbul olmuş və 2015-ci ildə oranı bitirərək magistr dərəcəsi almışdır. 2017-ci ildə Lənkəran Dövlət Universietinin 5503.02 – “Vətən tarixi” ixtisası üzrə fəlsəfə doktoru dissertanturaya qəbul olmuşdur. Hazırda “Azərbaycan Xalq Cümhuriyyəti parlamentində regional təmsilçilik” adlı fəlsəfə doktoru dissertasiyası üzərində işləyir. 03.11.2016-20.07.2017-ci ilədək Lənkəran Dövlət Universiteti Elm və Beynəlxalq Əlaqələr şöbəsinin Magistratura və Doktorantura işləri üzrə mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 19.09.2018-ci ildən etibarən LDU “Tarix və onun tədrisi metodikası” kafedrasında 0,5 ştat müəllimdir. 5 elmi məqalə və 9 tezisin müəllifidir.

e-mail adresi: nurlanaməlikli@gmail.com

Facebook Youtube