E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Coğrafiya və ekologiya” kafedrası haqqında məlumat

“Coğrafiya və ekologiya” kafedrası 1992-ci ildə “Coğrafiya və biologiya” adı altında yaranmış, 1994-cü ildə “Coğrafiya və ekologiya” kafedrası, 1995-ci ildə “Ətraf mühitin mühafizəsi” kafedrası kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən hal-hazıra kimi “Coğrafiya və ekologiya” kafedrası kimi faəliyyət göstərir.

Kafedraya 1992-1997-ci illərdə prof.Ş.Y.Göyçaylı, 1997-1998-ci illərdə prof. A.Aslanov, 1998-2002-ci illərdə prof.A.Qurbanzadə, 2002-2007-ci illərdə dos.B.Şahbazov, 2007-2008-ci illərdə dos.R.Əliyev, 2009-2016-cı illərdə dos.B.Şahbazov rəhbərlik etmişlər. 09 fevral 2017-ci il tarixindən kafedraya müsabiqə yolu ilə seçilmiş coğrafiya elmləri namizədi, dos.Z.B.Ağayev rəhbərlik edir.

2011-ci ildən “Coğrafiya və ekologiya” kafedrasında 2 istiqamət (Coğrafiya və ekologiya), 2 problem (Coğrafi problemlərin həllində modelləşdirmə və Lənkəran regionunda ekoloji tarazlığın qorunması) və 2 mövzu (Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili) üzrə elmi-tədqiqat işləri aparılır.

Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri mövzusu üzrə 3 elmi-tədqiqat işi, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili mövzusu üzrə isə 2 elmi-tədqiqat işi aparılır.

Kafedrada-“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə kadr hazırlanır. “Coğrafiya və ekologiya” kafedrası təşkil olunduqdan bu günə kimi təhsilin bakalavr pilləsi üzrə 900-ə qədər kadr hazırlanmışdır.Kafedrada eyni zamanda “Coğrafiya” istiqaməti üzrə “Fiziki coğrafiya”, “İqtisadi və sosial coğrafiya”, “Biocoğrafiya”, “Təbitətdən isitfadə və təbiəti mühafizə” ixtisasları üzrə magistr kadrları da hazırlanmışdır. Hal-hazırda magistratura pilləsi üzrə “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” və “Ətraf mühitin mühafizəsi və metodologiyası” ixtisasları üzrə kadrlar hazırlanır.Kafedrada 3 fəlsəfə doktorluğu, 6 namizədlik işi yerinə yetirilmişdir.

2018-2019-cu tədris ilində kafedrada aşağıdakı tərkibdə müəllim heyəti çalışır: coğrafiya elmləri namizədi, dosent Ziyafət Ağayev, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sənan Əzizov, coğrafiya üzrə fəlsəfə doktoru,baş müəllim Gülnarə Məmmədova, baş müəllim Telman Bayramov, müəllimlərdən Qalib Əmənov, Cavidan Əliyev,Ülkər Babayeva və Samir Salayev,baş laborant Aygül Həmidova çalışır.

Kafedrada coğrafiya ixtisası üzrə təhsil alan tələbələr bir neçə il ardıcıl olaraq Respublikada keçirilən fənn olimpiadasının və Tələbə Elmi Cəmiyyətinin qalibi olmuşlar.

“Coğrafiya və ekologiya” kafedrasında tədris olunan fənnlər:

a) Bakalavr səviyyəsi üzrə

1. Ümumi yerşunaslıq

2. Geodeziya, topoqrafiyanın əsasları və kartoqrafiya

3. Geomorfologiya

4. Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə

5. Biocoğrafiya

6. Geologiya

7. Meteorologiya və iqlimşünaslıq

8. Azərbaycanın fiziki coğrafiyası

9. Materik və okeanların fiziki coğrafiyası-1

10. Coğrafiyanın tədrisi metodikası

11. Hidrologiya

12. Azərbaycanın iqtisadi coğrafiyası

13. Materik və okeanların fiziki coğrafiyası-2

14. S/f (Azərbaycanın fiziki coğrafiyası tədrisinin məktəb kursu) (xəritədə işləmək)

15. Dünyanın iqtisadi və sosial coğrafiyası -1

16. Ekologiya və təbiətin mühafizəsi

17. Əhali coğrafiyası

18. Landşaftşünaslıq

19. S/f (Azərbaycanın iqtisadi coğrafiyası tədrisinin məktəb kursu) (xəritədə işləmək)

20. Dünyanın iqtisadi və sosial coğrafiyası -2

21. Kurikulum islahatlarının əsasları

22. S/f Bitki coğrafiyası

23. Torpaqşünaslıq

24. Ümumi ekologiya

25. Biosferin ekoloji xüsusiyyətləri və mühafizəsi

26. Ekoloji tədqiqat metodları

27. Coğrafiyanın ekoloji əsasları

28. Ekoloji monitorinq

b) Magistr səviyyəsi üzrə

1. S/f (Coğrafi anlayış və təsəvvürlərin formalaşması)

2. Xəritə və digər kartoqrafik işlər üzərində aparılan işlər (kartoqrafiya tədrisində diyarşünaslıq prinsipi)

3. AMTMOF (Coğrafi biliklərin qiymətləndirilməsi)

4. CTM pedaqoji və psixoloji əsasları

5. Məktəb coğrafiyasının elmi nəzəri əsasları

6. Fiziki coğrafiyanın tədrisində anlayış və formalar

7. S/f Coğrafiya kabinələri və meydançasında aparılan işlər

8. S/f Tədqiqat üsulları

9. Coğrafiyanın tədrisinin müasir problemləri

10. Coğrafiyanın tədrisi metodikasının tarixi və metodologiyası

11. Məktəb coğrafiyasında İKT-dən istifadə

12. Coğrafiyanın təlim vasitələri

13. İqtisadi coğrafiyanın tədrisində anlayış formaları

14. Coğrafiya dərslərində interaktiv təlim

15. Sahil zonalarının ekologiyası və mühafizəsi

16. Ekocoğrafi rayonlaşdırma

17. AMTMOF (Azərbaycanın ekoloji problemləri)

18. Biomüxtəlifliyin mühafizəsində landşaft bərpasının əhəmiyyəti

19. Ekologiyada tədqiqatlar

20. Ekoloji idarəetmədə nəzarətin rolu

21. Ekologiyanın müasir problemləri

22. Ekologiyanın tarixi və metodologiyası

23. Ətraf mühitin kompleks təhlili

24. Ekoloji norma və standartlar

25. Atmosfer çirklənmələrinin tədqiqi

26. Ekoloji ekspertiza və lahiyələndirmə

27. Turizm marşrutları və ekskursiya işinin təşkili

28. Ekoloji turizm

29. Muzey turizmi

30. Turizm və ətraf mühitin mühafizəsi

c) Qeyri-ixtisas qruplarında

1. Beynəlxalq turizmin coğrafiyası

2. Ekoloji turizm

3. Turizm marşrutları və ekskursiya işinin təşkili

4. S/f (Turizmdə bələdçilik işinin təşkili)

5. S/f (Turizmdə təbiət abidələrinə ekskursiyaların təşkili)

6. Səyahət agentlikləri və tur operatorluq

7. Geodeziya və yer quruluşu

8. Geodeziya

9. Ekologiya

10. S/f (Coğrafi informasiya sistemləri)

11. S/f (Azərbaycanın ekoloji vəziyyəti və problemləri.Yamacların dayanıqlıq məsələlərinin tədqiqi)

12. S/f (Sənaye,məişət,k/t tullantıları və onların idarə edilməsi.Meliorasiya sistemlərinin istismarı və monitorinqi)

13. Ətraf mühitə təsirin qiymətləndirilməsi

14. Meliorasiya və rekultativ işinin ekoloji əsasları

15. S/f (Ətraf mühitə nəzarət cihazları.Zərərli tullantılardan ətraf mühitin mühafizəsi)

Kafedra müdiri haqqında məlumat

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Ağayev Ziyafət Bilal oğlu.

Kreativagayev@gmail.com

Ağayev Ziyafət Bilal oğlu- 1955-ci ildə anadan olmuş. 1977-ci ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğraf və Coğrafiya müəllimi” ixtisasını bitirmişdir.

1977-ci ildə müəllim, 1985-1990-cı illərdə Lənkəran şəhər Təhsil şöbəsində “Coğrafiya “- metodisti vəzifəsində işləmişdir.

1990-ci ildən 09.02.2017-ci ildən halhazıra kimi Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində çalışır.

2006-cı ildə “Lənkəran təbii vilayəti çaylarının su ehtiyatları və onun qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edib coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.

“Azərbaycanın fiziki coğrafiyası”, “Hidrologiya”, “Ekologiyanın müasir problemləri”, “Coğrafiyanın tədrisi metodikasının müasir problemləri”, ”Ətraf mühitin kompleks təhlili” fənnlərini tədris edir.

“Şərqi Azərbaycan çaylarının su ehtiyatları” monoqrafiyasının, “Ərazi ekoloji qovşaqlarının sosial coğrafiyası” kitabı, “Azərbaycanın fiziki coğrafiyası” dərs vəsaitinin,3 fənn proqramının,“Lənkəran təbii vilayəti çay sularının keyfiyyətinin qiymətləndirilməsi”, “Lənkəran təbii vilayəti çaylarının illik axımının antropogen amillərin təsiri nəticəsində dəyişməsi”,”Lənkəran təbii vilayəti çaylarının orta illik axımının hesablanması və hidroloji rayonlaşdırılması” və s. olmaqla 40-a qədər elmi məqalə və tezisin müəllifidir.

Müəllimlər haqqında məlumat

1. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əzizov Sənan Qərib oğlu. senan.ezizov.1958@mail.ru

Əzizov Sənan Qərib oğlu 1958-ci ildə anadan olmuşdur. 1983-cü ildə ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu (indiki ADPU) fərqlənmə diplomu ilə bitirmişdir.

1983-85-ci illərdə Lənkəran rayonunun Ləj kənd 8 illik məktəbində, 1985-1997-ci illərdə rayonun İstisu qəsəbə orta məktəbində coğrafiya müəllimi işləmişdir.

1997-ci ildən LDU-nun “Coğrafiya və ekologiya” kafedrasında çalışır.

2009-cu ildə “Lənkəran iqtisadi rayonu əhalisinin məskunlaşmasının idarə edilməsi və optimallaşdırılması yolları” mövzusunda dissertasiya müdafiə edərək, Coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda isə Lənkəran Dövlət Universitetində “Coğrafiya və ekologiya” kafedrasının dosenti vəzifəsində çalışır.

30–dan çox elmi məqalənin, monoqrafiya, bir metodiki vəsait və iki fənn proqramlarının müəllifidir.

2. Baş müəllim Bayramov Telman Bəhmən oğlu

bayramov.47@mail.ru

Bayramov Telman Bəhmən oğlu 1948-ci ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında tam ştat baş müəllim vəzifəsində çalışır.1976-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi”,1981-ci ildə “Baş müəllim”,1986-cı ildə “Metodist müəllim”,1987-ci ildə Lomonosov adına Universitetdə yenidənqurma kursun bitirib.“Regionların iqtisadi və sosial coğrafiyası”, “Materik və okenaların fiziki coğrafiyası”, “Geodeziya, topoqarfiyanın əsasları və kartoqrafiya fənlərini tədris edir. “Böyük Qafqazın cənub yamacında faydalı qazıntı sərvətlərinin istismarının ekoloji mühitə təsiri”, “Azərbaycanın təbii sərvətlərinin paylanmasında ekosistemin tərkib hissəsi olan relyefin rolu”, “Çay dərələrini formalaşdıran əsas amillər” və s. elmi məqalələri çap olunmuşdur.

3. Coğrafiya üzrə fəlsəfə doktoru.,baş müəllim Məmmədova Gülnarə Şahab qızı mammedova_gulnare@mail.ru

Məmmədova Gülnarə Şahab qızı 1978-ci il iyun ayının 17-də Lənkəran rayonunda anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin «Biologiya» ixtisasını, 2001-ci ildə isə həmən universitetin magistraturasının «Biocoğafiya» ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildən «Coğrafiya və ekologiya» kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ildən 2013-cü ilə qədər həmin kafedrada tam ştat müəllim vəzifəsində işləmişdir.

2013-2016-cı illərdə «İqtisadiyyat və idarəetmə» fakültəsində tyutor vəzifəsində işləmişdir. 2016-cı ildən «Coğrafiya və ekologiya» kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 2016–cı il may ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5409.01 «Geomorfologiya» ixtisasında «Kürün sol sahilinin Dördüncü dövrdəki paleoekologiyası» mövzusunda dissertasiya işini müdafiə etmiş və 2017-ci il iyul ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

4. Müəllim Əmənov Qalib Alışirin oğlu.

75winner@mail.ru

17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Coğrafiya” ixtsasının bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. Hazırda “Coğrafiya və ekologiya” kafedrasında fəaliyyət göstərir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Qarabağ müharibəsi veteranıdır.

5. Müəllim Əliyev Cavidan Rəhim oğlu

cavidan99@list.ru

09 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci il Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğrafiyaçı, coğrafiya müəllimi” ixtisasını, 2015-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun “Hidrometeorologiya” ixtisası üzrə magistr təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci il avqust ayında Milli Hidrometeorologiya departamentində “aparıcı mühəndis sinoptik” vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləyir. Eyni zamanda Xəzər Universitetində saat hesabı müəllim işləyir.

6. Müəllim Babayeva Ülkər Allahyar qızı

babayevauka@gamil.com

09 yanvar 1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuşdur.Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunmuş,2013-cü ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuş və həmin il Lənkəran Dövlət Universitetinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olunmuşdur.2016-cı ildə magistr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Geoekologiya” ixtisaslaşması üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə “Tarix və onun tədrisi metodikası” kafedrasının laborantı vəzifəsində çalışmışdır.Hazırda Lənkəran Dövblət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasının müəllimi və doktorantıdır. Həmçinin Lənkəran Dövlət Universitetinin Elm şöbəsinin elmi işlər üzrə mütəxəssisidir.13-dən artıq elmi əsərin müəllifidir.

7. Müəllim Salayev Samir Mirsamid oğlu

sinaq2016@gmail.com

09 fevral 1988-ci ildə Lənkəran rayonunun Moğonojoba kəndində anadan olmuşdur.1994-cü ildə Şürük kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2005-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir.2005-ci ildə Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasına qəbul olmuş,2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Lənkəran Dövlət Universitetinin magistratura şöbəsinin “Fiziki coğrafiya” ixtisaslaşması üzrə təhsil almışdır.2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki coğrafiya və biocoğrafiya,torpaq coğrafiyası,ladşaftların geokimyası və geofizikası” ixtisası,fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur..Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində “Coğrafiya müəllimi” vəzifəsində çalışmışdır.Tədris mərkəzində Coğrafiya fənni üzrə repititor müəllim və Fənn Kurikulumunun praktik tətbiqi üzrə təlimçi kimi fəaliyyət göstərir.15.10.2018-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında 0.5 ştat müəllim vəzifəsində işə başlamışdır. .

Kafedra haqqında məlumatlar

dos. Ziyafət Ağayev tərəfindən təqdim edilmişdir

Facebook Youtube