E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                                       

“Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrası haqqında məlumat

Kafedra “Azərbaycan dili və ədəbiyyatı” adı ilə 1992-ci ildən fəaliyyətə başlamışdır. 1994-cü ildə kafedranın bazasında "Dilçilik və xarici dillər" və "Azərbaycan və dünya ədəbiyyatı" kafedraları yaradılmışdır. "Dilçilik və xarici dillər" kafedrası 1996-cı ildə "Azərbaycan dilçiliyi və türkologiya" adlandırılmışdır. Həmin kafedraya müxtəlif illərdə prof. M.Rəhimov, prof. Ə.Şükürlü, prof. R.Məhərrəmova və dos. M.Talışlı rəhbərlik etmişlər. AMEA-nın müxbir üzvü prof. Ə.Səfərli, prof. S.Əsədullayev, prof.N.Nazim və dos.Y.Ağazadə “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müxtəlif illərdə rəhbəri olmuşlar. 1999-cu ildə “Dilçilik və xarici dillər” kafedrası “Azərbaycan dilçiliyi və türkologiya”, “Azərbaycan və dünya ədəbiyyatı“ kafedrası isə “Ədəbiyyat” kafedrası adlandırılmışdır. 2007-ci ildə “Azərbaycan dilçiliyi və türkologiya” və “Ədəbiyyat” kafedraları “Dil və ədəbiyyat” adı altında birləşdirilmişdir. Həmin tarixdən kafedraya fil.e.d., prof. Y.B.Ağazadə rəhbərlik etmişdir. 2016-cı ildə kafedranın adı dəqiqləşdirilərək “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrası adlandırılmışdır. 2017-ci ildə isə “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasına filologiya elmlər namizədi, dosent E.Səfərli kafedra müdiri təyin edilmişdir. 2018-2019-cu tədris ili üzrə kafedrada 11 əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 3 nəfəri professor, 3 nəfər elmlər namizədi, 6 nəfəri dosent, 3 nəfəri filologiya üzrə fəlsəfə doktoru, 2 nəfəri baş müəllimdir. Kafedra bakalavr pilləsində 050101- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasları üzrə mütəxəssislər hazırlayır.

Magistratura mərhələsində kafedra 060101-“Azərbaycan dili və ədəbiyyatı tədrisinin metodikası və metodologiyası” üzrə elmi-pedoqoji fəaliyyət göstərir. Kafedrada “Ədəbiyyatın ümumi məsələləri” və “Dilçiliyin ümumi məsələləri” adı altında 2 istiqamət üzrə tədqiqat işləri aparılır.

Azərbaycan dili və ədəbiyyatının müxtəlif sahələri ilə bağlı 9 elmi tədqiqat işi müəyyənləşdirilmişdir. Aparılan elmi-tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc olunmuş, Respublika və Beynəlxalq elmi konfranslarda məruzələr edilmişdir.

Kafedra üzrə tədris olunan fənlər:

Bakalavr:

1. Azərbaycan dili və nitq mədəniyyəti

2. Müasir Azərbaycan dili

3. Azərbaycan ədəbiyyatı

4.Azərbaycan ədəbiyyatı tarixi(1-2)

5. Azərbaycan ədəbiyyatı tarixi(3-4)

6. Əski Azərbaycan yazısı

7. Azərbaycan dialektologiyası

8. Azərbaycan ədəbiyyatının tədrisi metodikası

9. Azərbaycan dilinin tədrisi metodikası

10. Ədəbiyyatın tədrisi metodikası

11. Dilçiliyə giriş

12. Azərbaycan dili tarixi

13. Azərbaycan dilindən praktikum

14. Ədəbiyyatşünaslığa giriş

15. Azərbaycan şifahi xalq ədəbiyyatı

16. Azərbaycan dili və ədəbiyyatı fənninin kurikulumu

17. s/f. Azərbaycan dili orfoqrafiyası və orfoeiyasının tədrisi metodikası

18. s/f. V-XI siniflərdə ədəbiyyat nəzəriyyəsinin öyrədilməsi metodikası

19. s/f. Lirik əsərlərin öyrənilməsi metodikası

20. s/f. Ədəbiyyat dərslərində bədii əsərlərin öyrənilməsi metodikası

21. s/f. Söz yaradıcılığının tədrisi metodikası

22. s/f. Morfologiyanın tədrisi metodikası

23. s/f. Mürəkkəb cümlənin tədrisi metodikası

24. Ədəbiyyatın tədrisi metodikasının müasir problemləri

25. İşgüzar yazışmalar

Magistratura:

1. Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri

2. Azərbaycan dilinin tədrisi metodikasının tarixi və metodologiyası

3. Dünya ədəbiyyatının tədrisi metodikası

4. Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası

5. AMTMOF (Tarixi dialektologiya)

6. Azərbaycan dilinin fonetik və leksikologiyanın nəzəri əsasları

7. Qədim və orta əsr Azərbaycan ədəbiyyatının nəzəri əsasları

8. Müasir Azərbaycan dilinin qrammatikasının nəzəri əsasları

9. Yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatının tarixi tədrisi metodikası

10. Ədəbiyyat nəzəriyyəsinin tədrisi metodikası

11. s/f.Tədqiqat üsulları

12. s/f.Ümumtəhsil kurikulumun əsasları

13. s/f.Bədii təsvir və ifadə vasitələrinin tədrisi metodikası

Kafedra müdiri: Səfərli Elşad Məhərrəm oğlu

filologiya elmləri namizədi, dosent

1957-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1984-cü ildən Bakı şəhərində "Maarif" nəşriyyatında redaktor, böyük redaktor və "Sifariş və müəllifin öz hesabına ədəbiyyat nəşri" redaksiyasının müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildə Lənkəran Dövlət Universitetində Elmi katib vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2006-cı ilin sentyabrına qədər işləmişdir. Elmi katibliklə yanaşı, 1998-ci ildən "Dil və ədəbiyyat" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildə "Sabir Rüstəmxanlının fərdi yaradıcılıq üslubi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2014-cü ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə ona “dosent” elmi adı verilmişdir. Hazırda Avropa mənşəli sonet janrı ilə bağlı elmi- tədqiqat işini yekunlaşdırmış, mövzu ətrafında 1 metodik vəsait, 1 dərs vəsaiti, 1 monoqrafiya nəşr etdirmiş, 50-yə yaxın elmi məqaləsi müxtəlif elmi jurnallarda çap etdirmişdir. E.Səfərli eyni zamanda bədii yaradıcılıqla məşğul olur, tanınmış şairdir. 10 şeir və poemalar kitabının müəllifidir. 1998-ci idən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elektron ünvanı: e.safarli@ mail.ru; seferli.a @ mail.ru

Məmmədov Məsud Əliağa oğlu

filologiya elmləri doktoru, professor

Məsud Əliağa oğlu Məmmədov 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuşdur. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun "Rus dili və ədəbiyyatı fakültəsində ali təhsil almış, institutu bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun İran və Qafqaz dilləri şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. Professor Məsud Məmmədov 1973-cü ildə "Xələc dili" mövzusunda namizədlik, 1982-ci ildə "Azərbaycanın Lənkəran bölgəsinin coğrafi adlarının linqvistik təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən professordur. 1973-1994-cü illərdə Özbəkistan Respublikasında Qafur Qüləm adına Gülüstan Dövlət Universitetində kafedra müdiri, dekan və prorektor vəzifələrində çalışmışdır. Özbəkistan Xalq Maarif əlaçısıdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 1994-2001-ci illərdə dekan və Elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir. Hazırda “Azərbaycan dili,ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında professor vəzifəsində çalışır. 600-ə yaxın elmi məqalənin, 7 monoqrafiya, 8 şeir kitabının müəllifidir, 11 elmlər namizədinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elektron ünvanı: mamedov.a.@ mail.ru

Əliyev Əlirza Babakişi oğlu

filologiya elmləri namizədi, dosent

1946-cı ildə Masallı rayonunun Rudəkənar kəndində anadan olmuşdur. 1967-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1982 - ci ildə "Azərbaycan dilində jarqonlar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.. Ə.Əliyev 1967-1978-ci illərdə orta məktəblərdə müəllim, 1978-1987-ci illərdə Lənkəran rayon Təhsil şöbəsində metodist, 1987-2007-ci illərdə isə Lənkəran şəhər təhsil şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. Eyni zamanda 1992-ci ildən Lənkəran Dövlət Universitetində Müasir Azərbaycan dili fənnindən mühazirələr oxuyur. “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının dosentidir. O, 7 monoqrafiyanın, 1 dərsliyin və 70-dən artıq elmi, elmi-metodiki və publisist məqalənin müəllifidir.

Elektron ünvanı: alırza.a.@ mail.ru

Mirhüseyn Abbas Sürət oğlu

filologiya elmləri namizədi, dosent

Mirhüseyn Sürət oğlu Abbas 1949-cu ildə Lənkəran rayonunun Siyavar kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1973-1985-ci illərdə Lənkəran rayonunun Mamusta kənd orta məktəbində müəllim, 1991-ci ildən 1996-cı ilə qədər Siyavar kənd orta məktəbində direktor vəzifəsində işləmişdir. 1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. 2000-ci ildə "İslam Səfərlinin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.Humanitar və pedaqoji elmlər fakültəsinin və "İxtisasartırma və kadrların yenidən hazırlanması" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Sabaha soraqlayan məktəb”(2000), “İslam Səfərlinin yaradıcılığı”(2000), Soyuq ömrün nəşəsi”(2002), “Ürəyin kölgəsi”(2007), “Qırılan ömürlər”(2013), “Siyavar(2015), “Əzizənin səhvi(2018), “Azərbaycan ədəbiyyatı tarixi(Mühacirət ədəbiyyatı kontekstində)(2018) kitablarının müəllifidir. “Qızıl Qələm” Mükafatı laureatıdır. 1 monoqrafiya, 1 dərs vəsaiti, 5 fənn proqramı, 3 metodik göstəriş, 30-a yaxın elmi məqalənin müəllifidir.

Elektron ünvanı: abbas.a@ mail.ru

Dənziyeva Könül Babaş qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

1975-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1992-1997ci illərdə Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildən Lənkəran Dövlət Universitetində əvvəlcə laborant, daha sonra müəllim kimi fəaliyyət göstərir. 2010-cu ildə “ Azərbaycan toy mərasimi leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Halhazırda “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında fil.ü.fəl.dok., baş müəllimdir.K.B.Dənziyeva bir sıra elmi-praktik konfranslarda çıxış etmişdir. 20-yə qədər məqalə, 1 monoqrafiya və 1 proqram müəllifidir.

Elektron ünvanı: denziyevak@mail.ru

Seyfullayeva İlahə Əvəz qızı

filologiya elmlər namizədi, dosent

İlahə Əvəz qızı Seyfullayeva (Abdullayeva) 1975-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinin Ölkəşünaslıq istiqaməti, Şərqşünaslıq (ərəbşünas) ixtisası üzrə bakalavr pilləsinə qəbul olunmuş, 1997-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə Dilşünaslıq istiqaməti, Azsaylı xalqların dilləri ixtisası üzrə LDU-nun magistraturasına qəbul olunmuş, 1999-cu ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən LDU-nun Magistratura və aspirantura şöbəsində baş laborant, 2001-ci ildən Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında “Füzulinin “Leyli və Məcnun” əsərində ərəbizmlər” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2018-ci ildən LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında dosent vəzifəsində çalışır. İ.Ə.Seyfullayeva bir sıra elmi-praktik konfranslarda çıxış etmişdir. Bir dərslik, bir monoqrafiya, 20-dən artıq elmi məqalə və 4 proqramın müəllifidir. Elektron ünvanı: seyfullayeva.i@ mail.ru

Rufullayev Qədim İgid oğlu

filologiya üzrə fəlsəfə doktoru, baş müəllim

Rufullayev Qədim İgid oğlu 1973-cü ildə Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. 1992-1996-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Qarabağ Müharibəsi veteranıdır.1996-1998-ci illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunu, 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsini, 2004-2006-cı illərdə isə magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir. 2006-2009 – cu illərdə Lənkəran Dövlət Universitetinin doktorantura pilləsində təhsilini davam etdirmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “ Folklor” İnstitutunda “Zəlimxan Yaqub və xalq yaradıcılığı” mövzusunda fəlsəfə doktorluğu işi üzrə müdafiə etmişdir. 2005-2016-cı illərdə Lənkəran rayon Goyşaban kənd tam orta məktəbində dil- ədəbiyyat ixtisası üzrə müəllim işləmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında müəllim işləyir. 2 monoqrafiyanin, 1fənn proqramının, 20-yə yaxın artıq elmi məqalənin müəllifidir.

Elektron ünvanı: qedimrufullayev1973@gmail.com

Mirzəyev Elman Savad oğlu

filologiya elmlər namizədi, dosent

1979-cu ildə Masallı rayonunun Meşəkənarı kəndində anadan olmuşdur. 1996-cı ildə Masallı rayonu Təzə Alvadı kənd 1 saylı orta məktəbini bitirmişdir. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin “Filologiya” fakültəsində təhsil almışdır. 2000-ci ildə həmin universitetin magistraturasına “Azsaylı xalqların dilləri” ixtisası üzrə qəbul olunmuş və 2002-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin əyani aspirantı olmuşdur. 2008-ci ildə AMEA-nın Dilçilik İnstitutunda “Azərbaycan dili Lənkəran və Astara şivələrinin terminoloji leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2009-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında kafedra müdiri və Təfəkkür Universitetinin “Filologiya elmləri” kafedrasında dosent vəzifəsində işləmişdir. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmlər doktoru pilləsi üzrə dissertantıdır. 2016-cı ildən elmi-pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında davam etdirir. 2 monoqrafiya, 30-dan çox elmi məqalənin müəliffidir.

Elektron ünvanı: mirzayev_or@mail.ru

Ağazadə Yədulla Bəbir oğlu

filologiya üzrə elmlər doktoru, professor

Filologiya üzrə elmlər doktoru, professor Ağazadə Yədulla Bəbir oğlu 1 iyul 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər internat orta (hazırda gimnaziya), 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən pedaqoji fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində müəllim, baş müəllim, tədris işləri üzrə direktor müavini və orta məktəb direktoru vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində qabaqcıl iş təcübəsi bəyənilmiş, rayonda yayılmışdır.

992-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. LDU-da işlədiyi müddət ərzində kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, 2016-cı ilin noyabrından Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edir. 1998 və 2015-ci ildə “İlin Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998-ci ildə “Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti ” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Filologiya üzrə elmlər doktoru, professordur.

Y.B.Ağazadə 1 dərsliyin, 2 dərs vəsaitinin, 8 metodik göstərişin, 5 fənn proqramının, 80-dən artıq elmi, ədəbi-tənqidi, publisistik məqalələrin, 4 monoqrafiyanın, 2 bədii-publisistikkitabın müəllifidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elektron ünvanı: y.ağazade@ mail.ru

Qəribli İslam Eynəli oğlu

filologiya üzrə elmlər doktoru, professor

Qəribli İslam Eynəli oğlu 1954-cü ildə Lerik rayonunun Mulalan kəndində anadan olmuşdur. 1975-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1975-1990-cı illərdə Biləsuvar və Lerik rayonunun bir neçə kəndlərində müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru vəzifələrində çalışmışdır. 2001-2008-ci illərdə “Odlar yurdu” universitetində və Azərbaycan Müəllimlər İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. 1990-cı ilin dekabr ayından AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır. Halhazırda həmin institutun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışır. “M.Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik, “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında (1905-1920)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili və ədəbiyyat dərsliklərinin monitorinqini keçirən Elmi Seminarın rəhbəri və TQDK-nın eksperti; Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurası Elmi Seminarının üzvü; “Türk dünyası” qəzeti baş redaktorunun müavinidir.

Azərbaycanda və xarici ölkələrin mətbuatında 200-dən artıq elmi-publisistik məqalə və məruzəsi, 15 kitabı dərc olunmuşdur. 2015-ci ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında çalışır. “Qızıl Qələm” mükafatıdır.

Elektron ünvanı: islamgaribli@yahoo.com

Mustafayev Məhəmmədəli Bayram oğlu

filologiya üzrə elmlər doktoru, professor

Mustafayev Məhəmmədəli Bayram oğlu 1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonu, Az.Gəyliyən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Halhazırda AMEA-nın “ədəbiyyat nəzəriyyəsi” şöbəsinin baş elmi işçisidir. Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsrədəbiyyatının tədqiqi problemləri (akademik F.Qasımzadənin yaradıcılığı əsasında) mövzusunda namizədlik, XIX əsr Azərbaycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədəbiyyatşünaslıqda mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Çapdan çıxmış elmi əsərlərin sayı 60, xaricdə çıxmış elmi əsərlərin sayı isə 9-dur.

Kafedranın ünvanı: Lənkəran şəhəri, Hənifə Abdullayeva küçəsi – 19, 2 saylı tədris korpusu.

Telefon: (+994) 025 254 78 39, daxili: 103

Elektron ünvanı: edebiy_yatkafedrasi@mail.ru

Faks nömrəsi:

Kafedra müdiri: E.M.Səfərli

Facebook Youtube